Rus fortepiano məktəbinin görkəmli nümayəndələri. Anton Rubinşteyn



Yüklə 55,59 Kb.
səhifə9/14
tarix02.01.2022
ölçüsü55,59 Kb.
#38336
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   14
Rus fortepiano məktəbi pianoçular və müəllimlər

S.E. Feynberq (1890 — 1962)

S.E.Feynberq görkəmli pianoçusu,musiqi müəllimi və bəstəkarı, əməkdar incəsənət xadimi (1937),İkinci dərəcəli Stalin mükafatı laureatı (1946) olmuşdur. 14 may 1890-cı ildə Odessada anadan olub. 1894-ci ildə ailəsi ilə birlikdə Moskvaya köçüb. Burada musiqi üzrə oxumaqa başlayır. İntensiv yaradıcılıq fəaliyyətinə malik Feynberq musiqi sənətinin müxtəlif sahələrində davam edən 6il ərzində demək olarki, 20-ci əsrin görkəmli nailiy-yətlərini əldə etmişdir. Müəllifin çoxsaylı fortepiano əsərləri ,təkcə ölkəmizdə deyil,xaricdə də diqqətə layiq idi.Şagirdləri A. B. Qoldenveyzer (fortepiano) və N.S. Jilyaeva (kompozisiya) olmuşdur. 1911 - ci ildə Moskva konservatoriyasını bitirib,İ.S.Baxın 48 preludiya və fuqadan ibarət “yaxşı temperasiyalı klavir” silsiləsini bütünlüklə ifa etməyə hazırlaşır. (yarım əsrdən sonra Feymberq bu əsəri bütünlüklə özü yazmışdır).

Birinci dünya müharibəsi élan olunduqdan sonra Feynberq orduya çağırılır.Lakin qarın yatalaqı xəstəliyindən əziyyət çəkdiyinə görə 1915-ci ildə ordudan kənarlaşdırılır. bundan sonra o, konsert fəaliyyətinə geri qayıdır.Bu dövr onun yaradıcılığında çox mühüm əhəmiyyət kəsb edir. 1920-ci illərdə İtaliya və Almaniyada qastrol səfərlərində - E. M. Braudonun rəyinə əsasən Feynberqin parlaq cəldliyi alman tamaşaçılarını heyran qoymuşdu.

Feynberq 1922-ci ildə P.İ.Çaykovski adına Moskva dövlət konservatoriya-sında professor,1936-ci ildə isə kafedra müdiri vəzifəsində çalışmışdır. Feynberq A.N.Skryabin ilə çox yaxın idi və onun musiqisinin görkəmli ifaçısı olmuşdur.  Feynberq С.С.Прокофьева, Н.Я.Мясковского və digər yerli müəlliflərin bir sıra əsərlərinin ilk ifaçısı olmuşdur.Bundan başqa Feynberqin repertuarına И. С. Баха, В. А. Моцарт, Л. Бетховен, Ф. Шопена,Р. Шуман kimi bəstəkarların əsərləri daxil idi.

Feynberq musiqi ilə məşğul olmağa 11 yaşında başlamışdır. Feynerqin ifaçılıq üslübü lirik-instrumental,psixoloji,ekspressiv idi.Onun ən böyük əsərləri fortepiano və orkestr üçün 3 konsert (1931,1944,1947), fortepiano üçün 12 sonata olmuşdur. bu əsərləri 1915-1962-ci illər ərzində yazmışdır. Konsert №3 pianoçu В. В. Бунинымa yazılmış-dır. Feynberq musqidə axtarışlar etmişdir.beləki, alətlərin imkanlarını genişləndirib, dramaturji inkişafın prinsiplərini təkminləşdirmişdir.

S.E.feynberq demək olar ki, əlli il boyu fasiləsiz konsert verdi. Onun müğənnilik fəaliyyətinə əsas məzmunu müasir dövrün aktual məsələlərinin həllinə doğru interpretasiyanı qurub-yaratmaq, öz sənətini yaxınlaşdırmaq, yeniləşmə yollarının və fikrini dəyişdirməylə ənənələrinin inkişafı ilə bağlıdır.

Feynberq sağlığında öz işlərinin nəşr edilməsinə doğru can atmamışdır. Bəzi əlyazmaların nəşrə hazırlanmasını Feynberqin qardaşı L.E.Feynberq və feynberqin tələbəsi V.A.Natanson öz üzərinə götürmüşdürlər. Ölkəmizin musiqi ictimaiyyəti S.E.Feynberqi böyük maraqla qarşılamışdır.Bütövlükdə onun nəticələrini qiymətləndirərkən yaradıcılığının əsas praktiki və nəzəri problemlərinin həllini, yüksək elmi və bədii səviyyəsini qeyd etmək lazımdır.

Feynberq rus musiqi mədəniyyətinin ən yaxşı ən-ənələrini işıqlandırıb. Eyni zamanda öz fəaliyyətinin miqyasına və xarakterinə görə o daha çox 20-ci əsrə aid idi. Zəmanəmizin fortepiano incəsənətinin təkamül istiqamətini müəyyənləşdirən bir çox prosesləri qabaqcadan bilirdi. Müğənniyə xas olan səmimi xarakter şərhi rus bəstəkarlıq və ifaçılıq məktəbinin təsiri altında yaranmışdır. Feynberq irsinin mənimsənilməsi onun pianizm prinsiplərinin inkişafı ilə bilavasitə bağlıdır.

S.E.Feynberq 1962-ci il oktyabrın 22-də vəfat etmiş, Головинском məzarlığında dəfn edilmişdir.
Konstantin Nikolayevic İqumnov

XX əsrin sovet musiqi incəsənətinin formalaşmasında K.N.İqumnovun pedaqoji fəaliyyətinin böyük rolu olmuşdur. Həm ifaçı, hem pedaqoq kimi İqumnov öz müasirləri arasında görkəmli yer tutmuşdur. İqumnov görkəmli interpretator idi və Bethovenin,Şopenin, Listin, Çaykovskinin və bir çox dahi bəstəkarların əsərlərini özünəməxsus gözəl səslənməylə ifa etmişdir.

İqumnov Fortepianonun oxunaqlı səsinə nail olurdu, onun barmaqlarının toxunuşuyla alət yumşaq, intonasiyalı səslənirdi. Bütün bunları İqumnov öz şagirdlərinə öyrədirdi.Onun tələbələrinin ifasinda "İqumnov tərzi" hiss olunurdu. İqumnova tələbələri tərəfindən bir çox məqalələr həsr olunmuşdur. Öz məqalələrində tələbələri – L. N. Oborin, Y. V. Flier, Y. I. Milşteyn və digərləri – öz müəllimlərinin möhtəşəm ifası, ifa tərzi, pedaqoji fəaliyyəti haqqında söz etmişlər.

İqumnov özü f – no incəsənətinə öz baxışı haqqında az yazmışdır. Onun ədəbi fəaliyyətindən "Tvorcestvo, a ne remeslo" məqaləsini və "Mənim ifaçılıq prinsiplərim" adlı pedaqoji dokladını qeyd etməliyik. İqumnovun ifaçılıq dəsti xətti ilk növbədə musiqi əsərinə münasibət idi. O düşünürdü ki, yaxşi ifaçı bəstəkar və dinləyici arasında rabitə rolunu oynayır və notlarda yazılan real səslənməylə göstərilməlidir, bunu əldə etmək üçün ifaçıdan gündəlik iş, bəstəkarın fikrinin çatdırılması və not yazısının dəqiq ifası tələb olunur.

"Bəstəkarın yazmadığının ifası qadağandır! Bəstəkardan ağıllı onsuzda ola bilməzsən, niyə məhz bu işarədir başqası deyil deyə oturub fikirləşmək lazımdır" – İqumnov qeyd etmişdir.

İqumnov intonasiyaya çox fikir verirdi. İntonasiyadan onun fikrincə əsərin ümumi xarakteri asılıdır. İqumnov liqaların sonluqlarını, frazirovkanı melodik nəfəslə qeyd etməyi göstərirdi.

İqumnovun pedaqoji fəaliyyətində əsərin xarakteri, formasını analiz edirdi. Lakin əsərin analizi ilə dərindən məşqul olmağı qadağan edirdi. Çünki əsər formal ifa olunar və intonasiyaya zərər gələ bilər, musiqi isə orqanizm kimidir, bütün səslənmələr bir-biri ilə vəhdət təşkil etməlidir.

İqumnov əsərin öyrənilməsini mərhələyə bölmürdü. "Mənim heç bir öyrənmə 'yolu"m yoxdur, əvvəlcə əsəri çalmağa başlayırsan, öyrənirsən onu, çalırsan, çalırsan ... – və bu iş prosesidir". Tələbənin özünü eşitməsi vacib amildir.

Çətin yerləri İqumnov ağır tempdə, möhkəm barmaqlarla öyrənməyi məsləhət görürdü. Texniki ifaya malik olmaq üçün İqumnov Qamma, arpecio və digər məşğələləri məsləhət görürdü. O, hesab edirdi ki, texniki məşğələləri mexaniki çalmaq olmaz, dəqiq səslənmə ilə, yumşaq əl hərəkətlərinə nail olmaq lazımdır.

Yumşaq oxunaqlı səslənməyə malik olmaq üçün İqumnov barmaqları klavişə yaxın tutmaq və biləyi boş saxlamaq, bir notdan digər nota yumşaq keçməyi məsləhət görürdü. İqumnovun yaradıcılığında musiqinin səslənəməsi, interpretasiyası böyük yer tuturdu. İqumnov sadəcə musiqi müəllimi deyildi, o tələbələrinə musiqi tərbiyəsi verirdi.

İqumnovun ifaçılıq prinsipləri və baxışı f – no incəsənətinə çox xeyirli oldu, onun davamçıları kimi L. N. Oborin, Y. V. Flier, Y. I. Milşteyni qeyd etməliyik. XX əsrin ilk yarısının musiqi incəsənətinin nəaliyyətləri İqumnovun adı ilə bağlı olmuşdur.


Yüklə 55,59 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin