731) Çirkab suların təbii yolla təmizlənməsinə nə aid deyil?
A) Durulducular
B) Kənd təsərrüfatı suvarma sahələri
C) Assenizasiya sahələri
D) Filtrasiya sahəsi
E) Suvarma tarlaları
- Durulducular
Çirkab suları təbii və süni yolla təmizlənir. Çirkab suları süni yolla təmizlənərkən müxtəlif qurğulardan istifadə olunur.
Ədəbiyyat: R.D.Qaboviç 1990 “Gigiyena” 1990 səh 114
732) Bərk tullantılar hansı yolla zərərsizləşdirilir?
A) Kompostlaşma
B) Assenizasiya sahələri
C) Şumlama tarlaları
D) Suvarma tarlaları
E) Torpaq sahələri
- Kompostlaşma
Bərk tullantılar planlı sürətdə həyətlərdən daşınıb aparılır. Zibil bir çox üsullarla zərərsizləşdirilir. Biotermik, təkmilləşmiş zibilliklər, zibillik yandırılması, kompostlama.
Ədəbiyyat: R.D.Qaboviç 1990 “Gigiyena” 1990 səh 116
733) Torpaq dənəciklərinin ölçüsünü təyin etmək üçün aşağıdakılardan hansı istifadə olunur?
A) Stəkan
B) Pipetka
C) Kolba
D) Ələk
E) Silindir
– Ələk
Torpağın mexaniki quruluşu onun hissəciklərinin növünə, miqdarına və ölçülərinə görə qiymətləndirilir. Torpaq dənələrinin ölçülərini müxtəlif diametrli dəlikləri olan xüsusi ələklərlə təyin edirlər.
Ədəbiyyat: M.A.Kazımov. “Ümümi gigiyena” Bakı 1999 səh 208
734) Torpağın məsaməliyini təyin etmək üçün aşağıdakılardan hansından istifadə olunur?
A) Torlardan
B) Pipetkadan
C) Kolbadan
D) Silindirdən
E) Stəkandan
- Silindirdən
Torpağın su keçirmə qabiliyyətini təyin etmək üçün diametric 3 - 4 sm və hündürlüyü 30 - 35 sm olan şüşə silindrik boru götürülür.
Ədəbiyyat: M.A.Kazımov. “Ümümi gigiyena” Bakı 1999 səh 299 Д.М. Бабов, Н.Н.Надворный «Руководство к практическим занятиям»1981 səh 55
Dostları ilə paylaş: |