Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Uşaqlarda miqdar anlayışının formalaşması



Yüklə 2,56 Mb.
səhifə11/69
tarix24.10.2023
ölçüsü2,56 Mb.
#161226
1   ...   7   8   9   10   11   12   13   14   ...   69
Sad riyazi t s vv rl rin formala mas metodikas

3. Uşaqlarda miqdar anlayışının formalaşması
2-3 yaşlı uşaqlara miqdar anlayışını öyrədərkən əvvəlcə onlara verilmiş əlamətə görə əşyaların seçilməsi və qruplaşdırılmasına aid çalışmalar vermək məqsədəuyğundur.
1. Nümunəyə görə oyuncağın seçilməsi-Tərbiyəçi stolun üstünə bir neçə oyuncaq qoyur. Bundan sonra şirmanın arxasından oyuncaqlardan birini göstərib təklif edir ki, stolun üstündəkilərdən həmin oyuncağı tapsınlar.
2. Əşyaları rənginə, formasına və ölçüsünə görə seçmək. Uşaq tapşırığı yerinə yetirib secdiyi oyuncaqlar cütünün əlamətini deməlidir. Uşaq səhv edərsə tərbiyəçi ona sual verir: “Bu nədir? Sən göy rəngdə bayraq götürmüsən” Sonra tərbiyəçi götürülməli olan bayrağı göstərə bilər. “Bax, bu da həmin rəngdədir.”
3. Uşaqlar əşyaları təyinatına görə qruplaşdırmağı öyrənirlər. Məs. Bu maşındır, onunla oynayırlar, bu isə fırçadır, onunla şəkil çəkirlər.
Tərbiyəşi uşaqlara əşyaları qruplaşdırmağı öyrətmək məqsədilə gündəlik həyati situasiyalardan istifadə edir. Məs: Səhər fəaliyyətində uşaqlar tərbiyəçinin köməkliyi ilə oyuncaq guşəsini səliqəyə salırlar. Onlar maşınların hamısını bir rəfə, gəlincikləri başqa rəfə, tikinti materiallarını isə qutuya yığırlar.
Hər dəfə balacalardan əşyaları hansı əlamətinə görə qrupa ayırdığını sual etmək lazımdır. Bu, uşaqları şüurlu hərəkət etməyə alışdırır.
Bu çalışmaların nəticəsində uşaqlar başa düşməyə başlayırlar ki, heç olmasa bir ümumi xassəsi olan müxtəlif əşyaları bir qrupda birləşdirmək olar.
Qrupdan ayrı-ayrı əşyaları ayırmaq və əşyaları qrupda birləşdirmək
Uşaqlarda miqdar haqqında təsəvvürləri inkişaf etdirmək məqsədi ilə eynicinsli əşyalardan qrup düzəltmək və qrupları ayrı-ayrı əşyalara bölməyə aid oyun çalışmalar keçmək olar.
Həmin oyunların gedişində uşaqlar dərk etməlidirlər ki, hər bir qrup ayrı-ayrı elementlərdən ibarətdir, qrupdan ayrı-ayrı elementləri ayırmağı, çoxluq ilə elementləri arasındakı münasibəti müəyyənləşdirməyi öyrənməlidirlər.
Uşaqları qrup halında birləşdirilmiş əşyaların ümumi əlamətlərini görməyi və deməyi, onu bir tam kimi qavramağı öyrətməkdə davam edirlər. Məs: Uşaqlar stol arxasında yarımdairə vurub otururlar. Stolun üstündə pərdənin arxasında cücələri ilə birlikdə toyuq vardır. Cücələr qrupda olan uşaqlar qədərdir. “ko-ko-ko-ko” deyə tərbiyəçi səslənir və soruşur. “Kimdir belə qışqıran?” (Toyuq görünür.) Bu kimdir? Nə qədər toyuq var? O kimləri çağırır? Tərbiyəçi körpələrin nəzərini cücələrin nə qədər çox olmasına cəlb edir. “Çox” Tərbiyəçi bir cücə götürüb soruşur: “Mən nə qədər cücə götürdüm?” “Düzdür, mən bir cücə götürmüşəm! Bəs toyuğun nə qədər cücəsi var? Bəli toyuğun çox cücəsi var”-deyə tərbiyəçi uşaqların cavabını təsdiq edir. Bundan sonra uşaqları çağırır və onlara təklif edir ki, hərəsi bir cücə götürsün, daha sonra 3-4 uşaqdan xahiş edir ki, nə qədər cücə götürdüklərini danışsınlar. Qeyd edir ki, uşaqların hərəsi 1 cücə götürür, toyuğun isə cücələri getdikcə hey azalır və nəhayət heç bir cücə qalmır. Tərbiyəçinin təklifi ilə uşaqlar cücələri bir də nəzərdən keçirirlər. Tərbiyəçi sual verir: “Cücələr nə rəngdədir? Sizin hər birinizdə nə qədər cücə var?” Uşaqların cavabından sonra tərbiyəçi onların cavablarını ümumiləşdirir. “Sizin hərənizin bir cücəsi var, toyuğun isə heç cücəsi qalmadı. Toyuğun nə qədər cücəsi var? Gəlin hamımız birlikdə deyək: Bir dənə dəcücəsi yoxdur! “Ko-ko-ko-ko!” deyə toyuq cücələrini çağırır, nə edək ki, toyuğun çox cücəsi olsun? Əgər hər biriniz 1 cücə gətirsəniz toyuğun çox cücəsi olar”. Tərbiyəçi növbə ilə uşaqları stolun yanına çağırır, onların hər birindən toyuq üçün nə qədər cücə gətirdiyini soruşur. Cücələr get-gedə hey çox olur! Cücələrin hamısı stolun üstünə qoyulduqdan sonra toyuğun nə qədər cücəsi olduğunu aydınlaşdırmaq və ümumiləşdirmə aparmaq lazımdır. “Hərəniz bir cücə gətirdiniz və toyuğun çox cücəsi oldu. Cücələr nə rəngdədir? Bəli, cücələrin hamısı sarıdır! Toyuğun çox cücələri var. Bəs, toyuqlar nə qədərdir? Düzdür, bir toyuq var. Cücələr çoxdur, toyuq isə birdir.Çox birdən çoxdur, bir şoxdan azdır ”.

Belə oyun çalışmaları müxtəlif oyuncaqlarla aparmaq olar.Oyuncaqların növbələşdirilməsi uşaqların marağını artırır və biliklərin ümumiləşdirilməsinə kömək edir. Həm də belə tapşırıqlar uşaqların uyğun söz lüğətinin fəallaşmasına imkan verir.

Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin