59
ehtiyatının yalnız 0,0002 % - i , şirin su ehtiyatının isə 0,006 %
- i qədərdir.
Cədvəl 9.4
Yerin su ehtiyatları. (E.P.Romanova və b. , 1993
)
Suyun qlobal dövranının
təbiətdə əsas mənbəyi Günəş
sayılır. Günəş enerjisinin təsiri ilə okeanın və qurunun
səthindən su buxarlanaraq atmosferə qalxır. Su buxarları
havaya qalxaraq soyuyur, kondensasiya
olunaraq buludlar
əmələ gətirir. Buludlar kifayət qədər soyuduqdan sonra yağış
və qar şəklində okeanın və qurunun səthinə düşür. Düşən
yağıntılar yenidən buxarlanaraq atmosfer yağıntıları
şəklində
yenidən qayıdır. Quruya düşən yağmurların bir hissəsi torpağa
hopur, bir hissəsi səthi axım əmələ gətirərək çaylara tökülür və
yenidən okeanlara qayıdır. Qrunt suları isə bulaqlar şəkilində
Yer səthinə çıxır və ya bitki örtüyünün
fəaliyyəti nəticəsində
transpirasiya olunur. Materik və okeanlar daxilində su dövranı
bu cür gedir (Şəkil 9.1.).