ġək. 14. Nüvə partlayışı zamanı təzyiqin zamandan asılı olaraq
dəyişmə qrafiki
Mühafizə olunmayan adamlar 0,2-0,4 kqq/sm
2
(20-40 kPa)
izafı təzyiq zamanı yüngül zədələnməyə, 0,4-0,6 kqq/sm
2
(40-
60 kPa) nəticəsində orta dərəcəli zədələnməyə, 0,6-1 kq/sm
2
(60-100 kPa) nəticəsində ağır dərəcəli zədələnməyə, 1 kqq/sm
2
(100 kPa) artıq olan izafi təzyiq nəticəsində çox ağır dərəcəli
zədələnməyə məruz qalırlar. Belə zədələnmələr adətən ölümlə
nəticələnir. Nüvə silahından qorunmaq üçün düzəldilmiş sığı-
nacaq və daldalanacaqlar adamları zərbə dalğasının təsirindən
qoruyur. Bu məqsədlə xəndəkdən, yeraltı binalardan, habelə
yerin relyefindən də (çala, dərə, meşə və s.) müəyyən dərəcədə
istifadə etmək mümkündür. Zərbə dalğası özünün yayılması is-
tiqamətində rast gəldiyi binaları və başqa yerüstü tikililəri dağı-
dır və zədələyir.
İşıq şüalanması- nüvə partlayışı zamanı meydana çıxan od
kürəsinin saçdığı gözə görünən, ultrabənövşəyi və infraqırmızı
güclü şüalanma selidir. Təsir müddəti nüvə yükünün gücündən
50
asılı olaraq 10-20 saniyə müddətində olur. İşıq şüalanmasının
zədələyici təsiri işıq impulsundan, yəni işıq şüalarına nisbətən
şaquli yerləşmiş səthin hər bir kvadrat santimetrinə bütün şüa-
lanma ərzində düşən işıq enerjisinin miqdarından asılı olur. İşıq
impulsunun ölçü vahidi olaraq kC/m
2
və yaxud kal/sm
2
qəbul
edilmişdir. Müxtəlif sahələrdə yaranan işıq impulsunun kəmiy-
yəti nüvə partlayışının gücündən, növündən, məsafədən və ha-
va şəraitindən asılı olur. Təsirinin qısa müddətinə baxmayaraq
işıq şüalanması xeyli uzaq məsafələrdə bədənin açıq yerlərində
yanmalara, gözlərin müvəqqəti və ya daimi korluğuna, müxtə-
lif materialların alovlanmasına, kömürləşməsinə və ya əriməsi-
nə, yaşayış məntəqələrində, meşələrdə, mədənlərdə yanğınlara
səbəb ola bilər. Məsələn, havada gücü 1 mln. tonluq nüvə part-
layışı zamanı 4 kal/sm
2
işıq impulsu 19 km; 10 kal/sm
2
- 15 km,
16 kal/sm
2
- 10 km məsafədə mövcud olur ki, nəticədə müvafiq
surətdə bədənin açıq hissələrində yüngül (I dərəcəli), orta (II
dərəcəli) və ağır (III dərəcəli) yanıqlar baş verə bilər. İşıq şüa-
lanması qeyri-şəffaf materiallardan (divar, taxta, bina və s.)
keçə bilmir. İşıq şüalanması yaşayış məntəqələrində, meşələr-
də, tarlalarda güclü yanğınlar törədə bilər. İşıq şüalanmasının
təsiri meteoroloji şəraitdən çox asılı olur. Qatı duman, yağış və
qar onun təsirini 10-20 dəfə zəiflədir. Sığınacaq və daldalana-
caq işıq şüalanmasının təsirindən qorunmaq üçün ən etibarlı
yerlərdir.
Nüfuzedici radiasiya- nüvə partlayışı anında qəza partlayış
yerindən ətrafa yayılan, gözə görünməyən
- şüalar və neytron
selindən ibarətdir.
Nüfuzedici radiasiyanın təsiri ondan ibarətdir ki, qamma-
şüalar və neytronlar canlı toxumaların molekullarını ionlaşdırır.
Bu isə insan və heyvan orqanizmində maddələr mübadiləsinin
pozulmasına, hüceyrələrin və müxtəlif üzvlərin həyat fəaliyyə-
tinin dəyişməsinə, yoluxucu xəstəliklərə qarşı orqanizmin mü-
barizə qabiliyyətinin zəifləməsinə səbəb olur. Şüa alan adam
bunu hiss etmir. Xəstəliyin əlamətləri müəyyən müddətdən
51
sonra aşkara çıxır, xəstəliyin gedişi orqanizmin aldığı şüanın
dozasından asılı olur.
Nüfuzedici radiasiyanın təsiri udulan doza ilə qiymətləndi-
rilir və
Qrey (Qr), rentgen (R), rad ölçü vahidləri ilə ölçülür:
1 qr=100 rad; 1 qr=0,95 rad.
Udulan dozanın miqdarından asılı olaraq adamlar şüa xəs-
təliyinə tutulurlar:
I yüngül dərəcəli D = 100...200 rad (1-2 Qr);
II orta dərəcəli D = 200...400 rad (2-4 Qr);
ağır dərəcəli D = 400...600 rad (4-6 Qr);
çox ağır dərəcəli D>600 rad (6 Qr).
Müxtəlif sıx və qalın materiallardan keçərkən nüfuzedici
radiasiyanın təsiri zəifləyir. Məsələn, poladın - 2,7 sm, betonun
- 10 sm, torpağın - 14 sm, suyun - 23 sm, ağacın - 30 sm qalın-
lığı nüfuzedici radiasiyanı 2 dəfə zəiflədir (bunlara yarımzəif-
lətmə qatı deyilir). Nüfuzedici radiasiyadan mühafizə məhz
materialların bu xüsusiyyətinə əsaslanır. Belə ki, radiasiya do-
zasını üstü örtülmüş xəndək 40 dəfə, mühafizə üçün uyğunlaş-
dırılmış zirzəmi 400 dəfə zəiflədir. Neytron seli tərkibində hid-
rogen olan maddələrdə (suda, parafində, betonda) daha çox
zəifləyir.
Radioaktiv zəhərlənmə- yerdə nüvə partlayışı baş verdik-
dən sonrakı anlarda radioaktiv zərrəciklər odlu kürənin tərki-
bində olur. Odlu kürə buxara və tüstüyə bürünərək hündürə
qalxır və bir neçə saniyədən sonra topa buludlara çevrilir. Hün-
dürə qalxan hava axınları yerdən toztorpağı göyə qaldırıb on-
ları radioaktiv buludla birlikdə aparır. Yuxarı qalxan toz-torpaq
radioaktivləşir. İri toz buludlarının bir hissəsi bilavasitə partla-
yış rayonunda yerə çökür. Qalan hissəcikləri isə buludun tərki-
bində qalıb hava axınları vasitəsilə partlayış mərkəzindən kilo-
metrlərlə məsafələrə aparılır. Radioaktiv zəhərlənmənin dərə-
cəsi– partlayışın növündən və gücündən, partlayışdan sonra ke-
çən müddətdən, partlayış mərkəzinə qədər olan məsafədən, me-
teoroloji şəraitdən, yerin relyefindən asılı olur.
52
ġək. 15. Nüvə partlayışı
Radioaktiv zəhərlənməyə məruz qalmış ərazi (radioaktiv
zəhərlənmiş ərazi) formaca ellipsə bənzəyir. Zəhərlənmənin
gücünə görə radioaktiv zəhərlənmə zolağını adətən dörd zona-
ya ayırırlar: çox təhlükəli, təhlükəli, güclü və mülayim (zəif)
zəhərlənmə zonaları. Əgər zəhərlənmə izini en kəsimi üzrə gö-
türsək, radiasiyanın səviyyəsi izin kənar hüdudundan mərkəzə
tərəf artmağa başlayır və izin oxunda maksimum dərəcəyə ça-
tır.
Partlayışın bu zədələyici amilini digər amillərdən fərqlən-
dirən: zəhərlənmiş geniş sahələri əhatə etməsi, uzun müddət tə-
sir göstərməsi, çətin aşkar olunması, qeyri-sabit xarakteri, ra-
dioaktiv maddələrin fasiləsiz olaraq parçalanması sayəsində zə-
hərlənmiş ərazinin ölçülərinin müəyyən müddət ərzində azal-
masıdır.
Müəyyən müddətdən sonra radiasiyanın səviyyəsi tədricən
azalır: bu, radioaktiv maddələrin öz-özünə parçalanıb qeyri-ak-
tiv maddələrə çevrilməsi nəticəsində baş verir. Radioaktiv
maddələrin heç bir xarici əlaməti (rəngi, iyi və s.) yoxdur, zə-
hərlənməni ancaq xüsusi doza ölçən (dozimetrik) cihazlar vasi-
təsilə aşkar etmək mümkündür. Ərazinin zəhərlənmə dərəcəsi
53
radiasiyanın səviyyəsi (yəni gücü) ilə xarakterizə edilir və rent-
gen - saatla (R/s) ölçülür.
Adamları radioaktiv zəhərlənmələrdən mühafizə etmək
üçün onları ümumi xarici şüalanmadan qorumaq, həm də radio-
aktiv maddələrin dəri səthinə, burunun, gözlərin selikli qişaları-
na düşməsinin və hava, ərzaq, su ilə orqanizmə keçməsinin
qarşısını almaq lazımdır. Bu məqsədlə radiasiya əleyhinə dal-
dalanacaqlardan, sığınacaqlardan istifadə olunur. Fərdi mühafi-
zə vasitələri (əleyhqaz, respirator, tozdan qoruyan parça maska,
habelə pambıqlı tənzif sarğı) tənəffüs üzvlərini zəhərlənmədən
etibarlı surətdə qoruyur. Bədənin səthini adi paltarlarla da
mühafizə etmək mümkündür.
Elektromaqnit impulsu- nüvə partlayışı anında ətrafa külli
miqdarda qamma kvantlar və neytronlar yayılır. Bunlar ətraf
mühitin atomları ilə qarşılıqlı təsirə qoşularaq elektromaqnit
sahələri yaradır, nəticədə hava və ya yeraltı rabitə-kabel xətlə-
rində, siqnal, elektrik xətlərində, radio-stansiyaların antenala-
rında və s. qısamüddətli, lakin güclü cərəyan və gərginlik əmə-
lə gətirir. Buna elektromaqnit impulsu deyilir. Elektromaqnit
impulsları radio-elektron cihazlarını sıradan çıxarır, xarici xət-
lərə qoşulmuş elektrik qurğularının işini pozur. İmpulslar, həm-
çinin yarımkeçirici cihazları, qazboşalma, vakuum cihazlarını,
kondensatorları da xarab edib sıradan çıxarır.
Bu cihazlarla işləyən adamların təhlükəsizliyi üçün tədbir
görülməyibsə, elektromaqnit impulsu yüksək elektrik gərginliyi
ilə adamları zədələyə bilər. Elektromaqnit impulsundan müha-
fizə vasitəsi kimi qoruyucu avtomat tərtibatlarından istifadə
edilir (ildırımdan mühafizədə olduğu kimi).
3.2. Nüvə zədələnmə ocağı
Nüvə zədələnmə ocağı (NZO)- o əraziyə deyilir ki, orada
nüvə partlayışmm zədələyici amillərinin təsiri nəticəsində külli
miqdarda insan, heyvan və bitki təlafatı olsun, bina və qurğular
54
dağılsın, yanğınlar baş versin və yer radioaktiv maddələrlə zə-
hərlənsin. Nüvə zədələnmə ocağı qarışıq zədələnmələr ocağı-
dır: burada eyni zamanda dağıntılar, yanğınlar və radioaktiv zə-
hərlənmə ocaqları əmələ gələ bilər.
Zərbə dalğasının önündə izafi təzyiqi (P
f
) 10 kPa-dan artıq
olan sahələr nüvə dağıntı ocağı adlandırılır. Dağıntıların xarak-
terinə görə belə sahələr 4 dağıntı zonasına (zolağına) ayrılır
(tam, güclü, orta dərəcəli və zəif dağıntı zonaları):
tam dağıntı zonası P
f
> 50 kPa;
güclü dağıntı zonası P
f
= 30...50 kPa;
orta dağıntı zonası P
f
= 20...30 kPa;
zəif dağıntı zonası P
f
= 10...20 kPa.
Misal üçün, bir milyon tonluq (q =1 Mt) nüvə silahı partla-
dıqda, tam dağılma zonası 4 km, güclü dağılma zonası 5,4 km,
orta dağılma 7,2 km, zəif dağılma 11 km radiusunda təsir gös-
tərəcək. Nüvə zədələnmə ocağının ölçüləri, burada dağıntının
dərəcəsi və təlafatdan tikintinin xüsusiyyətlərindən, yerin rel-
yefindən və s. asılı olur. Zədələnmə ocağı sahəsinin 13%-ni
tam dağıntı zonasi; 10%-ni güclü, 15%-ni orta dərəcəli və
62%-ni zəif dağıntılar zonası təşkil edir.
Tam dağıntı zonası- nüvə partlayışı mərkəzinə ən yaxın
sahələrə tam dağıntı zonası deyilir ki, bu sahənin hüdudları da-
xilində zərbə dalğasının yaratdığı izafi təzyiq 50 kPa-dan artıq
olur. Burada istehsalat və yaşayış binaları tamamilə dağılır,
partlayış mərkəzinin lap yaxınlığında isə sığınacaqların bir qis-
mi uçulur. Sığınacaqların əksəriyyəti (75%-ə qədəri) və yeraltı
kommunal-energetika şəbəkələri (95%) salamat qalır. Küçələr-
də başdan-başa uçqunlar əmələ gəlir, sığınacaqların çıxış yolla-
rı uçqunlarla tutulur.
Güclü dağıntı zonası- 50 kPa-dan 30 kPa-dək izafi təzyi-
qin təsirinə məruz qalmış sahələr güclü dağıntılar zonası adlan-
dırılır. Buradakı bina və qurğular güclü surətdə dağılır, sığına-
caqlar və yeraltı kommunal-energetika şəbəkələri, habelə radia-
siya əleyhinə daldalanacaqların əksəriyyəti salamat qalır. İşıq
55
şüalanması nəticəsində başdan-başa yanğınlar baş verir, küçə-
lərdə başdan-başa uçqunlar əmələ gəlir.
Orta dərəcəli dağıntılar- 30 kPa-dan 20 kPa-dək izafı təz-
yiqin təsirinə məruz qalan sahələr orta dərəcəli dağıntılar zona-
sıdır. Bu zonanın hüdudları daxilindəki binalar orta dərəcədə
dağılır, yeraltı sığınacaqlar və şəbəkələr salamat qalır. Küçə-
lərin müxtəlif yerlərində uçqunlar yarana bilər. İşıq şüalanması
nəticəsində başdan-başa yanğınlar törəyir.
Zəif dağıntılar zonası - 20 kPa-dan 10 kPa-dək izafi təzyiq
təsir göstərən sahələrdə zəif dağıntılar baş verir. Bu zonada bi-
nalar zəif dağıntılara məruz qalır (onların qapı-pəncərələri,
artırmaları, daxili arakəsmələri və s. dağılır). Küçələrdə tək-tək
uçqunlar yaranır, işıq şüalanmasından tək-tək yanğınlar törəyir.
Dağıntı zonalarından kənarda (izafi təzyiq 10 kPa-dan az
olan yerlərdə) zərbə dalğası mühafizə olunmamış adamlara təh-
lükə törətmir, binaları isə azacıq zədələyir (şüşələrin qırılması,
pəncərə və qapı çərçivələrinin zədələnməsi və s.).
3.3. Kimyəvi bakterioloji silahlar
Kimyəvi silah kütləvi qırğın silahlarından biri olub zəhərlə-
yici maddələrə və onları tətbiq etmək üçün istifadə olunan vasi-
tələrə deyilir. Kimyəvi silahın əsasını zəhərləyici maddələr
(ZM) təşkil edir. ZM- hərbi sənaye və xalq təsərrüfatı obyektlə-
rinə qoşunların, hərbiləşməmiş mülki müdafiə dəstələrinin şəx-
si heyətlərini, fəhlələləri, qulluqçuları, əhalini sıradan çıxaran,
yaxud onların döyüş və əmək fəaliyyətinin zəifləməsinə, hey-
vanların zədələnməsinə, habelə bitkilərin məhvinə səbəb ola bi-
lən xüsusi kimyəvi birləşmələrdən (zərərli maddələrdən) ibarət-
dir.
Ümumilikdə, kimyəvi silahların ən vacib xüsusiyyətləri
aşağıdakılardır:
-
maddi sərvətləri məhv etmədən canlı qüvvələri zədələ-
mək imkanı; ZM-in maddi sərvətlərə təsiri onların zəhərlənmə-
56
si ilə məhdudlaşır ki, bu da onlardan istifadəni çətinləşdirir;
-
geniş sahələri zəhərləmək və zədələyici təsirinin uzun
olmaması;
-
zəhərlənmənin sürətlə baş verməsi və zədələnmənin
ağır olması;
-
istehsalının nisbətən ucuz başa gəlməsi.
Hərbi məqsədlərlə bitkilərə zəhərləyici kimyəvi maddələr
də – herbisid, defoliant və desikant tətbiq edilə bilər ki, bunlar
dənli bitki əkinlərinin, meşələrin, məhv olmasına, kənd təsərrü-
fatı heyvanlarının zəhərlənməsinə səbəb olur.
Kimyəvi silahlar aşağıdakı xüsusiyyətlərinə görə təsnif
olunur:
insan orqanizminə təsir xarakterinə görə;
taktiki təyinatına görə;
təsir tezliyinə görə;
dayanıqlığına görə;
tətbiq vasitələrinə görə.
Taktiki cəhətdən kimyəvi silahlar 2 tipə bölünür:
1.
Öldürücü
(sinir-paralitik,
dəri-deşici,
ümumi
zəhərləyici, boğucu təsirli).
2.
Ziyanverici (Psixotrop maddələr və İrritantlar).
Təsir sürətinə görə kimyəvi silahlar:
a) tez (sinir-paralitik, ümumi zəhərləyici, qıcıqlandırıcı və
bəzi psixotrop maddələr);
b) gec (dəri-deşici, boğucu təsirli və bir neçə növ psixotrop
maddə) təsir edən maddələrə ayrılır.
Təsir müddətinə görə kimyəvi silahlar:
1.
uçucu dayanıqsız (təsiri dəqiqələrlə hesablanır);
2.
dayanıqlı maddələrə (təsiri bir neçə saatdan bir neçə
həftəyə qədər) bölünür.
3.4. Zəhərləyici maddələrin təsnifatı
Məlum olan bütün zəhərləyici maddələr orqanizmə təsiri-
57
nin xarakterinə görə (toksikoloji təsnifat), döyüş təyinatına və
ərazidə zəhərlənmənin davamlığına görə (taktiki təsnifat) qrup-
lara ayrılır.
Bir sıra ölkələrin cəbhəxanalarındakı müasir zəhərləyici
maddələri toksikoloji təsnifata görə bu qruplara ayırmaq müm-
kündür cədvəl 3).
Cədvəl 3
Zəhərləyici maddələrin təsnifatı
ZM-in qrupları
ZM-in adları
Sinir iflicedici təsiri
(fosforlu üzvü) ZM
V – qazlar
zoman
zarin
Ümumzəhərləyici təsiri
ZM
Sianid turşusu
Xlorsian
Dəridə yaraçıxaran
(rezobtiv təsiri) ZM
Texniki (kükürdlü) iprit
Saf iprit
Azotlu iprit (trixlortrilamin)
Lünzit
Boğucu təsirli ZM
Fosgen
Difosgen
Qıcıqlandırıcı təsirli ZM
Adamsit
Sİ-EC
Psixokimyəvi təsirli ZM
(psixotommimetrik maddələr)
Bi-zet
Psilosibin
Tremorin
Meskain
Lizerkin turşusunun
törəmələri və s.
Göz yaşardıcı ZM
Xlorasetoferon
Brombenzilsianid
Xlorpikin
Sinir iflicedici zəhərləyici maddələr (ZM) kimyəvi struk-
turuna görə fosforlu üzvü maddədir (FÜM). Belə maddələrə
zarin, zoman və V
x
- qazlar aiddir.
Zarin və zoman rəngsiz (və ya sarımtıl rəngli), səciyyəvi
iyli mayelərdir; bunların xüsusi çəkisi vahiddən bir qədər artıq-
dır (1,02-1,1). Bu maddələr üzvi əridicilərdə, o cümlədən
yağlarda və yağaoxşar maddələrdə yaxşı, suda isə zəif həll olu-
58
nur, havada tez bir zamanda ölümcül konsentrasiyalı buxar tö-
rədir. Yay vaxtı ərazini maye damcıları zarin 8 saata, zoman isə
bir sutkaya qədər müddətə zəhərləyə bilər. Zarinin buxarları
havadan 4,77 dəfə, zomanınkı isə 6,33 dəfə ağırdır. Zarinin
ikinci buludunun zədələyici təsiri 4-7 saatadək, sinir iflicedici
ZM qrupuna aid digər maddələrinki isə onların bütün buxarlan-
ması dövründə davam edir. Suaxmazlarda zarinin zəhərləyici
təsiri 25 sutkayadək, zomanınkı isə 2,5 ayadək qalır.
V
x
- qazı suda zəif, üzvi əridicilərdə, yanacaq, sürtgü mate-
riallarında yaxşı həll olunan rəngsiz mayedir. Rezin-texniki
məmulatlara və böyük lak örtüklərə yaxşı hopur.
Yavaş buxarlandırıcı üçün (20° C-də 10
-3
mq/l) ərazidə
üzun müddət qalır. V
x
- qazının kimyəvi adı fosforiltioxolinlər-
dir
V
x
- qazları, zoman, zarin davamlı ZM-dir.
Fosforlu üzvü ZM (FÜZM) tətbiq edilərkən zəhərlənmə
adətən maye damcılarının dərinin səthinə düşməsi hallarında,
yaxud həmin ZM-in buxarları tənəffus yollarından keçərkən
baş verəcəkdir.
Fosforlu zəhərli maddələrin konsentrasiyası 5-10
-7
mq/l-
dən az olan hallarda 5-6 saat müddətində əleyhqazsız qalmaq
mümkündür.
Ümümzəhərləyici təsirli ZM əsasən tənəffüs üzvlərindən
keçib orqanizmin ən vacib sistemlərinə sürətlə təsir göstərən
tezbuxarlanan kimyəvi birləşmələrdir. Zəhərləyici maddələrin
bu qrupuna sianid turşusu və xlorsian aiddir.
Xlorsian - kəskin iyli, sudan ağır rəngsiz mayedir.13°C-də
qaynayır, mənfi 7°C-də bərkiyir. 20°C-də buxarların maksimal
konsentrasiyası 3300 mq/l-dir. Suda məhdud miqdarda (7%),
azotlu üzvi maddələrdə (spirt, efir), yağ və lipoidlərdə yaxşı
həll olunur.
Xlorsian sianid turşusundan 2-4 dəfə az zəhərlidir. Qıcıq-
landırıcı təsirə malikdir. İlk qıcıqlandırma konsentrasiyası
0,0025 mq/l, güclü yaşaxma və bəbəklərin spazmasma səbəb
59
olan dözülməz konsentrasiya 0,06 mq/l-dir. Bundan artıq kon-
sentrasiyalar sianid turşusunun təsirində olduğu kimi orqaniz-
min ümumi zəhərlənməsi ilə nəticələnir. Xlorsian davamsız zə-
hərli maddədir.
Dərini zədələyən ZM elə zəhərli birləşmələrdir ki, onlar
hətta ən cüzi miqdarda bədənin dəri örtüyünü zədələyə bilərlər.
Kimyəvi təmiz iprit zəif gənəgərçək iyli şəffaf, yağlı rəngsiz
mayedir. Üzvi əridicilərdə, yağ və yağaoxşar maddələrdə yaxşı,
suda xeyli zəif (10°S-də- 0,07) həll olunur.
Ərzaq məhsullarına, məsaməli materiallara, boyaq örtüklə-
rinə, rezin-texniki məmulatlara asanlıqla hopur və onların uzun
müddətli zəhərlənməsinə səbəb olur. Ərazi uzun müddət: yayda
- 7 sutka, qışda bir neçə həftə zəhərli qalır.
İprit suda yavaş hidroliz olunur və neytrallaşır (zəhərsizlə-
şir). Qələvilərin təsirindən ipritin hidrolizi sürətlənir. Xlorlu
əhəng, xloraminlər və sulfidlər ipriti tez zərərsizləşdirir.
İprit təmasda olduğu orqanlara və toxumalara (tənəffüs
yollarına, gözlərə, dəri, mədə-bağırsaq sisteminə) tə'sir edir,
bədənin zədələnmiş yerindən qana sorulması nəticəsində isə
ümum zəhərləyici təsir göstərir. Bədənin səthinə düşən iprit
damcıları 7 dəqiqədən sonra dərinin alt qatlarına keçir. 20-30
dəqiqə ərzində isə heç bir ağrı hissi
törətmədən orqanizmdə ta-
mamilə sorulur. İprit davamlı zəhərli maddədir.
Boğucu təsirli ZM elə maddələrə deyilir ki, onlar xüsusən
ağciyər toxumalarını zədələyir, orqanizmin digər toxumalarına
güclü təsir göstərmir. Boğucu təsirli zəhərli maddələr qrupuna
fosgen və difosgen aiddir. Son zamanlar fosgen güclü təsirli zə-
hərli maddələrə (GTZM) şamil edilir.
Difosgen qaynama temperaturu 128°C olan mayedir, fos-
genə nisbətən yavaş buxarlanır, havadan 7 dəfə ağırdır. Yayda
ərazini açıq yerlərdə 1 saata, meşəlik yerlərdə isə bir neçə
saatadək zəhərləyir. Difosgen suda pis həll olunur, bu zaman
xlorid turşusu və karbon qazı yaratmaqla parçalanır. Difosgen
su hovuzlarını zəhərləmir.
60
Difosgen zəhərləyici xassələrinə görə fosgenə oxşayır. O,
davamsız zəhərləyici maddələrə aiddir.
Qıcıqlandırıcı ZM -ə Sİ-ES və adamsit aid edilir.
Adamsit yaşımtıl rəngli bərk maddədir, suda həll olunur:
üzvi əridicilərdə, xüsusən qızdırılarkən və asetonda yaxşı həll
olunur. Yavaş buxarlanması və pis həll olunmasına görə torpa-
ğı uzun müddət zəhərləyə bilər. Suda parçalanmır, qələvi mad-
dələr onun suda hidrolizini sürətləndirir və nəticədə fenassazin
oksidi yaranır.
Adamsitin 1,41 mq/l konsentrasiyası olan havada 2 dəq. və
ya 0,28 mq/l konsentrasiyalı havada 20 dəq. qalarkən ölümcül
zəhərlənmə baş verir.
S-ES suda pis həll olunan rəngsiz maddədir. O, spirtdə bir
qədər, asetonda, dioksanda, metilxloriddə, etilasetatda, benzol-
da isə yaxşı həll olunur. Aerozol şəklində tətbiq edilir.
S-ES maddəsinin ümumi zəhərliliyi zəifdir, lakin o, qızdırı-
cı təsirə malikdir ki, bu da asqırtıya, öskürəyə, gözlərdən bol
yaş, burundan selik axmasına, tənəffiisün çətinləşməsinə səbəb
olur. Bunlardan başqa, dəriyə gicitkən kimi qaşındırıcı təsir
göstərir, yüksək konsentrasiyalarda ürək bulanması və qusma
törədir. Sıradan çıxarıcı orta konsentrasiyası 0,001 - 0,005
mq/l-dir. Gözyaşardıcı və ya lakrimator (yunanca "lakrime”-
gözyaşı) maddələr gözlərin burun-qırtlağın selikli qişalarını qı-
cıqlandırır, bu isə gözdən yaş axması, bəbəklərinl spazması,
burundan güclü selik axması ilə nəticələnir. Bunlar tərkibində
haloid olan üzvi maddələrdir. Belə maddələrdən əsasları xlora-
setofenon və brombenzilsianiddir.
Gözyaşardıcı təsirli ZM - Xlorasetonfenon bənövşə və ya
meşəgilası iyi verən bərk maddədir. Üzvi əridicilərdə yaxşı həll
olunur. Suda hətta qaynadılarkən də dağılmır. +20°C-də buxar-
lanması 0,105 mq/l-ə bərabərdir, buxarları havadan 5,3 dəfə
ağırdır. Yayda ərazidə bir neçə gün təsirini saxlayır.
Brombenzisianid - acı badam iyli, rəngsiz, yaxud sarımtıl
kristal maddədir. Suda demək olar ki, həll olunmur, üzvi əridi-
61
cilərdə isə yaxşı həll olunur. Suda hidroliz olunmur, torpaqda
bir ayadək qala bilər. Spirtin su məhlulunda natrium-sulfidlə
reaksiyaya qoşularaq zəhərsiz maddəyə çevrilir.
LSD - rəngsiz bərk kristal maddədir, suda zəif, üzvi əridici-
lərdə yaxşı həll olunur. Bu maddənin duzları davamlı məhlullar
yaratmaqla suda yaxşı həll olunur.
Orqanizmə tənəffüs yolları ilə təsir edəcəyi daha çox ehti-
mal olunur. Mədə-bağırsaq yolları ilə zəhərlənmə də mümkündür.
Psixokimyəvi təsirlı ZM - Bi-zet - suda həll olunmayan ağ
kristal tozdur. Bi-zet orqanizmə tənəffüs və mədə-bağırsaq yol-
ları ilə keçir.
Zəhərləyici maddələr zəhərlənmiş hava ilə nəfəs aldıqda,
ZM dəri üzərinə və selikli qişaya düşdükdə, həmçinin zəhərlən-
miş yeyinti məhsullarından və sudan istifadə etdikdə insanları
və heyvanları zədələyir. Ona görə onların seçilməsi və tətbiqi
üsulları yerli şəraitdən, ZM-in xassələrindən və qarşıya qoyul-
muş məqsəddən asılı olaraq müxtəlif ola bilər.
Elə kimyəvi tərkiblər vardır ki, onların istifadəsi canlı qüv-
vəyə qarşı istifadə olunmur. Məsələn, Vyetnam müharibəsində
ABŞ ağaclardan yarpaqları tökən maddədən də- tərkibində
dioksin olan dioksin "Agent Orange" istifadə etmişdir.
Kimyəvi silahların tətbiqi uzun illər boyunca orqanizmdə
ciddi dəyişikliklərə səbəb ola bilir.
Vyetnamda kimyəvi silahların tətbiqinin ağır nəticələri hə-
lə də qalmaqdadır.
Axrıncı dəfə kütəvi olaraq kimyəvi silahdan I Dünya mü-
haribəsində istifadə olunmuşdur. Kimyəvi silah təyyarə bomba-
larında, top güllələrində, mayesi tökülə bilən təyyarə cihazla-
rında və müxtəlif tərtibatlarda ərazini zəhərləmək üçün, damcı-
maye halında zəhərləmək üçün buxar və aerozoI (tüstü, duman)
şəklində tətbiq edilə bilər. Zəhərləyici maddələr küləyin istiqa-
mətində on kilometrlərlə məsafəyə yayıla bilən zəhərli bulud
yaradır.
Havanın zəhərlənmə təhlükəsinin dərəcəsi ZM-in qatılığı
62
və mühafizə olunmayan adamın zədələndiyi vaxtla müəyyən
edilir. Ərazinin və ya obeyktin zəhərlənmə dərəcəsi oraya dü-
şən ZM-in miqdarından asılıdır və ZM-in qramlarla miqdarının
1 m
2
səthə nisbəti ilə ifadə olunan zəhərlənmə sıxlığı ilə müəy-
yən edilir.
|