Sağlam gələcək naminə narkomaniyaya “yox” deyək



Yüklə 51,24 Kb.
səhifə2/2
tarix15.09.2023
ölçüsü51,24 Kb.
#143919
1   2
Sağlam gələcək naminə narkomaniyaya

Narkomaniyaya Yox Deyək
Ağdam Qiyaslı U.M.M Mingəçevir filialında 21.02.2023 cü il tarixində “narkomaniyaya yox deyək” adlı şagirdlərin və müəllim kollektinin iştriakı ilə keçirilmiş tədbir haqqında hesabat.
Filialın rəhbəri Mahir Abdullayev gənclərimizin mariflənməsi üçün və pis vərdişlərdən uzaq olması üçün onlarla tez-tez söhbətləşmək lazım olduğunu bildirdi.Daha sonra qormon müəllimi Məhərrəmov Səbuhi çıxış etmək üçün söz istədi,Bu gün narkomaniya təkcə bəşəriyyətin sağlamlığına, mənəvi dünyasına deyil, qlobal dünya iqtisadiyyatına da narkoticarət yolu ilə ağır və sağalmaz yaralar vurmaqdadır.
Bəs maarifləndirmə işləri necə aparıla bilər?
Yaxşı olar ki, məktəblərdə və ali təhsil ocaqlarında mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilsin. Şagird və tələbələrə narkotik maddələrin ziyanları, istifadəsindən sonra baş verə biləcək fəsadları barədə informativ məlumatların verilməsi çox vacibdir.Bu yöndə ən yaxşı təbliğat formalarından biri də mövzuya dair videoçarxlardır. Unutmaq olmaz ki, vizual görüntü müasir dövrdə təhlətşüura daha tez təsiretmə metodu kimi geniş istifadə edilir.Eyni zamanda mədəniyyət yönümündən sərgilərin, yazı müsabiqələri və digər tədbirlər də narkomaniyaya qarşı silah kimi istifadə edilə bilər.
Şübhəsiz ki, ən böyük təbliğat və örnək ailədən başlayır. Ailələr nə qədər sağlam bağlara sahib olarsa, valideynlər övladları ilə nə qədər dostluq bağı qura bilərsə, o ailədə böyüyən uşaqlar da düzgün mühitdə böyüyüb formalaşacaq. Çünki valideynlər uşaqlar üçün ən təsirli mayak rolunu oynayır. Bu gün valideynlərin necə davranması və uşaları üçün hansı təsirə malik olması, sabah həmin uşaqların gələcəyinə bilavasitə təsir edir.
Demək, gələcəyimiz öz əllərimizdədir. Gələcəyimizə bu gündən sahib çıxmağa başlayaq və "ağ ölüm"ə birlikdə yox deyək!
Yüklə 51,24 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin