ġək. 5. Torpaq sürüşmələri (a; b; c)
İldə orta hesabla 3 milyard şimşək ya da ildırım meydana
gəlir, yəni, ilin hər hansı bir günündə səmada 2 minə yaxın ildı-
32
rım buludu var və dünyada hər saniyədə təqribən 100 ildırım
düşür. Ümumiyyətlə, dünyada tufan və ildırımların nəticələrin-
dən ildə 10000-ə qədər adam məhv olur (və bu göstərici üzrə
tufan və ildırım ilk beş təbii təhlükələr sırasına daxildir). Afri-
kanın bəzi ölkələrində (Zimbabve və Keniya), Fransada, ABŞ-
da və bir sıra digər ölkələrdə ildırım qurbanlarının sayı digər
təhlükəli kortəbii hadisələrinkinə nisbətən daha çoxdur. Hər
10000 nəfər əhali üzrə ildə Zimbabvedə və ona qonşu ölkələrdə
200 nəfərə qədər, Fransada 55 nəfər, ABŞ-da 10 nəfər məhv
olur; 1888-ci ildə Nyu-Dehlidə (Hindistan) güclü tufan zamanı
yağan doludan 250 nəfər məhv olmuşdur. Tufanlar nəticəsində
(əsasən dolu vurmasından) dəyən iqtisadi ziyan hər il ABŞ-da
təxminən 700 mln dollar (bütün təhlükəli təbii proseslər arasın-
da beşinci yer), İsveçrə, Fransa, Kanada, Cənubi Afrika Res-
publikası və bəzi digər ölkələrdə - yüz milyonlarla dollar, bü-
tün dünyada isə ən azı 2 milyard dollar təşkil edir.
İldırım hadisəsi insanlıq tarixinin ilk zamanlarında bir tari-
xi işarə olaraq qəbulu olunmaqda idi. İldırım düşməsi insanlar
üçün təhlükəli olduğu qədər də yaşamaqlarına da köməyi var-
dır. İldırımlar nitrat və oksigenin yer üzünə enməsini təmin
edər.
İldırım günəş işıqlarıyla birlikdə yer üzündəki isti havanın
yüksəlməsiylə başlayır. Bu şəkildə buxarlanan su yuxarı daşı-
nır. Yüksələn hava orta hesabla 2-3 kilometr olunca havanın
soyuq laylarına bərabər gəlir. Soyuq havalarda bulud meydana
gəlir. Bu buludlar bundan sonra hava axınlarının köməyi ilə 20
min metrə qədər çıxa bilir. Buludların bu çıxışlarında içərisində
olan buz kristalları bir-birinə sürtərək statik enerji meydana gə-
lir. Bu enerji buludun üst laylarında + , alt laylarında – (mənfi)
yüklü olaraq yığılır. Buludun içərisində iştirak edən yük havanı
iyonize edir və şimşək meydana gəlir.
Bu prosesi digər və buna oxşar variantla ifadə etsək, qeyd
etmək olar ki, havada olan su buxarı kondensasiya etdikdə və
yuxarı qalxan hava axını kondensasiya etmiş həmin damcıların
33
içərisindən sürətlə keçdikdə onları parçalayır, müsbət və mənfi
ionlara ayırır. Həmin ionlar buludun müxtəlif sahəsinə yığıldıq-
da qüvvətli elektrik sahələri əmələ gəlir. Bir buludun müsbət
(və ya mənfi) qütbü ilə digər buludun mənfi (və ya müsbət)
qütbü və ya yer arasında gərginlik müəyyən həddə çatanda ha-
vada deşilmə baş verir. Bu zaman buludda olan müsbət yüklər
yerə, yerdə olan mənfi yüklər isə buluda tərəf axmağa başlayır.
Sürətli axın zamanı güclü parıltı (şimşək) görünür və gurultu
səsi eşidilir. Gurultu havanın sürətli genişlənməsi və partlayışı
nəticəsində baş verir. Boşalmada cərəyanın şiddəti 10-20 min
amperə qədər, gərginlik isə 150 milyon voltdan artıq ola bilir.
İldırım çaxan zaman binaların başına çıxmaq, tək ağacın,
elektrik naqillərinin, dirəklərinin yanında dayanmaq, dənizdə
çimmək, qayıqda oturmaq olmaz.
ġək. 6. Şimşəklər
2.7. Vulkanların xarakteristikası
Vulkanlar.Yer kürəsində baş verən təbiət hadisələrindən
biri də vulkanlardır. Vulkanlar yer qabığının kanal və çatları
34
üzərində yaranan geoloji bir törəmə olmaqla, xaricə lava, vul-
kanik qazlar, daşlar (vulkanik bombalar) püskürdən, yer kürəsi-
nin üst qatında yaranan geoloji strukturdur. Bu kanal və çatlar
vasitəsilə yüksək hərarətlərlə əridilmiş dağ süxurları (lava),
kül, qaynar qazlar, su buxarları və dağ süxurlarının parçaları
yer üzünə çıxaraq partlayış zamanı yayılır və ətraf mühitə, in-
sanlara, onların yaşayış yerlərinə xeyli ziyan vura bilir.
ġək. 7. Vulkan
Vulkan yerin daxilində baş verən geoloji dəyişiklik nəticə-
sində maqmanın xaric edilməsi ilə müaşiət olunur.
Vulkan sözü qədim Roma mifologiyasında od tanrısı Vul-
kanın adından götürülmüşdür. Vulkanla məşğul olan elmə vul-
35
kanologiya deyilir.
Vulkanlar formasına (şit və ya stratovulkanlar), aktiv (hə-
rəkətdə olan, yatan, sönmüş), yerinə görə (yerüstü, sualtı, buz-
altı) və s. olaraq təsnifləşdirilir.
Yerin 100 km dərinliyində təxminən 1000 və 1300 °C ara-
sında temperatur mövcudur. Bu istiliyin təsirindən ərimiş daş
qarışığı özülü plastik formaya malik maqmaya çevrilir. Damcı
formalı maqma 50 km dərinliyinə yığılır. Təzyiq çoxaldıqca
maqma yarıqlarla hərkət edərək litosferaya daxil olur. Bu yolla
yerin üzünə çıxmış maqmaya lava deyilir.
Vulkan partlayışı zamanı təkcə közərmiş mayelər yox, həm
də bərk və qaz halında olan maddələr xaricə çıxır. Əksər hallar-
da vulkanlar konus şəklində olur. Vulkanın forması başqa şə-
killərdə də ola bilər.
Pükürmədən sonra vulkanın aktivliyi ya dayanır, ya da o
min illər boyu "mürgüləyir". Bu zaman vulkanın özündə və ət-
rafında olan ərazilərdə maqmatik özəyin soyuması ilə müşaiət
olunan aktivlik saxlanılır. Belə adlanan, postvulkanik dövr baş
verir. Buraya fumarol, term, qeyzerləri misal göstərmək olar.
Vulkanik aparatın əsas hissələri aşağıdakı şəkildə aydın şə-
kildə təsvir edilmişdir.
Müasir vulkanlar yer süxurlarının iri sınıqları və tektonik
oynaq sahələr boyunca yerləşir. Vulkanların insanlar üçün təh-
lükə mənbəyi maqma (lava) axınları, vulkandan püskürən daş
və kül, palçıq axınları və güclü sellərdir.
Mantiyanın yuxarı hissəsindəki ərimiş maddələr – maqma
yüksək təzyiq altında daxili proseslər nəticəsində Yer qabığın-
da əmələ gəlmiş çatlarla yuxarıya doğru hərəkət edir. Maqma-
nın bir hissəsi Yer səthinə çatmamış soyuyub Yer qabığının
müxtəlif hissələrində qalır, digər hissəsi isə yüksək təzyiq altın-
da səthə çıxaraq sel kimi axır. Səthə çıxmış maqma – lava adla-
nır. Lava soyuduqda müxtəlif hündürlüklü təpələr əmələ gətirir
ki, buna vulkan deyilir. Vulkan lavası sıyıq olduqda qalxanvari
relyef forması (Havay tipli vulkanlar) yaradır. Lava qatı olduq-
36
da əsl konus yaradır (Stratovulkan).
ġək. 8. Stratovo vulkanın en kəsiyi:
1. Böyük maqma kamerası. 2. Yerin üst qatı. 3. Kanal. 4.
Bünövrə. 5. Yataq. 6. Budaq yol. 7. Vulkandan yaranan kül
qatı. 8. Yan tərəf. 9. Vulkan zamanı yaran lava qatı. 10.
Boğaz. 11. Püskürdücü qıf. 12. Lava axını. 13. Ağızlıq. 14.
Krater. 15. Soyuq kül
ġək. 9. Vulkanın əsas xüsusiyyətləri
37
Maqmanın Yer səthinə çıxdığı kanala vulkan boğazı deyi-
lir. Vulkan püskürməsi zamanı əmələ gəlmiş təpənin zirvəsin-
dəki çökəkliyə krater deyilir. Kraterdən yer səthinə çoxlu miq-
darda qaz, su buxarı, vulkanik toz, kül və lava cıxır. Diametri
1,5 km-dən böyük olan krater kaldera adlanır. Eroziya və de-
nudasiya prosesləri vulkan dağını aşındırır, lakin vulkan boğa-
zında qalıb, soyuyaraq bərkimiş lava-nekk adlanan qayalı rel-
yef əmələ gətirir. Boğaz və krater vulkanın elementləridir.
Vulkanlar- fəaliyyətdə olan və sönmüş vulkanlara bölünür.
Püskürməsi bəşəriyyətin yaddaşında qalan vulkanlar fəaliyyət-
də olan vulkan adlanır. Dünyada 817 fəaliyyətdə olan vulkan
mövcuddur ki, onların 620-si yaxın keçmişdə püskürüb. Bu
vulkanların 75%-i Sakit okeanın «odlu həlqəsində» (məs.,
Klyucevskaya Sopka, Fudziyama və s.) və Indoneziya adaların-
dadır. Bundan başqa Cənubi Avropa və And dağlarında da çox-
lu fəaliyyətdə olan vulkan mövcuddur. Fəaliyyətdə olan vul-
kanlardan- Vezuvi, Etna, Stromboli (Italiya), Hekla (Islandiya),
Kamerun (Afrika), Fudziyama, Azo (Yaponiya), Klyuçevskaya
Sopka (Rusiya), Orisaba, Taxamulko, Popokatepeti (Şimali
Amerika) - Şimal yarımkürəsində; Kilimancaro (Afrika), Koto-
paxi, San-Pedro, Ruis, Lyulyalako (C. Amerikada), Erebus
(Antarktida), Krakatau (Indoneziya)- Cənub yarımkürəsində
yerləşir.
Dünyada fəaliyyətdə olan ən yüksək vulkan Cənubi Ameri-
kadakı Lyulyalako (6723 v) dağıdır.
Yer kürəsində fəaliyyətdə olan vulkanlara nisbətən sönmüş
vulkanlar daha çoxdur. Onların püskürməsi haqqında heç bir
tarixi məlumat yoxdur. Qafqazın ən hündür zirvələri Elbrus,
Kazbek, Azərbaycandakı- Böyük Işıqlı, Qızılboğaz, Savalan
sönmüş vukanlardır.
Zəlzələ və vulkanlar əsasən geosinklinal (dağlıq) ərazilər-
də - litosfer tavalarının sərhədində geniş yayılıb. Qədim plat-
forma sahələrində (düzənliklərdə) zəlzələ və vulkanlara rast
gəlinmir. Vulkanların bir növü olan palçıq vulkanları püskür-
38
dükləri lavanın temperaturunun az olması ilə fərqlənir. Lavanın
tərkibində su çox olduğuna görə sıyıq palçığa oxşar gilli kütlə
kimi axır və içərisindən qaz qabarcıqları çıxır. Bu vulkanlara
ən çox neftli-qazlı sahələrdə rast gəlinir və onlardan müalicə
məqsədi ilə istifadə edilir. Vulkan borusunun ətrafında topla-
nan kəsəkli palçıq-brekçi adlanır. Azərbaycan palçıq vulkanla-
rının ən çox yayıldığı ərazilərdəndir (xüsusilə Abşeron və Qo-
bustanda).
Cədvəl 2
Vulkanların xarakteristikası
FƏALİYYƏTDƏ ОLAN VULKANLAR
Avrasiya
Afrika
Şimali
Amerika
Cənubi
Amerika
Оkeani-
ya
Antark-
tida
Avrоpa
Asiya
Hekla,
Vezuvi,
Etna
Klyuçevskaya
sоpka,
Krоnоs
sоpkası, Fud-
ziyama, Azо,
Apо, Kraka-
tau
Kiliman-
carо,
Kamerun
Müqəddəs
Yelena,
Şasta,
Kоlima,
Оrisaba,
Taхumul-
kо,
Pоpоkate-
petl
Lyulyalyakо,
Ruis,
Kоtоpaхi,
San-Pedrо
Klauea,
Mauna-
Kea,
Mauna-
Lоa,
Rua-
peхu
Erebus
SÖNMÜŞ VULKANLAR
Avrasiya
Afrika
Cənubi Amerika
Avrоpa
Asiya
Eyfel
Kazbek, Elbrus, Savalan,
Səhənd,
Aхar-Baхar, Gəlinqaya,
Böyük İşıqlı, Qızılbоğaz
Keniya
Çimbоrasо
Vukan və zəlzələlərin yayıldığı bəzi ərazilərdə yeraltı sular
adətən yüksək temperatura malik olur. Bu sularda çoxlu duz və
qaz olduğu üçün onlar mineral sular adlanır. Suların isti olma-
sına səbəb Yer səthinə yaxın olan qaynar maqmanın təsiridir.
Isti sular yerin daxilindəki çatlarla səthə çıxır, bulaq şəklində
çay və dənizlərə tökülür.
İndi isə qeyd olunan vulkanlar haqqında daha ətraflı məlu-
39
matlara nəzər salaq:
1. Avrasiya vulkanları.
Dünyadakı vulkanlar ümumiyyətlə iki qurşaq bölgə üzərin-
də tapılmaqdadır. Himalay-Alp qurşağına yaxın olan bölgə
Aralıq dənizi ətraflarından Malaya yarımadasına qədər uzanır.
Pasifik qrupu isə bəzi Yapon və Pasifik adalarından Cənub
Amerikanın qərb sahilinə qədər uzanmaqdadır. Hələ də aktiv
olan 500-ə qədər vulkan,Pasifik qurşağındadır. Vulkanların bir
başlanğıcı, bir də bitən nöqtələri mövcuddur. Yeni, gənc vul-
kanlar müasir zamanlarda meydana çıxmışdır. Bir vulkan aktiv
həyatı əsnasında belə bir neçə il sakit qala bilər.
2. Vezuvi vulkanı
ġək. 10. Vezuvi vulkanı
Birləşmiş Amerikada olan tək aktiv vulkan 3000 metri
bir az aşan Lassen zirvəsidir. Bu vulkan ən son olaraq 1916-cı
ildə püskürmüşdür. Aralıq dənizi bölgəsindəki yanardağların
ən əhəmiyyətlisi, Vezuvidir. Ayrıca, Sicilyanın 3000 metri
çox az aşan Etna adlı vulkanını da, bu bölgədəki əsaslı vul-
40
kanlar arasında saymamız lazımdır. Eyni bölgənin bir başqa
əhəmiyyətli vulkanı da Strombolidir. Bu dağa "Aralıq dənizi-
nin sönməyən fənəri" adı verilməkdədir.
2. Amerika vulkanları. Orta Amerikada və Meksikada da
bir xeyli əhəmiyyətli vulkan mövcuddur. 4150 metr
yüksəkliyindəki
Ouezaltenago
dünyanın
ən
təhlükəli
vulkanlarından biri sayılmaqdadır. 6500 metrə ətrafında bir
yüksəkliyə sahib olan Cotopaxi vulkanı da, dünya üzərindəki
müəyyən aktiv yanardağlardan biridir. Meksikanın məşhur
vulkanı Popocatepetl 5500 metr yüksəkliyi aşır. Krateri 2 mil
genişliyindədir.
ġək. 11. Popocatepetl vulkanı
Əslində ən böyük və aktiv vulkanlar Pasifik adalarında
var. Havay adalarındakı Mauna Loa, 1950-ci ildəki
indifasında, dəniz üzərində 24 mil boyunca lava yayacaq bir
güclə fəaliyyətə keçmiş idi.
Yenə eyni yerdəki Mauna Keanın daha yüksək olmasına
41
baxmayaraq, Mauna Kea, dünyanın ən böyük vulkanı olaraq
qəbul edilməkdədir. Dəniz səviyyəsindən 4300 metr yüksəklik-
də, dənizdən 10000 metr dərinliyə qədər enməkdədir.
ġək. 12. Cotopaxi vulkanı
42
ġək. 13. Rinjani vulkanın püskürməsi (1994)
Bəs vulkan püskürmələrinə necə hazırlıqlı olmalı? İlk
növbədə vulkanların oyanması ehtimalı xəbərlərinə diqqət yeti-
rin, bu xəbərdarlıqlara etinasız yanaşmayın.Vulkana yaxın əra-
ziləri müvəqqəti tərk etmə sizi bir çox bəlalardan qurtarar. Belə
bir xəbər aldıqda bütün qapı və pəncərələri, tüstü bacalarını kip
bağlayın, avtomobilinizi qaraja qoyun, ev heyvanlarını bağlı
otaqlarda yerləşdirin. 3-5 günlük su, ərzaq, işıq və istilik mən-
bələri ilə özünüzü təchiz edin.
Vulkan püskürməsi sizi evdən kənarda haqlamışsa, başınızı
və bədəninizi yuxarıdan yağan daş və küldən qoruyun. Adətən
vulkan püskürmələri sel axınları ilə də müşayiət edilir, ona gö-
rə də yaxınlıqda olan çay sahillərindən və vulkan ətrafı dərə və
vadilərdən aralı durun, xilas olunmaq üçün daha hündür yerlər
axtarın.
Vulkan püskürməsi bitdikdən sonra da müəyyən qaydalara
riayət etmək lazımdır. Külə qarşı ağzınızı və burnunuzu sarğı
ilə bağlayın, qoruyucu eynək və paltarlar geyinin ki, yanmalara
məruz qalmayasınız. Vulkan püskürməsi nəticəsində yerə düş-
müş kül üzərindən avtomobil sürməyin: bu onun tez bir zaman-
da sıradan çıxmasına səbəb olar. Evinizin damını dərhal küldən
təmizləyin, əks halda külün ağırlığından yata və ev uça bilər.
2.8. Quraqlıq
Quraqlıq - kənd təsərrüfatı və meşə təsərrüfatı, məişətdə və
sənayedə su təchizatı, gəmiçilik və su elektrik stansiyalarının
işi zamanı arzu olunmaz vacib hadisədir. Bu hadisə müxtəlif
geofiziki göstəricilər üzrə, məsələn, yağıntı defisitindən
(miqdarına, müddətinə, miqyasına görə) başlamış mürəkkəb
əmsalların hesablamasından müvafiq qaydada qiymətləndirilə
bilər ki, buraya hava temperaturunun, yağıntıların, torpaqda
rütubət ehtiyatının normadan fərqlənməsi dərəcəsi, eləcə də
məhsul, elektrik istehsalı itkiləri və s. üzrə göstəricilər də daxil-
dir. Adətən, bir ərazidə quraqlıq digər ərazidə yağıntıların
43
artmasına səbəb olur. Əsas qitələrin sahələrinin 40-45%-i quru
və quraqlıq ərazilərdir ki, əhalinin üçdə biri məhz bu
ərazilərdə, dördə üçü isə quraqlıq bəzi hallarda baş verən
sahələrdə yaşayır.
Dünyada demək olar ki, hər il güclü quraqlıqlar baş verir.
Qurbanlarının sayına və vurduğu iqtisadi ziyana görə quraqlıq
beş ən əsas təhlükəli təbii hadisələrdən biridir. Bir dəfədə baş
verən tələfatın sayına (1965-1967-ci illərdə Hindistanda 1 mln-
dan artıq) və birbaşa iqtisadi zərərin kəmiyyətinə (on
milyardlarla dollar) görə ən iri təbii fəlakətlərdən sayılır.
2.9. Texnogen mənĢəli fövqaladə hallar
Respublikamızın ərazisində ehtimal olunan texnogen mən-
şəli fövqəladə hallar əsasən güclü istehsalat və nəqliyyat qəza-
larından ibarətdir.
Daha çox ehtimal olunan belə hallara neft emalı, kimya sə-
nayesi müəssisələrində partlayış və yanğınla müşayət olunan
istehsalat qəzaları aiddir. Güclü təsirli zəhərli maddələr
(GTZM) istehsal edilən, işlədilən və daşınan kimyəvi təhlükəli
obyektlərdə qəzalar daha fəlakətlidir. Respublikanın iri şəhərlə-
rində və həmçinin bir sıra kənd rayonlarında xeyli belə obyekt-
lər yerləşir. Bunlar ammonyak işlədilən iri soyuducu qurğulara
malik ət-süd sənayesi obyektlərindən, ərzaq məhsulları bazarla-
rından; xlordan istifadə olunan su təchizatı və təmizləyici qur-
ğulardan; GTZM sisternləri tənzimlənən dəmir yolu stansiyala-
rından; kənd təsərrüfatı üçün kimyəvi preparatlar, dezinfeksiya
maddələri ehtiyatları saxlanılan iri anbar və bazalardan iba-
rətdir. Burada 20-dən artıq cürbəcür güclü kimyəvi maddələr
olur.
Respublikamızda belə kimyəvi təhlükəli obyektlərin sayı
60-dan artıqdır və xüsusən Sumqayıt, Bakı şəhərlərindəki su tə-
mizləmə obyektlərində kimyəvi maddələrin saxlandığı bu cür
qurğular olduqca təhlükəlidir:
44
• nəqliyyatda GTZM-in ətrafa yayılması ilə müşayiət edi-
lən qəzalar (Respublikamızın ərazisində 15 dəmir yol stansiya-
sı fəaliyyət göstərir ki, burada da GTZM daşınan dəmir yol
nəqliyyat vasitələrinin toplanması mümkündür. Bu cəhətdən
Sumqayıt, Bakı dəmir yol yük stansiyaları, Biləcəri stansiyası
xüsusən böyük təhlükəli zona hesab oluna bilər);
tez alışan maddələr istehsal, emal olunan və saxlanılan
obyektlərdə yanğınlar (partlayışlar) (Respublikamızda 850-dən
artıq belə obyekt var. Bakı və Sumqayıt neft emalı və neft
kimyası müəssisələri, neft-qaz mədənləri və neft bazaları xüsu-
sən təhlükəlidir);
nəqliyyat vasitələrində yanğın və partlayışlar;
hidrodinamik qəzalar- su qurğuları qovşaqlarında bəndlə-
rin dağılması və fəlakətli daşqın zonalarının yaranması.
Belə şəraitdə qəzaların və təbii fəlakətlərin əvvəlcədən
proqnozlaşdırılması, həmçinin yaranmış vəziyyət haqqında
əhalinin əvvəlcədən xəbərdar edilməsi, onların nəticələrini ara-
dan qaldırmaq üçün təsirli tədbirlərin hazırlanıb yerinə yetiril-
məsi olduqca böyük əhəmiyyət kəsb edir.
45
3. KÜTLƏVĠ QIRĞIN SILAHLARININ
XÜSUSĠYYƏTLƏRĠ
3.1. Nüvə silahı və onun zədələyici amilləri
Nüvə silahı (atom silahı) - nüvə reaksiyaları (bölünmə və
ya sintez reaksiyaları, yaxud hər ikisi birlikdə) nəticəsində qa-
palı həcmdə böyük miqdarda ayrılan nüvədaxili everjidən baş
verən partlayış təsirli silahların ümumi adıdır. Bu reaksiyalarda
maddənin kütlə vahidindən ayrılan enerji adi partlayıcı maddə-
dəkinə (trotildəkinə) nisbətən 20-80 mln. dəfə artıq olur. Son
dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı
kimi meydana çıxar və öz gücünə və zədələyici amillərinin xa-
rakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir.
Müasir nüvə silahı kompleksi (raket-nüvə silahı) müxtəlif növ
nüvə döyüş sursatından, onları hədəfə çatdıran vasitələrdən və
idarəetmə vasitələrindəv ibarətdir. Nüvə enerjisinin alınması
üsuluna görə, ağır kimyəvi elementlərin (235U, 239Pu) atom
nüvələrinin zəncirvari parçalanması reaksiyasına əsaslanan nü-
və bombaları (əvvəllər “atom bombası” adlandırılırdı) və yün-
gül elementlərin (məs., hidrogen izotoplarının) atom nüvələri-
nin sintez reaksiyasına əsaslanan istilik-nüvə (hidrogen) bom-
baları vardır. Zədələyici amillərinin xarakteri eyni olduğu üçün
hər ikisinə nüvə silahı deyilir. Neytron döyüş sursatı, habelə
hidrogen-uran döyüş sursatları nüvə silahının xüsusi növləri-
dir. Nüvə silahı ən güclü kütləvi qırğın vasitəsidir; inzibati
mərkəzləri, sənaye və hərbi obyektləri dağıtmaq, çanlı qüvvəni
məhv etmək, yanğınlar törətmək, mühiti radioaktiv zəhərləmək
və s. məqsədi güdür. Nüvə silahı insanlara güclü mənəvi və
psixoloji təsir göstərir. Hazırda rəsmi olaraq ABŞ, Rusiya, Bö-
yük Britaniya, Fransa və Çinin silahlı qüvvələri nüvə silahına
malikdirlər. Raket-nüvə silahının meydana çıxması hərb elmi-
nin inkişafına güclü təkan verdi, döyüş əməliyyatlarının aparıl-
ması üsullarının xeyli dəyişməsinə səbəb oldu.
46
Nüvə bombası (yaxud da atom bombası) – ağır nüvələrin
zəncirvarı bölünməsi yaxud da yüngül nüvələrin termonüvə
sintezi zamanı ayrılan nüvə enerjisinə əsaslanan partlayıcı tə-
sirli silahdır. Bütün nüvə silahlarını aşağıdakı kateqoriyalara
bölmək olar: 1) Atom bombası adlanan döyüş sursatları – bun-
ların partlaması zamanı yalnız bir növ nüvə reaksiyası gedir və
ağır element (uran ya plutonium) daha yüngül nüvələrə çevrilir.
Bunlar birfazalı ya birpilləli nüvə silahları sayılır. 2) Termonü-
və silahı (çox vaxt hidrogen bombası) – daha yüngül element-
lərin sintezindən ayrılan enerjiyə əsaslanır. Fitil kimi birfazalı
bombadan istifadə olunur ki, onun partlaması zamanı lazım
olan temperatur yaranır (1 neçə milyon dərəcə) və sintez reak-
siyası gedir. İlkin material kimi hidrogenin iki müxtəlif izoto-
pundan (deyterium və tritium) istifadə olunur. Bu ikifazalı, ya-
xud ikipilləli tipdir. Hidrogen bombasının gücü atom
bombasının gücündən bir tərtib böyükdür. 3) Termonüvə
reaksiyasının üçfazalı, yaxud üçpilləli (parçalanma – sintez –
parçalanma) tipi də mövcuddur. Bilirik ki, təbii uranın tərkibi
99% uran-238-dən, 0,7% isə uran-235-dən ibarətdir. Yəni,
uran-238 çoxdur və ucuz xammaldır. Amma uran-238-i sadə
parçalanmalarda istifadə olunmur, çünki parçalanmaya meylli
deyil. Amma üçpilləli bombalarda əvvəl uran-235 parçalanır,
sonra sintez reaksiyası gedir, yüksək temperatur və təzyiq
alındığından uran-238 də parçalanır. Bu tip bombaların gücü və
radioaktivliyi çox yüksəkdir. 4) Bəzən neytron bombalarını da
bir tip kimi ayırır. Bu tip silah yüksək sürətli neyron seli yara-
dan mexanizmdir ki, gücü az olsa da, istiqamətlənmiş
radioaktivliyə və neytron şüalanmasına malikdir. Nüvə silahı
üzərində ilk işlər 1944-cü ildə R. Oppenheymerin başçılığı ilə
amerikanın “Manhetten proyekti”ndə aparılmışdır. İlk nüvə
bombası 1945-ci il 16 iyulda ABŞ-da Alamoqordo səhrasında
partladılmışdır. İkinci 6 avqustda Xirosimaya (“Körpə”adlı
bomba), üçüncüsü isə 9 avqustda Naqasakiyə (“Gombul” adlı
bomba ) atılmışdır. Nüvə silahının partlayış gücü trotil
47
ekvivalenti ilə xarakterizə edilir. Trotil ekvivalent-partlayış
enerjisi bu nüvə sursatının partlaması nəticəsində alınan
enerjiyə bərabər (ekvivalent) adi partladıcı maddənin (trotilin)
tonla miqdarına deyilir. Müxtəlif nüvə sursatlarının gücü bir
neçə milyon tona (meqatona) qədər olur. Nüvə partlayışı həm
zədələyici təsirinin gücünə, həm də müxtəlif amillərin zərərli
təsirinə görə adi döyüş sursatlarından fərqlənir. Nüvə silahını
hədəfə çatdırmaq üçün müxtəlif növlü raketlərdən,
təyyarələrdən, sualtı qayıqlardan, gəmilərdən, habelə artilleriya
toplarından istifadə etmək mümkündür. Tətbiq məqsədindən və
basqın hədəfinin xarakterindən asılı olaraq nüvə silahı
kosmosda, havada, yerdə, yeraltında, suda və sualtında partla-
dıla bilər.
Nüvə partlayışı nəticəsində müxtəlif zərərli təsirlər meyda-
na çıxır. Bunlara nüvə partlayışının zədələyici amilləri deyilir.
Onlar aşağıdakılardır:
- zərbə dalğası;
- işıq şüalanması;
- nüfuzedici radiasiya;
- yerin radioaktiv zəhərlənməsi;
- elektromaqnit impulsu.
Nüvə partlayışı enerjisinin təqribən 50%-i zərbə dalğasının,
35%-i işıq şüalanmasının, 4%-i nüfuzedici radiasiyanın, 10%-i
yerin radioaktiv zəhərlənməsinin və 1%-i elektromaqnit impul-
sunun yaranmasına sərf olunur. İndi isə nüvə silahının zədələ-
yici amillərini nəzərdən keçirək.
Zərbə dalğası- partlayış mərkəzindən hər tərəfə çox yüksək
(səsdən iti) sürət lə yayılan çox güclü sıxılmış hava (torpaq və
su) qatından ibarətdir. Zərbə dalğasının zədələyici təsirini xa-
rakterizə edən əsas parametrlər dalğanın ön həddindəki (cəbhə-
sindəki) izafi təzyiq (P
f
), dalğanın sürət təzyiqi (P
sür
) və izafi
təzyiqin təsir müddətidir.
İzafi təzyiq (P
f
) - yaranmış maksimal təzyiq (P
max
) ilə zərbə
dalğasından əvvəlki normal atmosfer təzyiqinin (R
A
) fərqinə
48
bərabərdir (şək. 14):
s=3401+0,008383 -P
f
, m/san.
(1)
burada q - nüvə silahının gücü, kt (Mt);
R - nüvə partlayışı mərkəzindən olan məsafədir, m.
İzafi təzyiq hər kvadrat santimetrə düşən kiloqeam – qüvvə
(kqq/sm
2
) ilə ifadə edilir. Izafi təzyiq həmçinin (N/m
2
) və Pa
ilə ölçülür.
1 N/m
2
=1 Pa
1 kPa
0,01 kqq/sm
2
.
Zərbə dalğasının zədələyici təsirini xarakterizə edən əsas
parametrlər aşağıdakı düsturlarla hesablanır:
1)
yerüstü partlayış zamanı:
=
, kPa (2)
2) havada partlayış zamanı
(3)
3) su altında partlayış zamanı:
(4)
Zərbə dalğasının zədələyici təsiri sursatın gücündən, partla-
yışın növündən və partlayış mərkəzindən (episentrədək) olan
məsafədən, yerin relyefindən və s. asılı olur. Məsələn, 20 kilo-
tonluq (kt) nüvə zərbə dalğası 1 km məsafəyə 2 saniyə, 2 km-ə
49
5 saniyə, 3 km məsafəyə 8 saniyə ərzində çatır; 3 meqatonluq
partlayış zamanı isə bu müddətlər müvafiq surətdə 0,5; 2 və 3
saniyə olur.
Dostları ilə paylaş: |