Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Körpə yaşlılar qrupu üçün məşğələ nümunəsi



Yüklə 2,56 Mb.
səhifə10/69
tarix24.10.2023
ölçüsü2,56 Mb.
#161226
1   ...   6   7   8   9   10   11   12   13   ...   69
Sad riyazi t s vv rl rin formala mas metodikas

Körpə yaşlılar qrupu üçün məşğələ nümunəsi
Mövzu:” Dovşana yemək tapaq”
Məqsəd: Şifahi göstərişə əsasən “içində”, “üstündə”, “altında”, “arxasında” tanış yerdə əşyaları tapmaq bacarığını möhkəmləndirmək.
Vəsait: dovşan oyuncağı, bir neçə kök (mulyaj və ya həqiqi), uşaq stolu, stullar, salfet.
Məşğələnin gedişi: Tərbiyəçi qrup otağına oyuncaq dovşanı gətirib uşaqlara deyir:
-Dovşan acıb, kök yemək istəyir.
Uşaqlardan birini çağırıb dovşanı stol arxasında oturtmağı təklif edir. Sonra tərbiyəçi dovşanın boynuna salfet salır və uşaqdan soruşur. Bəs, kök hanı? Sən otaqda kökü görürsən? (Yox) Mən də görmürəm. Gəl birlikdə dovşan üçün kök axtaraq. Mən kökün yerini deyəcəyəm, sən isə dovşan üçün kökü gətirəcəksən.
Diqqətlə qulaq as, kök haradadır:
-divanın üstündə balışın altındadır;
-stolun üstündəki qazanın içindədir;
-oyuncaq güşəsində soyuducunun içindədir;
-oyucaq güşəsində şkafın içindədir;
-stolun üstündəki şəklin arxasındadır.
Tərbiyəçinin göstərişi qrup otağında uşağı əhatə edən əşyalardan asılı olaraq müxtəlif şəkildə ola bilər. Əsas odur ki, köklər uşağın boyu səviyyəsində yerlərdə gizlədilsin. Sonda uşaq dovşan üçün nə qədər kök tapdığını və onun nə qədər kök yediyini aydınlaşdırmalıdır:
-İndi dovşanın nə qədər kökü var?
-Dovşan köklərinin hamısını yedi.Artıq onun kökü yoxdur.


2. Kiçik qrupda aparılan işin təşkili (2-3 yaş)
Körpə yaşlı uşaqlara riyazi anlayışlara aid tapşırıqlar onların tədricən inkişafda olan dərketmə qabiliyyətlərini nəzərə alaraq verilir. Əsas iş forması məşğələlərdə öyrətməkdir. Bu qrupda riyazi anlayışlar uşaqlara sensor tərbiyə məşğələsinin tərkibində öyrədilir. Bu məşğələdə didaktik oyunlardan istifadə edərək uşaqlara sadə miqdar anlayışları, forma, ölçü, məkana və zamana bələdləşmə öyrədilir. Məşğələnin müddəti 10-15 dəq olur. Məşğələlər uşaqların psixo-fiziki xüsusiyyətlərindən asılı olaraq fərdi qaydada keçirilir. Tərbiyəçi uşaqlarda yorğunluq əlaməti hiss etdikdə məşğələni vaxtından tez qurtara bilər.
Məşğələ vaxtı uşaqların vəziyyətini izləmək çox vacibdir, çünki yorğunluq uşaqlarda məşğələlərə olan marağın itməsinə səbəb ola bilər.
İlin əvvəlində məşğələlər yarımqruplarla aparılır. Məşğələlərdə müsbət nəticə əldə etmək üçün onları düzgün təşkil etmək lazımdır. Kiçik uşaqlar verilən bilikləri tərkibində didaktik oyunlar olan kombinə edilmiş məşğələlərdə, tikinti materialları ilə olan məşğələlərdə, dinamik tapşırıqların yerinə yetirilməsi ilə daha yaxşı qavrayır və yeni materialları yadda saxlayırlar.
Biliklərin möhkəm mənimsənilməsi eyni məqsəd daşıyan çalışmaları dönə-dönə təkrar etməklə təmin edilir, bu halda əyani vəsaitlər dəyişilir, iş priyomlarının səkli dəyişir, çünki yeknəsək hərəkətlər uşaqları tez yorur. Hər bir məşğələ üçün xüsusi əyani materiallar hazırlanır.
Məşğələlərdə körpələrə sadə riyazi bilikləri aşılamaq üçün rəngarəng tapşırıqlar dəsti formasında aşağıdakı didaktik oyuncaqlar və tikinti materiallarından istifadə edilir:
-Baraban, tütək, zınqırov, dəf;
-Matryoşka;
-Müxtəlif ölçüdə və rəngdə qələlər;
-Müxtəlif ölçüdə və rəngdə şarlar;
-Toplar;
-Kvadrat və dairə formasında qoşmalar;
-Tikinti materialları dəsti;
-Qum ilə oynamaq üçün dəst (vedrə, bel, formalar);
-Su ilə oynamaq üçün dəst (vedrə, butulka, parç, çömçələr, susəpələyən);
-Müxtəlif rəngdə və ölçüdə düymə, lent, ip dəsti;
-Səbətlər;
-Vəsaitləri daşımaq üçün araba, maşın, vaqonlarla paravoz, təyyarələr, qayıqlar və s.
Yeni biliklər uşaqlara onların indiyə qədərki bilik və bacarıqlarını nəzərə alaraq, tədriclə, kiçik paylarla verilir. İşin həcmini müəyyənləşdirərkən uşaqların imkanlarını lazımınca nəzərə almamaq və həddindən artıq şişirtmək olmaz, çünki bunların hər ikisi mütləq uşaqları məşğələlərdə fəaliyyətsizliyə gətirir.
2 yaşdan 3 yaşa qədər uşaqlar:
-Əşyaları verilmiş əlamətlərinə görə seçir və qruplaşdırır (oyuncaqlar, donlar, ayaqqabı, mebel).
-Tanış əşyaları bir-biri ilə müqayisə edir (məs. müxtəlif rəngli donlar), onlar arasında uyğunluq və fərqi taparaq, xarakter xüsusiyyətlərini aydınlaşdırır;
-Əşyaları oxşarlığına görə sərbəst ayıra bilir (bunun kimisini tap, tayını tap);
-Alətlərdən istifadə etməyi bacarır (üzən əşyanı çömçə ilə çəkmək);
-Əllərin və barmaqların hərəkəti ilə yeni əşyaları forma , rəng və ölçüsünə görə aydınlaşdırır;
-Tikinti materiallarının əsas formalarını ayırır (kublar, kərpiclər);
-Sadə tikililəri nümunəyə görə qurmağı öyrənir (qatar, qələ), məkan anlayışlarını başa düşür (uzaqda, yaxında, arxada, qarşısında, yuxarıda, aşağıda);
-Cisimləri azalan ölçü ilə düzərək, əşyaların ölçülərini bildirən sözləri başa düşmək bacarığını möhkəmləndirmək (böyük, kiçik);
-İki əşyanı bir-biri ilə müqayisə etməyi öyrətmək;
Uşaqların didaktik materiallarla işləməsinə böyük əhəmiyyət verilir. Körpələr artıq kifayət qədər mürəkkəb işləri (dovşanların qarşısına onların sayı qədər kök qoymaq ) müəyyən ardıcıllıqla yerinə yetirə bilirlər. Lakin bəzən uşaq tapşırığın öhdəsindən gələ bilmir.Onda o işə olan marağını itirir, yorulur və işdən soyuyur.
Tərbiyəçi bunu nəzərə alaraq, uşaqlara işin hər bir yeni üsulunun nümunəsini verir. Mümkün ola bilən səhvlərin qarşısını almaq üçün cəhd göstərərək, işi ardıcıl olaraq müfəssəl izah edir. Bu halda izahatlar olduqca dəqiq, aydın, konkret olmalı və körpə uşağın qavraya biləcəyi tempdə olmalıdır. Tərbiyəçi tələsik danışarsa onda uşaq onu başa düşməyəcək işdən yayınacaqdır.
Körpələrin təlim və tərbiyəsi çətin və çoxşaxəli prosesdir. Onun müvəffəqiyyətində uşağın inkişafının sosıal şəraiti (ailə tərbiyəsi və ya uşağın məktəbəqədər müəssisəyə gəlməsi, ailədə tək və ya bacı, qardaşının olması), valideynin təhsil səviyyəsi və əlbəttə ki, uşağın sağlamlığı böyük rol oynayır. Ona görə də əksər məşğələlər bu yaş qrupunda didaktik materiallar dəyişilməklə dəfələrlə təkrarlanır. Təcrübə göstərir ki, körpə yaşlılar qrupunda ilk məşğələdən proqram tələb uşaq tərəfindən mənimsənilə bilməz. 2-3 yaşlı uşaqlarla sadə riyazi təsəvvürlərin inkişafı məşğələləri üzrə proqrama aşağıdakılar daxildir:
-“çox-az”, “çox-bir” anlayışının inkişafı;
-əşyaları ölçüsünə görə (böyük-kiçik) və formasına görə fərqləndirmək (kub, kürə);
İlk məşğələlərdən kiçik yaşlı qrupun uşaqlarında tədris fəaliyyəti vərdişləri formalaşır. Balacalar öz yerini tutmağı, tərbiyəçinin göstəriş və izahatını dinləməyi, suallara cavab verməyi öyrənməlidir. Tərbiyəşi uşaqların məşğələdə yaxşı davranışlarına görə onları tərifləyir.
Kiçik yaşlı uşaqlar paylama materialı ilə işləməklə ilk vərdişlər qazanırlar. Didaktik material hər bir uşağa ayrıca dəst halında verilir. Elə etmək lazımdır ki, didaktik material məşğələ başlamamışdan əvvəl uşağa verilsin. Uşaqların rahat istifadə edə bilmələri üçün oyuncaqlar və başqa şeylər çox xırda, ağır olmamalıdır.

Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin