Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


İki əşyalar toplusunun tutuşdurulması



Yüklə 2,56 Mb.
səhifə13/69
tarix24.10.2023
ölçüsü2,56 Mb.
#161226
1   ...   9   10   11   12   13   14   15   16   ...   69
Sad riyazi t s vv rl rin formala mas metodikas

İki əşyalar toplusunun tutuşdurulması
İki əyalar toplusunun tutuşdurulması uşaqları “o qədər”, “bərabər”, “çox”, “az” ifadələrinin mənasını dərk etməyə kömək edir.Əvvəlcə onlara ən sadə təcrübi tutuşdurma priyomunu, əşyaları kartoçka nümunənin şəklinin üstünə qoymaq priyomunu öyrədirlər.
Çalışmalar üçün kartoçkalardan istifadə olunur, bu kartoçkalarda 3-5əşya şəkilləri bərabər intervallarla bir sırada düzülmüşdür. Həmin məşğələlərdə hər bir uşaq 2 kartoçka ilə işləyir, növbə ilə onların hər birinin üstünə bir-iki növ oyuncaq qoyur. Oyuncaqların sayı uşağa lazım olandan çox olmalıdır. (6-7 ədəd)
Uşaqlar kartoçkanın üzərinə onda neçə şəkil çəkilmişdirsə, o qədər əşya qoymağı öyrənməlidirlər. Məşğələnin birinci hissəsində tərbiyəçi düzüm kassasında iş üsullarını nümayiş etdirir. Bu vaxt həm də uşaqlara izahat verilməlidir. Tərbiyəçi uşaqların diqqətini belə bir cəhətə cəlb edir: Əşyaları sağ əl ilə götürmək və soldan sağa istiqamətdə sıra ilə düzmək, hər bir əşyanı şəkil üzərində dəqiq yerləşdirmək, şəkillər arasındakı aralıqlarda isə heç bir şey qoymaq lazım deyildir.
Məşğələnin ikinci hissəsində uşaqlar paylama materialı ilə işləyirlər. Tərbiyəçi balacaların oyuncaqlara toxunmaq arzularını yerinə yetirib, onlara təklif edir ki, öz qarşılarına kartoçka qoysunlar, sol əlin barmağı ilə kartoçkanın sol kənarından tutsunlar, sağ əlin barmağını soldan sağa doğru hərəkət etdirsinlər. Uşaqlara dəfələrlə xatırlatmaq lazımdır ki, oyuncaqları sağ əl ilə götürmək və soldan sağa istiqamətdə düzmək lazımdır.Məşğələ prosesində uşaqların nitqini fəallaşdırmaq vacibdir.”Arif, sən nə qədər göbələk düzdün? ”-deyə tərbiyəçi uşaqdan soruşur. Adətən uşaq belə cavab verir: “Çox”, “Düzdür sən dovşanlar qədər göbələklər düzmüsən. Təkrar et”. Tədriclə uşaqlar özləri bu ifadələri işlətməyə başlayırlar.
Uşaqların nəzərinə çatdırmaq lazımdır ki, kartoçkadakı dovşan şəkillərinin üstü göbələklərlə örtülmüşsə, qutuda qalan göbələkləri götürmək lazım deyil. Çünki bəzi uşaqlar, hətta üstəqoyma priyomundan istifadə etsə də çoxluğun elementləri arasındakı əlaqəni ayıra bilmirlər. Onlar bütün zolaq boyu göbələkləri düzürlər.
Üstəqoyma priyomunun öyrədilməsinə 2-3 məşğələ sərf edilir, bundan sonra uşaqlara yanına qoymaq ilə bir çoxluğun elementlərini başqa çoxluğun elementləri ilə əlaqələndirməyi öyrədirlər.
Didaktik material olaraq iki zolağı olan kartoçkalardan istifadə olunur, zolaqlardan birində ya əşya çəkilləri ya da həndəsi fiqurlar təsvir edilmişdir. İkinci zolaq isə boşdur. Kartoçkanın ölçüsü-10x25sm olmalıdır. Paylama materialı kimi xırda oyuncaqlardan və ya həndəsi formalardan istifadə olunur.
Balacaların bəziləri kartoçkada şəkillərin fəza yerləşməsində səmtləşməkdə çətinlik çəkirlər. Uşaqlara istiqamətləndirici kömək məqsədi ilə kartoçkanı xanalara ayırmaq məqsədəuyğundur. Sonra uşaqlara yuxarı zolağın hər bir şəklindən aşağı zolağa oxlar çəkilmiş kartoçkalar da paylamaq olar. Oxlar əşyaları kartoçkanın şəkilləri ilə əlaqələndirməkdə uşaqlara kömək edir. Belə tapşırıqları yerinə yetirərkən uşaqlar “nə qədərdisə o qədərdir” anlayışını tədriclə başa düşürlər. Tapşırıqları təkrar edərkən materialların dəyişilməsi məqsədəmüvafiqdir.
Çox”, “az”, “bərabər” münasibətlərinin müəyyənləşdirilməsi.
Uşaqlar üstəqoyma və yanına qoyma priyomlarına yiyələndikdən sonra çoxluqların elementlərinin sayı arasında bərabərsizliyi müəyyənləşdirmək imkanı əldə edirlər. “Bərabər”, “az”, “çox” münasibətlərinin mənasını açmağa iki əşyalar çoxluğunun tutuşdurulmasına aid cürbəcür tapşırıqlar imkan verir. Məs. İtlərə sümük çatarmı? Hansı çoxdur? Və ya qozlar dələlərə çatarmı? və s.
2-5 əşyadan ibarət toplular tutuşdurulur, çünki uşaqlarda tərkibinin miqdarı müxtəlif olan qrupları qavramaq təcrübəsinin toplanması vacibdir. Tərkibi bərabər və müxtəlif miqdarda əşyalardan ibarət olan qrupların müqayisəsinə aid çalışmalar növbələşdirilir. Əşyalar bir-birindən ya bir əşya az, ya da bir əşya çox olmalıdır. (2və3, 3 və 3, 3 və 4, 4 və 4 və s).
İşin lap başlanğıcından “çox”, “az”,”bərabər” münasibətləri bir-biri ilə əlaqədə aydınlaşdırılır. Tərbiyəçi sorğu aparmaqla uşaqlara hansı əşyaların az olduğunu göstərir, hər iki qrupun əşyalarını deməyə sövq edir: “Dələlər qozlardan çoxdur”, “qozlar dələlərdən azdır”
Körpələrin özlərinə təkif edirlər desinlər ki, harada əşya artıqdır, harada çatışmır.
Çalışmalar üçün keyfiyyət əlamətləri ilə fərqlənən əşyalar, məs. Uzun və qısa lentlər, hündür və alçaq piramidalar, həndəsi fiqurların modelləri və s. seçilir. Tərbiyəçi eyni əşyalar arasındakı miqdar münasibətlərini daima dəyişir.
Uşaqlar görürlər ki, müxtəlif növ əşyalar çox, az, bərabər, böyük və kiçik ola bilər, yuxarıda və aşağıda yerləşə bilər. Elə bunun əsasında onlar sonralar başa düşəcəklər ki, miqdar əşyaların yerləşməsindən, onların ölçülərindən və başqa xassələrindən asılı deyildir. Uşaq ilk dəfə ümumiləşdirmə və abstraklaşdırma vərdişləri alır.
Ümumiyyətlə, uşaqlara “çox, “az”, “bərabər ” münasibətlərini öyrətmək üçün müxtəlif oyunlardan istifadə edilir. Məs. “Kuklaları gəzməyə aparaq”, “Ayıları yedirdək”, “Qozlar dələlərə çatarmı?” və s.
Məşğələlərdən kənar vaxtlarda uşaqlara belə tapşırıqlar vermək olar: “Oturan uşaqlar qədər qaşıq gətir”, “Uşaqların hamısı üçün karandaşlar gətir və hər uşağa bir karandaş ver ”, “Sən nə qədər karandaş gətirdin?” “Oturan uşaqlar qədər”.

Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin