Nəticə və müzakirə
Hər iki bitki növünün xammallarında flavonoidlərə aid eynilik reaksiyalarında müsbət
nəticələr əldə edildikdən sonra onların miqdari təyinatı həyata keçirilmişdir. Aparılmış
tədqiqatlar nəticəsində Tikanlı odotunun otunun tərkibində 1,49 %, Qafqaz odotunun otunda isə
flavonoidlərin miqdarı 2,17 % müəyyən edilmişdir (1 saylı cədvəl, 1 və 2 saylı şəkillər).
Standart kimi rutinin standart nümunə məhlulundan istifadə edilmişdir (şəkil 3).
Cədvəl 1.
Tikanlı odotu və Qafqaz otunun xammalında flavonoidlərin miqdari təyininin nəticələri (n=6)
Bitkinin növü və
xammalı
Xammalın
miqdarı
Optik
sıxlığı
Flavonoidlərin
miqdarı,
%-lə
Metroloji
xarakteristika
Tikanlı odotu
otu
1,95
1,94
1,93
1,96
1,98
1,97
0,234
0,231
0.230
0,229
0,231
0,225
1,51
1,49
1,48
1,47
1,49
1,45
X=1,48 %;
S=0,02;
S
x
=0,00816;
=0,02098;
A=
1,41757%
Qafqaz odotu
otu
1,94
1,93
1,96
1,95
1,97
1,98
0,333
0,333
0,331
0,330
0,333
0,335
2,17
2,17
2,16
2,15
2.17
2.18
X=2,17 %;
S=0,01095;
S
x
=0,00447;
=0,01149;
A=
0,52949%
САЬЛАМЛЫГ – 2016. № 4.
154
Şəkil 1. Ph.pungens Willd. otunun
spirtli məhlulunun udma spektri
Şəkil 2.
Ph. caucasica Rech. fil. otunun
spirtli məhlulunun udma spektri
Şəkil 3. Rutinin spirtli məhlulunun udma spektri
Beləliklə, spektrofotometrik üsulla müəyyən edildi
ki, Azərbaycan florasında kifayət qədər xammal ehtiyatı
olan Ph. pungens Willd. bitkisinin otunda 1,49 % ; Ph.
caucasica Rech. fil. bitkisinin otunda isə 2,17 % flavonoid
vardır.
ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРА – REFERENCES:
1.
Флора Азербайджана, Баку. Изд-во АНАзССР, 1957, том.7,
с. 290-295
2.
Süleymanov T. A, Şükürova A. S . , Phlomis (Odotu) cinsinə aid növlərin kimyəvi tərkibi və farmakoloji təsiri, //Azərbaycan
Əczaçılıq və Farmakoterapiya Jurnalı, Baku 2014, № 1, s. 34-40.
3.
Batjargal E., Ghosh Ch., Abanto O. D. et. al., Modulation of insulin receptor substrate-1 and glucose transporter 4 expressions in
mouse C2C12 myoblast treated with Cynanchum wilfordii and Phlomis umbrosa extracts, // Int. Res J Pharm. App Sci., 2012, 2(6),
p. 121-127.
4.
Süleymanov T. A., Kırımer N., Şükürova A. S., Tikanlı odotu (Phlomis pungens Willd .) növünün bəzi fitokimyəvi tədqiqi, //
Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı, Baku- 2013, № 2, s. 22-25.
5.
Süleymanov T.A., Şükürova A. S ., Qafqaz odotu ( Phlomis caucasica Rech. fil
.
) və Tikanlı odotu ( Phlomis pungens Willd.)
otunun element tərkibi, // Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri, 2015, № 3, s. 100-103.
6.
Kerimov Yu.B., Shukurova A.S., Identification of additional diagnostic features of the anatomical structure in the raw material of
Phlomis pungens Willd., // News of Pharmacy, 2015, 4(84), p. 17-20.
7.
Государственная Фармакопея СССР XI изд. Вып. 2, Общие методы анализа . Лекарственное растительное сырые. М3
СССР, М., 1989, 400 с.
САЬЛАМЛЫГ – 2016. № 4.
155
Р Е З Ю М Е
КОЛИЧЕСТВЕННОЕ ОПРЕДЕЛЕНИЕ ФЛАВОНОИДОВ
СПЕКТРОФОТОМЕТРИЧЕСКИМ МЕТОДОМ В СЫРЬЕ РАСТЕНИЙ PHLOMİS PUNGENS WİLLD.
И PHLOMIS CAUCASICA RECH. FIL.
Сулейманов
1
Т. А., Шукюрова
2
А. С.
1
Кафедра Фармацевтической химии АМУ,
2
Кафедра Фармакогнозии и ботаники АМУ, г. Баку.
Ключевые слова: Phlomis pungens Willd., Phlomis caucasica Rech. fil ., флавоноиды,
спектрофотометрический метод
Обладающие в достаточном количестве запасами сырья во флоре Азербайджана
сырьё Ph. pungens Willd. - зопника колючего, было собрано в Хызынском районе, а сырьё Ph.
caucasica Rech. fil.- зопника кавказского было собрано в Шахбузском районе. В этих видах
спектрофотометрическим методом в составе были определены флавоноиды. В результате
было выяснено, что флавоноиды в траве растения Ph. pungens Willd. содержатся в 1,49%-
ном ; а в траве растения Ph. caucasica Rech. fil. 2,17%-ном количествах.
S U M M A R Y
QUANTITATIVE DETERMINATION OF FLAVONOIDS BY SPECTROPHOTOMETRY
IN THE RAW MATERIAL OF PHLOMİS PUNGENS WİLLD. AND PHLOMIS
CAUCASICA RECH. FIL. PLANTS.
Suleymanov
1
T.A., Shukurova
2
A.S..
1
AMU, The department of Pharmaceutical Chemistry,
2
AMU, The department of Pharmacognosy and Botany, Baku
Keywords: Phlomis pungens Willd., Phlomis caucasica Rech. fil ., flavonoids,
spectrophotometric method
The raw material of the Ph. pungens Willd. has been collected in the area
of Altiagach village of Khizi region and the raw material of the Ph. caucasica
Rech. fil. has been collected in the area of Shakhbuz region of Nakhichevan
Autonomous Republic, which have sufficient reserve of raw materials in the
flora of Azerbaijan. The composition of raw material of both plants have been
identified flavonoids by spectrophotometric method. As a result, flavonoids in the
herb of Ph. pungens Willd. (1,49%) and herb of Ph. caucasica Rech. fil. (2,17%)
have been determined.
Дахил олуб: 17.03.2016.
ПРАКТИК ЩЯКИМЯ КЮМЯК
ПОМОЩЬ ПРАКТИЧЕСКОМУ ВРАЧУ
HELP to PRACTICAL DOCTOR
QADINLARDA RAST GƏLİNƏN UROGENİTAL
İNFEKSİYALARDA VƏ HAMİLƏLİK
САЬЛАМЛЫГ – 2016. № 4.
156
PATOLOGİYALARINDA MİKOPLAZMALARIN ROLU
Qarayev Z.Z., Qurbanov A.İ.
Azərbaycan Tibb Universitetinin mikrobiologiya və immunologiya
kafedrası.
Mycoplasmataceae fəsiləsinin urogenital xəstəliklər törədən Mycoplasma
cinsinə M.hominis və M.genitalium, Ureaplasma cinsinə isə U.urealyticum və
U.parvum aiddir. Bakteriyalara aid olmasına baxmayaraq bu mikroorqanizmlər
bir çox özünəməxsus xüsusiyyətlərə malikdirlər. Hüceyrə divarının olmaması
onlara polimorfizmliklə bərabər, həm də beta-laktam antibiotiklərinə davamlılıq
xüsusiyyəti verir. Qidalı mühitlərə tələbkarlığı, kultivasiyanın müddətinin daha
uzun olması uzunluğu bu bakteriyaların kulturasının əldə edilməsini çətinləşdirir.
Ona görə də bakterioloji üsulla diaqnostikanın arxa plana keçməsinə səbəb olur.
Bunlardan əlavə, bu qrup mikroorqanizlərin sahib orqanizm hüceyrələri ilə
qarşılıqlı təsiri də özünəməxsus xüsusiyyətlərə malikdir. Membran parazitləri olan
bu mikroorqanizmlər minimal iltihab əlamətləri törətməklə orqanizmdə
uzunmüddətli persistensiya etmək xüsusiyyətlərinə malikdirlər [1]. Ureaplazma
cinsli bakteriyaların səthi proteinləri arasında Multiple Banded Antigen mühüm
ə
həmiyyətə malikdir, onun C-terminal domeni orqanizmdə anticisim reaksiyasına
səbəb olur. Digər patogenlik amillərinə A və C fosfolipazalar, IgA proteaza və
ureaza fermentləri aiddir [20].
Urogenital traktın Mycoplasma və Ureaplasma mənşəli xəstəlikləri zamanı
həm reproduktiv orqanlar, həm də sidik yollarının patoloji prosesləri müşahidə
edilir. Çox zaman klinik əlamətlərin zəif olması cinsi yolla yoluxan xəstəliklərdən
(CYYX) şübhələnməyə əsas vermir, ona görə də göstərilən hallarda xəstəliklər
uzunmüddətli gedişə malik olaraq müvafiq orqanları zədələyir.
Uropatogen mikoplazmalar qadınlarda kiçik çanaq orqanlarının iltihabi
xəstəlikləri, çoxalma funksiyasının pozğunluqları, ektopik hamiləlik və spontan
abortlara səbəb ola bilər. Xəstəliyin çoxsaylı klinik formalarının – zəif simptomlu,
yaxud simptomsuz formaların mövcudluğu urogenital mikoplazmaların vaxtında
aşkar edilməsini, eləcə də müalicə və profilaktika imkanlarını xeyli məhdudlaş-
dırır.
Reproduktiv yaş dövründə qadınlarda kiçik çanaq orqanlarının iltihabi
xəstəlikləri ana və perinatal patologiyaların əsas səbəblərindən olaraq qalır.
Urogenital infeksiyalar olduğu təqdirdə vaxtından əvvəl doğuşlar, dölün intranatal
yoluxma ehtimalları, eləcə də doğuşdan sonrakı dövrdə fəsadlaşmaların inkişafı
ehtimalları artır. Ureaplazmalar urogenital infeksiyalardan başqa hamiləlik və
yenidoğulmuşların patologiyalarını (vaxtından qabaq doğulmuşlarda ağciyərlərin
xroniki xəstəlikləri və retinopatiyalar) törədə bilir. Amnion mayesində sitokinlərin
produksiyası vaxtından əvvəl doğulma ilə nəticələnir. Bu bakteriyalar həmçinin,
sidikdaşı xəstəliyi və irinli artritlər də törədə bilir. İnsanın immun çatışmazlıq
virusu (İİV) infeksiyalarında yüksək tezliklə rast gəlinməsi bu mikroorqanizmlərin
QİÇS-in patogenezində “ko-faktor” olmasını güman etməyə əsas verir [20].
Bununla belə uropatogen mikoplazmaların hamiləlik, perinatal və neonatal
patologiyaların səbəbi olması hələ də müzakirə doğuran məsələlərdəndir. Bir çox
müəlliflər uropatogen mikoplazmaların bəzi hallarda dölyanı mayenin vaxtından
ə
vvəl axması, vaxtından əvvəl doğulma, az bədən çəkisinə malik uşaqların
doğulması, doğuşdan sonrakı endometrit və s. patologiyalarda rolunu göstərirlər
САЬЛАМЛЫГ – 2016. № 4.
157
[11]. Digər hallarda isə bunun əksini sübut etməyə çalışaraq mikoplazmaları
kommensal mikroorqanizmlər kimi səciyyələndirir, onların hamiləlik, doğuş və
perinatal patologiyalarda rolunu inkar edirlər [13, 18, 26].
М.genitalium aşkar edilmiş qadınlarda servisitlər, kiçik çanağın iltihabi,
vaxtından əvvəl doğulma, spontan abortlar, sonsuzluq yüksək tezliklərlə aşkar
edilir [23]. Ədəbiyyat məlumatlarına əsasən reproduktiv yaş dövründə qadınlarda
uropatogen mikoplazmaların rast gəlmə tezliyi kifayət qədər yüksəkdir:
Ureaplasma - 40-80%, М.hominis - 5-49%, М.genitalium - 0,7-1% [2, 24]. Sonsuz
qadınlarda M.genitalium-a qarşı İgG fertil qadınlara nisbətən daha çox - 5,4%
aşkar edilir. Belə ki, M.genitalium uşaqlıq boru ilə əlaqəli sonsuzluqlarda daha
çox - 9,1%, boru ilə əlaqəli olmayan sonsuzluqlarda isə 4,6% rast gəlinmişdir [17].
100 sonsuz qadında sidik, endoservikal tampon və endometrial biopsiya
materiallarında M.genitalium MgPa geni zəncirvari polimeraza reaksiyası (ZPR)
vasitəsilə müayinə edilmişdir. Sidik nümunələrində M.genitalium 16% halarda
aşkar edildiyi halda, kontrol qrupu təmsil edən fertil qadınlarda bu
mikroorqanizm aşkar edilməmişdir. Endoservikal tampon və endometrial biopsiya
materiallarında bu mikroorqanizm 27% hallarda, uşaqlıq borusu tutulması və
endometriya proliferasiyası pozğunluğu zamanı müvafiq olaraq 33% və 26% aşkar
edilmişdir. İlkin sonsuzluqlarda M.genitalium simptomsuz infeksiya törədicisi
kimi 73% aşkar edilmişdir [27]. İsveçdə aparılan bir tədqiqatda cinsi yolla yoluxan
xəstəliklərdə uretral tamponla götürülmüş materialların və sidik nümunələrinin
müayinəsində M.genitalium 213 müayinə materialdan 79-da real time ZPR ilə
MgPa geni müsbət olmuşdur [9]. 350 hamilə qadından tamponla alınmış vaginal
materialların müayinəsində U.urealyticum 9,14%, M.hominis isə 2,85% aşkar
edilmişdir. Qadınların 1,14%-də bu mikroorqanizmlərin hər ikisi aşkar edilmişdir
[5]. Vaxtından əvvəl doğuşlar zamanı 57 qadının plasenta nümunələrinin 42,1%-
də xorionamnionit aşkar edilmişdir. U.parvum hamiləliyin 2-ci trimestrində
vaxtından əvvəl doğuşlar zamanı xorionamnionitin əsas törədicisi kimi 35,7%
aşkar edilmişdir [7].
Uropatogen mikoplazmaların qadınlarda bakterial vaginozun sinergist
törədiciləri olduğu göstərilmişdir. Bakterial vaginozu olan qadınlarda spontan
abortların və vaxtından əvvəl doğuşların səbəbi kimi məhz bu mikroorqanizmlər
göstərilir [14]. Bakterial vaginoz zamanı Gardnerella vaginalis-in M.hominis ilə
ə
həmiyyətli sinergizmi müəyyən edilmişdir. Belə ki, G.vaginalis-in M.hominis ilə
assosiasiyası xəstələrin 60,7 %-də rast gəlinmişdir. M.genitalium, U.urealyticum
və U.parvum kimi digər mikoplazmalarla belə sinergizm aşkar edilməmişdir [8].
Son zamanlar belə bir fikir formalaşmışdır ki, uropatogen mikoplazmaların
mövcud olması deyil, onların urogenital traktda kolonizasiya dərəcəsi patogenezdə
rola malikdir. Başqa sözlə, uropatogen mikoplazmalar kolonizasiya dərəcəsi
yüksək olduqda patoloji proseslər törədir. Buna görə də uropatogen
mikoplazmaların patologiya törətməsi üçün onların miqdarının şərti kəmiyyət
göstəricisi kimi 104 KƏV/ml - dən böyük olması əsas şərt kimi göstərilir [14, 28,
29].
Reproduktiv yaş dövründə olan qadınlarda fəsadlaşmamış sidik yolları
infeksiyaları daha çox rast gəlinən xəstəliklərdəndir. Bu ən çox kəskin sistit
şəklində təzahür edir, bəzən pielonefritlərə rast gəlinir. Fəsadlaşmamış sidik yolları
infeksiyalarının əsas törədicisi Escherichia coli olması məlumdur. Uretritlər tipik
patogenlərdən başqa xlamidiya, mikoplazma, ureaplazma, qonokoklar və s.
tərəfindən törədilərək cinsi yolla yoluxur [4].
Bu mikroorqanizmlər həm də urogenital infeksiyalar fonunda uretra və
uşaqlıq yolunun selikli qişalarının ilkin müdafiə mexanizmlərini pozmaqla qeyri-
САЬЛАМЛЫГ – 2016. № 4.
158
spesifik mikrofloranın (stafilokok, difteroidlər və s.) kolonzasiyası ilə şərtlənən
uretrt, sistit və pielonefritlər kimi xəstəlikləri induksiya edə bilir.
Aşağı sidik yolları infeksiyalarında uretral tamponla götürülmüş
materiallarda və sidikdə mikoplazmalar (M.hominis və U.urealyticum) 30,3%,
kontrol qrupda isə 14,5% rast gəlinmişdir [16]. Hiperaktiv sidik kisəsi sindromu
olan 84 qadından U.urealyticum - 40,5%, M.hominis - 7.1%, C.trachomatis -
3.6%, iki mikroorqanizm assosiasiyası isə 8,3% aşkar edilmişdir [22]. Xronik sidik
yolları infeksiyaları olan 153 qadının sidik, vaginal və uretral nümunələrində
U.urealyticum 81 qadında (52,9%), M. hominis isə 5 qadında (3,3%) aşkar
edilmişdir [6]. Digər bir tədqiqatda aşağı sidik yolları infeksiyaları zamanı sidikdə
U.urealyticum 26%, M.hominis və U.urealyticum assosiasiyası isə 7,6% rast
gəlinmişdir [21]. ZPR vasitəsilə M.genitalium 308 simptomsuz kişi və qadınların
14-də (4,5%) aşkar edilmişdir [28]. İnterstisial sistitlərdə M.hominis və
U.urealyticum-un rolunu göstərən tədqiqatlar mövcuddur [15]. Dizuriya əlamətləri
olan qadınların təqribən yarısında uşaqlıq yolu ifrazatında U. urealiticum aşar
edilir. Ona görə də son zamanlar, xüsusən reproduktiv yaş dövründə olan
qadınlarda residivverən sidik yolları infeksiyalarına diaqnoz qoyarkən tipik
bakterial agentlərlə yanaşı atipik mikroorqanizmlərin, o cümlədən mikoplazma
infeksiyasının olmasının dəqiqləşdirilməsi tövsiyə olunur.
Son zamanlar uropatogen mikoplazmaların antibiotiklərə, xüsusən
tetrasiklinlərə və makrolidlərə qarşı davamlılığının formalaşması məsələləri
gündəmdədir. Bu mikroorqanizmlərdə rezistentlik genetik determinasiya
olunmaqla bərabər, onlarda antibiotiklərə rezistentliklə nəticələnən mutasiyalar da
mühüm əhəmiyyət kəsb edir [3, 12]. Belə ki, vaginal materialdan aşkar edilmiş
U.urealyticum və M.hominis siprofloksasin, ofloksasin, eritromicin və tetraciclinə
yüksək davamlılıq göstərmişlər. Əldə edilmiş bütün ştamlar pefloksasinə,
klaritromicinə, josamicinə və pristinamisinə həssas olumuşlar [5]. M.genitalium
makrolid və xinolanlara yüksək, tetrasiklinlərə isə orta dərəcədə həssasdır, lakin
müasir izolyatlar üçün bu antibiotiklərin minimal inhibisiya konsentrasiyası
(MİK) yüksəkdir. Doksisiklinin zəif effekti, azitromisinin birdəfəlik dozasının isə
yüksək effekti qeyd edilir. Bəzi bölgələrdə makrolid rezisistentlik yüksək
səviyyədədir. Moksifloksasin yüksək effektli olsa da, xinolonlara rezistentlik
müşahidə edilməkdədir [25].
M.genitalium infeksiyalarında azitromisinlə müalicə çox effektlidir, lakin
makrolid-rezistent ştammlar ilkin neqativ testlərdən sonra müsbət ola bilir. Ona
görə də bu infeksiyalarda kontrol müayinə 3-4 həftədən tez olmayaraq
aparılmalıdır [10]. U.urealyticum və M.hominis ilə törədilmiş hiperaktiv sidik
kisəsi sindromu olan qadınlar azitromisinin bir dəfəlik 1 qramlıq dozası, bundan
sonra qalan persist infeksiyanın isə doksisiklinlə effektli müalicə olunması
göstərilir [22]. Belə ki, U.urealyticum və M.hominis ilə törədilmiş xronik sidik
yolları infeksiyaları azitromisin birdəfəlik 1 qramlıq dozası, daha sonra isə 1 həftə
müddətində gündə 2 dəfə olmaqla 100 mq doksisklin qəbulu 95% hallarda effektli
müalicəni təmin etmişdir [6].
Beləliklə, mikoplazmalar qadınlarda rast gəlinən urogenital infeksiyalarda
və hamiləlik patologiyalarında mühüm rola malik mikroorqanizmlərdəndir.
Özünəməxsus xüsusiyyətləri səbəbindən orqanizmdə uzunmüddətli persistensiya
xüsusiyyətinə malik olmaqla minimal iltihab reaksiyalarını induksiya edən bu
mikroorqanizmlər kiçik çanaq üzvlərində patoloji proseslər törətməklə sonsuzluq,
yarımçıqdoğulma, sidik yolları infeksiyaları və s. törədirlər. Göstərilən xəstəliklərin
diaqnstikasında və müalicəsində hər bir konkret halda mikoplazmaların rolu
nəzərə alınmalıdır. Kifayət qədər məhdud sayda antibiotiklərə həssas olan
САЬЛАМЛЫГ – 2016. № 4.
159
mikoplazmaların eradikasiyasında antibiotikoterapiyanın müvafiq prinsiplərinə
ə
məl etmək vacibdir.
ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРА – REFERENCES:
1.Qarayev Z.Ö., Qurbanov A.İ. Tibbi mikrobiologiya və immunologiya. Bakı, 2010, 850 s.
2.Бенькович А.С., Шипицына Е.В., Савичева А.М. и др. Инфекция, вызванная M.genitalium: клиника, диагностика, лечение
// Гинекология, 2009, ТомЗ, №11, c. 4-9.
3.Соловьева С.В., Цой Е.Г., Зигангирова Н.А. и др. Выявление тетрациклин- и эритромицин-устойчивых штаммов
урогенитальных микоплазм с помощью ПЦР // Журн. микробиол. эпидемиол. иммунобиол, 1998, №6, с. 3-7
4.Кисина В.И. Урогенитальный микоплазмоз. Заболевания, передаваемые половым путем // М., Медицина, 1998, c. 98-101
5.Azizmohammadi
S, Azizmohammadi
S.
Antimicrobial
Susceptibility
Patterns
of
Ureaplasma
urealyticum
and Mycoplasma hominis Isolated From Pregnant Women // Iran Red Crescent Med J. 2015, 17(12), p.17211.
6.Baka S, Kouskouni E, Antonopoulou S, et al. Prevalence of Ureaplasma urealyticum and Mycoplasma hominis in women with
chronic urinary symptoms // Urology. 2009, 74(1), p.62-66.
7.Cox C, Saxena N, Watt AP at al. The common vaginal commensal bacterium Ureaplasma parvum is associated with
chorioamnionitis in extreme preterm labour // J Matern Fetal Neonatal Med. 2016, 22, p.1-15.
8.Cox C, Watt AP, McKenna JP, Coyle PV. Mycoplasma hominis and Gardnerella vaginalis display a significant synergistic
relationship in bacterial vaginosis // Eur J Clin Microbiol Infect Dis. 2016
9.Edberg A, Jurstrand M, Johansson E, et al. A comparative study of three different PCR assays for detection of Mycoplasma
genitalium in urogenital specimens from men and women // J Med Microbiol. 2008, 57(Pt 3), p.304-309.
10.Falk L, Enger M, Jensen JS. Time to eradication of Mycoplasma genitalium after antibiotic treatment in men and women // J
Antimicrob Chemother, 2015, 70(11), p.3134-3140.
11.Foy H.M, Kenny G.E., Levinsohn E.M. and Grayston J.T. Acquisition of mvcoplasmata and T-strains during infancy. // J Infect.
Dis. 1970, 121, p.579-587
12.Furneri P.M., Rappazzo G., Musumarra M.P. et al. Genetic basis of natural resistance to erythromycin in Mycoplasma hominis //
J. Antimicrob. Chemother, 2000, vol.45, p. 547-548
13.Gray D. J., H. B. Robinson, J. Malone and R. B. Thomson. Adverse outcome in pregnancy following amniotic fluid isolation of
Ureaplasma urealyiicum // Prenat. Diagn. 1992, 12, p.111-117.
14.Goldenberg R.L., Hauth J.C., Andrews W.W. Intrauterine infection and preterm delivery N.Engl.J.Med, 2000, vol.342, p.1500-
1507.
15.Hedelin HH, Mardh PA, Brorson JE, et al. Mycoplasma hominis and interstitial cystitis. Sex Transm Dis, 1983, 4 Suppl, p.327-
330.
16.Humburg J, Frei R, Wight E, Troeger C. Accuracy of urethral swab and urine analysis for the detection of Mycoplasma hominis
and Ureaplasma urealyticum in women with lower urinary tract symptoms // Arch Gynecol Obstet, 2012, 285(4), p.1049-1053.
17.Idahl A, Jurstrand M, Olofsson JI, Fredlund H. Mycoplasma genitalium serum antibodies in infertile couples and fertile women //
Sex Transm Infect, 2015, 91(8), p.589-591.
18.Kataoka S., Yamada T., Chou K. et al. Association between preterm birth and vaginal colonization by mycoplasmas in early
pregnancy // Journal of Clinical Microbiology, vol. 44, no.l, pp. 51-55, 2006
19.Kaya S., Poyraz O., Gokce G. et al. Role of genital mycoplasmata and other bacteria in urolithiasis // Scand. J. Infect. Dis, 2003,
35(5), p315-317
20.Kokkayil P, Dhawan B. Ureaplasma: current perspectives // Indian J Med Microbiol, 2015, 33(2), 205-214.
21.Latthe P.M., Toozs-Hobson P., Gray J. Mycoplasma and ureaplasma colonisation in women with lower urinary tract symptoms //
J Obstet Gynaecol, 2008, 28(5), 519-521.
22.Lee YS, Kim JY, Kim JC, et al. Prevalence and treatment efficacy of genitourinary mycoplasmas in women with overactive
bladder symptoms // Korean J Urol, 2010, 51(9), 625-30.
23.Lis R, Rowhani-Rahbar A, Manhart LE. Mycoplasma genitalium infection and female reproductive tract disease: a meta-analysis
// Clin Infect Dis. // 2015, 61(3), p.418-426.
24.Lo S.C., Hayes M.M., Tully J.G. et al. Mycoplasma penetrans sp.nov., from the urogenital tract of patients with AIDS. // Int J
Syst Bacteriol, 1992, 42, p.357-564
25.Manhart LE, Jensen JS, Bradshaw CS, Golden MR, Martin DH. Efficacy of Antimicrobial Therapy for Mycoplasma genitalium
Infections // Clin Infect Dis., 2015, Suppl 8, p.802-817.
26.Nunez Troconis J.T. Mycoplasma hominis and Ureaplasma urealyticum in different gynecologic pathology // Invest. Clin, 1999,
40(l), p. 9-24
27.Rajkumari N, Kaur H, Roy A, et al. Association of Mycoplasma genitalium with infertility in North Indian women // Indian J Sex
Transm Dis. 2015, 36(2), p.144-148.
28.Ross JD, Brown L, Saunders P, Alexander S. Mycoplasma genitalium in asymptomatic patients: implications for screening // Sex
Transm Infect. 2009, 85(6), p.436-437.
29.Waites K.B., Bebear C.M., Robertson J.A. et al. // Cumitech 34: laboratory diagnosis of mycoplasmal infections // American
Society for Microbiology, Washington, D.C, 2001.
Дахил олуб: 17.03.2016.
Dostları ilə paylaş: |