Misal: Törədici 25 mayda qeydə alınmışdır. Onun inkişafı-
nın ikinci nümunəsi aşağıdakı cədvəl 9-da verilmişdir.
Cədvəl 9
Sürmə xəstəliyi törədicisinin inkişaf fazası
Tarix
Temperatur (dərəcə ilə)
Tarix
Temperatur (dərəcə ilə)
O
rt
a
sut
kal
ıq
Səm
ər
əl
i t
em-
per
at
ur
, T
-r
Səm
ər
əl
i
te
m
per
at
ur
lar
ı
n cə
m
i
O
rt
a
sut
kal
ıq
Səm
ər
əl
i t
em-
per
at
ur
, T
-r
S
əm
ər
əl
i
te
m
per
at
ur
lar
ı
n cə
m
i
25.05
26.05
27.05
22
1
9
20
19
17
20
39
56
28.05
29.05
30.05
22
3
21
20
21
19
76
97
116
Cədvəl göstəricilərinə əsasən 31 mayda sürmə xəstəliyinin
törədicisi artıq ziyanverici fazaya keçməlidir. Deməli, ona qarşı
kimyəvi peraparatlarla mübarizə tədbirləri 31 maydan gec ol-
mayaraq başlanmalıdır. Törədiciyə qarşı sineb və ya polikarba-
sin suspenziyasından 1 hektara 4 kq norması ilə istifadə olunur.
Suspenziya havadan (təyyarə və ya helikopterlə) və ya yerüstü
püskürdücülərlə tətbiq edilir. Suspenziya tətbiqindən əvvəl ha-
zırlanır və əkinlər ya səhərlər (saat 10-11-ə qədər), ya da ax-
şamlar (saat 18-dən sonra) emal edilir.
Digər bitkilərə qarşı tətbiq olunmuş bioloji vasitələr əleyhi-
nə mübarizə tədbirləri də törədicinin növünə uyğun kimyəvi
preparatlarla normativlərə əməl edilməklə aparılır.
132
6. ƏHALĠNĠN KÖÇÜRÜLMƏSĠNĠN TƏġKĠLĠ VƏ
KÖÇÜRMƏ ORQANLARI
6.1. Əhalinin köçürülməsinin (təxliyənin) təĢkili,
köçürülmənin növləri, köçürmə (təxliyə) orqanları
Köçürmə tədbirlərinin (təxliyənin) yerinə yetirilməsi föv-
qəladə hallarda əhalinin mühafizəsinin ən səmərəli üsullarından
biridir. Köçürmə tədbirləri həm sülh dövründəki fövqəladə hal-
larda (təbii fəlakətlər, qəzalar zamanı), həm də müharibə döv-
rünün fövqəladə hallarında (müasir kütləvi qırğın vasitələri iş-
lədilərkən) əhalinin təhlükəsizliyini təmin etmək üçün həyata
keçirilir.
Həyatı və fəaliyyəti üçün təhlükə yaranan rayonlardan əha-
linin mütəşəkkil surətdə çıxarılıb (nəqliyyatda və piyada) təhlü-
kəsiz rayonlarda (zonalarda) yerləşdirilməsi üzrə tədbirlər
kompleksidir (şək. 39).
ġək. 39. Əhalinin köçürülmə planı
Köçürmə tədbirləri əhalini təhlükəli sahələrdən (zədələmə
ocaqlarından) təhlükəsiz rayonlara vaxtında çıxarmağa və bu-
nunla da fövqəladə halların təsirindən törəyən tələfatı maksi-
mal dərəcədə azalmağa imkan verir.
133
Keçmiş müharibələrdə, xüsusən də II Dünya müharibəsi və
Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi dövründə köçürmə
işləri geniş tətbiq edilmiş, Çernobıl atom elektrik stansiyasında
(ÇAES) qəza ilə əlaqədar olaraq geniş köçürmə işləri aparıl-
mış, bu stansiya ətrafındakı 30 km-lik zonadan, həmçinin Uk-
raynanın, Belorusiyanın və Rusiya Federasiyasının bir sıra ya-
şayış məntəqələrindən əhali çıxarılmışdır.
Daşkənddə zəlzələ, Gürcüstanda daşqınlar, İsmayıllı rayo-
nunda sürüşmə və digər fövqəladə hallarla əlaqədar da köçür-
mə işləri olmuşdur.
Keçmişdə həyata keçirilən köçürülmə tədbirləri müasir
dövrdəki müharibələr şəraitində nəzərdə tutulan köçürülmələr-
dən prinsipcə fərqlidir. Məsələn, II Dünya müharibəsi zamanı
əhali düşməndən əks tərəfdə yerləşən uzaq rayonlara köçürü-
lürdü.
Müasir şəraitdə köçürülmə düşmənin nüvə zərbələri endi-
rəcəyi ən çox ehtimal edilən şəhərlərdən və obyektlərdən əhali-
nin çıxarılıb bu şəhərlərin hər tərəfindəki bütün təhlükəsiz ra-
yonlarda yerləşdirilməsini nəzərdə tutur.
Köçürmə tədbirləri və fövqəladə hallar ehtimal olunan ra-
yonlarda sülh və müharibə dövrlərində adamların həyatı və
sağlamlığı üçün təhlükə yaranarkən qısa müddətdə ya qabaqca-
dan, ya da zədələyici amillər əhaliyə bilavasitə təsir göstərər-
kən dərhal yerinə yetirilməlidir.
Köçürmə tədbirləri düşmən tərəfindən müasir adi silahlar
və kütləvi qırğın vasitələri tətbiq edilməsi, həmçinin təbii fəla-
kətlər, güclü istehsalat qəzaları baş verməsi ehtimalları nəzərə
alınmaqla çox variantlı planlaşdırılmalı, yaranmış vəziyyətdən
asılı olaraq köçürmə işlərinin müxtəlif variantlarda yerinə yeti-
rilməsi nəzərdə tutulmalıdır.
Müharibə dövründəki fövqəladə hallarda (FH) köçürülmə,
bu məqsədlə görülən tədbirlər kompleksi daha böyük həcmli və
geniş dairəsi səciyyəvi olacaqdır.
Azərbaycan Respublikasında “Sülh və müharibə dövrlərin-
134
dəki fövqəladə hallarda Azərbaycan Respublikasında əhalinin
köçürülməsi haqqında əsasnamənin təsdiq edilməsi barədə”
Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 6 avqust 1993-
cü il tarixli 438 saylı qərarı təsdiq edilmişdir. Bu Əsasnamə
sülh və müharibə dövrlərindəki fövqəladə hallarda əhalinin
mühafizəsinin üsullarından biri olan köçürmə tədbirlərinin
Azərbaycan Respublikası ərazisində planlaşdırılması və həyata
keçirilməsi üzrə əsas tələbləri müəyyən edir.
Qanunla tələbə görə köçürülmənin (əhalinin təxliyəsinin)
mahiyyəti ondan ibarətdir ki, iri şəhərlərdən, vacib obyektlər-
dən və təhlükəli sahələrdən əhali əvvəlcədən çıxarılıb şəhər-
dənkənar zonadakı aztəhlükəli rayonlarda yerləşdirilir. Bunun
sayəsində iri şəhərlərin əhalisinin sayı dəfələrlə azaldılır, şəhər-
lərdə qalan (vacib obyektlərdə işlədilən) adamların mühafizə
qurğularında daldalandırılması işi yüngülləşir, müasir qırğın
vasitələrinin təsirindən baş verə biləcək tələfatı maksimal dərə-
cədə azaltmaq imkanı yaranır.
Müharibə dövründə təhlükəli rayonlarda işini davam etdi-
rən obyektlərin fəhlə və qulluqçuları köçürülüb təhlükəsiz zo-
nada yerləşdiriləndən sonra təhlükəli rayona növbələr üzrə işə
gətirilir və işdən sonra dincəlmək üçün təhlükəsiz zona yerinə
aparılır. (Keçmişdə bu qaydaya fəhlə və qulluqçuların seyrəl-
dilməsi deyilirdi, indi bu anlayış işlədilmir).
Təhlükəsiz zona- düşmən basqını gözlənilən şəhərlərin və
əlahiddə obyektlərin ətrafında ehtimal olunan dağıntı zonalar-
dan və digər təhlükəli rayonlardan kənarda əhalinin qəbul edil-
məsi, yerləşdirilməsi və yaşaması üçün yararlı olan ərazidir.
Əhalinin köçürüləcəyi nəzərdə tutulan şəhərlərdəki hər bir
müəssisə, idarə, təşkilat, məktəb üçün təhlükəsiz zonada yerləş-
mə rayonu müəyyən edilir ki, bu rayon oraya köçürüləcək fəh-
lələrin, qulluqçuların və onların ailə üzvlərinin sayından asılı
olaraq, bir və ya bir neçə yaşayış məntəqələrini əhatə edə bilər.
Əhalinin köçürüləcəyi nəzərdə tutulan şəhərlərdəki hər bir
müəssisə, idarə, təşkilat, məktəb üçün təhlükəsiz zonada yerləş-
135
mə rayonu müəyyən edilir ki, bu rayon oraya köçürüləcək fəh-
lələrin, qulluqçuların və onların ailə üzvlərinin sayından asılı
olaraq, bir və ya bir neçə yaşayış məntəqələrini əhatə edə bilər.
İri şəhərlərdə işini davam etdirən müəssisələrin fəhlə və
qulluqçuları təhlükəsiz zonada elə məsafədəki rayonlarda yer-
ləşdirilməlidir ki, burada onların təhlükəsizliyi təmin edilsin,
işə aparılması və dincəlmək üçün təhlükəsiz zonaya gətirilmə-
sinə isə minimal (ən çoxu 4 saat) vaxt sərf edilsin.
Bu zaman təhlükəsiz zona aşağıdakı şərtləri təmin etməli-
dir:
- müasir qırğın silahlarının təsirindən dağıntı və daşqınlar-
dan əhalinin etibarlı mühafizəsini;
- müəssisələrin iş növbələrindəki işçilərin təhlükəsiz zona-
dan obyektə minimal vaxt sərf etməklə gətirilməsini;
- MM qüvvələrinin zədələnmə ocağına yeridilməsi üçün əl-
verişli surətdə qruplaşdırılmasını;
- lazımi gigiyena-sanitariya şəraitini.
Köçürüləcək əhalinin təhlükəsiz zonada yerləşdiriləcəyi ra-
yonların və yaşayış məntəqələrinin müəyyən edilməsi, hazır-
lanması və təşkil edilməsi işləri əvvəlcədən, hələ sülh dövründə
başlanılır, fövqəladə hallar təhlükəsi yaranan dövrdə tam surət-
də başa çatdırılır.
Bu məqsədlə:
nəqliyyat yolları təkmilləşdirilir və qaydaya salınır;
mövcud olan rabitə, ondan idarəetmə orqanlarının isti-
fadə etməsi məqsədilə inkişaf etdirilir;
mənzil fondu, tibb, kommunal, mədəni-maarif, ticarət
müəssisələri və digər sahələr köçürülüb gətirilən əhalinin yer-
ləşdirilməsi və ona xidmət göstərilməsinə hazırlanır;
əlavə su təchizatı məntəqələrinin yaradılması və ava-
danlıqlaşdırılması, digər mühəndis - texniki tədbirlərin yerinə
yetirilməsi işləri təşkil edilir.
Əhalinin köçürülməsi istehsalat-ərazi prinsipi üzrə təşkil
edilir. Bu, o deməkdir ki, bütün fəhlə və qulluqçuların, onların
136
ailə üzvlərinin, ali məktəb tələbələrinin və orta ixtisas məktəb-
ləri tələbələrinin, texniki-peşə və orta məktəb şagirdlərinin ob-
yektlər üzrə təhlükəli rayonlardan çıxırılıb təhlükəsiz zonada
yerləşdirilməsini nəzərdə tutur.
Qalan əhali isə ərazi prinsipi üzrə yaşayış yerlərindən kö-
çürülür.
Əhalinin köçürülməsinin əsas üsulu kombinasiyalı üsul-
dur. Bu zaman adamların əksəriyyəti piyada, bir qismi isə əldə
olan bütün nəqliyyat vasitələri ilə təhlükəli zonalardan dərhal
çıxarılır.
Köçürülən əhalinin qeydiyyatı üçün əsas sənədlər şəxsiy-
yəti təsdiq edən vəsiqə və iş, yaxud yaşayış yerində tərtib olun-
muş köçürülənlərin siyahısından ibarətdir.
Qismən köçürülmə hallarında ilk növbədə: internat mək-
təblərinin şagirdləri, uşaq evlərindəki uşaqlar, ali məktəb tələ-
bələri, orta ixtisas məktəblərinin şagirdləri - bu məktəblərin
professor-müəllim heyəti və onların ailə üzvləri ilə birlikdə,
həmçinin qocalar evində yaşayan təqaüdçülər və onlara xidmət
edən heyət təhlükəli rayonlardan çıxarılır. Belə əhalinin daşın-
ması nəqliyyat vasitələrinin sülh dövründəki hərəkət cədvəlləri-
ni pozmadan, bütün nəqliyyat vasitələrindən istifadə etməklə
yerinə yetirilir.
Əhalinin köçürülməsi işini bilavasitə yerinə yetirmək üçün
köçürmə komissiyalarının qüvvələri ilə toplanış-köçürmə mən-
təqələri (TKM) açılır. Bu məntəqələr adətən, adamlar nəqliyyat
vasitələrinə mindiriləcək meydançaların və yolların yaxınlığın-
dakı məktəb, klub binalarında və başqa ictimai binalarda açılır.
Müxtəlif əhali toplanış-köçürmə məntəqələrinə əvvəlcədən ob-
yektlər üzrə təhkim edilir.
Toplanış-köçürmə məntəqəsinə gələn əhali burada qeydə
alınır. Sonra köçürüləcək əhali qruplara ayrılır: nəqliyyat vasi-
tələrində aparılacaq adamlar: nəqliyyat vasitələrinin növləri üz-
rə qatarlar və avtomobil dəstələri üzrə, şəhərdən piyada çıxarı-
lacaq adamlar isə piyada dəstələri üzrə qruplaşdırılır.
137
Piyada hərəkət edən adamların istirahəti üçün istirahət (dü-
şərgə) müddətləri nəzərdə tutulur: qısa istirahət (10-15 dəqiqə-
lik) - hər 1,5 saat hərəkətdən sonra, uzun istirahət (1-2 saatlıq)
yolun ikinci yarısında, adətən ehtimal edilən güclü dağıntı zə-
dələnmə zonasının hüdudlarından kənarda təyin edilir.
Piyada köçürülən əhalinin yerləşdirilməsi nəzərdə tutulan
rayonlar çox uzaqda olduqda, belə əhali üçün aralıq köçürmə
məntəqələri təşkil edilə bilər.
Nəqliyyat vasitələrində köçürülən əhali təhlükəsiz zonada
nəqliyyatdan düşürmə stansiyalarına və ya məntəqələrinə gəti-
rilir, burada nəqliyyatdan düşürülür və sonra təşkil edilən kö-
çürmə əhali də bu məntəqələrə gəlir. Köçürmə üzrə qəbuletmə
məntəqələrinin işçiləri gətirilən əhalinin qarşılanmasını, qeydə
alınmasını və yerləşdirilməsini təşkil edir.
Köçürmə zamanı ən lazımi şeyləri - paltar, ayaqqabı, alt
paltarı, yataq ləvazimatı götürürlər.
Hər bir adam özü ilə həmçinin ərzaq və bir qədər içməli su
götürməlidir, 2-3 günlük ərzaq götürürlər: tez xarab olmayan,
saxlanması daha rahat olan və yeməzdən əvvəl hazırlanması
(uzun müddət bişirilməsi) tələb olunmayan ərzaq növləri –
konserv konsentrat, qurudulmuş çörək və s. məhsullar götür-
mək daha yaxşıdır.
Köçürülən yaşlı adamlar sənədlərdən: şəxsiyyət vəsiqəsi,
hərbi bileti, əmək kitabçasını və ya təqaüd vəsiqəsini, təhsili
haqqında diplomu (attestatı), evlənmə haqqında vəsiqəsini və
uşaqların doğum şəhadətnaməsini özləri ilə götürməlidirlər.
Uşaqlar üçün paltar və ayaqqabı seçərkən, bunların müha-
fizə xüsusiyyətlərini və ilin fəslini nəzərə almaq lazımdır. Üç
yaşadək olan uşaqlar üçün uşaq ərzaq malları- uşaq yeməyi,
quru süd, konservləşdirilmiş şirələr və s. ehtiyatları hazırlan-
malıdır. Sənədlərdən- uşaqların yaş kağızlarını və məktəb gün-
dəliklərini götürürlər.
Köçürülən uşaqların paltarı və ərzağı yığılmış çamadana
(arxa çantasına) çətələ (birka) bənd etmək və onun üzərinə uşa-
138
ğın soyadını, adını, atasının adını, ev ünvanını və köçürülmə
məntəqəsinin adını aydın surətdə yazmaq lazımdır. Məktəbəqə-
dər yaşlı uşaqların həmişə geydiyi paltarın daxili cibinə də bu
cür çətələ: uşağın adı, atasının adı, soyadı, təvəllüdü, ata və
anasının ev və iş yerinin ünvanları göstərilən vərəq qoyulur; bu
məlumatlar yazılmış ağ parça qırığı uşağın paltarının astarına
(yaxanın altında) tikilsə, daha yaxşı olar.
Köçürülən əhalinin ərzaqla təminatı ictimai iaşə müəssisə-
lərinin bazası əsasında təşkil edilir, lazımi hallarda əlavə iaşə
məntəqələri (yeməkxanalar) açılır.
Respublikada, şəhər və rayonlarda bütün köçürmə tədbirlə-
ri üzrə ümumi hesablamalar aparılır, burada hər bir konkret
fövqəladə hadisə təhlükəsi yaranarkən və baş verərkən köçür-
mə işlərinin icrasına cəlb ediləcək qüvvə və vasitələr hesabla-
nıb müəyyən edilir.
Köçürülmə zamanı adamlar öyrəndikləri yaşayış yerlərini
tərk etməyə, əmlakının xeyli hissəsini evlərində qoyub getmə-
yə, vərdiş etmədikləri şəraitdə yerləşib yaşamağa vadar olacaq-
lar. Hamı başa düşməlidir ki, adamların həyatını xilas etmək
naminə bu çətinlik və məcburiyyətə tab gətirmək lazımdır. Bu-
na görə də müəyyən olunmuş sərəncamları yerinə yetirmək, bu
mürəkkəb tədbirlərin həyata keçirilməsində onlara kömək gös-
tərmək hər bir vətəndaşın borcudur.
Təhlükəsiz rayonların əhalisi isə təhlükəli zonalardan kö-
çürülüb gətirilmiş əhalinin həyat şəraitinin təmin olunması: ra-
diasiya əleyhinə daldalanacaqlar düzəldilməsi, tənəffüs üzvləri-
ni qoruyan ən sadə mühafızə vasitələri hazırlanması, ictimai bi-
naların yaşayış yeri kimi uyğunlaşdırılması, əlaltı materiallar-
dan məişət əşyaları (çarpayı, kürsü, döşək və s.) düzəldilməsi
işlərində fəal iştirak etməli- yardım göstərməlidirlər.
6.2. Köçürmə orqanları
Köçürülmənin müvəffəqiyyəti köçürülən əhalinin şəhər-
dənkənar təhlükəsiz zonalarda qəbul edilib yerləşdirilməsinin
139
necə təşkil edildiyindən və həyata keçirildiyindən asılı olacaq-
dır. İcra hakimiyyəti başçıları əhalinin və müəssisələrin şəhər-
dənkənar zonalarda qəbul edilməsi və yerləşdirilməsinin əsas
təşkilatçısıdır. Onlar bu işlərə kənd və qəsəbə icra hökumət nü-
mayəndələri MM qərargahları, köçürmə komissiyaları, qəbulet-
mə və toplanış köçürmə məntəqələri, nəqliyyata mindirmə
(yükləmə) və nəqliyyatdan düşürmə (boşaltma) stansiyaları
(məntəqələri) vasitəsilə rəhbərlik edirlər.
Köçürmə komissiyası hələ sülh dövründə yaradılır. Adə-
tən, rayonun İcra hakimiyyətinin başçısı, müavini köçürmə ko-
missiyasının sədri təyin edilir. Komissiyanın heyətinə rayon
tibb xidmətinin, kənd təsərrüfatı istehsalat idarəsinin, rayon is-
tehlak cəmiyyətinin. rayon polis şöbəsinin, nəqliyyat xidməti-
nin, rabitə və xəbərdarlıq xidmətinin, təhsil şöbəsinin, ictimai
təminat şöbəsinin nümayəndələri, hərbi komissarlığın işçiləri,
mənzil-kommunal şöbəsinin, rayon həmkarlar təşkilatı nüma-
yəndələri, habelə 3-4 texniki işçi daxil edilir
Əhalinin qəbul olunub yerləşdirilməsi üzrə rayon köçürmə
komissiyası rayonun mülki müdafiə qərargahı ilə birlikdə aşa-
ğıdakı əsas vəzifələri yerinə yetirir: fəhlə və qulluqçuların və
əhalinin yerləşdiriləcəyi rayonların müəyyən edilməsi üzrə tək-
liflər hazırlayır, bu rayonların hazırlanması və təmin olunma-
sında iştirak edir, köçürülənləri qəbul edən məntəqələrin miq-
darını və yerlərini müəyyənləşdirir, uşaqları, əlilləri və qocaları
nəqliyyatdan düşürmə (boşaltma) məntəqəsindən yerləşdirmə
məntəqələrinə daşımaq üçün lazım olacaq nəqliyyat vasitələri-
nin miqdarını müəyyən edir. Bundan əlavə, köçürmə komissi-
yası mülki müdafiə planının əsas bölmələrindən birinin – “Kö-
çürülən əhalinin qəbul olunması və yerləşdirilməsi planı”nın iş-
lənib hazırlanmasında iştirak edir, habelə əhalinin tibb xidməti,
ərzaq, ən lazımlı şeylər və kommunal-məişət xidməti ilə təmin
olunması üçün digər əlaqədar təşkilatlar ilə birlikdə fəaliyyət
göstərir; qəbuletmə məntəqələri üçün rəisləri və xidmətçi heyə-
ti seçir, təsdiq olunması üçün onları rayon İcra Hakimiyyətinin
140
başçısına təqdim edir; qəbuletmə məntəqələrinin şəxsi heyəti-
nin işə hazırlanmasıni təşkil edir və həyata keçirir, köçürülən
əhalinin rayonda qəbul olunmasına və yerləşdirilməsinə rəhbər-
lik edir.
Rayonun köçürmə-qəbuletmə məntəqələri ölkəyə basqın
təhlükəsi yarandığı FH elan edilərkən açılır, eyni zamanda şə-
hər əhalisinin yaşayış məntəqələrində yerləşdirilməsi planını
dəqiqləşdirir, gələn qatarları qəbul etmək üçün nəqliyyatdan
düşürmə (boşaltma) stansiya və məntəqələrində hazırlıq işləri
görür; şəhərdən gələn əhalini yerləşdirmə yerlərinə daşımaq
üçün nəqliyyat vasitələrini hazırlayır; tibb və məişət xidmətlə-
rini təşkil etmək üçün tədbirlər keçirirlər.
İcra hakimiyyəti nümayəndələri rəhbərləri və onların qərar-
gahları şəhərdən gələn adamların yerləşdirilə biləcəyi mənzil
fondunu, istehsalat binalarını və digər tikintiləri əvvəlcədən bö-
lüşdürür; uşaqları və qocaları yerləşdirmə məntəqələrinədək
daşımaq üçün lazım olan nəqliyyat vasitələrini müəyyənləşdi-
rir; fəhlələrin, qulluqçuların və köçürülən əhalinin qəbul edil-
məsi və yerləşdirilməsi planını işləyib hazırlayırlar. Onlar özlə-
rinin bu işlərini rayon qəbuletmə komissiyası ilə razılaşdırırlar.
Çox miqdarda əhali qəbul edən iri təsərrüfatlarda köçürü-
lənləri qəbuletmə məntəqələri təşkil olunur. Az miqdarda köçü-
rülən olduqda qəbuletmə məntəqəsi yaradılmır.
Təsərrüfat işlərini və köçürülən əhalini həm rayonun qəbul-
etmə məntəqələrində, həm də bilavasitə nəqliyyatdan düşürmə
(boşaltma) məntəqələrində qəbul edə bilərlər. Birinci halda qə-
buletmə məntəqələri təsərrüfatların mərkəzi malikanələrində,
ikinci halda isə bilavasitə düşürmə (boşaltma) məntəqələrində
təşkil edilir,
Köçürülənləri qəbuletmə məntəqələrinin ictimai binalarda
(məktəblərdə, klublarda) yerləşdirmək məqsədəuyğundur. Bu,
gələn əhalini günün və ilin istənilən vaxtı, habelə hər cür hava-
da müvəqqəti olaraq həmin binalarda yerləşdirməyə imkan ve-
rir. Qəbuletmə məntəqələrinin qarşısına böyük və məsul vəzifə-
141
lər qoyulur. Onlar gələn əhalini qarşılamalı, onları qeydə alma-
lı, yaşayış məntəqələri üzrə bölüşdürməli və adamları yerləşdir-
mə yerlərinə mütəşəkkil surətdə yola salmalıdırlar.
Qarşısına qoyulan vəzifələrdən və şəraitdən asılı olaraq
məntəqənin heyətinə aşağıdakı şəxslər daxil edilə bilər: məntə-
qənin rəisi, onun tərbiyə üzrə müavini; qeydəalma və uçot qru-
pu (10-12 nəfər); komendant və növbətçilər (3-5 nəfər); köçü-
rülənləri qarşılama qrupu (16-21 nəfər); komplektləşdirmə və
yola salma qrupu (6-7); iaşə qrupu (3 nəfər); tibb məntəqəsinin
işçiləri (2 nəfər); ana və uşaq otağının xidmətçiləri (2 nəfər) və
ictimai asayişi mühafizə qrupu (4-6 nəfər).
Köçürülənləri qəbuletmə məntəqəsinin işini daha yaxşı təş-
kil etmək məqsədilə lazımi sənədləri hələ sülh dövründə hazır-
layırlar. Bu sənədlərin miqdarı və məzmunu müxtəlif hallarda
müxtəlif olacaqdır. Əsas sənədlər bunlardır: məntəqədə qəbul
edilməli olan köçürülən şəxslərin siyahısı; məntəqənin şəxsi
heyətinin siyahısı; xəbərdarlıq sxemi; MM rəhbər heyətinin te-
lefon nömrələri siyahısı; köçürülən əhali yerləşdiriləcək yaşa-
yış məntəqələrinin siyahısı; köçürülənləri yerləşdirmə yerlərinə
daşımaq üçün ayrılan nəqliyyat vasitələrinin növləri üzrə miq-
darı; köçürmə vəsiqələrinin nümunələri; köçürülənləri uçota al-
maq üçün sənədlərin formaları; məntəqənin şəxsi heyətinin
xidməti vəzifələri cədvəli.
Köçürülənləri qəbuletmə məntəqəsinin rəisi vəzifəsinə rəh-
bər işçilərdən biri təyin olunur. O, sülh dövründə: gələn əhali-
nin qəbul olunması və yerləşdirilməsi qaydalarını və qəbuletmə
məntəqəsinin iş qaydasını öyrənməli, qəbuletmə məntəqəsinə
gələcək əhalinin miqdarını, onların yerləşdiriləcəyi yaşayış
məntəqələrini, qatarların və avtomobil kalonlarının nömrələri-
ni, düşürmə məntəqələrinin və qatarların təxminən nə vaxt gə-
ləcəyini, habelə radiasiyadan qoruyan daldalanacaqların yerini
bilməlidir. Ərazi zəhərlənərkən o, adamların radiasiyadan qoru-
yan daldalanacaqlarda mühafizə olunması üçün tədbir görür.
Komendant məntəqə binasının işə hazırlanması və ava-
142
danlıqla təmin olunması üçün məsuliyyət daşıyır. Şəhərdəki
obyektlərdə (zavod, fabrik və s.) köçürmə komissiyası, top-
lanış-köçürmə məntəqələri yaradır, habelə nəqliyyata mindirmə
(yüklənmə) stansiyaları (körpüləri, məntəqələri) təyin edir. Şə-
hər obyektinin köçürmə komissiyası köçürülməli olan fəhlə
qulluqçuları və onların ailə üzvlərini hesaba alır, toplanış-kö-
çürmə məntəqələrini təşkil edir, habelə köçürülmə qaydalarını
müəyyənləşdirir. O, həmçinin şəhərdən kənar zonanı əvvəlcə-
dən yoxlayır və kənd təhlükəsi rayonunun köçürülənləri qəbul-
etmə komissiyası ilə birlikdə yerləşdirilmə məntəqələrini dü-
rüstləşdirir,
Köçürülməli olan şəxslərin siyahısını vaxtaşırı yoxlayıb
dəqiqləşdirirlər. Siyahının bir nüsxəsi toplanış-köçürmə məntə-
qəsində saxlanır, ikinci nüsxəsi isə köçürülmə planının surəti
ilə birlikdə kənd rayonunun qəbuletmə komissiyasına verilir.
Toplanış-köçürmə məntəqələrində (TKM) əhali toplanır,
qeydə alınır, mütəşəkkil surətdə nəqliyyata mindirilir və şəhər-
dənkənar zonaya yola salınır. Bu məntəqələr köçürülən əhali-
nin iş və ya yaşayış yerlərində hər 2-3 min adam üçün bir mən-
təqə hesabı ilə rayon (şəhər) İcra Hakimiyyəti Başçısının qərarı
əsasında yaradılır.
Toplanış-köçürmə məntəqəsinin heyəti yerinə yetirilən və-
zifələrdən və şəraitdən asılı olaraq dəyişə bilər. Onun mümkün
olan variantlarından biri 39-cu şəkildə göstərilmişdir. Toplanış-
köçürmə məntəqəsinin rayon (şəhər) köçürmə komissiyası ilə
rabitə vasitəsi olmalıdır.
Nəqliyyata mindirən və piyada kolonlarını komplektləşdi-
rən qrup adamların nəqliyyata mindirilməsini, piyada kolonla-
rını təşkil edir, kolonlara cavabdeh şəxslər təyin edir, nəqliy-
yatda və piyada gedərkən davranış qaydalarını köçürülənlərin
nəzərinə çatdirır.
Tibb məntəqəsi xəstəxananlara yardım göstərmək və topla-
nış-köçürmə məntəqəsi yerləşən sahənin lazimi sanitariya şə-
raitini təmin etmək üçündür. Qrupun heyətinə həkim feldşer,
143
tibb bacıları və sanitarlar daxil edilir.
Dostları ilə paylaş: |