Rus fortepiano məktəbinin görkəmli nümayəndələri. Anton Rubinşteyn



Yüklə 55,59 Kb.
səhifə8/14
tarix02.01.2022
ölçüsü55,59 Kb.
#38336
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   14
Rus fortepiano məktəbi pianoçular və müəllimlər

LEV NİKOLAYEVİÇ NAUMOV

Lev Nikolayeviç Naumov 12 fevral 1925-ci ildə Yaroslavl əyalətinin Rostov şəhərində anadan olmuşdur.O Lenin adına 1 saylı məktəbi bitirmişdir.

1940-1941ci illərdə Qnesinlər adına musiqi məktəbinin bəstəkar nəzəiyyə şöbəsini bir ilə bitirmişdir.O,V.A.Taranuşenko və V. Y. Şeba- lindən dərs almışdır.

1950-ci ildə bəstəkar nəzəriyyə fakültəsini,1951-ci ildə isə Moskva konservatoriyasının fortepiano fakültəsini əla qiymətlə bitirmişdir.

V.Y.Şebalin və A.N.Aleksandrov kompazisiya, H.Neyhaus fortepiano, L.A.Mazel-analiz ,İ.B.Sposobin isə harmoniya dərsi demişdir

1953-cü ildə konservatoriyanın nəzdində kompozisiya ixtisası üzrə aspiranturanı başa vurmuşdu . Konservatoriyada oxuduğu illərdə Stalin təqaüdü alırdı.1953-1955-ci illərdə Qnesin adına Dövlət musiqili-pedaqoji institutunda musiqi forma təhlili,harmoniya fənnindən dərs keçirdi.

1955-ci ildən və həyatının son ilinə qədər Moskva konservatoriya-sında çalışırdı.1957-ci ilə qədər professorlar L.A.Mazelya və S.S. Sk- rebkovanın sinfində köməkçi olub.1956-cı ildən professor H.Neyhausun köməkçisi olmuşdur.1963-cü ildən başlayaraq fortepiano ixtisasından sərbəst dərs keçməyə başlamış,1967-ci ildən dosent,1972-ci ildən isə professor vəzifəsində çalışmışdı.

Son illərə kimi L.N.Naumovun köməkçisi Moskva Dövlət Konservatoriyasında pianoçu İ.V.Çukovskaya olmuşdur.

L.N.Naumovun sinfində oxuyanlar indi hal-hazırda tanınmış pianoçulardı:onlardan Vladimir Viardo,Andrey Qavrilov,Dmitriy Qalınin,Pavel Qintov,Andrey Diyev,Aleksandr Kobrin,Lim Don Xyek,Lim Don Min, Svyatoslav Lips,Vasiliy Lobanov,Alexandr Melnikov,Aleksey Sultanov,Konstantin Şerbakov,Violetta Yeqorova və başqaları.

1966-cı ildə RSFSR–in əməkdar artisti adına layiq görülmüşdür.

1978-ci ildə RSFSR-in əməkdar incəsənət xadimi olmuşdur

L.N.Naumov 21 avqust 2005-ci ildə Moskva şəhərində vəfat etmişdir.




Yüklə 55,59 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin