ġək. 16. Kimyəvi silahın tətbiqinin acı nəticələri
Fosgen buxarları ilə nəfəs alarkən ağ ciyərlərin spesefik zə-
hərlənməsi baş verir. Bundan başqa, o, gözlərə və selikli qişala-
ra zəif qıcıqlandırıcı təsir göstərir, dəriyə təsir etmir.
Kimyəvi silah tətbiq olunan rayonlarda və KTO-da zəhər-
lənmə baş verdikdə kimyəvi zəhərlənmə oçağı yaranır.
3.5. Kimyəvi zəhərlənmə ocağı
Kimyəvi zəhərlənmə ocağı – o əraziyə deyilir ki, kimyəvi
silahın (ZM) və ya güclü təsirli ZM (GTZM) təsiri nəticəsində
oradakı ərazidə əhalinin, heyvanların və bitkilərin zədələnməsi
baş verir. Kimyəvi zəhərlənmə ocağının ölçüləri zəhərləyici
maddələrin işlədilməsi miqyasından, onların növündən, tətbiq
edilmə üsulundan, meteoreoloji şəraitdən və yerin relyefildən
asılı olur (şək. 17). Kimyəvi zəhərlənmə ocağı iki zonaya- ZM-
lə bilavasitə zəhərlənən əsas zonaya, ZM-in buxar və ya aero-
zolları yayılan ikinci zonaya aid edilir. GTZM-dən mühafizə
olunmaq üçün sənaye əleyhqazlarından və xüsusi resperatorlar-
dan istifadə olunur.
64
ġək. 17. GTZM-rin yaratdiği kimyəvi zədələnmə ocağı
Kimyəvi zəhərlənmə ocağı–o əraziyə deyilir ki, orada kim-
yəvi silahın (ZM) və ya güclü təsirli ZM (GTZM) təsiri nəti-
cəsində buradakı ərazidə əhalinin, heyvanların və bitkilərin
zədələnməsi baş verir. Kimyəvi zəhərlənmə ocağının ölçüləri
zəhərləyici maddələrin işlədilməsi miqyasından, onların növün-
dən, tətbiq edilmə üsulundan, meteoreoloji şəraitdən və yerin
relyefildən asılı olur (şək. 17). Kimyəvi zəhərlənmə ocağı iki
zonaya – ZM-lə bilavasitə zəhərlənən əsas zonaya, ZM-in bu-
xar və ya aerozolları yayılan ikinci zonaya aid edilir. GTZM-
dən mühafizə olunmaq üçün sənaye əleyhqazlarından və xüsusi
resperatorlardan istifadə olunur.
Kimyəvi şəraitin qiymətləndirilməsi. Kimyəvi şəraiti qiy-
mətləndirdikdə, zəhərlənmə rayonunda zəhərli havanın yayılma
dərinliyi və istiqamətinin, zəhərləyici maddələrin ərazidə da-
vamlılığının, həmçinin obyektlərin zəhərlənmə xarakterləri və
miqyasının öyrənilməsinə xüsusi diqqət yetirilir. Zəhərli hava-
nın yayılmasının təhlükəli məsafəsi zəhərləyici maddələrin tət-
biq edildiyi rayonun hüdudundan, küləyin istiqamətilə, dəstələ-
rin şəxsi heyətinin və əhalinin mühafizə vasitələri olmadan təh-
lükəsiz məntəqəyə qədər olan yola deyilir.
Buludun yayılmasının təhlükəli məsafəsinə aşağıdakılar
aiddir:
- kimyəvi silahın tətbiq olunduğu rayonunu böyüklüyü;
- buxar və duman (aerozolu yaradan) halına keçən zəhərlə-
yici maddələrin miqdarı və onların zəhərliliyi;
- havanın şaquli dayanıqlıq dərəcəsi;
- yerin relyefi və bitkilərin xarakteri.
Zəhərli hava buludu iki yerə bölünür: birinci və ikinci. Bi-
rinci bulud kimyəvi sursatın partlayışı zamanı əmələ gəlir. Mü-
hafizə olunmayan adamlara, heyvanlara və başqa obyektlərə tə-
sir fəaliyyəti az olur. İkinci bulud isə yerdən və əşyalardan zə-
hərləyici maddələrin damcılarının buxarlanması nəticəsində
əmələ gəlir. Bu da küləyin istiqamətilə yayılır və zəhərləyici
65
maddələrin buxarlanma müddətində zədələnmə verir.
Bütün bunları kimyəvi şəraitin qiymətləndirilməsində nə-
zərə almaq lazımdır. Qiymətləndirmə qaydaları kimyəvi silahın
tətbiqi şəraitindən asılı olaraq müxtəlif ola bilər. Lakin bunu
çox vaxt aşağıdakı ardıcıllıqla aparırlar:
• maddənin növü, təxmini vasitələri, onun tətbiqi üsulları
və miqyası təyin edilir;
• ərazi, külək əsən tərəfdən kimyəvi silahın tətbiq olunması
rayonundan proqnoz metodu ilə zəhərli hava buludunun təhlü-
kəli yayılma sahəsi və vaxtı, həmçinin onun qalma rayonu öy-
rənilir.
Bu proqnoz məlumatlarından hərbiləşməmiş dəstələrin şəx-
si heyətini və əhalini xəbərdar etmək üçün istifadə edirlər.
Düşmən basqınından sonra kəşfiyyatçılar xüsusi cihazların
köməyi ilə zəhərləyici maddələrin növünü öyrənir və zəhərlən-
mə rayonunun sərhədlərini nişanlayırlar. Bundan sonra dəstələ-
ri hərbi hazır vəziyyətə gətirmək, onlara tibbi yardım göstər-
mək və xüsusi təmizlik aparmaq üçün bütün tədbirlər görülür.
1992-ci ildə BMT-nin 47-ci Baş Assambleyasında kimyəvi
silahların qadağan edilməsinə dair Konvensiyanın imzalanması
təklif edilmişdir. İmzalanma mərasimi Fransa Prezidentinin tə-
şəbbüsü ilə Parisdə 13 yanvar 1993-cü ildə həyata keçirilmiş-
dir. Ötən dövr ərzində, Azərbaycan (13 yanvar 1993-cü il) da
daxil olmaqla, 160 dövlət konvensiyanı imzalamışdır. 65-ci öl-
kə olan Macarıstan tərəfindən ratifikasiya olunduqdan sonra,
29 aprel 1997-ci ildə konvensiya qüvvəyə minmişdir. Konven-
siya müddətsizdir.
Bir çox Avropa dövlətləri, o cümlədən ABŞ, Rusiya, Er-
mənistan (27.01.1995) və Gürcüstan da (27.11.1995) daxil ol-
maqla bəzi MDB dövlətləri konvensiyanı ratifikasiya edən öl-
kələr arasındadırlar. Azərbaycan konvensiyaya 9 noyabr 1999-
cu ildə qoşulmuş və 30 mart 2000-ci ildə konvensiya Azərbay-
canda qüvvəyə minmişdir.
Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT)
66
Haaqada fəaliyyət göstərir. Haaqa yaxınlığında Reisvikdə
KSQT laboratoriyası açılmışdır. 1997-ci ilin aprel ayında İşti-
rakçı Dövlətlərin ilk Konfransı keçirildi.
Konvensiyaya üzv dövlətlərin hər biri heç zaman və heç bir
şəraitdə kimyəvi silahları əldə etməmək və ehtiyatda saxlama-
maq, istehsal etməmək, artırmamaq barədə öhdəlik götürmüş-
lər. Konvensiyada həmçinin, 2-10 il dövr ərzində konvensiya
çərçivəsində qadağan olunmayan hallar – sülh məqsədləri üçün
vasitələr, yəni sənaye, kənd təsərrüfatı, əczaçılıq, tibbi və digər
vasitələr istisna olmaqla, hərbi sursatlar ilə birlikdə zəhərli
kimyəvi maddələrin və onların məhsullarının məhv edilməsi
nəzərdə tutulmuşdur. Konvensiyada qeyd edilmiş bütün kimyə-
vi maddələr mənşəyindən və ya istehsalından asılı olmayaraq,
(hansı ki, insanlara və ya heyvanlara zərər yetirə bilər) zəhərli
kimyəvi maddələrə aiddir. Buna görə də bu növ kimyəvi mad-
dələr istehsal edən mülki istehsal imkanları konvensiyanın nə-
zarəti altındadır.
Bu ləvazimatların fəallığının konvensiyanın öhdəliklərinə
uyğunluğunu yoxlamaq məqsədilə konvensiyaya üzv olan hər
bir dövlət öz ərazisində olan bu ləvazimatları, eləcə də ölkə
ərazisində saxlanılan və istehsal edilən kimyəvi maddələr və
onların məhsullarını yoxlama üçün təqdim edir. Bu məqsədlə,
nəzərdə tutulmuş yoxlamalar və “gözlənilməz” yoxlamalar hə-
yata keçirilir.
3.6. Bakterioloji silah
Bakterioloji silah – kütləvi qırğın silahlarının bir növüdür.
Bu silah – bakterial vasitələrə və onları tətbiq etmək üçün işlə-
dilən döyüş sursatına, cihaz və tərtibatlara deyilir. Bakterioloji
silahın (BS) əsasını xəstəlik törədən mikroblar və onlardan alı-
nan zəhər- toksinlər təşkil edir.
Bakterioloji vasitələrin insanlara, heyvanlara və bitkilərə
zədələyici təsiri bir sıra fərdi xüsusiyyətlərlə xarakterizə edilir.
67
Onların hətta çox kiçik dozaları belə, yoluxucu xəstəlik törədə,
yaxud insanları və heyvanları zəhərləyə bilər. Sağlam adama
keçir, insanlar və heyvanlar arasında tez yayılır. Xəstəlik törə-
dən mikroblar və toksinlər müəyyən müddət xarici mühitdə və
ya yoluxmuş həşaratlar, gənələr və gəmiricilərdə qala bilər.
Bakterioloji vasitələrin zədələyici xassələrindən biri də onlarda
inkubasiya və ya gizli tə'sir dövrünün olmasıdır.
Düşmən bakterioloji vasitələri təyyarə bombaları, top gül-
lələri, raketlər və içərisinə maye, yaxud quru halda mikrob və
zəhər qatışığı (reseptur) doldurulmuş xüsusi konteynerlər və
cihazlar vasitəsilə ata bilər. Onları zəhərlənmiş daşıyıcılar da
(həşəratlar, gənələr, gəmiricilər) yaya bilər.
Bakterioloji silahın tətbiqi nəticəsində şübhəsiz ki, şəhərlər
və başqa yaşayış məntəqələri, dəmir yolu qovşaqları, limanlar,
su təchizatı mənbələri, həmçinin kənd təsərrüfatı bitkiləri əkil-
miş tarlalar zədələnə bilər.
Xəstəliyin yayılmasının ən sadə üsullarından biri havanın
yoluxmasıdır. İçərisində bakterioloji vasitələr olan hərbi sursat
havada duman və ya tüstüşəkilli aerozol buludu yaradır. Onun
zədələyici təsiri tətbiq edilən xəstəliktörədicidən, ərazinin rel-
yefındən, meterioloji şəraitdən və s. asılıdır.
İnsan və heyvanlar təkcə bakterioloji vasitələrin tətbiq edil-
diyi zaman deyil, buluddan ayrılmış aerozol hissəciklərinin zə-
dələyici xüsusiyyətlərini saxlaya bildiyi vaxtdan asılı olaraq,
bir neçə saat, gün, həftə, hətta ay müddətində də zədələnə bilər.
Ona görə üzərinə həmin hissəciklər düşmüş əşyalara toxunduq-
da və ya yoluxmuş- yeyinti məhsullarından və ya sudan istifadə
edildikdə zədələnmək olar.
Bakterioloji silahın tətbiqi nəticəsində bioloji zədələnmə
ocağı yarana bilər. Bioloji zədələnmə ocağı o əraziyə deyilir ki,
orada bioloji silahın tətbiqi nəticəsində insan, heyvan və bitki
tələfatı olsun Bioloji zədələnmə ocağı yaranan yerdə karantin
və müşahidə rejimləri tətbiq olunur (şək. 18).
Yoluxucu xəstəlik yayan həşəratlar bir yerdən başqa yerə
68
keçdikləri üçün bakterioloji yoluxmanın ilk sərhədləri də
genişlənir və deməli, yoluxucu xəstəliklərin yayılma təhlükəsi
artır.
Profilaktika aparmaq və lazımi tədbirləri görmək üçün bak-
teriloloji vasitələrin vaxtında aşkar edilməsinin çox böyük əhə-
miyyəti var. Düşmənin bakterioloji silahdan istifadə etdiyini
zahiri əlamətlərə, bu vasitənin hansı yoluxucu xəstəlik törədə-
cəyini isə laboratoriyada aparılmış tədqiqatlara görə müəyyən
etmək olar.
ġək. 18. Bioloji zədələnmə ocağı
Bakterioloji vasitələri olan hərbi sursat partladıqda boğuq
səs eşidilir, ətrafa iri qəlpələr yayılır, torpaq və bitki üzərinə
damcılar və tozşəkilli maddələr çökür. Bəzən təyyarələrdən
müxtəlif yüklərin-konteynerlərin, torbaların (kisələrin), bağla-
maların atıldığnı da müşahidə etmək olar. Yoluxucu xəstəlikya-
yan həşəratlar tətbiq edildikdə, hərbi sursatların partladığı yer-
də əvvəllər təsadüf edilməyən xeyli miqdarda həşərat və gənə
toplaşa bilər. Düşmənin bakterioloji vasitələr tətbiq etdiyi ra-
yonlarda insanlar arasında kütləvi epidemiya, həmçinin mal-
qaranın qırılması halları baş verə bilər. Bunun qarşısını almaq
69
üçün observasiya və karantin postları təyin edilir.
Observasiya - epidemiya ocağında yoluxucu xəstəliklərin
yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən təcrid-
etmə-məhdudlaşdırma və müalicə-profılaktika tədbirləri siste-
minə deyilir.
Tibb bölmələri təcili profılaktika və müalicə tədbirləri gö-
rür. Əgər bütün əhali təhlükəli yoluxucu xəstəliklə mübarizə
aparsa, bu tədbirlərin effektli nəticəsi olar. Həkimin və ya baş-
qa tibb işçisinin göstərişi ilə yaşayış yerini, ictimai istifadə yer-
lərini, yeyinti məhsullarını, suyu, qab-qacağı, paltarı, ayaqqabı-
nı, yorğan-döşəyi, mebeli və s. dezinfeksiya etmək lazımdır.
Xəstəliyin qarşısını alan profılaktika peyvəndlərindən və dər-
man qəbulundan imtina etməyin.
Qeyd olunanlarla bərabər, baktarioloji silah tətbiq edilən
şəraitin ümumilikdə qiymətləndirilməsi vacib sayılır.
Bakterioloji şəraitin qiymətləndirilməsi. Düşmənin bakte-
rioloji silah tətbiq etməsi nəticəsində yaranan şəraitə bakterio-
loji şərait deyilir. Bakteroloji şəraiti adamların, heyvanların,
ərazinin, təsərrüfat obyektlərinin bakterioloji zəhərlənməsi
miqyasını və dərəcəsini aydınlaşdırmaq, bakterioloji vasitələrin
mülki müdafiə dəstələrinin xilasetmə və digər təxirəsalınmaz
işlərinə, həmçinin əhalinin kənd təsərrüfatı işlərinin aparılma-
sında göstərdiyi fəaliyyətinə təsirini müəyyən etmək üçün qiy-
mətləndirirlər. Bakterioloji şərait adamların, heyvanların, bitki-
lərin və sairənin mühafizəsini vaxtında təşkil edən tədbirləri
həyata keçirmək üçün də qiymətləndirilir.
Qeyd etmək lazımdır ki, bakterioloji zəhərlənmə ocağını
şəhər, rayon, respublika miqyasında ləğv edirlər. Lakin kənd
təsərrüfatı rəhbərləri, qərargahlar, dəstələr bakterioloji zəhər-
lənmə ocağının ləğvində bilavasitə iştirak edir.
Bakterioloji şəraitin qiymətləndirilməsinə aşağıdakılar aid-
dir: bakterioloji zəhərlənmə rayonunun sərhədini təyin etmək;
torpaqdan istifadəetmə planına və ya ümumi vəziyyət sxeminə
zəhərlənmə rayonunu köçürmək; karantin rejimini dəqiqləşdir-
70
mək; xüsusi təmizliyin aparılması üçün kənd təsərrüfatı isteh-
salı obyektlərini təyin etmək; həmçinin müalicə-profilaktik təd-
birləri qaydalarını və həcmini müəyyənləşdirmək. Zəhərlənmə
ocağının sərhədlərini tibb və baytar kəşfiyyatları təyin edir, on-
ları ərazidə nişanlayır və lazımi məlumatları plana və ya xəritə-
yə köçürürlər.
Düşmənin bakterioloji silahının təsirinə məruz qalmış ra-
yonda hakimiyyət orqanları xüsusi rejim – karantin yaradırr və
həmin rayona gediş-gəliş qadağan edilir. Karantin – bakterial
yoluxma ocağını təcrid etmək, xəstəliklərin yayılmasının qarşı-
sını almaq və aradan qaldırmaq məqsədilə yerinə yetirilən, epi-
demiya rejimli profılaktika tədbirlər sistemidir. Karantin döv-
ründə əhalinin vəzifəsi qoyulmuş qaydaya ciddi riayət etmək-
dir. Yadda saxlamaq lazımdır ki, bütün tədbirlər adamların hə-
yatını və sağlamlığını mühafızə etmək üçün görülür.
Karantin şəhər, rayon (respublika) mülki müdafiə rəisinin
qərarı ilə qoyulur, obyektin rəhbəri ərazisində yaranmış bakte-
rioloji ocağı ləğvetmə işlərini təşkil edir. Burada zəhərlənmə
ocağını ayırmaq üçün aparılan rejim tədbirlərinə və lazımi sani-
tar-gigiyena, epidemiya əleyhinə tədbirlərin keyfiyyətli aparıl-
ması üçün kənd təssərüfatı işlərinin təşkilinə xüsusi diqqət yeti-
rilməlidir. Kənd təsərrüfatı istehsalının obyektlərini xüsusi tə-
mizliyin aparılması üçün kəşfiyyat məlumatları və laboratoriya
nəzarəti əsasında ayırırlar. Xüsusi təmizliyi birinci növbədə
adamlar, heyvanlar, tövlələr və bitkilər keçirlər. Bu iş üçün
dəstələr ayrılır, işin yerinə yetirilməsi qaydaları qoyulur, həm-
çinin maşın və xüsusi dezinfeksiya vasitələri ayrılır.
Müalicə- proflaktik tədbirlərin aparılması lazım gələrsə,
aşağıdakılara xüsusi diqqət yetirilir: əhalidə tibbi müşahidələrin
fasiləsiz aparılmasını və kənd təsərrüfatı heyvanlarında baytar
müşahidəsini təşkil etmək; yoluxucu xəstələri və şübhəliləri
tapmaq, onları ayırmaq, hospitala qoymaq və müalicə etmək;
əhalinin və heyvanların təcili profilaktikasını (antibiotiklərlə və
başqa xüsusi dərmanlarla) təşkil etmək; qoruyucu peyvəndlər
71
vurmaq.
72
4. ƏHALĠNĠ MÜHAFĠZƏ ETMƏK VASĠTƏLƏRĠ VƏ
ÜSULLARI
4.1. Mülki müdafiənin mühafizə qurğuları
Əhalini kütləvi qırğın silahlarından mühafizənin ən etibarlı
üsulu onların mühafizə qurğularında qorunmasından ibarətdir.
Kütləvi qırğın silahlarının fasiləsiz olaraq təkmilləşdirilmə-
si, mühafizə tədbirlərinin mülki müdafiə tərəfindən çox qısa
zamanda icrasını tələb edir. Ona görə də əhalinin mühafizəsi
onun yerləşmə məkanında- iş yeri, tədris müəssisəsi, daimi ya-
şayış yerində aparılmalıdır.
Mühafizə qurğuları mühəndis tikintisi olaraq əhalinin nüvə,
kimyəvi bakterioloji və adi siılahların tətbiqi zamanı mühafizə
üçün nəzərdə tutulur. Mühafizə xüsusiyyətlərindən asılı olaraq
qurğular sığınacaqlara, radiasiya əleyhinə daldanacaqlara
(RƏD), həmçinin sadə qorunacaqlara bölünür. Sığınacaqlar və
RƏD sülh vaxtı əvvəlcədən hazırlanır. Belə qurğular əhalinin
say tələbatına uyğunlaşdırılaraq işçi vəziyyətdə saxlanılmalı və
mülki müdafiənin xəbərdarlıq siqnalı vaxtı ən qısa zaman
ərzində əhali tərəfindən tutulmalıdır. Sığınacaqlar və RƏD əha-
linin mühafizəsi üçün yetərli tutuma malik olmadıqda düşmən
hücumu təhlükəsi yarandıqda hazır inşaat elementlərindən, kər-
pic və betondan, taxta materiallardan sığınacaqlar tikilməli, zir-
zəmi, qazma, tərəvəz anbarları və digər bu növ tikililər RƏD
kimi hazırlanmalı, həmçinin sadə qorunacaqlar yaradılmalıdır.
4.2. Sığınacaqlar
Sığınacaqların təyinatı və növləri. Sığınacaqlar əhalinin
nüvə silahlarının dağıdıcı amillərindən, zəhərləyici maddələr-
dən və bakterial vasitələrdən qorunması üçün nəzərdə tutulur.
Kütləvi yanğın rayonlarında yaranan yüksək temperaturdan və
zəhərləyici qazlardan, həmçinin partlayış rayonlarında dağıntı-
73
lar və uçqunlardan mühafizə məqsədilə sığınacaqlardan istifadə
edilməsi mümkündür. Göstərilən şəraitlərdə əhalinin uzun
müddət saxlanılması ehtimal olunduğundan sığınacaqlar möh-
kəm konstruksiyalı olmaqla yanaşı, həm də orada əhalinin hə-
yat fəaliyyətini təmin edəcək sanitar-gigiyenik şərait yaradıl-
malıdır.
Sığınacaqlar hündürlüyü 2 m-dən az olmamaqla inşa olu-
naraq əsas və qəza çıxıntısaına (əsas girişlərin dolması halları
üçün) malik olmalıdır. Sığınacağın döşəməsi qrunt sularının sə-
viyyəsindən ən azı 50 sm hündürdə yerləşməılidir. Sülh vaxtı
sığınacaqlar müxtəlif təsərrüfat ehtiyacları üçün istfadə oluna
bilər (şək. 19).
Sığınacaqlar mühafizə xüsusiyyətlərinə, tutumuna, yerləş-
mə məkanına, hazırlanma zamanına və süzücü ventilyasiya
avadanlıqları ilə təminatına görə təsnif olunur. Tutumuna görə
sığınacaqlar kiçik tutumlu (150 nəfərədək), orta tutumlu (150-
450 nəfərlik) və böyük tutumlu (450 nəfərdən artıq) olur. Yer-
ləşmə məkanına görə sığınacaqlar bina konstruksiyasının zirzə-
misində və ya ayrıca inşa olunmuş ola bilər. Bina konstruksiya-
sının zirzəmisində olan sığınacaqlar daha geniş yayılmışdır.
Hazırlanma zamanına görə sığınacaqlar sülh zamanı əvvəlcə-
dən hazırlanmış və ya düşmən hücumunun təhlükəsi yaranar-
kən tez bir zamanda yaradılan sığınacaqlardır. Süzücü ventilya-
siya avadanlıqları olaraq həm sənaye şəraitində istehsal olunan
vasitələrdən həm də əldə olan materiallardan haırlanmış vasitə-
lərdən istifadə olunur. Lakin hər iki halda süzücü ventilyasiya
avadanlıqları havanı bütün zəhərli qarışıqlardan təmizləməli və
qəbul olumuş normalara uyğun təmiz havanın verimini təmin
etməlidir.
Süzücü ventilyasiya aqreqatları olaraq ВФА-49, ФВК-1 və
ФВК-2 tətbiq olunur. Kənardan sığınacaq daxilinə verilən ha-
vanın həcmi tempraturdan asılı olaraq hər bir adam üçün bir
saatda təmiz ventilyasiya rejimində 7-20 m
3
, süzücü ventilyasi-
ya rejimində isə 2-8 m
3
təşkil etməlidir.
74
ġək. 19. Sığlınacaq:
1-Hermetik mühafizə qapısı; 2-şlyür kameralar; 3-sanitar-məişət otağı;
4-əhali üçün əsas otaq; 5-qəza çıxış yolu; 6-süzücü ventilyasiya kameraları;
7-tibb otağı; 8-ərzaq otağı
Sığınacaqlar qorunan insanların sanitar-gigiyenik şəraitini
təmin edərək daxildə karbon qazının miqdarının 1%-dən,
nəmliyin 70%-dən, temperaturun 23º-dən çox olmasına şərait
yaratmır.
Qəza çıxışı tunel şəklində qazılaraq 90x130 sm ölçüdə
olur. Tunelin divarları hermetik mühafizə vasitələri ilə bərkidi-
lir. Qəza çıxışının sonu ərazidə olan binaların hündürlüyünün
yarısının üzərinə 3 m gəlməklə müəyyən olunur.
Sığınacaqlarda elektrik təchizatı adətən xarici elektrik şə-
bəkəsi, lazım gəldikdə isə ayrıca elektrik mənbəyi olan dizel
elektrik stansiyası hesabına aparılır. Bu mənbələr sıradan çıx-
dıqda qəza işıqlandırması kimi elektrik fanarlarından, bateriya-
lardan və s. istifadə oluna bilər. Sığınacaq obyektin idarəetmə
məntəqəsi ilə əlaqəni təmin edən telefon vasitəsi ilə, həmçinin
rayon və ya yerli obyekt radiotranslasiya şəbəkəsinə qoşulmuş
repreduktorla təchi edilir.
Sığınacaq ümumi su və kanalizasiya şəbəkəsinə qoşulur.
Bundan əlavə, qəza vəziyyətləri üçün “S” ehtiyatı yaradılır.
Qəza su еhtiyatının minimal həcmi hər bir adam üçün saxlan-
ma müddətində 6 litr içməli, 4 litr isə sanitar-gigiyenik tələbat
hesabı ilə götürülür. 600 və daha çox tutumlu sığınacaqlarda
75
əlavə olaraq yanğınsöndürmə üçün 4,5 m
3
su ehtiyatı yaradılır.
Sığınacaqlarda isidilmə ümumi isitmə sistemi vasiəsi ilə
aparılır.
Qorunan insanlar sığlnacağın hündürlüyündən asılı olaraq
2 və ya 3 mərtəbəli taxtlardan və kətirlərdən istifadə edir. Kəti-
lin oturacaq ölçüsləri 0,45x0,45 m, taxtın yatacaq hissəsinin öl-
çüləri 0,55x1,80 m, kəbirin və taxtın döşəmədən olan hündür-
lüyü 0,45 m, taxt mərtəbələri arasında olan məsafə 1,1 m təşkil
edir. 2 və 3 mərtəbəli taxtların ümumi sayı sığınacağın tutumu-
nun müvafiq olraq 20 və 30%-i qədərdir. Sığınacaqda dozimet-
rik cihazlar, kimyəvi-kəşfiyyat cihazları, mühafizə paltarları,
yanğınsöndürmə vasitələri, qəza üçün ehtiyat alətlər, qəza işıq-
landırma vasitələri, ərzaq və su ehtiyatı, sanitar vasitələr yerləş-
dirilir.
4.3. Radiasiya əleyhinə daldanacaqlar
Radiasiya əleyhinə daldanacaqlar (RƏD) yerin radioaktiv
zəhərlənməsi zamanı əhalinin xarici qamma və neytron şüalan-
malarından, tənəffüs orqanlarına, paltara və dəriyə radioaktiv
tozların düşməsindən, həmçinin nüvə partlayışlarının işıq şüa-
lanmasından qorunmasını təmin edir. RƏD konstruktiv daya-
nıqlığından asılı olaraq, həmçinin, əhalini nüvə partlayışlarının
zərbə dalğasından və dağılan binaların qırıntılarından da müha-
fizə edə bilər. Bu zaman RƏD-in mühafizə xüsusiyyətləri onun
torpaq səviyyəsindən hansı məsafədə yerləşməsindən asılı olur
və mühafizə əmsalı K ilə qiymətləndirilir.
K mühafizə əmsalı açıq ərazidə 1m yüksəklikdə olan radia-
siyanın səviyyəsi RƏD daxilindəki radiasiya səviyyəsindən ne-
çə dəfə yüksək olmasını, daha doğrusu, RƏD-in radiasiya sə-
viyyəsini azaltmasını xarakterizə edir. Mühafizə əmsalından
asılı olaraq RƏD qruplara bölünür. Əmsalın qiyməti nə qədər
böyük olarsa, RƏD daha etibarlı hesab edilir. Əmsalın qiyməti
həmçinin RƏD inşa olunduğu materialın keyfiyyətindən və qa-
76
lınlığından asılıdır. Materialın sıxlığı, qalınlığı və keyfiyyəti
yüksəldikdə K mühafizə əmsalının da qiyməti artır.
Müxtəlif materiallardan keçərkən qamma və neytron şüa-
lanmasının qiymətinin 2 dəfə azalması cədvəldə göstərilmişdir.
Zirzəmi və digər tikililərin RƏD kimi hazırlanması üçün
isə əhali və MM-in texnika və qüvvələri cəlb olunur. Düşmən
hücumu təhlükəsi yarandıqda RƏD qısa müddət ərzində hazır-
lanmalıdır. RƏD-in tam həcmdə təmin edilməsi üçün hələ sülh
dövründə MM qərargahı bu məqsədlə istifadə olunması müm-
kün olan tikililərin qeydiyyatını apararaq xüsusi sənədlər hazır-
layır. RƏD üçün hazırlanan tikililərin tutumu müxtəlif ola bi-
lər. Əgər fərdi yaşayış evlərindən bu məqsədlə istifadə nəzərdə
tutulursa, onun tutumu 5-10 nəfərlik, sülh şəraitində istifadə
olunmayan tikililərdə 10-50 nəfərlik, sülh şəraitində xalq təsər-
rüfatının ehtiyacı üçün istifadə planlaşdırılan yeni inşaa olunan
tikililərdə isə tutum 50 nəfərdən çox insan üçün hesablanır.
RƏD-də insanlar üçün minimal şərait yaradılır.
Cədvəl 4
Qamma və neytron şüalanmanın müxtəlif materiallarda iki
dəfə azalması qalınlığı göstəriciləri.
Material
Material sixlığı,
(q/sm
2
)
Yarımzəifləyici qat, (sm)
Neytronlar
üçün
Qamma şualanma
üçün radioaktiv
buludun izində
Su
Taxta
Polietilen
Qrunt
Kərpic ortük
Beton
Polad, dəmir
Qurquşun
Şüşəplastik
1
0,7
0,95
1,8
1,6
2,3
7,3
11,3
1,7
2,7
9,7
2,7
9,0
10,0
8,2
11,5
12,0
4,0
13,0
21,0
14,0
8,4
8,4
5,6
1,8
1,3
12,0
Daldanacaqda sanitar qovşağın, ventilyasiya kamerasının
və çirkli üst geyimlərinin saxlanması yerinin hazırlanması
77
məqsədəuyğundur. 50 nəfərədək tutumlu tez hazırlanmış RƏD-
də kanalizasiya sistemi mövcud olmadıqda əsas otaqdan kənar-
da bu məqsədlə xüsusi qablar saxlanılır. Qabların tutumu hər
bir insan üçün sutkada 2 litr hesabı ilə müəyyən olunur. 50 nə-
fərdən artıq tutumlu RƏD-də həmin məqsədlə xüsusi quyu ha-
zırlanır.
RƏD üçün uyğunlaşdırılmış tikililərdə ventilyasiya, isidil-
mə su təchizatı, kanalizasiyası və işıqlandırma saz vəziyyətə
gətirilməlidir. Burada qorunan əhalinin sayına müvafiq kətillər
və ya oturacaqlar, tutumun 25-30% həcmində isə dincəlmək
üçün taxtlar yerləşdirilir. Əgər su kəməri olmazsa onda su ehti-
yatı, həmçinin ərzaq ehtiyatı üçün qablardan istifadə edilir. Su
ehtiyatı hər bir insan üçün sutkada 3-4 litr hesabı ilə müəyyən
edilir.
Kənd yerlərində ilk növbədə RƏD üçün qazmalar, fərdi ya-
şayış evlərinin və müxtəlif təyinatlı binaların zirzəmilərindən,
tərəvəz anbarlarından, daş-beton evlərdən istifadə olunur. Mə-
lumdur ki, kənd yerlərində əksər yaşayış evlərində zirzəmilər
mövcuddur. Onların ilk növbədə RƏD üçün hazırlanması la-
zımdır. Birmərtəbəli daş evlərin zirzəmiləri qamma şüalanma-
nın təsitrini 40-100 dəfə, RƏD üçün hazırlandıqda isə 800-
1000 dəfə azaldır (şək. 20).
RƏD üçün hazırlanma məqsədi ilə birinci halda divar və
tavanda olan bütün çatlar və yarıqlar örtülür, tavan üzərinə 30-
40 sm-lik əlavə torpaq örtüyü verilir, pəncərələr kərpiclə hörü-
lür və ya torpaqla doldurulmuş kisələrlə örtülür, ikinci halda isə
yalnız evin döşəməsi üzərinə torpaq kütləsi verilir.
Zirzəmisi olmayan kərpic və ya daş evlərin RƏD üçün ha-
zırlanması üçün divarda və tavanda olan bütün çat və yarıqlar
dəqiqliliklə örtülür, qapı hissəsi sıx materialla qapadılır. Müha-
fizə xüsusiyyətinin artırılması məqsədi ilə pəncərələr kərpiclə
hörülür və ya torpaqla doldurulmuş kisələrlə örtülür, tavan
örtüyü üzərinə 30-40 sm-lik torpaq qatı verilir. Ventilyasiya
üçün pəncərələrin birində keçid kamerası yaradılır. Hava çıxışı
78
üçün soba bacalarından da istifadə edilə bilər.
Dostları ilə paylaş: |