61) Enterobiozun diaqnostikasında ən effektli üsul hansıdır?
A) Sidiyin müayinəsi
B) Nəcisin müayinəsi
C) Perianal büküşlərdən qaşıntı götürmək
D) Bəlğəmin müayinəsi
E) Rengenoqrafiya
Enterobiozun diaqnostikasında ən effektli üsul perianal büküşlərdən qaşıntı götürmək və onun mikroskopiyasıdır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 280
62) Bağırsaq infeksiyaları ilə mübarizənin əsas istiqamətləri hansıdır?
A) Törədicilərin yayılma yollarının kəsilməsi
B) Təmasda olanların kimyəvi profilaktikası
C) Meylli kontingentlərin immunlaşdırılması
D) İnfeksiya mənbəyinin aşkar edilməsi və zərərsizləşdirilməsi
E) Dispanser müşahidəsi
Bağırsaq infeksiyaları ilə mübarizənin əsas istiqamətləri törədicilərin yayılma yollarının kəsilməsidir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 261
63) Qarın yatalağı və parotit A zamanı infeksiya mənbəyi aşağıdakılardan hansıdır?
A) Gəmiricilər
B) Xəstə heyvan
C) Su, torpaq
D) Xəstə şəxs
E) Quşlar
Qarın yatalağı və parotit A - da infeksiya mənbəyi xəstə şəxs sayılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 164
64) Qarın yatalağı ocağında hansı tədbirlər aparılır?
A) Yalnız cari dezinfeksiya
B) Yekun dezinfeksiya
C) Profilaktiki dezinfeksiya
D) Evlərin havasının dəyişdirilməsi
E) Yalnız nəm üsulla təmizləmə
Yekun dezinfeksiya
Qarın yatalağı ocağında yekun dezinfeksiya tədbirləri aparılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 166
65) Qarın yatalaqlı xəstələrə qarşı hansı tədbirlər görülür?
A) Adətən evdə təcrid edilir
B) Epidemik göstəricilərə görə hospitallaşdırılır
C) Evdə müalicə edilir
D) Mütləq hospitallaşdırılır
E) 25 gün tibbi müşahidə altında saxlanılır
Qarın yatalaqlı xəstələr mütləq hospitallaşdırılır
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 166
66) Qarın yatalağı xəstəliyində inkubasiya müddəti nə qədərdir?
A) 5 - 39 gün
B) 2 - 3 gün
C) 12 saatdan 14 günə qədər
D) 1 gün
E) 15 - 30 gün
Qarın yatalağı xəstəliyində inkubasiya müddəti 5 - 39 gündür.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 164
67) Paratif B - də infeksiya mənbəyi kimdir?
A) Həşəratlar
B) Yalnız insan
C) Yalnız quşlar
D) Yalnız heyvanlar
E) İnsan, heyvan, ev quşları
Paratif B - də infeksiya mənbəyi insan, heyvan, ev quşları sayılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 164
68) Qarın yatalağı xəstəliyinin spesifik profilaktikasında nədən istifadə edirlər?
A) Antibiotik
B) Qammaqlobulin
C) İnterferon
D) Vaksin, bakteriofaq
E) Zərdab
Qarın yatalağı xəstəliyinin spesifik profilaktikasında vaksin, bakteriofaqdan istifadə edirlər.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 169
69) Dizenteriya xəstəliyində infeksiya mənbəyi nədir?
A) Quşlar
B) Xəstə və bakteriya gəzdirənlər
C) Xəstə heyvanlar
D) Tərkibində törədicilər olan qida məhsulları
E) Tərkibində törədicilər olan su
Dizenteriya xəstəliyində infeksiya mənbəyi xəstə və bakteriya gəzdirənlərdir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 172
70) Dizenteriya xəstəliyinin törədicisi nədir?
A) Bakteriya
B) Virus
C) Vibrion
D) Helmint
E) Göbələk
Dizenteriya xəstəliyinin törədicisi şigella növündən,enterobakteria ceae olan bakteriyadır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 711
71) Dizenteriya xəstəliyinin yoluxma mexanizmi nədir?
A) Parenteral
B) Təmas
C) Fekal - oral
D) Hava - damcı
E) Transmissiv
Dizenteriya xəstəliyinin yoluxma mexanizmi fekal - oral yolladır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 173
72) Dizenteriya xəstəliyinə daha çox hansı yaş qrupuna aid insanlar yoluxur?
A) Məktəblilər
B) Yeniyetmələr
C) 3 yaşına qədər uşaqlar
D) Qocalar
E) 25- 30 yaşlı şəxslər
Dizenteriya xəstəliyinə daha çox 3 yaşına qədər uşaqlar tutulur.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 174
73) Eşerixiozlarla ən çox kimlər xəstələnir?
A) 3 yaşından 7 yaşına qədər olan uşaqlar
B) Yaşlı adamlar
C) Orta yaşlılar
D) 3 yaşına qədər uşaqlar
E) Məktəblilər
Eşerixiozlarla ən çox 3 yaşına qədər uşaqlar xəstələnir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 176
74) Əhali arasında viruslu hepatit A ilə yoluxma riski ən yüksək olan qrup hansıdır?
A) Təkrar qan köçürülmüş şəxslər
B) Hemodializ mərkəzi, cərrahiyyə və infeksion şöbələrin tibb işçiləri
C) Narkomanlar
D) Sənaye müəssisələrinin işçiləri
E) Məktəbəqədər və məktəb müəssisələrinin uşaq kollektivləri
Əhali arasında viruslu hepatit A ilə yoluxmaya ən yüksək olan qrup məktəbəqədər və məktəb müəssisələrinin uşaq kollektivləridir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 198
75) Məktəbəqədər uşaq müəssisələrində A viruslu hepatiti qeyd olunduqda planlı peyvəndləri nə vaxt aparmaq olar?
A) 2 aydan sonra
B) 3 aydan sonra
C) 9 aydan sonra
D) 6 aydan sonra
E) 1 aydan sonar
Məktəbəqədər uşaq müəssisələrində A viruslu hepatiti qeyd olunduqda planlı peyvəndləri 2 aydan sonra aparmaq olar.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 199
76) A virus hepatiti ilə xəstələnmiş şəxs ətrafdakılar üçün nə vaxt yoluxucu ola bilər?
A) İnkubasiya dövründə
B) Sağalma dövründə
C) Bütün infeksiya dövründə
D) İnkubasiya dövrünün son 7 - 10 günü, prodromal dövr, sarılığın ilk 3 günündə
E) Rekonvalessent dövründə
A virus hepatiti ilə xəstələnmiş şəxs ətrafdakılar üçün inkubasiya dövrünün son 7 - 10 günü, prodromal dövr, sarılığın ilk 3 günündə yoluxucu ola bilər.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 198
77) Viruslu hepatitin hansı növü fekal - oral yolla yayılır?
A) Viruslu hepatit G
B) Viruslu hepatit D
C) Viruslu hepatit A, E
D) Viruslu hepatit C
E) Viruslu hepatit B
Viruslu hepatitin A, E növləri fekal - oral yolla yayılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 198, 200
78) A viruslu hepatitdə yoluxma mexanizmi necədir?
A) Təmas
B) Fekal - oral
C) Transmissiv
D) Parenteral
E) Vertikal
A viruslu hepatitdə yoluxma mexanizmi fekal - oral yolladır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 198
79) Su vasitəsilə hansı viruslu hepatitə yoluxmaq olar?
A) B viruslu
B) E viruslu
C) C viruslu
D) G viruslu
E) D viruslu
Su vasitəsilə A və E viruslu hepatitə yoluxmaq olar.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 198, 200
80) Viruslu hepatit B ilə yoluxma üçün daha əhəmiyyətli müayinə materialları hansıdır?
A) Qan, sperma
B) Nəcis
C) Öd, ana südü
D) Tər, göz yaşları
E) Sidik
Viruslu hepatit B ilə yoluxma üçün daha əhəmiyyətli müayinə materialları qan və spermadır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 201
81) Poliomielitin törədicisi nədir?
A) Rikketsiyalar
B) İbtidailər
C) Viruslar
D) Helmintlər
E) Bakteriyalar
Poliomielitin törədicisi viruslardır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 192
82) Poliomielit ocağında hansı tədbirlər aparılır?
A) Yekun dezinfeksiya
B) Nəm üsul ilə təmizləmə
C) Havanın dəyişdirilməsi
D) Deratizasiya
E) Yalnız cari dezinfeksiya
Poliomielit ocağında yekun dezinfeksiya tədbirləri aparılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 196
83) Poliomielitin spesifik profilaktikasında aşağıdakılardan hansından istifadə edilir?
A) Cansız vaksin
B) İmmunoqlobulin
C) Kimyəvi vaksin
D) Diri vaksin
E) Anatoksin
Poliomielitin spesifik profilaktikasında diri vaksindən istifadə edilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 196
84) Poliomielit əleyhinə vaksinin vurulma qaydası necədir?
A) Əzələ daxili
B) Dəri altı
C) Dəri üstü
D) Peros
E) İntranazal
Poliomielit əleyhinə vaksin ağızdan (peros) verilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 196
85) Poliomielit əleyhinə immunizasiya hansı yaşlarda aparılır?
A) Uşağın həyatının ilk 24 saatında
B) 7 yaşda
C) 2,3,4 aylığıında
D) 12 aylığında, 6 yaşda
E) Uşağın həyatının 4 - 7 günü, 2,3,4 aylığında, 18 aylıqda
Poliomielit əleyhinə immunizasiya uşağın həyatının 4 - 7 günü, 2, 3, 4 aylığında və 18 aylıqda aparılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 196
86) Poliomielit xəstəliyində yoluxma mexanizmi necədir?
A) Transmissiv
B) Fekal - oral
C) Hava - damcı
D) Təmas
E) Parenteral
Poliomielit xəstəliyində yoluxma mexanizmi fekal - oral yolladır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 195
87) Salmonellaların yayılmasında əsas amillər?
A) Qənnadı məmulatlar
B) Tərəvəz, meyvə
C) Ət və ət yarımfabrikatları
D) Süd
E) Su
Salmonellaların yayılmasında əsas amil ət və ət yarımfabrikatları sayılır.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 465
88) Salmonelyozun yoluxma mexanizmi necədir?
A) Təmas
B) Fekal - oral
C) Vertikal
D) Transmissiv
E) Parenteral
Salmonelyozun yoluxma mexanizmi fekal - oral yolladır.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 465
89) Brusellaların daha patogen növü hansıdır?
A) Bovis
B) Kanis
C) Melitenzis
D) Suis
E) Neotomal
Brusellaların melitenzis növü insan üçün daha patogendir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 228
90) Ornitoz xəstəliyində infeksiya mənbəyi aşağıdakılardan hansıdır?
A) Gəmiricilər
B) Kənd təsərrüfatı heyvanları
C) Quşlar
D) İt, pişik
E) İnsanlar
Ornitoz xəstəliyində infeksiya mənbəyi quşlardır.
Ədəbiyyat: В.И.Покровский, С.Г.Пак, Н.И.Брико, Б.К.Данилкин. Инфекционные болезни и эпидемиология. 2000, səh 252.
91) Ornitozla daha çox kimlər xəstələnir?
A) Deratizatorlar
B) Süd kombinatında işləyənlər
C) Satıcılar
D) Aqranomlar
E) Quşçuluq fermasında işləyənlər
Ornitozla daha çox quşçuluq fermasında işləyənlər xəstələnir.
Ədəbiyyat: В.И.Покровский, С.Г.Пак, Н.И.Брико, Б.К.Данилкин. Инфекционные болезни и эпидемиология. 2000, səh 253.
92) Toksoplazmoz zamanı infeksiya mənbəyi aşağıdakılardan hansı ola bilər?
A) Balıqlar
B) Gəmiricilər
C) İnsanlar
D) Kənd təsərrüfatı heyvanları
E) Pişiklər
Toksoplazmoz zamanı infeksiya mənbəyi pişiklər sayılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 318
93) Toksoplazmozun yoluxma mexanizmi necədir?
A) Transmissiv
B) Parenteral
C) Fekal - oral
D) Təmas
E) Hava – damcı
Toksoplazmozun yoluxma mexanizmi fekal - oral yolladır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 318
94) Botulizmin yayılmasında əsasən hansı amillər iştirak edir?
A) Süd, xama
B) Qənnadı məhsulları
C) Tərəvəz, meyvə
D) Ev şəraitində konservləşdirilmiş məhsullar
E) Su
Botulizmin yayılmasında əsasən ev şəraitində konservləşdirilmiş məhsullar iştirak edir.
Ədəbiyyat: В.И.Покровский, С.Г.Пак, Н.И.Брико, Б.К.Данилкин. Инфекционные болезни и эпидемиология. 2000, səh 164
95) Leptospirozun yayılma yolları hansıdır?
A) Vertikal
B) Qan köçürmə zamanı
C) Su
D) Hava - damcı
E) Transmissiv
Leptospiroz xəstəliyi su yolu ilə yayılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 260
96) Leptospiroza qarşı əhalinin immunizasiyasında hansı vaksin istifadə olunur?
A) Cansız (ölü) vaksin
B) Diri vaksin
C) Anatoksin
D) Kimyəvi vaksin
E) Tetravaksin
Leptospiroza qarşı əhalinin immunizasiyasında cansız (ölü) vaksindən istifadə olunur.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 263
97) Vəba xəstəliyində epidemioloji cəhətdən kimlər daha təhlükəlidir?
A) Tranzitor vibrion gəzdiriciləri
B) Atipik formaları vəba xəstələri
C) Qeyri - patogen vibrion gəzdiriciləri
D) Xroniki formalı vəba xəstələri
E) Tipik formalı vəba xəstələri
Vəba xəstəliyində epidemioloji cəhətdən tipik formalı vəba xəstələri daha təhlükəlidir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 182
98) Vəba ocağında hansı tədbirlər aparılır?
A) Yalnız nəm üsulla təmizləmə
B) Dezinfeksiya xidmətinin gücü ilə yekun (son) dezinfeksiya
C) Otağın havasının dəyişdirilməsi
D) Ailə növlərinin gücü ilə sonuncu dezinfeksiya
E) Deratizasiya
Vəba ocağında dezinfeksiya xidmətinin gücü ilə yekun (son) dezinfeksiya tədbirləri aparılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 186
99) Vəbalı xəstələrlə təmasda olanlar üzərində tibbi müşahidənin müddəti nə qədərdir?
A) 30 gün
B) 14 gün
C) 21 gün
D) 5 gün
E) 3 gün
Vəbalı xəstələrlə təmasda olanlar üzərində tibbi müşahidənin müddəti 5 günə qədərdir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 186
100) Vəba xəstəliyi hansı yolla yayılır?
A) Su
B) Hava - toz
C) Hava - damcı
D) Transmissiv
E) Cinsi
Vəba xəstəliyi su, qida, məişət - təmas yolu ilə yayılır, lakin su yolunun əhəmiyyəti daha böyükdür.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 183
101) Xüsusi təhlükəli infeksiyalar qeydə alındıqda ocağın lokalizasiya və ləğvinə aid işləri kim təşkil edir?
A) Kommunal xidməti
B) Müalicə xidməti
C) Fövqəladə əksepidemik xidmət
D) İcra orqanları
E) Respublika GEM – i
Xüsusi təhlükəli infeksiyalar qeydə alındıqda ocağın lokalizasiya və ləğvinə aid işləri Fövqəladə əksepidemik xidmət təşkil edir
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 329
102) Bruselyozun spesifik profilaktikasında törədicinin hansı növündən istifadə edilir?
A) Kanis
B) Melitenzis
C) Neotomal
D) Suis
E) Bovis
Bruselyozun spesifik profilaktikasında törədicinin Bovis növündən istifadə edilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 227
103) Mexaniki (qeyri - spesifik) yolla xəstəlik törədicilərini yayan həşərat hansıdır?
A) Bit
B) Gənə
C) Ağcaqanad
D) Hünü
E) Milçək
Qeyri - spesifik (mexaniki) yolla xəstəlik törədicilərini yayan həşərat milçəklərdir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 87
104) İersinioz və psevdo - vərəm xəstəliklərinin əsas yayılma yolları nədir?
A) Hava - toz
B) Məişət - təmas
C) Su
D) Qida
E) Həşəratlar
İersinioz və psevdo - vərəm xəstəliklərinin əsas yayılma yolları qida vasitəsilədir.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 544, 550
105) Bağırsaq infeksiyaların törədicilərinin mexaniki keçiriciləri nə ola bilər?
A) Gənə
B) Sese milçəyi
C) Ağcaqanad
D) Sinantrop milçəklər
E) Birələr
Bağırsaq infeksiyaların törədicilərinin mexaniki keçiriciləri sinantrop milçəklərdir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 87
106) Tənəffüs yollarının infeksiyalarına məxsus epidemioloji əlamətlər nədən ibarətdir?
A) Əsasən yaşlı adamların xəstələnməsi
B) Əsasən uşaqların xəstələnməsi
C) Mövsümlər üzrə xəstəliyin bərabər paylanması
D) Xəstəliyin sporadik tipi: bir neçə il ərzində eyni qaydada xəstələnmə, ilin isti vaxtlarında xəstəliyin mövsümü artması
E) Xəstəliyin epidemik tipi: bir neçə il ərzində xəstəliyin dövrü olaraq qalxması və enməsi, ilin soyuq vaxtında xəstəliyin mövsümü olaraq qalxması
Tənəffüs yollarının infeksiyalarına məxsus epidemioloji əlamətlər xəstəliyin epidemik tipi: bir neçə il ərzində xəstəliyin dövrü olaraq qalxması və enməsi, ilin soyuq vaxtında xəstəliyin mövsümü olaraq qalxması xarakterikdir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 221
107) Tənəffüs yolu infeksiyalarının yoluxma mexanizmi hansıdır?
A) Parenteral
B) Fekal - oral
C) Transmissiv
D) Təmas
E) Aerogen
Tənəffüs yolu infeksiyalarının yoluxma mexanizmi aerogen yolladır
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 122
108) Difteriyada infeksiya mənbəyi aşağıdakılardan hansıdır?
A) Rekonvalessent, bakteriyagəzdiricilər
B) Difteriyalı xəstənin burun möhtəviyyatı
C) Heyvanlar
D) Həşəratlar
E) Qeyri - patogen törədici gəzdirənlər
Difteriyada infeksiya mənbəyi xəstə, rekonvalessent, bakteriyagəzdiricilər sayılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 141
109) Poliklinika işçilərini difteriyadan mühafizə məqsədilə həyata keçirilən ən vacib tədbir hansıdır?
A) Respiratordan istifadə edilməsi
B) Qidalanmanın gücləndirilməsi
C) Dezinfeksiyanın aparılması
D) Kabinetlərin vaxtaşırı olaraq bakteriosid lampalarla şüalanması
E) İşçilərin ADT - anatoksini ilə immunizasiyası
Poliklinika işçilərinin difteriyadan mühafizəsi üçün ən vacib tədbir respiratordan istifadə edilməsidir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 145
110) Difteriya ocağında təmasda olanların müşahidə müddəti nə qədərdir?
A) 5 gün
B) 17 gün
C) 20 gün
D) 30 gün
E) 7 gün
Difteriya ocağında təmasda olanların müşahidə müddəti 7 gündür.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 145
111) Difteriyaya şübhə olduqda xəstədən bakterioloji müayinə üçün hansı material götürülür?
A) Öd, nəcis
B) Qan, sidik
C) Nəcis
D) Tər, ana südü
E) Burun - udlaqdan, əsnəkdən selik
Difteriyaya şübhə olduqda xəstədən bakterioloji müayinə üçün burun - udlaqdan, əsnəkdən selik götürülür.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 144
112) Skarlatina xəstəliyinin törədicisi nədir?
A) Rikketsiyalar
B) Virus
C) Göbələklər
D) İbtidailər
E) Bakteriya
Skarlatina xəstəliyinin törədicisi bakteriyalardır (A qruplu hemolitik streptokokları).
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 293
113) Skarlatinanın yoluxma mexanizmi aşağıdakılardan hansıdır?
A) Təmas
B) Hava - damcı, hava - toz
C) Parenteral
D) Transmissiv
E) Fekal – oral
Skarlatinanın yoluxma mexanizmi hava - damcı, hava - toz yollu ilədir.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 297
114) Skarlatinaya qarşı kollektivdə hansı tədbirlər görülür?
A) 7 gün müddətinə karantin
B) Deratizasiya
C) İmmunizasiya
D) Fluroqrafiya
E) Dezinfeksiya
Uşaq məktəbəqədər müəssisələrində 7 gün müddətinə karantin təyin edilir.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 304
115) Göyöskürək törədicisinin yayılma yolları hansıdır?
A) Yoluxmuş əşyalar vasitəsilə
B) Hava - toz
C) Su vasitəsilə
D) Hava - damcı
E) Qida vasitəsilə
Göyöskürək xəstəliyinin törədicisi hava - damcı yolla yayılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 148
116) Göyöskürəkdə infeksiya mənbəyi aşağıdakılardan hansıdır?
A) Xəstə insan və bakteriya gəzdirənlər
B) Xəstə heyvanlar
C) Hava
D) Torpaq
E) Xəstə quşlar
Göyöskürəkdə infeksiya mənbəyi xəstə insan və bakteriya gəzdirənlər sayılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 147
117) Göyöskürək ocağında hansı tədbirlər aparılır?
A) Profilaktiki dezinfeksiya
B) Yekun (son) dezinfeksiya
C) Cari dezinfeksiya
D) Nəm üsulla təmizləmə, havanın dəyişdirilməsi
E) Dezinfeksiya
Göyöskürək ocağında nəm üsulla təmizləmə, havanın dəyişdirilməsi tədbirləri aparılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 148
118) AGDT vaksini orqanizmə necə yeridilir?
A) Dəri içi
B) Dəri altı
C) Əzələ daxili
D) Vena daxili
E) Dəri üstü
AGDT vaksinini budun bayır səthinə, əzələ daxilinə vurulur.
Ədəbiyyat: “Təcrübədə İmmunlaşdırma”. Modul 2 – Vaksinlər. 2007, səh 7
119) Meninqokok infeksiyası ilə yoluxma təhlükəsi necə müəyyən edilir?
A) İnfeksiya mənbəyindən məsafə ilə, infeksiya mənbəyi ilə uzun müddətli təmas ilə
B) Xəstənin yaşı ilə
C) Ətraf mühitin temperaturu ilə
D) Xəstəliyin ağırlığı ilə
E) Xəstənin cinsi ilə
Meninqokokk infeksiyası ilə yoluxma təhlükəsi infeksiya mənbəyindən məsafə və infeksiya mənbəyi ilə uzun müddətli təmas ilə müəyyən edilir.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 308
120) Meninqokok infeksiya ocağında təmasda olanların təcili spesifik profilaktikası nə ilə aparılır?
A) Bakteriofaq
B) İmmunoqlobulin, vaksin
C) Antibiotik
D) İnterferon
E) Anatoksin
Meninqokokk infeksiya ocağında təmasda olanların təcili spesifik profilaktikası üçün immunoqlobulin və vaksindən istifadə edilir.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 312
121) Meninqokokk infeksiyasında aşağıdakılardan hansı infeksiya mənbəyidir?
A) Gəmiricilər
B) Xəstə insanlar
C) Xəstə quşlar
D) Xəstə heyvanlar
E) Həşəratlar
Meninqokokk infeksiyasında xəstə insanlar infeksiya mənbəyi sayılır.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 306
122) Vərəm xəstəliyində infeksiya mənbəyiaşağıdakılardan hansıdır?
A) Hava
B) Xəstə insan, heyvan
C) Xəstə heyvan, gəmiricilər
D) Həşəratlar
E) Bəlğəm
Vərəm xəstəliyində infeksiya mənbəyi xəstə insan, heyvan sayılır.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 315
Dostları ilə paylaş: |