Rus fortepiano məktəbinin görkəmli nümayəndələri. Anton Rubinşteyn



Yüklə 55,59 Kb.
səhifə3/14
tarix02.01.2022
ölçüsü55,59 Kb.
#38336
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   14
Rus fortepiano məktəbi pianoçular və müəllimlər

Pavel Serebryakov.

Pavel Serebryakov 1909-cu ildə Tsaritsyn şəhərində musiqiçi ailəsində anadan olmuşdur.Onun atası Aleksey Andrianoviç Moskva Konservatoriyasının məzunu olmuşdur , anası isə vokalçı olub.Atası və böyük bacısı pianoçu idilər.Və məhz onlar Serebryakovun ilk pedoqoqları olmuşlar.Onun sistemlıi musiqi təhsilinə atasının qəfil vəfatı, vətəndaş müharibəsi , yoxsulluq mane oldu.O, bu səbəblərdən bir müddət təhsilini davam etdirə bilmədi.Buna baxmayaraq , o, 1924-cü ildə Leninqrada köçür və Leninqrad Konservatoriyasına qəbul imtahanında Qlazunovun diqqətini cəlb edir. Qlazunov ona pedaqoq və pianoçu Nikolayevin sinfinə daxil olmağı məsləhət görür.O, burada ilk konsertini verir və böyük müvəffəqiyyət qazanır. 29 yaşlı gənc adam Rusiyanın ən qədim konservatoriyasına rektor vəzifəsinə təyin olunur.

Və nəhayət 1944-cü ildə yenidən Leninqrada qayıdır və daha 6 il müharibə illərindən sonra rektor vəzifəsini davam etdirmək istəyir. O, 1930-cu ildə konservatoriyanı bitirmiş , 1932-ci ildə aspiranturanı bitirib , 1933-cü ildə Ümumittifaq müsabiqəsində uğurla çıxış edərək ,2-ci yerə layiq görülmüşdür.1961-1977-ci illərdə yenidən konservatoriyanın rektoru vəzifəsinə təyin olunur.1939-cu ildən professor olur.50 ilə yaxın konsert çıxışları ilə uğur qazanmışdır.Bu müddət kifayətdir ki, o, öz pianizmi ilə digərlərindən fərqlənsin. Ras-topçina onun haqqında belə deyirdi:”gənc musiqiçinin ifasında temperamenti , böyük miqyaslı çalğı tərzi ilə , musiqiyə olan təşəbbüsü ilə diqqəti cəlb edirdi.İllər ötdükcə onun pianizmi formalaşırdı.Onun çalğısının ustalığı ondan ibarət idi ki, öz çalğısında təmkinliyi , fikir dərinliyi ilə seçilirdi.İlk növbədə onun repetuarında rus klassik fortepiano musiqisi xüsusi yer tuturdu.

Raxmaninovun ikinci və üçüncü konserti , ikinci sonatası , Korelli mövzusuna variasiyaları , iki silsilə etüt - lövhələri , prelüdləri , musiqi anları və başqa əsərləri onun yaradıcılığında xüsusi qeyd etmək olar.Onun ən yaxşı nailiyyətləri arasında Çaykovskinin birinci konserti böyük yer tutur.Eləcə də , List , Prokofyev , Şopen , Şuman , Brams , Bethoven , Skryabin , Musorqskinin əsərlərini də onun repetuarında xüsusi qeyd olunur.Həyatda olduğu kimi incəsənətdə də onun acı konfliktlər , dramatik səhnələr , parlaq kontrastlar cəlb edirdi.Musiqidə ona ən yaxın Bethoven və Raxmaninovun musiqisi idi.O , romantik musiqiyə də laqeyd deyil-di.Onu Şopen , Şuman , Listin musiqisi də heyran edirdi.

Serebryakovun repertuarında həmçinin orjinal əsərlər və transkripsiyalar xüsusi yer tuturdu , Bax , Skarlattinin sonataları , Mossart , Bransın konsert və sonataları və başqa əsərlər.

Dərin , səlis səslənmə , böyük amplitudlu dinamika - pianissimadan fortissimaya qədər , dəqiq və çevik ritm , parlaq-demək olar ki, orkestr effekti onun pianizminin ustalığından xəbər verir.Onun bir rektor olaraq xidmətləri böyük olmuşdur.

O , Leninqrad konservatoriyasından bir çox pianoçuları , pedaqoqları , musiqiçiləri yetişdirmişdir , onların arasında ümumittifaq və beynəlxalq müsabiqələri laureatları çıxmışlar.Bunlar Q.Federov , V.Vasilev , V. Murin , M.Volçon və başqalarıdırlar.


Yüklə 55,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin