Rus fortepiano məktəbinin görkəmli nümayəndələri. Anton Rubinşteyn



Yüklə 55,59 Kb.
səhifə14/14
tarix02.01.2022
ölçüsü55,59 Kb.
#38336
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   14
Rus fortepiano məktəbi pianoçular və müəllimlər

Anna Nikolayevna Yesipova

Anna Nikolayevna Yesipova (31 yanvarda [12 fevralda] 1851, Sankt-Peterburq — 5 [18] avqust 1914) taeixində yasamis — Rusiya pianoçusudur və musiqi muəlliməsidir.

B 1865-70 ci illərdə T.Leşetiskiy adina Peterburq konservatoriyasında oxuyurdu(1878-92 ci illərdə onun arvadı olub). 1868-də (Zalsburq, "Mosarteum")da ilk dəfə çıxış etdi və 1908-ə qədər solist (son çıxış - Peterburqda 3 mart 1908) kimi konsert verməyə davam edirdi. B 1871-92 ci illərdə tez-tez Rusiyada konsertlərlə çıxış edirdi. Avropa olkələrinə konsertlərlə bagli səfərlər edirdi,əsasən ingiltərə də,bundan əlavə abş da ugurlu konsert proqramlari ilə cixiş edirdi.

Esipova 19cu əsrin sonu 20 ci əsrin əvvəllərində piaonoçu sənətinin (incəsənətinin) ən böyük nümayəndələrindən biri idi - Onun ifasinda xüsusi virtuozluq, səsin ahəngdarlığı, yumşaqlıq ozunu biruzə verirdi. İfaçınin yaradıcılığının (1892-ə qədər) erkən dövrü öz çalğı tərziylə fərqlənirdi.Bu da onun çoxlu konsert salonlaında çıxlşlar etməsi ilə əlaqədar idi.Passajların dəqiqliklə bərabər ifası,xüsusi ilə ikili notların ifasında mirvari texnikası mükəmməl əks olunurdu.


F.Listin və F.Şopenin virtuoz əsərlərinə traktovkalar da bu ifaçılıq stilinin xüsusiyyətləri ilə əlaqədardır.Şopenin noktyurn,mazurka və valslarının interpretasiyalarında,F.Mendelsonun lirik miniatürlərində məşhur maneranın çalarları hiss olunurdu.Proqrama M.Moşkovskinin eleqant-salon əsərləri,B.Qodarın,E.Noypertin,Y.Raffın pyesləri daxil idi.
Artıq onun pianizminin erkən dövrlərində tarazlığın ciddi tendensiyaları nəzərə çarpırdı.Müəllif mətninin dəqiq ifasına məşhur rasional interpretasiyalar da onun yaradıcılığının xüsusiyyətlərindəndir.A.Yesipovanın yaradıcılığı inkişaf etdikcə,o daha da çox öz ifasında ifadəliliyin daha təbii və sadə dildə,həmçinin daha çox həqiqətə uyğun çatdırılmasına can atırdı.Bu xüsusiyyətləri ona rus pionizm məktəbi,xüsusi ilə də bu məktəbin nümayəndəsi olan A.Q.Rubinşteyn aşılamışdır.
1892-1914-cü illər son Peterburq dövründə Yesipova artıq özünü bilavasitə pedaqogikaya həsr etmiş,artıq solo konsertlərlə demək olar ki, çox az çıxış edirdi.Onun ifasında virtuoz parlaqlıqla yanaşı ciddi,dəqiq,təmkinli fikirlər də görünməyə başlamışdı.Bu obyektiv təmkinlilik xüsusi ilə Belyayevski dərnəyin təsiri ilə əlaqəli idi.
Yesipovanın repertuarında V.A.Mosartın,L.Betxovenin əsərləri mühim yer tutur.O,1894-1913-cü illərdə ansambllarda,L.S.Auerlə sonata axşamlarında duetlə (L.Betxovenin,İ.Bromsın və s. əsərləri ilə),L.S.Auer və A.v.Verjiloviçlə isə trio şəklində çıxışlar etmişdir.Yesipova fortopiano pyeslərinin redaktoru,meodik məktublar yazan bir müəllif idi.("A.N.Yesipovanın fortopiano məktəbi" tamamlanmamış qalıb.)
1893-cü ildə yesipova Peterburq konservatoriyasına professor kimi fəaliyyətə başlamışdır.O, burada 20 illik fəaliyyəti ərzində nəhəng rus pionizm məktəbinin əsasını qoymuşdur.Yesipovanın pedoqoji prinsipləri başlıca olaraq Leşetiski məktəbinin təsviri və metodiki prinsiplərinə əsaslanırdı.Yesipova pioizmdə hərəkət sərbəstliyini,barmaq texnikasının inkişafını (aktiv barmaqlar) vacib hesab edirdi.O,"akkordların məqsədli hazırlığına","sürüşən oktava" prinsiplərinə nail olmağa çalışırdı.O,harmonik,tarazlı,ciddi,mükəmməl və qüsursuz zövq yaratmağa nail olmağa çalışırdı. .

Yesipovanın şagirdləri sırasında - O. K. Kalantarova, . A. Benqerova, S. S. Poloskaya-Emsova, Q. İ. Romanovskiy, V. H. Drozdov, L. D. Kreyser, M. A. Bixter, A. D. Virsaladze, S. Barer, A. K. Borovskiy, S. O. Davudova, Q. Q. Şaroev, H. H. Poznyakovskaya, S. S. Prokofyev və başqalarının adını çəkmək olar. Yudina və A. M. Dubyanskiy də bir müddət Yesipovanın yaninda məşğul olurdular.
Yüklə 55,59 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin