Məhsulun radioaktiv çirklənmədən təmizlənməsi. Bəzi
çirklənmiş bitkiçilik məhsulları çox sadə ilkin texnoloji təmiz-
ləmə üsulları ilə səmərəli dezaktivasiya oluna bilər. Bəzi belə
üsulların səmərəliliyini aşağıdakı cədvəldən görmək mümkün-
dür.
Kök və tərəvəz məhsullarının dezaksivasiyası kimi axar su
ilə təmiz yuma, yaxud qabığının və örtük yarpaqlarının təmiz-
lənməsi hesab edilir. Kartofun , pomidorun, xiyarın, yerkökü-
nün yuyulması 10 və daha cox dəfə radioaktiv cirklənməni
azalda bilər. Buğda və dənli bitkilərin (vələmir, qarabaşaq və
s.) həmin dərəcədə radioaktiv maddələrdən təmizlənməsi üçün
üst təbəqənin (qatın) kənarlaşdırılması lazımdır.
Daha yüksək dezaksivasiya dərəcəsi kartof və buğda məh-
sullarından nişasta (50 dəfə) və spirt (1000 və daha cox), şə-
kər cuxundurundan qənd üçün (50 dəfə) texnoloji emal prose-
sində əldə olunur. Yağlı bitkilərinin son məhsul istesalında
(yağ) ekstraksiya yolu ilə alınan məhsul istənilən halda istifadə
üçün təhlükəsizdir.
Tərkibindəki azyaşayan radioaktiv izotopların parcalanma
vaxtı gözlənilməklə çirklənmiş məhsulun saxlanması məhsulun
radioaktiv cirklənməsini bir necə dəfə azaltmağa imkan verən
səmərəli üsuldur.
Azyaşayan radioaktiv izotopların parçalanması hesabına
məhsulun təmizlənmə dərəcəsinin müəyyən edilməsi və həm-
çinin məhsulun saxlanma müddətinin müəyyənləşdirilməsi
üçün şəkildə göstərilən nomoqramdan istifadə edilir.
Maili xətdə saxlanma zamanı məhsulda radioaktivliyin
neçə dəfə azalması rəqəmlə ifadə olunmuşdur.
Bu rəqəmi müəyyən etmək üçün sol oxda (T
1
) səpinin
çirklənmə vaxtından məhsuldakı radioaktivliyin müəyyən edil-
məsinə qədər olan günləri, sağ oxda isə məhsulun nəzərdə tutu-
lan saxlanma günlərinin sayını müəyyən etmək lazımdır.
Müəyyən edilmiş rəqəmlər düz xətlə birləşdirilir.
120
Cədvəl 8
Radioaktiv çirklənmiş məhsulların dezaktivasiya fəndlərinin
səmərəliliyi
Bitki,
məhsulun bir hissəsi
Təmizləmə üsulu
Radioaktiv
çirklənmənin azalması
Buğda, arpa (toxum) Havalanma (4 dəqiqə)
Axar su ilə yumaq
(1 saat)
10%
20-70%
Düyü, qarabaşaq
(toxum)
Üst təbəqənin
kənarlaşdırılması
10-20 dəfə
Pomidor, xiyar
Axar su ilə yumaq
Yuyulmuş tərəvəzin
turşuya qoyulması
3 – 10 dəfə
2 – 2,5 dəfə
Turp, çuğundur
Kök bitkisinin başını
kəsmək
20 dəfə
Kələm
Örtük yarpaqlarının
soyulması
40 dəfə
Kartof
Yuyulmuş bitkinin
təmizlənməsi
2 dəfə
ġək. 37. Saxlanma zamanı məhsulda radioaktiv çirklənmənin
azalmasını müəyyən etmək üçün nomoqram
121
Bu xətlərin maili düz xətlə ( K) kəsişməsində hesabat apa-
raraq saxlanma zamanı məhsuldakı radioaktivliyin nə qədər
azalması müəyyən edilir. Göstərilən nomoqrammanın köməkli-
yi əks məsələni də həll etmək olar: məhsulu nə qədər saxlamaq
lazımdır ki, onun çirklənmə dərəcəsi tələb olunan səviyyəyə
qədər azalsın.Bunun üçün sağ oxda (T
1
) səpinin çirklənməsin-
dən məhsuldakı radioaktivliyin müəyyən edilməsinə qədər olan
günlərin sayı ilə maili xətdəki ( K) radioaktivliyin neçə dəfə
azalmasını göstərən rəqəm düz xətlə birləşdirilir. Həmin xətt
davam etdirilərək sağ oxu(T
2
) kəsir. Kəsişmə nöqtəsi radioak-
tivliyin tələb olunan qiymətədək azalması üçün məhsulun sax-
lanılması günlərini ifadə edir.
5.10. Heyvanların baytarlıq emalı
Çoxlu sayda heyvanın baytarlıq emalının aparılması üçün
xüsusi meydança yaradılır (şək. 38). Meydança adətən radio-
aktiv və zəhərləyici maddələrin təsiri zonasından kənarda ra-
diasiya səviyyəsinin buraxılabilən hədd zonasında yaradılır.
İlin soyuq vaxtlarında baytarlıq emalını örtülü tikililərdə apar-
maq tələb olunur. Zəhərlənmiş heyvanların baytarlıq emalı bö-
yük sanitar-gigiyenik əhəmiyyətə malikdir.
Meydança keçid yollarından 150-200 m kənarda, su mən-
bələrinin yaxınında, məsaməli ortaq səthinə malik yerlərdə ya-
radılır. Baytarlıq emalına kimyəvi və bakterioloji zəhərlənmə
buraxılabilən həddən yuxarı radioaktiv maddələr zonasında
olan bütün heyvanlar cəlb olunur. Meydança üçün seçilmiş sa-
hə və emal olunmuş heyvanların saxlanması nəzərdə tutulan
ərazi əvvəlcədən dezinfeksiya olunur.
Baytarlıq emalı meydançası təmiz və çirkli olmaqla iki his-
sədən ibarətdir. Çirkli hissə heyvanların toplanma meydança-
sından- 20-25 m uzunluqlu 0,8-0,9 m enində olan keçid dəhli-
zindən ibarətdir. Çirkli hissədə geyimlərin yuyulması, insanla-
rın sanitar təmizlənməsi nəqliyyat vasitələri ilə göstərilir. Dəh-
122
liz boşaldılması üçün avadanlıqlaşdırılır, təmizlənmə dəhlizin-
dən axıdılan məhlulun toplanması üçün quyu qazılır.
ġək. 38. Baytarlıq emalı meydançası:
1-qəbul-çeşidlənmə məntəqəsi; 2-yoluxmuş heyvan üçün dəhliz;
3-kecid; 4-dəzgah-keçid; 5-baytatlıq emalı dəzgahları; 6-dəzgah-keçid;
7-dozimetriya dəzgahı; 8-müayyinədən kecmiş heyvanlar üçün dəhliz;
9-heyvanların baytarlıq müayinəsi kecməkdən ötrü yeri; 10-bölgü;
11-heyvanların çeşidlənmə dzgahı; 12-heyvan saxlanılan yer;
13-heyvanların emalı üçün məhlul; 14-səhra kəsim məntəqəsi; 15-quyu;
16-insanların sanitar emalı üçün məntəqə; 17-insanların istirahəti üçün yer;
18-tualet
Çirkli hissədə olan dəhlizdən sonra emal olunmuş heyvan-
ların toplanma meydançası yaradılır ki, bu da təmiz hissə hesab
olunur. Bu hissə də müalicə-profilaktik tədbirlərin aparılması
üçün avadanlıqlaşdırılır, həmçinin işçilərin istirahəti, xüsusi
maşınların saxlanması üçün şərait yaradılır, heyvanların nəqliy-
yat vasitələrinə çıxarılması məqsədi ilə estakada düzəldilir.
Baytarlıq emalı meydançası elə yaradılmalıdır ki, atmosfer-
də olan hava cərəyanı təmiz hissədən çirkli hissəyə doğru isti-
qamətlənsin. Lazım gəldikdə meydançanın yaxınlığında hey-
vanların səyyar kəsilmə məntəqəsi yaradılır.
123
Heyvanların baytarlıq emalının üsul və vasitələri. Emal
iki üsulla aparılır: quru və nəm emal. Heyvanların dəri səthi ra-
dioaktiv tozlarla çirkləndikdə emal xüsusi maşınlarla (baytar
dezinfeksiya maşınları) və tozsoranlarla aparılır ki, bu da quru
emal hesab olunur. Dəri səthindən toplanmış radioaktiv toz çı-
xarılaraq torpaq altında basdırılır. Qoyunların quru emalının ən
yaxşı üsulu ilin fəslindən asılı olaraq mümkün olduqda onların
yunlarının qırxılmasıdır.
Heyvanların səthinin xlorun təsiri ilə aradan qaldırıla bilən
zəhərli maddələrlə zəhərlənməsi zamanı dəri səthi xlor qarışığı-
nın tozu və ya kalsium xlorla emal olunur. Proses heyvan bədə-
ninin daha artıq zəhərlənmiş hissəsindən başlanır, sonra isə ar-
dıcıllıqla bir tərəfdən baş, qoyun, ön ətraflar, cəmdək, arxa ət-
raflar daha sonra isə digər tərəfdən həmin ardıcıllıqla heyvan
bədəni emal edilir.
Emaldan 15-30 dəqiqə sonra xlor qarışığı heyvan bədənin-
dən şotka və süpürgə ilə kənarlaşdırılır.
Nəm emal dedikdə radioaktiv maddələrlə zəhərlənmiş hey-
vanların dəri səthinin müxtəlif maşın və aqreqatların köməyi ilə
maye yuyucu qarışıqlarla təmizlənməsi başa düşülür. Yuyucu
vasitə kimi СФ-2 və ya СФ-2u tozunun 0,3%-lik qarışığı; 0,7%
natrifosfor əlavə edilmiş OП-7 və ya OП-10 emoqator qarışığı
istifadə oluna bilər. Göstərilən vasitələr olmadıqda yuyucu toz
sulfanol və ya adi piy sabununun su qarışığından istifadə oluna
bilər. Əgər yuma üçün heç bir vasitə olmazsa, onda dəri səthi
2-3 atm. (200-300kPa) təzyiqli təmiz su şırnağı tətbiq olunur.
Yuyucu maddələrin sərfiyyat norması ilə emalın səmərəliliyi
aktiv maddələr qarışığı ilə emal prosesindən 1,5-2 dəfə azdır.
İribuynuzlu mal-qara üçün 25-30 litr, qoyunlar üçün 10-12 litr,
uyğun olaraq maddələrin heyvanların dəri səthindən kənarlaş-
dırılması üçün su həcmi də eynidir
Zəhərləyici maddələrdən heyvanların dəri səthindən kənar-
laşdırılması üçün dekorasiya məqsədi ilə xlor və turşu xaron-
berli maddələrdən istifadə olunur. Məsələn 4% aktiv xlorun 2
124
kq kütləsində 1 litr su ilə qarışığı və ya hipoxlorit kalsiumun 2
əsaslı duzu və s.
Dəri səthinin mikroblardan təmizlənməsi üçün aşağıdakı
maddələrdən istifadə etmək mümkündür: 8%-lik xlorlu yod
maddəsi, 3%-lik pereks maddəsinin 0,5%-lik qarışqa və ya sir-
kə turşusunun qarışığı, 4-5%-lik aktiv xlorlu maddələr.
Heyvanların baytarlıq emalının qaydası. Heyvanların də-
ri səthinin emal edilməsi qaydası və ardıcıllığı zəhərləyici mad-
dələrin növündən asılıdır. Heyvanlar əvvəlcə zəhərləyici mad-
dələrin növünə və zəhərlənmə dərəcəsinə görə çeşidlənilir, son-
ra isə dəri səthinin emal olunması üçün tələb olunan maddələr
müəyyənləşdirilir və təyin olunur. Eyni zamanda profilaktika-
nın tətbiq olunması məsələsi də həll olunur. Dəri səthinin ra-
dioaktiv maddələrlə zəhərlənməsi zamanı dəri səthində seçmə
yolu ilə ölçmə nümunələri aparılır və heyvanlara baxış keçiri-
lir. Dəri səthinin buraxıla bilən həddən yuxarı zəhərlənməsi
qeydə alındıqda onlar baytarlıq emalına cəlb olunur.
Emala cəlb olunan heyvanlar emal meydançasına verilir və
oradan yuma dəzgahlarının sayından asılı olaraq qruplarla (5-6
heyvan) baytarlıq emalı dəzgahlarına yönəldilir. Dəzgahda hər
bir heyvan hər iki tərəfdən yuma məhlulu ilə emal olunur.
Emal prosesində yuyucu firçadan istifadə olunur. Dəri səthin-
dən kənarlaşan radioaktiv maddələrin emalı icra edən insanla-
ra zərər verməməsi üçün yuyucu fırçaya 80-100 sm uzunluqlu
ağac bərkidilir. Əvvəlcə heyvanların quyruq hissəsi, sonra isə
başı, boynu, beli, yanı, qabaq və arxa ətrafları yuxarıdan aşağı-
ya olmaqla emal olunur. Yuyucu məhsulla emal prosesi başa
çatdıqdan sonra heyvanlar təmiz su ilə yuyulur.
Yuyucu vasitələrlə iribuynuzlu heyvanların və atların dəri
səthindən 65-70% radioaktiv maddələrin kənarlaşdırılması
mümkündür. Təkrar emal prosesi isə daha səmərəsizdir. Belə
ki, bu zaman əlavə olaraq ondan radioaktiv maddələrin 10%-
nin kənarlaşdırılmasına nail olunur.
Köpüklə emal. Yanğınsöndürən maşının PO-1 standart kö-
125
pük yaradanından köpük təzyiq altında heyvanın dəri səthinə
verilir və onun bədənin bütün hissələrini örtür. 2-3 dəqiqədən
sonra köpük dəri səthindən yuyucu fırça ilə təmizlənir. Bu pro-
ses tüklü dəri səthindən 65-75% radioaktiv tozları kənarlaşdırır.
Bu emaldan sonra heyvanların su ilə yuyulması vacib deyil.
Əgər yuyucu vasitələr olmazsa, onda 2-3 atmosfer təzyiqli
su ilə yumada icra oluna bilər. Bu zaman radioaktiv tozların
30-50%-i kənarlaşır.
Emal olunmuş heyvanlar bir-bir dozimetrik nəzarət dəz-
gahına ötürülür. Əgər radioaktivlik buraxılabilən həddə qədər
azalmışdırsa, onda o, təmiz heyvanlar naxırına göndərilir, əgər
buraxılabilən həddən yuxarı radioaktivlik qeydə alınarsa, onda
yan kənardan heyvan təkrar emala göndərilir.
Heyvanlar zəhərləyici (kimyəvi) maddələrin təsirinə məruz
qaldıqda tətbiq olunan zəhərləyici maddənin növü öyrənildik-
dən sonra ona qarşı emal prosesi icra edilir. Orqanik fosfor
maddələri ilə zəhərlənmə qeydə alındıqda baytar emalından əv-
vəl heyvanın əzələ daxilinə antidot yeridilir.
V
x
tipli qazlarla və ipritlə zəhərlənmə zamanı emal üçün
xlorlu preparatlardan, zomanla zəhərlənmə zamanı duz məhlu-
lundan və amiyakdan, azotlu ipritlə zəhərlənmədə manqan tur-
şusunun məhlulundan istifadə olunur.
Göstərilən məhlullarla emaldan sonra heyvanlar yan mey-
dançaya yerləşdirilir və zəhərləyici maddələrin məhv olması
üçün 20-30 dəqiqə gözlənilir. Sonra heyvanlar yenidən dəzgah-
lara yönləndirilir və dəri səthindən zəhərləyici maddələr su ilə
yuyularaq təmiz meydançaya göndərilir.
Heyvanların bakterial vasitələrlə zəhərlənməsi zamanı bay-
tarlıq emalı mümkün qədər tez, yəni bakterial vasitələrin aero-
zol şəklində tətbiqi faktı qeydə alınan kimi başlanılır. Belə hal-
larda dezinfeksiya vasitələrindən istifadə olunur. Vasitələrin
sərfiyyat norması aşağıdakı kimidir: iribuynuzlu heyvanlara və
atlara 20-25 litr, buzov və davarlara 12-15 litr. Emal olunmuş
heyvanlar yan meydançaya yönəldilir və orada 1 saat saxlanılır
126
(bu vaxt ərzində mikroorqanizmlər və viruslar məhv olur).
Bundan sonra heyvanlar dəzgahda isti su ilə yuyularaq təmiz
meydançaya yerləşdirilir. İsti hava şəraitində isə heyvanlar 25-
30 dəqiqədən sonra təkrar dezinfeksiya məhlulları ilə emal olu-
nur. Nəzərə almaq lazımdır ki, heyvanın dəri səthi üzərində
məhlul toplam halda 1 saatdan artıq qalmasın. Dəri səthinin
emalından sonra heyvanlara kimyəvi tepapertik vasitələr (sulfa-
nilamidlər) və antibiotiklər (tetratsiklin və s.) vurulur. Törədici-
nin növü aşkar edildikdən sonra isə onun əleyhinə məhlullar və
peyvəndlərlə emal prosesi davam etdirilir.
Kombinəedilmiş zəhərlənmə ilə qəbul olunan heyvanlarda
ilk olaraq zəhərləyici maddələrin kənarlaşdırılması üçün deko-
rasiya məhlulları ilə emal yerinə yetirilir. Bu proses dəqiq yeri-
nə yetirildikdə radioaktiv maddələr də kənarlaşır. Sonra isə la-
zım olarsa, mikrobların məhv edilməsi məqsədi ilə dezinfeksi-
ya məhlulları tətbiq olunur. Emal olunmuş heyvanlar ya təsər-
rüfata, ya müalicəyə, ya da məhv olunmağa göndərilir. Bir de-
zinfeksiya qurğusu ilə 10 saat ərzində 160-200 baş iribuynuzlu
heyvan emal olunur.
Davar və buzovların nəm emal prosesi meydançanın çirkli
hissəsində yaradılmış yerdə aparılır. Burada emal qəfəs döşə-
məli, 10 heyvan yerləşən sahədə qrup halında icra edilir. Ra-
dioaktiv toz 3 atmosfer təzyiqlə verilən su ilə təmizlənir. Zə-
hərləyici və bakterial maddələrlə zəhərlənmə zamanı emal iri-
buynuzlu heyvanlarda olduğu ardıcıllıqla yerinə yetirilir. Da-
varların bakterial maddələrlə zəhərlənmədən təmizlənməsi
üçün, həmçinin vannada yuma ilə emal da məqsədəuyğundur.
Bu emaldan sonra heyvanlar 1 saat ərzində saxlanılaraq sonra
su ilə yuyulur. Radioaktiv maddələrlə quşların zəhərlənməsi
zamanı emal onların saxlandığı qəfəslərdə aparılır. Məhlulun
sərfiyyat norması aşağıdakı kimidir: toyuqlar üçün 1 litr, ör-
dəklər üçün 1,2 litr, qazlar üçün 1,5 litr. Quşların zəhərləyici
maddələrlə zəhərlənməsi zamanı emal üçün 0,5%-li duz məhlu-
lundan istifadə oluna bilər.
127
Baytarlıq emalını icra edən şəxsi heyət fərdi mühafizə vasi-
tələrindən istifadə etməlidir. Heyvanların radioaktiv maddələrlə
zəhərlənməsi zamanı əleyhqaz əvəzinə respirator tətbiq olunur.
İşlər başa çatdıqdan sonra avadanlıqlar, texniki vasitələr və ge-
yim zərərsizləşdirilir. Şəxsi heyət isə tam sanitar nöqteyi-nəzər-
dən təmizlənilir. Əgər sonradan meydançada baytarlıq emalı
nəzərdə tutulmursa, onda, su arxları və quyu torpaqla dolduru-
lur, çirkli hissə kənarlardan məhdudlaşdırılaraq “Zəhərlidir”
yazısı vurulur.
5.11. Kənd təsərrüfatı texnikasının zərərsizləĢdirilməsi
Kənd təsərrüfatı texnikasının zərərsizləşdirilməsi su axın
xətləri düzəldilmiş, xüsusi hazırlanmış meydançada maşınların
estakada çıxarılması ilə icra edilir.
Radioaktiv tozlar yuyucu vasitənin (СФ-2у, СФ-2, piyli
sabun) 0,3 %-lik qarışığı ilə kənarlaşdırılır. Qarışığın sərfiyyat
norması 2,5 -3 l/m
2
təşkil edir. Maşınları həmçinin su şırnağı-
nın güclü təzyiqi ilə təmizləmək mümkündür. Bu zaman sərfiy-
yat norması 20 l/m
2
təşkil edir. Qış vaxtı texnika həlledicilərlə-
kerosin, dizel və benzin yanacağı və s. Ilə hopdurulur.
Zəhərləyici maddələrin kənarlaşdırılması üçün xlor qarışı-
ğından, həmçinin tərkibində 2% duz, 5% monoetonalin, 20%
ammonyak olan (bu qarışıq zarini yaxşı zərərsizləşdirir) qarı-
şıqdan istifadə olunur. Göstərilən qarışıq texnikaya süpürgə va-
sitəsi ilə hopdurulur. Prosesdən sonra süpürgə yandırılır və ya
torpağa basdırılır. Dekaratorlar olmasa da, zəhərləyici maddə-
ləri kənarlaşdırmaq üçün kerosin, benzin və ya dixloretandan
istifadə oluna bilər. Dekorasiyadan sonra maşınlar su ilə yuyu-
lur, tam qurumasına şərait yaradılır və korroziyanın qarşısını
almaq məqsədi ilə metal hissələr solidol və digər yağla mazla-
nır. Süpürgə ilə yuma zamanı sərfiyyat norması 1-1,5 l/m
2
,
texnika ilə yuma zamanı isə 2-3 l/m
2
təşkil edir.
Texnikanın dezinfeksiyası üçün xlor qarışığından, lizddan,
128
xlorlu yoddan və s. Qarışıqdan istifadə olunur. Dezinfeksiyanın
metodikası dekorasiyada olduğu kimidir. Qarışığın sərfiyyat
norması 0,5-0,6 l/m
2
təşkil edir.
5.12. Bitkilərin kütləvi qırğın vasitələrindən mühafizəsi
Bitkilərin kütləvi qırğın vasitələrindən mühafizəsi məqsədi
ilə sülh dövründə bir sıra təşkilati , aqrokimyəvi və digər təd-
birlər görülür. Əsas diqqət kənd təsərrüfatı bitkilərinin xəstəlik
və ziyanvericilərinin yayılmasının qarşısını almağa yönəlir.
Buna görə bitki növlərinin seleksiya işləri aparılaraq ionlu şüa-
lanmaya qarşı davamlılığı müəyyən olunur. Aqrofonun yüksəl-
dilməsi və karantinin təşkili üçün tədbirlər görülür.
Bitkilərin mühafizəsi üçün bütün tədbirləri bitki mühafizəsi
xidməti mütəxəssislərinin iştirakı obyekt MM qərargahının
rəisləri hazırlayır. Kimyəvi maddələrin tətbiq olunma faktı qey-
də alındıqdan sonra rayon kənd təsərrüfatı zona üzrə mütəxəs-
sisi (aqronomu) və MM-in fitopotoloji kəşfiyyat manqası (bit-
kilərin mühafizəsi komandası) zonanın bütün sahələrində dəqiq
müayinə apararaq vizual və ekspes metodlarla herbisidin növü-
nü müəyyən edir, həmçinin analiz üçün nümunələr götürərək
zəhərlənmənin sərhədlərini təyin edirlər. Kənd təsərrüfatı bitki-
lərinin müayinəsi nəticəsində hesabat və məlumatlar hazırlanır.
Hesabatın 1 nüsxəsi rayon kənd təsərrüfatı idarəsinə, 1 nüsxəsi
isə götürülmüş nümunələrlə birlikdə aqrokimyəvi laboratoriya-
ya (bitki mühafizəsi stansiyasına, elmi-tədqiqat müəssisəsinə)
göndərilir.
Bitkilərə çökmüş fitotoksikantların növü və dozası müəy-
yən olunduqdan sonra mütəxəssis inkişaf fazasından, şəraitin-
dən asılı olaraq bitkilərin mümkün zəhərlənmə dərəcəsini,
həmçinin itkisini və planını hazırlayır. Fitotoksikantlarla zəif
zəhərlənmə zamanı məhsul mümkün itkisinin miqdarı 30%-dək
proqnozlaşdırılır. Belə zəhərlənmədə sahənin gücləndirilmiş
qulluğu icra edilir – minerallar verilir, cərgələrə kultivasiya çə-
129
kilir, əlavə suvarılma aparılır. Belə sahələrdən toplanmış buğda
insanların qidası üçün yalnız tibbi xidmətin icazəsi ilə, heyvan-
ların yemi üçün yalnız baytarlıq xidmətinin icazəsi ilə məhsu-
lun tərkibindəki qalıq fitotoksikantın miqdarı müəyyən olun-
duqdan sonra istifadə olunur.
Məhsulun miqdarının 50-70% itkisi ilə nəticələnən orta də-
rəcəli zəhərlənmə zamanı yerli iqtisadi şərait nəzərə alınmaqla
texniki bitkilər şumlanaraq yenidən tətbiq olunan herbisidə qar-
şı dayanıqlı olan digər bitki ilə səpin aparıla bilər və ya fitotok-
sikantın zəhərli təsirini azaltmaq üçün mütləq tədbirlər görül-
məlidir. Belə sahələrdən alınan məhsul qida və ya yem üçün
herbisidin qalıq miqdarı müəyyən olunduqdan sonra istifadə
oluna bilər. Qarğıdalı və ya günəbaxan bitkilərinin məhsulu
yağ üçün deyil, texniki məqsədlər üçün tətbiq olunur.
Məhsulun miqdarının 90-100% məhv olması ilə nəticələ-
nən güclü dərəcəli zəhərlənmə sahələrində bitkilər məhv edilir.
Bitkinin hündürlüyü yüksək olmadıqda sahə şumlanılır. Yük-
sək hündürlüklü bitki sahələrində bitki doğranılaraq sahədən
kənara toplanılaraq yandırılır, sahə isə şumlanılır, bundan sonra
tətbiq olunan fitotoksikanta dayanıqlı olan bitki növləri səpilə
bilər. Qeyd etmək lazımdır ki, siloslaşdırma prosesində herbi-
sidlər məhv olduğundan və mikrobioloji proseslərə ziyan vur-
madığından sahədən toplanan günəbaxan və qarğıdalı silos ha-
lında yemləndirmə üçün istifadəyə yararlıdır.
Zəhərli preparatlarla zəhərlənmiş pambıq məhsulunun sax-
lanması üsullarından biri formasını dəyişmiş yarpaqların kənar-
laşdırılmasından (çekanka) ibarətdir. Kənarlaşdırılmış yarpaq-
lar əlavə məhsullar qolların yaranmasına və inkişafına şərait
yaradır. Kənarlaşdırma üsulu bitkinin 4-5 formalaşmış yarpaq-
larının olduğu fazada daha səmərəlidir. Zəhərli preparatların
tətbiqindən 5 sutka sonra kənarlaşdırılma aparılır. Daha sonrakı
fazada və bitkinin güclü dərəcəli zəhərlənmə zonasında olduğu
hallarda bu üsul daha az səmərəli hesab olunur.
130
5.13. Bitkilərin bakterioloji silahlarla zəhərlənməsində
mülki müdafiə tədbirləri
Bioloji vasitələrlə zəhərlənmə faktı qeydə alındıqda törədi-
cinin növü müəyyənləşdirilir və bütün sahədə müşahidə aparı-
lır. Müşahidə prosesində zəhərlənmə sərhədləri və hər 1m
2
sa-
həyə düşən törədicinin miqdarı, hər sahənin ilkin zəhərlənmə
dərəcəsi və törədicinin inkişaf imkanları müəyyən edilir.
Havada və əkin sahəsində bitkilərin sürmə xəstəliyinin tö-
rədiciləri aşkar edildikdə törədicinin sahədə mümkün inkişafı
müəyyən edilir və sahələrin kimyəvi preparatlarla emal edilmə-
sinin vaxtı və ardıcıllığı planlaşdırılır. Bu törədicilərlə mübari-
zə üçün sineb və polikarbasinin müxtəlif qarışıqları daha məq-
sədyönlüdür. Sürmə xəstəliyi törədicilərinə qarşı səmərəli mü-
barizə üçün kimyəvi preparatlarının tətbiqinin vaxtının düzgün
müəyyən olunması vacibdir.
Vaxtın müəyyən edilməsi aşağıdakı qaydada aparılır. Törə-
diciyə qarşı ilkin mübarizə havada və ya əkin sahəsində onun
müşahidə edildiyi vaxtdan başlanır. Sonra buğdanın zəhərlən-
miş hissəsi analiz olunur və onun köbəliyinin davam etmə
müddəti müəyyən olunur. Törədicinin inkişafetmə müddəti
temperaturdan asılıdır. Temperatur yüksək olduqda onun inki-
şafı sürətlənir, inkişaf müddətinin başa çatması üçün sürmə
xəstəliyi törədicilərdə 125ºC-yə bərabər olan səmərəli tempera-
turlar cəmindən asılıdır. Törədicinin inkişafının minimal tem-
peraturu +2ºC-yə bərabərdir. Bunları nəzərə alaraq törədicinin
inkişafını aşağıdakı düsturla müəyyən etmək olar:
t
-
T
C
M
,
burada M – törədicinin davametmə müddəti;
C – səmərəli temperaturların cəmi (burada 125ºC);
T – orta sutkalıq temperatur;
t – törədicinin inkişafının minimal temperaturudur +2ºC.
|