ŞAMAXI SOYQIRIMI
(1918 –ci il)
BAKI 2011
Kitabda 1918-ci ilin mart–aprel aylarında Şamaxıda erməni silahlıları
tərəfi ndən törədilmiş soyqırımdan bəhs olunur. Bakı Sovetinin yardımı
ilə ermənilərin bu cinayətləri törətməkdə əsas məqsədləri təbii sərvətlərlə
zəngin olan Azərbaycan ərazisində, ilk növbədə Bakı və onun ətrafında
etnik təmizləmə aparmaqla bu əraziləri Sovet Rusiyasına tabe etməkdən
ibarət idi.
ISBN 978-9952-8135-3-9
470710000
036-2011
qrifl i nəşr
Redaksiya heyəti
Fuad Babayev
Təranə Babayeva
Şahin Camalov
Vəli Əlibəyov
Dəyanət Musayev
Ramiz Sevdimalıyev
Layihənin rəhbəri
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına
Yardım Assosiasiyasının Prezidenti, Şamaxının
Millət Vəkili Elxan Süleymanov
Müəllif Tarix
elmləri üzrə fəlsəfə doktoru Məhərrəm
Zülfüqarlı
Elmi redaktor
Tarix elmləri doktoru, professor Kərim Şükürov
© AVCİYA 2011
Ön söz........................................................................................
Giriş............................................................................................
Şamaxı soyqırımının tarixi kökləri........................................
1918–ci ildə Şamaxıda ermənilərin törətdiyi cinayətlər.....
Nəticə.........................................................................................
İstifadə olunmuş ədəbiyyat....................................................
Mündəricat
7
10
16
23
46
50
7
90 ildən çoxdur ki, erməni diasporu beynəlxalq ictimaiyyətə
birtərəfl i, çox vaxt yanlış və hətt a qəsdən təhrif edilmiş mənbələrdən
məlumatlar verir. Bu gün bəzi ölkələrin parlamentləri və ictimaiyyəti
1915-ci il hadisələrini erməni iddiaları əsasında “soyqırım” kimi ta-
nımış və ya tanımağa hazırlaşır.
Təəssüf ki, Türkiyə 15 il əvvələ qədər bu sahədə səssiz qalmağa
üstünlük verib, bu məsələnin zaman keçdikcə ermənilər tərəfi ndən
gündəliyə gətirilməyəcəyini güman edib. Ancaq əksinə, erməni di-
asporu Amerika Birləşmiş Ştatlarında və bir çox başqa ölkələrdə bu
məqsədlə sanki bir şirkət kimi təşkilatlanmış, minlərlə adam yaşa-
yışlarını təmin etmək üçün bunu özlərinə peşə seçmişdir. Erməni
diasporu uydurma erməni soyqırımı iddialarını daima gündəmdə
saxlayaraq bir tərəfdən dünyanın bir çox ölkələrində ermənilər ara-
sında öz mənsubiyyətlərini qorumaq məqsədini qarşısına qoyur,
digər tərəfdən Türkiyədən kompensasiya tələbini və hətt a torpaq
iddialarını bir təzyiq vasitəsi kimi davam etdirmək istəyir.
Erməni diasporunun 90 ildən artıqdır, yazılı və elektron media-
da yaydığı birtərəfl i və tamamilə obyektivlikdən uzaq məlumatlar
əlbətt ə ki, öz təsirini göstərib, yanlış və təhrif edilmiş iddialar
tədricən bəzi ölkələrdə sanki yeganə həqiqət kimi qəbul edilməyə
başlanıb.
Son illərdə Ermənistan və erməni diasporunun 1915-
ci il hadisələrini çox tez-tez ictimaiyyətin və bəzi ölkələrin
parlamentlərinin gündəliyinə gətirməsinin ən vacib səbəbi də bu-
dur ki, onlar 19 il əvvəl Rusiyanın ağır silahları ilə işğal etdikləri
Azərbaycan ərazilərini, bir milyona yaxın Azərbaycan qaçqınını və
Dağlıq Qarabağ məsələsini beləliklə, diqqətdən kənarda saxlama-
ğa çalışırlar. Bu strategiya son dərəcə düşüncəli bir şəkildə diqqətlə
Ön söz
8
həyata keçirilir.
Şübhəsiz ki, Ermənistan və erməni diasporu xüsusilə 1918-
ci ilin mart-aprel aylarında Azərbaycan türklərinə qarşı həyata
keçirdikləri qətliamları və 1992-ci ildə darmadağın edilən Xocalı-
da əksəriyyəti qadın və uşaq olan 630 insanın qətlə yetirildiyini də
gündəlikdən kənarda saxlamağa çalışır.
Beynəlxalq ictimaiyyət artıq həqiqətləri obyektiv mənbələrdən
öyrənməlidir. Buna görə də Türkiyə ilə Azərbaycan bu məsələyə bö-
yük önəm verərək təhrif edilməmiş, dəyişdirilməmiş mənbələri və
müxtəlif ölkələrdəki arxiv sənədlərini əsas dillərdə nəşr edərək dün-
ya ictimaiyyətinin obyektiv məlumatlar almasını təmin etməlidir.
Əgər Ermənistan və erməni diasporu bu günə qədər beynəlxalq
ictimaiyyətə təqdim etdikləri məlumat və mənbələrin həqiqiliyinə
belə inanırlarsa, Rusiya, Fransa, Almaniya, İngiltərə, ABŞ, Türkiyə,
Ermənistan və Azərbaycandakı sənədlərlə, mənbələrlə və arxiv
məlumatları ilə üzləşməkdən niyə çəkinir? Niyə Türkiyənin bu
mənbələrin türk, erməni və beynəlxalq tarixçi-mütəxəssislərdən
ibarət komissiya tərəfi ndən araşdırılması ilə bağlı təklifi ni rədd
edirlər? Əgər Ermənistan və erməni diasporu ətrafl ı bir araş-
dırma nəticəsində həqiqətlərin üzə çıxmasından və beynəlxalq
ictimaiyyətə bu günə qədər qəsdən səhv məlumatların verilməsi
faktının aşkara çıxmasından narahat deyilsə, Türkiyənin bu təklifi
niyə qəbul edilmir?
Dünyanın bir çox yerlərində eyni regionda yaşayan və ya bir-
birinə qonşu olan ölkələrdə xalqlar uzun müddət müharibə etmiş,
son dərəcə kədərli hadisələr baş vermişdir. Bunun ən bariz nümunəsi
olaraq, Almaniya və Fransa arasında İkinci Dünya müharibəsinə
qədər yüz illər boyunca davam edən müharibələr və iki xalqın
çəkdiyi ağlasığmaz əziyyətləri göstərmək olar. Almaniya və Fransa,
1950-ci illərdən etibarən tarixin bu kədərli səhifələrindən dərs ala-
raq mehriban və hətt a dostcasına qonşuluq münasibətləri yarada
9
biliblər. Bunun ilk şərti isə hər iki tərəfi n də həqiqətləri olduğu kimi
aşkara çıxarılması istəyi və gözəl qonşuluq münasibətlərinin qurul-
masında təkid etmələridir.
Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq münasibətlərinin
yaranması və Qafqazda sülhün bərqərar edilməsi üçün Ermənistan
ilk olaraq və qeyd-şərtsiz bir çox beynəlxalq qərarlara əməl
edərək, Azərbaycanın işğal etdiyi ərazilərini boşaltmalı, qaçqın-
lar öz evlərinə geri qayıtmalı və Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə həllinə “hə” deməlidir. Sülhün və yaxşı qonşuluq
münasibətlərinin təmini bu ölkələrin xalqlarının xeyrinə olacaqdır.
Ərazilərinin beşdə birinin işğalı və bir milyona yaxın insanın yur-
dundan-yuvasından didərgin düşməsi ilə Azərbaycanın barışaca-
ğını ümid etməyə heç bir ölkənin, o cümlədən Ermənistanın haqqı
yoxdur.
Çar Rusiyası əsrlər boyunca müharibə vəziyyətində olduğu Os-
manlı İmperiyası ilə sərhəd bölgəsində öz nəzarəti altında xristian
dininin hakim olduğu bufer zona yaratmaq məqsədilə Qərbi Qaf-
qazda erməni əhalisinin artması üçün qədimdən bəri bir siyasət
həyata keçirmişdir. Erməniləri bu ərazilərə köçürdərək əhali ara-
sındakı tarazlığı ermənilərin lehinə dəyişdirməyə çalışıblar. Bu
gün həllini gözləyən Dağlıq Qarabağ münaqişəsi də bu siyasət
nəticəsində yaranıb.
Məhz bu nəşr, xüsusilə 1918-ci ilin mart-aprel aylarında
ermənilərin Azərbaycan türklərinə qarşı törətdikləri qətliamı aşka-
ra çıxarmaq və beləliklə də bu vacib tarixi hadisənin bütün çılpaqlı-
ğı ilə göstərilməsinə imkan vermək məqsədini daşıyır.
Prof.Dr. Haqqı Kəskin
Almaniya Parlamentinin millət vəkili və Avropa Şurası
Parlament Assambleyasının üzvü (2005-2009)
10
Azərbaycan ərazisində çar Rusiyasının müstəmləkə siyasətinə
uyğun olaraq ermənilərin Şimali Azərbaycana köçürülməsi və on-
ların əli ilə zaman–zaman 1905-1906, 1918-1920, 1948-1953, 1988
-1994 və digər illərdə yerli əhaliyə qarşı soyqırım siyasətinin həyata
keçirilməsindən beynəlxalq ictimaiyyətin kifayət qədər məlumatı
yoxdur. Erməni quldurlarının azərbaycanlılara qarşı törətdiyi
çinayətlərin tədqiqi göstərir ki, bunlardan ən dəhşətliləri 1918–ci
ilin mart–aprel aylarında Bakı, Şamaxı, Quba, İsmayıllı, Göyçay,
Hacıqabul, Kürdəmir, Salyan, Lənkəran, Zəngəzur, Naxçıvan,
Qarabağ, Ağstafa və s. ərazilərdə baş vermişdir. Bu cinayətləri
planlı sürətdə 1918–ci ilin yanvarında rus–türk cəbhəsindən geri
qayıdan və tərkibində çoxlu sayda ermənilər olan hərbi qüvvələr
həyata keçirmişdir. S. Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin
təhriki ilə yerli müsəlman əhaliyə qarşı həyata keçirilən bu soyqı-
rımın əsas məqsədi neft və digər faydalı qazıntılarla zəngin olan
Azərbaycanın, ilk növbədə isə Bakı və onun ətraf əhalisinin milli
və dini tərkibini dəyişdirməklə bu əraziləri sovet Rusiyasına tabe
etməkdən ibarət idi. 1918–ci il qırğınları həyata keçirildiyi dövrdə,
konkret olaraq 1918–ci ilin aprelində Bakıdan Rusiyaya 94 min
ton, may ayında 182 min ton, iyun ayında 466 min ton, iyul ayında
isə 492 min ton neft daşınmışdı. (1)
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918–ci il iyulun
15-də müsəlman əhaliyə qarşı törədilmiş cinayətləri tədqiq etmək
üçün Ələkbər bəy Xasməmmədovun rəhbərliyi altında Gəncə
Dairə Məhkəməsinin üzvləri İsmayıl bəy Şahmaliyev və Andrey
Fomiç Novatski, həmin məhkəmənin prokuroru Nəsrəddin bəy
Səfi kürdski, Nikolay Mixayloviç Mixaylov, V.Qudvillo və Mirzə
Cavad Axundzadədən ibarət Fövqəladə İstintaq Komissiyası
yaratmışdı. Komissiyanın topladığı sənədlər təsdiq etmişdi ki,
Giriş
11
ermənilər Azərbaycan хalqına qarşı qabaqcadan hazırlanmış soy-
qırım siyasətini həyata keçirmişlər.
BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 (III)
saylı qətnaməsi ilə qəbul edilmiş Soyqırımı Cinayətinin Qarşısı-
nın Alınması və Cəzalandırılması Haqqında Konvensiyanın II
maddəsində deyilir:
“genosid” (soyqırım–müəllif) dedikdə, hər hansı milli, etnik,
irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə
törədilən aşağıdakı hərəkətlər başa düşülür:
a) hər cür qrupun üzvlərinin öldürülməsi;
b) bu cür qrupun üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli xətər
yetirilməsi;
c) hər hansı qrup üçün qəsdən onun tam, yaxud qismən fi ziki
məhvini nəzərdə tutan həyat şəraiti yaradılması;
d) bu cür qrupda doğumun qarşısını almağa yönəldilmiş
tədbirlərin görülməsi;
e) uşaqların zorla bir insan qrupundan alınıb başqasına
verilməsi.
1918–ci ildə ermənilərin azərbaycanlılara qarşı soyqı-
rım törətməsi faktı Fövqəladə İstintaq Komissiyası tərəfi ndən
təsdiq edilməsinə baxmayaraq çox təəssüf ki, cinayətkarların
cəzalandırılması mümkün olmamışdır. Buna 1920–ci ilin fevra-
lında qəbul edilmiş amnistiya haqqında qanun və Sovet Rusiyası
tərəfi ndən Azərbaycanın 27 aprel 1920–ci il tarixdə işğal edilməsi
imkan verməmişdi.
İşğaldan sonra problemin obyektiv tədqiqi əvəzinə Moskvanın
göstərişi ilə Azərbaycan xalqına “dostu düşmən, düşməni dost”
kimi təqdim edən “26 Bakı komissarı” kimi saxta tarixi əfsanələr
uydurulmuşdu. (2) Sovet dövründə azərbaycanlılara qarşı
törədilmiş cinayətlərin əsas təşkilatçıları “xalq qəhrəmanları”
kimi qələmə verilərək, onların şərəfi nə abidələr ucaldılmışdı. (3)
12
Bununla yanaşı, 1918–ci ildə dinc əhalini erməni, bolşevik soyqı-
rımından xilas etmək uğrunda canlarından keçmiş Azərbaycan və
türk əsgərlərini yaddaşlardan silmək üçün geniş kampaniya apa-
rılmış, hətt a onların məzarlarının bərpasına cəhd edən şəxslər cid-
di cəzalandırılmışdı. Məsələn, Şamaxı-Mərəzə arasında Acıdərə
deyilən yerdə 1918–ci il iyul döyüşlərində şəhid olmuş türk za-
biti, mayor İzzət Əfəndinin tənha qəbrinə münasibət deyilənləri
sübut edir. Baş daşını qoyduran Şamaxı qəsəbəsi valisi 1928-ci
ildə öldürülmüş, bu tənha məzar dağıdılmışdır. Sonrakı illərdə
Məhəmməd və bir qədər sonra isə Babaxan Rzaxanov adlı Şamaxı
sakinləri tərəfi ndən məzar bərpa edilmişdir. Məhz buna görə Ba-
baxan Rzaxanov 1964–cü ildə həbs olunmuşdur. Nəhayət, 1993–
ci ilin yazında qəbir təmir olunmuş, 2000-ci il mayın 10-da isə
burada 1918-ci il Qafqaz hərəkatında şəhid olan 1130 qəhrəman
türk əsgərininin xatirəsinə abidə ucaldılmışdır. Xalq şairi Bəxtiyar
Vahabzadə “Tənha məzar”, Qabil “Türkün qəbri” adlı şeirlərini
həmin məzarda uyuyan türk əsgərinə itt ihaf etmişlər. (4)
Azərbaycan Respublikası 18 oktyabr 1991–ci il tarixdə dövlət
müstəqilliyini bərpa etdikdən sonra yenidən problemin obyek-
tiv tədqiqi üçün şərait yaranmışdı. Ümummilli lider Heydər
Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanının (26
mart 1998-ci il) bu işdə müstəsna rolu vardır. Fərmanda deyilir:
“Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qa-
rabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın
başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu
ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yan-
dırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir...
Bu hadisələrin yalnız birinə-1918-ci il mart qırğınına siyasi qiymət
vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin
varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər
həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqı-
13
rım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü
kimi qəbul edir.” (5)
Hazırda 1918–ci il hadisələri ilə bağlı araşdırmaları davam
etdirmək üçün Azərbaycan Respublikasının Baş Prokurorlu-
ğu Fövqəladə İstintaq Komissiyasının azərbaycanlılara qarşı
ermənilər tərəfi ndən aparılan soyqırımı ilə bağlı Azərbaycan
Respublikası Milli Arxiv İdarəsində saxlanılan 3 cilddən ibarət
cinayət işinin materiallarını “Soyqırımı memorial kompleksi”nin
işində istifadə olunması məqsədilə bu məsələlərin araşdırılması,
geniş ictimaiyyətə və beynəlxalq aləmə çatdırılması üçün Heydər
Əliyev Fonduna təqdim edib.
Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı: Azərbaycan”
layihəsi çərçivəsində Şamaxıda 1918–ci ildə ermənilər tərəfi ndən
yandırılmış Cümə məscidinin yenidənqurulması da tarixi ədalətin
bərpası sahəsində görülən müsbət işlərdəndir. Azərbaycan Res-
publikasının Prezidenti İlham Əliyevin digər tarixi abidələrlə ya-
naşı, Şamaxının Cümə məscidində aparılan bərpa işlərinə xüsu-
si diqqət verməsi tarixi ədalətin bərpasına göstərilən qayğının
nümunəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 Mart
Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Azərbaycan xal-
qına müraciətində demişdir: “Sizi əmin edirəm ki, xalqımızın
vətənpərvərliyi, birliyi və həmrəyliyi, Azərbaycan rəhbərliyinin si-
yasi iradəsi sayəsində qarşımıza qoyduğumuz bütün məqsədlərə, o
cümlədən, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına,
soyqırımı həyata keçirənlərin, insanlar və xalqlar arasında nifaq
və düşmənçilik salanların ifşasına nail olacağıq.” (6)
Müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları
azərbaycalılara qarşı törədilmiş cinayətlər haqqında həqiqətlərin
dünyaya çatdırılmasında səmərəli fəaliyyət göstərirlər.
Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurası-
14
nın illik toplantısında (Almaniya, Berlin 27 mart 2008-ci il) qəbul
edilmiş Bəyanatda deyilir: “1918-ci ilin mart ayında Azərbaycanın
müxtəlif bölgələrində...erməni şovinist millətçiləri tərəfi ndən türk
xalqlarına qarşı törədilmiş soyqırımı aktları ən ağır cinayətlərdən
biri kimi tarixə düşmüşdür... Hadisələr zamanı Bakı, Şamaxı, Mu-
ğan, Quba və Lənkəranda 50 min azərbaycanlı xüsusi amansızlıq-
la qətlə yetirilmiş, 10 minlərlə insan öz torpaqlarından qovulmuş-
dur. Təkcə Bakıda erməni terrorçuları tərəfi ndən öldürülənlərin
sayı 30 minə çatmışdır. Şamaxı qəzasında 58, Qubada 122, Qa-
rabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberni-
yasında 211, Qars əyalətində isə 92 kənd tamamilə yerlə yeksan
edilmişdir...1992-ci ilin fevralında erməni millətçiləri daha bir
dəhşətli soyqırıma–Xocalı cinayətinə imza atmışlar.
İnsan Hüquqları haqqında Ümumi Bəyannamə, İnsan Hüquq-
larının və Əsas Azadlıqlarının Müdafi əsi haqqında Avropa Kon-
vensiyası, BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III)
saylı qətnaməsi ilə qəbul edilmiş Soyqırımı Cinayətinin Qarşısının
Alınması və Cəzalandırılması haqqında Konvensiya, Beynəlxalq
Cinayət Məhkəməsinin Statusu (mad.6) və digər beynəlxalq hü-
quqi aktlar 31 mart və Xocalı soyqırımlarının beynəlxalq cinayət
kimi tanınması üçün əsas verən hüquqi sənədlərdir.
Azərbaycan və Türk Diaspor Təşkilatlarının Koordinasiya Şu-
rası bir daha beynəlxalq ictimaiyyətə müraciət edərək, erməni
millətçilərinin türk xalqlarına, xüsusilə də azərbaycanlılara qar-
şı törətdikləri terror və soyqırımı aktlarını pisləməyə çağırır,
beynəlxalq təşkilatları, dünya ölkələrini hadisələrə obyektiv
qiymət verməyə dəvət edir.”
Diaspor təşkilatlarının səmərəli fəaliyyəti nəticəsində 1 aprel
2009-cu il tarixdə ABŞ–ın Nevada ştatı 31 mart tarixini 1918-ci ildə
qətlə yetirilmiş günahsız azərbaycanlıların xatirə günü kimi tanı-
mışdır. Ştatın qubernatoru Cim Gibbons onun ofi sinə təqdim olun-
15
muş bütün sənədləri və tarixi dəlilləri diqqətlə öyrəndikdən sonra
müvafi q qərar qəbul etmişdir. Sənəddə həmçinin, Azərbaycanın
ərazi bütövlüyünün tanınması və Dağlıq Qarabağın Azərbaycan
Respublikasına mənsub olması da vurğulanır.
Azərbaycanın müxtəlif bölgələrində 1918–ci ildə ermənilərin
törətdikləri cinayətlər haqqında bir sıra kitab və məqalələr yazıl-
mış, bəzi materiallar vebsaytlara qoyulmuşdur. (7)
Bəzi Qərbi Avropa və ABŞ tarixçiləri də Azərbaycan tarixinin
1918–1920–ci illərinə aid bir sıra samballı əsərlər yazmışlar. (8)
Bu sahədə görülmüş işləri təqdir etməklə yanaşı, qeyd etmək
lazımdır ki, bunların yerli oxucularla birgə beynəlxalq ictimaiyyət,
xüsusilə də qərb ölkələrinin vətəndaşlarına çatdırılması va-
cib vəzifələrdəndir. Məhz buna görə Azərbaycanda Vətəndaş
Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Şamaxı
soyqırımı (1918-ci il) ” adlı layihə çərçivəsində həqiqətlərin dün-
yaya çatdırılması üçün bir neçə dildə kitab nəşr edərək beynəlxalq
aləmdə yaymağı məqsədəuyğun hesab etmişdir.
AVCİYA artıq bu istiamətdə iki layihə “Xocalı soyqırımı” və
“Qaradağlı facəsi” adlı layihələr həyata keçirib (bax: www.av-
ciya.az) Bu işlər Dağlıq Qarabağ probleminin ədalətli həllinə,
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasına da
yaxından köməklik göstərə bilər. Assosiasiya bu istiqamətdə işləri
gələcəkdə də davam etdirməyi planlaşdırır.
16
Xaqani Şirvani, Fələki Şirvani, İmadəddin Nəsimi, Hacı
Zeynalabdin Şirvani, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sa-
bir, Məhəmməd Hadi, Abbas Səhhət və başqa şəxsiyyətləri
bəşəriyyətə bəxş etmiş Azərbaycanın qədim mədəniyyət mərkəzi
olan Şamaxı daim yadelli işğalçıların diqqət mərkəzində olmuş-
dur. Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Şamaxıda
ermənilərin törətdiyi vəhşiliklərin arxasında Rusiyanın işğalçı,
imperiya siyasətinin dayandığını tarixi faktlar sübut edir.
Azərbaycan ərazilərinə rusların IX yüzilliyin sonlarından
etibarən başlayan işğalçı yürüşləri bu siyasətin başlanğıcını qoy-
muşdu. 914-cü ildə 500 gəmi ilə, hər birində 100 nəfər olmaqla
Azərbaycanın Xəzər sahillərinə 50 mindən artıq rus gəlmişdi. Şir-
vanşah Əli ibn Heysəm təkcə quruda deyil, dənizdə də düşmənlə
döyüşmüşdü. (9) 1032–1033–cü illərdə ruslar “Bərdə faciəsi”nin
analoqu olan növbəti dağıdıcı basqınların birində Şamaxını ələ
keçirərək on gün müddətində şəhəri talan etmiş, 10.000-ə qədər
şirvanlını qılıncdan keçirmişlər. Bu faciədən 668 il sonra rus işğal-
larını davam etdirmək üçün I Pyotr Rusiyanın imperiya siyasətinə
canla–başla xidmət etməyə hazır olan ermənilərdən istifadə
etməyə başlamışdır. O “erməni işi”nin qızğın təbliğatçısı olan İsra-
il Orini 1701–ci ildə Şamaxıya göndərmiş, o burada müsəlmanlar
əleyhinə apardığı işi qurtardıqdan sonra, 1707–1711–ci illərdə
yenidən Şamaxıya gələrək burada öz təbliğatını aparmışdı. Bun-
dan sonra I Pyotr 1721–ci il Şamaxı üsyanı zamanı rus tacirlərinin
öldürülməsini bəhanə edərək Xəzəryanı bölgələrə 1722–ci ildə
hücum etmiş, bu hücümda əsas hədəf kimi Şamaxını seçmiş-
di. O dövrdə Peterburqun diplomatiya danışıqlarında bu yürüş
Şamaxı soyqırımının
tarixi kökləri
17
rəsmi olaraq “Şamaxı yürüşü” adlanırdı. Rusiyanın qəsbkarlıq
siyasətinin davamı olaraq V. Zubovun başçılığı ilə 1796–cı ildə
Azərbaycan üzərinə hücuma keçən rus qoşunlarının tərkibində
çoxlu sayda erməni var idi. Həmin ilin oktyabrında V. Zubov rus
qoşunlarının qərargahını Yeni Şamaxıya köçürmüşdü. Lakin 1796–
cı ilin noyabrında II Yekatrinanın ölümü, I Pavelin hakimiyyətə
gəlməsi və onun rus qoşunlarını Qafqazdan geri çağırması ilə iş-
ğallara 1801–ci ilə qədər fasilə verilmişdi. (10)
Rus qoşunlarının 1803–cü ilin martında Car–Balakənə hü-
cümu, 1804–cü ilin 3 yanvarında Gəncənin işğalı ilə çarizmin
Azərbaycanda işğalçı siyasəti yenidən genişlənməyə başladı. Çar
Rusiyası 27 dekabr 1805-ci il tarixli müqavilə ilə Şamaxı xanlığı-
nı özündən asılı vəziyyətə saldı. Müqaviləyə görə Şamaxı xanlığı
ildə 8000 çervon Rusiya xəzinəsinə bac verməli idi.
1804–1813–cü illər birinci, 1826–1828–ci illər ikinci Rus–İran
müharibələrindən sonra Şimali Azərbaycanın Rusiya tərəfi ndən
işğalı, ermənilərin bu ərazilərə köçürülməsi ilə sonrakı faciələrin
əsası qoyuldu.
II Rus-İran müharibəsinin sonunda bağlanmış Türkmənçay
müqaviləsinə (10 fevral 1828) əsasən Rusiyanın imperiya
siyasətinə uyğun olaraq ermənilər İran və Türkiyədən Şimali
Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən Şamaxıya da kö-
çürülmüşdür. Şamaxının Mədrəsə, Sağiyan, Meysəri, Kələxana,
Zarxı və s. kəndlərinə ermənilərin köçürülməsində əsas məqsəd
onların köməkliyi ilə müsəlman əhalini əsarət altında saxlamaq
idi. Bu siyasət əsasında Şamaxı ərazisinə Rusiyanın mərkəzi ra-
yonlarından molokanlar da köçürülmüş və onlar burada 6 kənddə
məskunlaşmışlar.
XIX əsrin ilk illərində ermənilər ölkə sakinlərinin 9,37%-ni
təşkil etdiyi halda, XX əsrin əvvəlində bu rəqəm 32,6%-ə çatmış-
dır. Təqribən 100 il ərzində, ilk növbədə ermənilərin mexani-
Dostları ilə paylaş: |