Teodor Osipoviç Leşetiskiy (1830-1915) –Əslən polyakdır. İlk müəllimi Çerni olmuşdur. 1852-ci ildə o, Peterburqa köçür, hansıki, 1878-ci ilə qədər burda yaşayıb. O, Peterburq konservatoriyasının açıldığı ilk günlərdən f-no sinfinin professorları siyahısında yer alıb. Onun ən yaxşı tələbələri arasında A.Esipova, V.Puxalskiy, K.K. Fan- Ark, İ.Borovka, D.Klimov. Yaradıcılığının bu dövrü Rubinştey-nin təsiri ilə sıx bağlıdır. Leşetiskiy onun bütün konsertlerində olmuş , diqqətlə onun ifaçılıq üslubunu izləmiş və öyrənmişdir.
1878-ci ildə O, Rusiyanı tərk edir və Venede yaşamağa başlayır.
Bu illər onun pedeqoji fəaliyyətinin ikinci mərhələsidir. Onun sin-fində oxumaq üçün müxtəlif ölkələrdən tələbər gəlir. Onların sı-rasında A.Şnabel, İ.Paderevskiy, O.Qobriloviç, Q.Qalston, İ.Fridman və b. olmuşdur. O, öz dərslərində xüsusilə instrument arxasında düzgün oturmağa xüsusi önem verirdi. O, öz tələbələrindən instu-ment arxasında əyləşərkən bellərini əyməməyi, düzgün və rahat oturmağı tələb edirdi.
Leşetiskiy öz dərslərində əsas diqqəti ifaçılığın bədii tərəfinə yönəltmişdi. Hər bir fraza üzərində diqqətlə işlənilirdi. Dinamika, ritm dəqiqliyi onun üçün böyük önəm kəsb edirdi.
O fasiləsiz çalmamağı məsləhət görürdü. Tələbənin öz ifasına qulaq asdıqdan sora çoxda böyük olmayan pauza etməyi deyirdi. Hansıki bu pauza zamanı yaddaşlarinda onun nece çaldıqlarını yadda saxlamalı və onu müzakirə etməli idilər.
O, həmişə qulaq vasitəsilə işləməyi və öz ifanızı analiz etmeyi bacarmağı söyləyirdi.
Beləliklə onun görüşləri rus pianist məktəbinə öz böyük tə- sirini göstərmişdir.
Dostları ilə paylaş: |