Sanitar-feldşer ixtisası üzrə nümunəvi test sualları Bölmə Epidemiologiya


) Xüsusi təhlükəli infeksiyalara aşağıdakılardan hansı aiddir?



Yüklə 2,12 Mb.
səhifə17/23
tarix26.11.2016
ölçüsü2,12 Mb.
#177
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

816) Xüsusi təhlükəli infeksiyalara aşağıdakılardan hansı aiddir?
A) Göy öskürək

B) Qrip


C) Vəba

D) Meningit

E) Difteriya
- Vəba

Vəba xəstəliyi yüksək yayılma xassəsinə və ağır gedişə malikdir. İlk dəfə vəbanın törədicisi 1883 - cü ildə R.Kox tərəfindən Misirdə kəşf edilmişdir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 217
817) Vəba törədicisinin morfoloji quruluşu necədir?
A) Hər iki ucu sancaqşəkilli

B) Oval formada

C) Ucları dairələnmiş hərəkətsiz

D) Vergül förmasında əyilmiş çöpdür

E) Təbil çubuğuna oxşar
Vergül förmasında əyilmiş çöpdür

Vibrion vergül formasını xatırladan, azacıq əyilmiş çöp şəklindədir. Bir ədəd qamçısı ilə iti hərəkət edir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 218
818) Vəba ilə yoluxma yolu hansıdır?
A) Təmas - məişət

B) Alimentar

C) Həşaratlar

D) Torpaq

E) Hava
- Alimentar

Yoluxma alimentar yolla yəni vibrionlarla çirklənmiş suyun və qida məhsullarının qəbulu nəticəsində baş verir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 219
819) Xüsusi təhlükəli infeksiyalar qrupuna hansı aiddir?
A) Meningit

B) Difteriya

C) Taun

D) Göy öskürək



E) Qrip
- Taun

Xüsusi təhlükəli infeksiyalar qrupuna zoonoz infeksiya olan taun törədicisi aiddir.


Ədəbiyyat: Ф.К. Черкес, Л.Б. Богоявленская, Н.А.Бельская. «Микробиология» «Медицина» Москва. 1987. Səh. 318
820) Taun törədicisi hansı morfoloji quruluşa malikdir?
A) Ucları sancaq şəkillidir

B) Oval formalı çöpdür

C) Ucları dairələnmişdir

D) Vergül formasinda əyilmişdir

E) Təbil çübuğuna oxşar
- Oval formalı çöpdür

Taun çöpləri oval (yumurtayabənzər) hərəkətsiz çöplərdir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 240
821) Tulyaremiya törədicisi hansı morfoloji quruluşa malikdir?
A) Təbil çubuğuna oxşar

B) Kiçik kokabənzər bakteriya

C) Oval formalı çöp

D) Ucları dairələnmiş

E) Ucları sancaq şəkilli
- Kiçik kokabənzər bakteriya

Tulyaremiya törədiciləri çox kiçik kokobənzər bakteriyalardır.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 252
822) Tulyaremiya xəstəliyinin keçiricisi nədir?
A) İtlər

B) Xırda buynuzlu mallar

C) Gəmiricilər

D) Bitlər

E) İnsanlar
- Gəmiricilər

Tulyaremiya xəstəliyinin keçiricisi gəmiricilərdir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 253
823) Preparat nəyə deyilir?
A) Rənglənmiş yaxmaya

B) İrindən hazırlanmış yaxmaya

C) Basma yaxmaya

D) Qandn hazırlanmış yaxmaya

E) Fiksasiya olunmuş yaxmaya
Fiksasiya olunmuş yaxmaya
Ədəbiyyat: Ф.К. Черкес, Л.Б. Богоявленская, Н.А.Бельская «Микробиология» «Медицина» Москва .1987. Səh. 47
824) Qarayara törədicisi hansı morfoloji quruluşa malikdir?
A) Ucları dairələnmiş

B) İri, ucları əyilmiş və ya kəsilmiş

C) Təbil çubuğuna oxşar

D) Oval formalı

E) Kiçik kokabənzər
- İri, ucları əyilmiş və ya kəsilmiş

Çöplərin ucları azacıq əyilmiş və ya kəsilmiş formada görünür.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 256
825) Qarayara xəstəliyinin diaqnozu hansı reaksiyaya əsasən qoyulur?
A) Vasserman

B) Askoli

C) Rayt

D) Xeddelson



E) Vidal
- Askoli

Askoli reaksiyası vasitəsilə dəridə, yunda, xəz məmulatlarında və s. qarayara basillərini aşkar etmək olar.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 260
826) Qarayara çöplərinə xas koloniya hansıdır?
A) Qırışlı, şir başına oxşar

B) Dalğavari

C) Parlaq, civə damcısına oxşar

D) Şeh damlasına oxşar

E) Hamar
- Qırışlı, şir başına oxşar

Ətli - peptonlu aqarda qırışlı, burulmuş saça və ya şir başına oxşar koloniyalar əmələ gətirirlər.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 256
827) Brüselyoz törədicisi hansı morfoloji quruluşa malikdir?
A) Xırda, kokabənzər bakteriyalardır

B) Ucları dairələnmişdir

C) Təbil çubuğuna oxşar

D) Ucları kəsilmiş

E) Sancaq şəkillidir
- Xırda, kokabənzər bakteriyalardır

Brüsellalar, xırda, kokabənzər bakteriyalardır.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 248
828) Brüselyozun diaqnozunda hansı reaksiya qoyulur?
A) Vasserman

B) Vidal


C) Askoli

D) Rayt


E) Pirke
- Rayt

Rayt aqqlütinasiya reaksiyası qoyulur.


Ədəbiyyat: H.H.İbrahimov,S.Q. Orucov, A.B. Şükürov, K.İ. Əhmədova, L.H. İsmayılova. “Mikrobiologiya və mikrobioloji müayinə üsulları. Bakı .2003. Səh. 282
829) Brüselyoz zamanı hansı sınaqlar qoyulur?
A) Bürne

B) Mantu


C) Dik

D) Şik


E) Pizu
- Bürne

Yüksək allergiya halını müəyyən etmək üçün xəstəliyin 15 - 20 - ci günündən başlayaraq dəri - allergiya reaksiyası - Bürne sınağı qoyulur.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 205
830) Göyöskürək törədicisinin morfoloji quruluşu necədir?
A) Xırda, kokabənzərdir

B) Oval formalı kiçik çöplərdir

C) Ucları kəsilmişdir

D) Təbil çubuğuna oxşardır

E) Sancaqşəkillidir
- Oval formalı kiçik çöplərdir
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”.Bakı.1995. Səh. 261
831) Göyöskürək zamanı infeksiya mənbəyi aşağıdakılardan hansıdır?
A) Gəmiricilər

B) Ağcaqanadlar

C) İri buynuzlu mal

D) Xəstə adam

E) Birələr
Xəstə adam

Təbii halda göyöskürəklə ancaq insanlar xəstəlinir. Xəstəlik xəstə uşaqlardan sağlam şəxslərə hava - damcı yolu ilə keçir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı. 1995. Səh. 262
832) Göyöskürəyi qeyri həqiqi göyöskürəkdən fərqləndirmək üçün hansı sınaq qoyulur?
A) Askoli

B) Tirozin

C) Şik

D) Bürne


E) Mantu
- Tirozin

0/1% tirozinli mühitdə qeyri - həqiqi göyöskürək törədiciləri böyüyür və mühit qəhvəyi rəngə boyanır. Həqiqi göyöskürək törədiciləri bu mühitdə inkişaf etmir.


Ədəbiyyat: Ф.К. Черкес, Л.Б. Богоявленская, Н.А.Бельская. «Микробиология» «Медицина» Москва. 1987. Səh. 364
833) Göyöskürək törədiciləri əkilmiş qidalı mühitə penisillin nə məqsədlə əlavə olunur?
A) Kənar mikrofloranın böyüməsini saxlamaq üçün

B) Mühitin pH - nı dəyişmək üçün

C) Qida komponenti kimi

D) Qidalı mühitə bərklik vermək üçün

E) Quraqlıqdan qorunmaq üçün
- Kənar mikrofloranın böyüməsini saxlamaq üçün

Burun udlaq yolunda kənar mikrobların böyüməsinin qarşısını almaq üçün, içərisində KKA olan qidalı mühitə penisillin əlavə olunur.


Ədəbiyyat: Ф.К. Черкес, Л.Б. Богоявленская, Н.А.Бельская. « Микробиология» «Медицина» Москва .1987. Səh. 362
834) Difteriya törədicisinin morfoloji quruluşu necədir?
A) Ovaldır

B) Bir qədər əyilmiş,nazik çöplərdör

C) Ucları kəsilmişdir

D) Sancaq şəkillidir

E) Xırda, kokabənzərdir
- Bir qədər əyilmiş,nazik çöplərdör

Difteriya törədiciləri düz və ya bir qədər əyilmiş polimozf çöplərdir. Onlar yaxmada ucları bir - birinin üzərinə düşdükdə əlin açılmış barmaqlarını xatırladan formada görünür.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya” Bakı.1995. Səh. 290
835) Vərəm törədicisi aşağıdakılardan hansına aiddir?
A) Korinebakteriya

B) Salmonella

C) Mikobakteriya

D) Klostridiya

E) Bordetella
- Mikobakteriya

Vərəm törədicisi mikobakterium cinsinə aiddir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 298
836) Vərəm törədicisi hansı morfoloji xüsusiyyətə malikdir?
A) Ucları kəsilmişdir

B) Koklardır

C) Təbil çubuğuna oxşardır

D) Düz, nazik çöplərdir

E) Ucları dairələnmişdir
- Düz, nazik çöplərdir

Vərəm mikobakteriləri nazik, düz, çöplərdir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya” Bakı. 1995. Səh. 299
837) Vərəm törədicisini aşkar etmək üçün yaxmalar hansı boyama üsulu ilə boyanır?
A) Bürri

B) Sil - Nilsen

C) Romonovski - Gimza

D) Ojeşko

E) Qram
- Sil - Nilsen

Vərəm törədicilərini xüsusi rəngləmə üsulu olan Sil - Nilsen üsulu ilə rəngləyirlər.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 35
838) Patogen anaerobların klostridium cinsinə hansı törədici aiddir?
A) Vərəm

B) Taun


C) Tulyaremiya

D) Tetanus

E) Difteriya
- Tetanus

Patogen anaerobların klostridium cinsinə tetanus törədicisi aiddir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya” Bakı.1995. Səh. 274
839) Tetanus çöpü hansı formadadır?
A) Təbil çubuğu

B) Sancaqşəkilli

C) Düz, nazik çöp `

D) Sporu mərkəzdə yerləşən çöp

E) Streptobasil
Təbil çubuğu

Tetanus çöpləri xarici mühitdə şarabənzər spor əmələ gətirir. Spor hüceyrənin bir ucunda yerləşərək onu təbil çubuğuna bənzədir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”Bakı.1995. Səh. 275
840) Aşağıdakı törədicilərdən hansılar spor əmələ gətirir?
A) Botulizm

B) Bağırsaq çöpü

C) Salmonellalar

D) Vəba


E) Şigellalar
- Botulizm

Botulizm törədicisi ucları girdə polimorf çöplərdir. Oval formalı spor əmələ gətirir


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı .1995. Səh. 285
841) Botulizm törədicisinin morfoloji quruluşu necədir?
A) Təbil çubuğu

B) Sancaqşəkilli

C) Düz, nazik çöplər

D) Streptobatsil

E) Ucları girdə, polimorf çöplərdir
- Ucları girdə, polimorf çöplərdir

Ucları girdə polimorf çöplərdir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya” Bakı.1995. Səh. 285
842) Patogen spiroxetlərə hansı törədicilər aiddir?
A) Qarın yatalağı

B) Botulizm

C) Vəba

D) Dizenteriya



E) Sifilis törədicisi
- Sifilis törədicisi

Patogen spiroxetlərə sifilisin törədicisi aiddir. Sifilisin törədicisi - Treponema pallidum F.Şaudin tərəfindən kəşf edilmişdir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı .1995. Səh. 311
843) Sifilis törədicisinə nə üçün solğun spiroxeta deyilir?
A) Metilen abısı ilə göy rəngə boyandığına görə

B) Romonovski - Gimza üsulu ilə göy - bənövşəyi boyandığına görə

C) Romanovski - Gimza üsulu ilə solğun boyandığına görə

D) Qram üsulu ilə solğun boyandığına görə

E) Qram üsulu ilə çəhrayı rəngə boyandığına görə
- Romanovski - Gimza üsulu ilə solğun boyandığına görə

Romanovski - Gimza üsulu ilə solğun çəhrayı rəngdə boyandığından onları solğun spiroxetlər adlandırırlar.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 312
844) Sifilisin seroloji müayinəsində hansı reaksiya tətbiq edilir?
A) Rayt

B) Vidal


C) Xeddelson

D) Pirket

E) Vasserman
- Vasserman

Sifilisin seroloji diaqnostikasında Vasserman reaksiyası daha geniş tətbiq olunur. Bu məqsədlə xəstəliyin ikinci və üçüncü dövrlərində xəstənin qan zərdabından istifadə edilir.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 235
845) Aşağıdakilardan hansı ərzaq məhsullarının sanitar göstərici mikrobudur?
A) Meninqokok

B) Difteriya çöpü

C) Qonokok

D) Bağırsaq çöpü

E) Sarsin
Bağırsaq çöpü

Ət və kolbasa məhsullarının sanitar bakterioloji müayinəsində 1 q məhsulda bağırsaq çöpləri təyin edilir.


Ədəbiyyat: Ф.К. Черкес, Л.Б. Богоявленская, Н.А.Бельская. « Микробиология» «Медицина» Москва .1987. Səh. 492
846) Əllərin yuyuntu suyunun sanitar bakterioloji müayinəsində nəyi aşkar etmək olar?
A) Difteriya çöpü

B) Qonokok

C) Meninqokok

D) Qızılı stafilokok

E) Pnevmokok
- Qızılı stafilokok

Qızılı stafilokoku.


Ədəbiyyat: Ф.К. Черкес, Л.Б. Богоявленская, Н.А.Бельская. « Микробиология» «Медицина» Москва. 1987. Səh. 500
847) Malyariya plazmodisinin cinsi inkişaf dövrü harada gedir?
A) Dişi ağcaqanadın bədənində

B) Quşlarda

C) Havada

D) İnsan orqanizmində

E) Suda
- Dişi ağcaqanadın bədənində

Cinsi inkişaf dövrü Anapheles cinsindən olan dişi ağcaqanadın bədənində gedir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya” Bakı. 1995. Səh. 403
848) Malyariya zamanı qandan hazırlanmış qalın damla hansı üsulla boyanır?
A) Sil - Nilsen

B) Ojeşko

C) Burri

D) Romanovski - Gimza

E) Qram
- Romanovski - Gimza

Romanovski - Gimza üsulu ilə qan yaxması 50 dəqiqə müddətində boyadılır, sonra su ilə yuyulur və havada qurudulur.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 309
849) Malyariya zamanı müayinə ücün hansı material götürülür?
A) İrin

B) Əsnəkdən selik

C) Qan

D) Qusuntu kütləsi



E) Sidik
Qan

Malyaryanın laboratoriya diaqnostikasında mikroskopik və seroloji üsullardan istifadə edilir. Bu məqsədlə xəstədən qan götürülür. Mikroskopik müayinələr üçün qalın damla və nazik yaxma preparatları hazırlanır.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 309
850) Toksoplazmozda infeksiya mənbəyi nədir?
A) Ağcaqanadlar

B) Bitlər

C) Pişiklər

D) Gənələr

E) Birələr
Pişiklər

İnfeksiya mənbəyi pişiklər və digər heyvanlardır.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya” Bakı .1995. Səh. 402
851) Toksoplazmoz törədicisinin morfoloji quruluşu necədir?
A) Uzun çöp

B) Oval ucları şiş

C) Oval ucları burulmuş

D) Aypara və ya portağal dilimi şəklində

E) Ulduz forması
- Aypara və ya portağal dilimi şəklində

Parazitin vegetativ forması aypara və ya portağal dilimi şəklindədir.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 400
852) Patogen göbələklər insanlarda hansı xəstəlikləri törədir?
A) Brüselloz

B) Leyşmanioz

C) Trixofitiya

D) Toksoplazmoz

E) Lyambliyoz
- Trixofitiya

Trixofitiya - saçqıran, dərinin tüklü, həm də tüksüz yerlərində baş verə bilər.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı. 1995. Səh. 378
853) Təmiz kultura nədir?
A) Bir və ya bir neçə mənbələrdən alınmış eyni növlü mikrob kulturasıdır

B) Qidalı mühitdə becərilən mikroorqanizmlərdir

C) Bir mikrob hüceyrəsindən inkişaf edən mikrob populyasiyasıdır

D) Yalnız bir növ mikrob olan kulturadır

E) Bərk qidalı mühitdə mikrobların əmələ gətirdiyi populyasiyadır
- Yalnız bir növ mikrob olan kulturadır

Təmiz mikrob kulturası - hər hansı bir növə mənsub olan mikrobun qidalı mühitdə populyasiyadır.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı. 1995. Səh. 12
854) Dermatomikoz zamanı müayinə ücün hansı material götürülür?
A) Bəlğəm

B) Zədələnmiş dırnaq qırıntıları

C) İrin

D) Qan


E) Qusuntu
- Zədələnmiş dırnaq qırıntıları

Prosesin gedişindən asılı olaraq zədələnmiş dırnağın qırıntıları və s. müayinə edilir


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair”Bakı. 1998. Səh. 292
855) Qazanılmış immunçatışmazlıq sindromunu yaradan virus virusların hansı fəsiləsinə aiddir?
A) Herpes viruslar

B) Adenoviruslar

C) Retroviruslar

D) Rabdoviruslar

E) Papoviruslar
- Retroviruslar

Retroviruslar fəsiləsinə aiddir və immun sistemin T - hissəsini zədələyən virus infeksiyasıdır.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı .1995. Səh. 364
856) Havanın sanitar bakterioloji müayinəsi hansı üsulla aparılır?
A) Sedimentasiya

B) Faqotipaj üsulu

C) Bioloji

D) Brodil

E) Membran filtirlər üsulu
- Sedimentasiya

Havanın sanitar bakterioloji müayinəsi sedimentasiya üsulu ilə aparılır və 1 m3 havada olan mikrobların ümumi miqdarı təyin edilir.


Ədəbiyyat: Ф.К. Черкес, Л.Б. Богоявленская, Н.А.Бельская Микробиология «Медицина» Москва 1987. Səh. 485
857) Nazik qan yaxması necə fiksasiya olunur?
A) 96% - li etil spirtində

B) Turşu buxarı ilə

C) Formalinlə

D) Alov üzərində

E) Asetonla
- 96% - li etil spirtində

Qan yaxmaları havada quruduqdan sonra 96% - li etil spirtində və ya Nikiforov məhlulunda (etil spirti ilə efirin bərabər miqdarda qarışığı) 15 dəqiqə, metil spirtində 3 dəqiqə müddətində təsbit edilir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı .1995. Səh. 309
858) Seroloji müayinə aparmaq üçün venadan nə qədər qan götürülür?
A) 1ml

B) 5ml


C) 0,3ml

D) 2 - 3ml

E) 0,5ml
2 - 3ml

Seroloji müayinə aparmaq üçün şprislə dirsək venasından, bəzən barmaqdan 2 - 3 ml qan götürülür, sonra onun zərdab hissəsi ayrılır. Bunun üçün qan yığılmış steril sınaq şüşəsinin ağzı tıxacla bağlanır, ya 370 - li termostatda, ya da su hamamında 20 - 30 dəqiqə saxlanılır ki, qan laxtalansın.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 25
859) Bakterioloji müayinə üçün venadan nə qədər qan götürülür?
A) 1ml

B) 2ml


C) 3ml

D) 4ml


E) 5 - 10ml
5 - 10ml

Bakterioloji müayinə üçün qan dirsək venasından 5 - 10ml həcmində götürülməlidir. Bunun üçün steril şpislə qan götürüb içərisində steril şəkərli bulyon, 10% - li ödlü bulyon və ya Rappoport mühiti olan flakona tökürlər.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 25
860) Bakterioloji müayinə üçün götürülən müayinə materialı götürülən andan laboratoriyaya hansı müddətdə çatdırılmalıdır?
A) 3 saat

B) 4 saat

C) 1 saat

D) 2 saat

E) 5 saat
2 saat

Müayinə materilarının seçilməsi, hansı orqanın zədələnməsindən, törədicinin bioloji xüsusiyyətlərindən asılıdır. Müayinə materialı steril alətlə götürülür, steril qablara yığılır. Hər bir qaba yalnız bir xəstənin hər hansı bir materialı götürülməli, üstündə günün tarixi, materialın adı və xəstənin familiyası qeyd olunmalıdır. Materialın düzgün yığılması və çatdırılması mikrobioloji müayinənin effektliyini təmin edir.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 25
861) Yaxmalar nə üçün fiksasiya edilir?
A) Mikrobları qurutmaq üçün

B) Mikrobları diri halda öyrənmək üçün

C) Basma yaxma hazırlamaq üçün

D) Yuma və rəngləmə zamanı mikrob axıb getməsin

E) Asılan damla hazırlamaq üçün
Yuma və rəngləmə zamanı mikrob axıb getməsin

Yaxmaların tam qurumasına əmin olduqdan sonra onlar fiksasiya edilməlidir. Yaxma əşya şüşəsinə möhkəm yapışdırılır ki, yuma və rəngləmə zamanı axıb getməsin. Yaxmalar əsasən fiziki və ya termiki üsulla fiksasiya edilir. Ən çox termiki fiksasiya işlənir.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 21
862) İmmunpreparatlar harada saxlanılır?
A) Quru yerdə

B) Qaranlıq yerdə

C) Soyuducuda

D) Termostatda

E) Ayrıca, xüsusi yerdə
Soyuducuda

Hazırda əksər vaksinlər immonogenlik xassəsini itirmədən uzun müddət saxlanmaq məqsədi ilə qurudulmuş formada buraxılır. Vaksinlər alcaq temperaturda vakuum şəraitində qurudulur.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 164
863) “Mirvari boyunbağı” testinin qoyuluşunda hansı antibiotikdən istifadə edilir?
A) Streptomisin

B) Tetrasiklin

C) Ampisillin

D) Bisillin

E) Penisillin
Penisillin

Penisillin qatılmış aqar səthindəki “R”formalı koloniyadan yaxma hazırlayıb, Qram üsulu ilə rənglədikdə həqiqi qarayara çöplərinin öz formasını dəyişərək dəyirmiləşdiyi və muncuq şəklində bir - birinin ardınca düzülməsi müşahidə olunur. (Mirvari boyunbağı sindromu).


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 201
864) Qaynatmaqla sterilizasiya zamanı nə üçün distillə suyundan istifadə edilir?
A) Vegetativ mikrobları məhv etmək üçün

B) Suyun codluğunu aradan qaldırmaq üçün

C) Qaynatmanı sürətləndirmək üçün

D) Sporları məhv etmək üçün

E) Qaynatmanı zəiflətmək üçün
Suyun codluğunu aradan qaldırmaq üçün

Sterilizasiya olunacaq ləvazımatı yaxşı yuyur və sterilizatora qoyurlar, üzərinə distillə olunmuş su tökürlər. Qaynama başladıqda vaxtı qeyd edirlər. Çirklənmə dərəcəsindən asılı olaraq 15 - 40 dəqiqə qaynadırlar.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 55
865) Alovda qızdırmaqla nəyi sterilizasiya etmək olar?
A) Petri fincanı

B) Şprislər

C) Sınaq şüşəsi

D) İlgəklər

E) Kolba
İlgəklər

Alovda əsasən ilgəkləri, iynələri və yüksək hərarətə davamlı digər əşyaları sterilizasiya edirlər. Sterilizasiynın bu növü əlverişlidir. Ancaq alətlər alovda tez xarab olduğuna görə ondan geniş istifadə etmirlər. Bu üsulla sterilizasiyada əşyanın ancaq alovda olan hissəsi mikrobsuzlaşır.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 52
866) Fasiləli sterilizasiya nə məqsədlə aparılır?
A) Dərman maddələrini sterilizasiya etmək üçün

B) Sporları məhv etmək üçün

C) Rezindən hazırlanmış ləvazimatı sterilizasiya etmək üçün

D) Virusları məhv etmək üçün

E) Qidalı mühitləri sterilizasiya etmək üçün
Sporları məhv etmək üçün

Sterilizasiya olunacaq material ya Kox aparatında, ya da avtoklavda yerləşdirilir. Qaynama nəticəsində əmələ gələn buxarda, yəni 1000C material 30 dəqiqə saxlanılır. Bu 30 dəqiqə ərzində mikrobların vegetativ formaları məhv olur, spor formaları sağ qalır. Spor formaların vegetativ formaya çevrilməsi üçün materialı əlverişli şəraitdə 1 gün saxlayır, 2 - ci gün yenidən 1000C - də 30 dəqiqə qızdırırlar və bu proses 3 gün təkrar olunur. Tədricən sporlar vegetativ formaya çevrilir və məhv edilir, nəticədə material tam sterilizasiya olunur.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 59
867) Serodiaqnostika nədir?
A) İmmunqlobulinlərin təyini

B) Xəstənin serumunda anticismin təyini

C) Bakteriyanın təmiz kulturasında antigenin təyini

D) Müayinə materialında antigenin təyini

E) Qan qrupunu təyini
Xəstənin serumunda anticismin təyini

Seroloji müayinə üsulu immun zərdabla immun antigenin spesefik qarşılıqlı təsirinə əsaslanır. İmmunolloji reaksiyalar çox həssas və spesefik olduğundan bu müayinə üsulundan istifadə etdikdə səhvə yol verilmir. Bir sıra yoluxucu xəstəliklər zamanı, birinci həftənin sonunda, bəzən bir qədər gec xəstənin qan zərdabında spesefik immun cismlər əmələ gəlməyə başlayır.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 132
Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin