Nadejda Iosifovna Qolubovskaya
Nadejda Iosifovna Qolubovskaya 1891-ci ildə Sankt-Peterburq şeherinde anadan olub.O,1914-cu ildə Sankt-Peterburq konservatoriyasını bitirib.Qolubovskaya güclü pianist,klavisinist və musiqi müəllimi idi.
İnqilabaqədərki illərdə məzun pianistlər Peterburq konservatoriyasında Anton Rubinşteyn adına mükafatı almağa yarışirdılar.Bu 1914-cü ildə də olmuşdur.Bu barədə xatirələrini Prokofyev sonradan yazırdı:Mənim ciddi rəqibim Lyapunovun sinifində oxuyan ağıllı vı zərif pianist Qolubovskaya idi.Baxmayaraqki,mükafatı Prokofyev almışdı,ancaq bu yarışmada iştirak etmək özü də böyük müvəffəqiyyət idi.Tələbənin bacarığına Qlazunov da bğyük diqqət yetirmiş və imtahan jurnalında belə bir qeyd aparmışdi”böyük virtuoz,ifa rəngarəng və ilhamverici.Lyapunovdan başqa Qolubovskayanın müəllimi Rozanova da olub.Bir neçə fərdi dərsləri Esipovadan da alıb.
Pianistin ifaçılıq fəaliyyəti konservatoriyanı bitirdikdən sonra müxtəlif sahələrdə inkişaf elədi.Onun ilk sərbəst klavirabendi 1917-ci ildə Karatiqn tərəfindən böyük uğura səbəb oldu.O qeyd edirdiki Qolubovskayanın ifasında incə poeziya,canlı hisslər,boyük ritmik dəqiqlik vardır.Böyük məhşurluğu ona tekce solo ifası deyil,həm də başqa alətlərlə çalğısı gətirirdi.
Onun repertuarı olduqca geniş idi.Bura çoxlu klassik və müasir bəstələr daxil idi.Qolubovskayanın ən sevimli bəstəkarı Motsart idi.1948-ci ildən sonar pianist cox az ifa edirdi.Çalırdısa da ancaq Motsarta müraciət edirdi.
O,fortepiano məktəbinə böyük töhfələr vermişdi.1920-ci ildən Leninqrad konservatoriyasında dərs deyib,hansıki bir çox məhşur pianistlər yetişdirib.bunların arasında Şemelinova,Nilsen və başqaları var.1941-44 cü illərdə Qolubovskaya Ural konservatoriyasında fortepiano kafedrasının müdiri olub.1944-63cü illərdə Tallin konservatoriyasının konsultantı olub.Musiqiçinin qələminə bu sənətin mahirləri tərəfindən yüksək qiymətləndirilmiş” Pedal incəsənəti “kitabı məxsusdur.O,1975-ci ildə vəfat etmişdir.
Dostları ilə paylaş: |