Sanitar-feldşer ixtisası üzrə nümunəvi test sualları Bölmə Epidemiologiya


) Manna yarmasını hansı dəndən istehsal edirlər?



Yüklə 2,12 Mb.
səhifə8/23
tarix26.11.2016
ölçüsü2,12 Mb.
#177
1   ...   4   5   6   7   8   9   10   11   ...   23

409) Manna yarmasını hansı dəndən istehsal edirlər?
A) Qarabaşaq

B) Arpa


C) Buğda

D) Darı


E) Düyü
Manna yarmasını buğdadan istehsal edirlər.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.137
410) Yaxşı keyfiyyətli buğda ununda kleykevinanın miqdarı nə qədərdir?
A) 35 - 40%

B) 30 - 35%

C) 20 - 30%

D) 40 - 50%

E) 40 - 45%
Yaxşı keyfiyyətli buğda ununda kleykevinanın miqdarı 20 - 30%.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.145
411) Xəmirin yumşalması necə aparılır?
A) Bakteriyalar, maya və kimyəvi yumşaldıcı preparatlarla

B) Sirkə ilə

C) Çay sodası ilə

D) Maya və çay sodası

E) Çay sodası və sirkə ilə
Xəmirin yumşalması bakteriyalar, maya və kimyəvi yumşaldıcı preparatlarla aparılır.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.151
412) Unun dadı necə olmalıdır?
A) Turşumuş

B) Şirin


C) Azca şirintəhər

D) Acıtəhər

E) Azca turştəhər
Keyfiyyətli təzə unun dadı azca şirintəhər olmalıdır.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.144
413) Hansı xəstəlik heyvanlardan insanlara süd vasitəsilə keçə bilər?
A) Brusellyoz, opistorxoz

B) Brusellyoz, botulizm

C) Brusellyoz, difillobottioz

D) Vərəm, brusellyoz, botulizm

E) Brusellyoz, vərəm, qarayara, ku–qızdırması
Heyvanlarda olan brusellyoz, vərəm, qara yara, ku– qızdırması və s. xəstəliklər süd vasitəsilə insanlara keçə bilər.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.209
414) Nəyə görə yaşlı adamların qidalanmasında qarabaşaq istifadə etmək tövsiyyə olunur?
A) Tərkibində sellüloza çoxdur

B) Zülalda lizin azdır

C) Tərkibində nişasta çoxdur

D) Tərkibində zülal çoxdur

E) Tərkibində zülal azdır
Qarabaşaq yarmasında sellüloza çox olduğu üçün yaşlı adamların qidalanmaslında istifadə etmək tövsiyyə olunur.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.138
415) Dənin üyüdülməsindən sonra onun yetişməsi üçün ən az nə qədər vaxt tələb olunur?
A) 1,5 ay

B) 7 sutka

C) 2 - 3 sutka

D) 2 ay


E) 10 sutka
Dənin üyüdülməsindən sonra onun yetişməsi üçün 2 - 3 sutka lazımdır.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.144
416) Əzələ toxumasının tərkibində hansı zülal yoxdur?
A) Miogen

B) Globulin

C) Kollagen

D) Aktin


E) Miozin
Əzələ toxumasında kollagen yoxdur. Əzələ toxumasında olan zülallar aktin, miozin, miogen, qlobulin.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.164
417) Eventrasiya nə deməkdir?
A) Ətin yetişməsi

B) Ətin soyudulması

C) Heyvanların dərisinin soyulması

D) Heyvanların daxili orqanlarının çıxarılması

E) Cəmdəyin qansızlaşdırılması
Eventrasiya heyvanların daxili orqanlarının çıxarılması deməkdir.
Ədəbiyyat: A.И,Горшков, О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.166
418) Hansı xəstəliklər heyvanlardan insana ət vasitəsilə keçə bilər?
A) Brusellyoz, difillobotrioz

B) Brusellyoz, ku - qızdırması, vərəm

C) Brusellyoz, qarayara, dabaq, vərəm

D) Brusellyoz, opistorxoz

E) Brusellyoz, dabaq
İnsana ət vasitəsilə brusellyoz, qara yara, dabaq, vərəm və s. xəstəliklər keçir.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.170 - 171
419) Dabaqla xəstə olan heyvanların ətini necə realizə etmək olar ?
A) Yarımfabrikatlar hazırlamaq

B) Təcili ləğv etmək

C) Bişmiş kolbasa və konservlər hazırlamaq

D) Təhlükəsiz olduğu üçün dərhal istifadəyə vermək

E) Təcili cəmdəkləri zərərsizləşdirmək
Dabaqla xəstə olan heyvanların ətini bişmiş kolbasa və konservlərin hazırlanması üçün göndərilir.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.172
420) Trixinellalı ətlə qidalandıqdan sonra neçə gün ərzində trixinellalar insanın bağırsağında yetkin formaya çevrilir?
A) 15 - 18 gün sonra

B) 5 - 7 gün sonra

C) 10 - 12 gün sonra

D) 8 - 10 gün sonra

E) 2 - 3 gün sonar
Trixinellalı ətlə qidalandıqdan sonra 2 - 3 gün sonra sürfələr yetkin formaya çevrilir.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.169
421) Heyvanın daxili orqanlarını nə vaxt çıxartmaq lazımdır?
A) Qansızlaşdırdıqdan sonra 30 - 40 dəqiqədən gec olmayaraq

B) Ət soyuduqdan sonra 1saat ərzində

C) Ət soyuduqdan sonra 30 - 40 dəqiqədən gec olmayaraq

D) Ət yetişdikdən sonra 2 saatdan gec olmayaraq

E) Ət yetişdikdən sonra 1 saatdan gec olmayaraq
Heyvanın daxili orqanlarının qansızlaşdırdıqdan 30 - 40 dəqiqədən gec olmayaraq çıxartmaq lazımdır.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.175
422) Heyvanın qanı hansı məqsədlə istifadə olunur?
A) Yalnız texniki

B) Yalnız tibbi

C) Qidalanma, tibbi, texniki

D) Yalnız tibbi və texniki

E) Yalnız qidalanma

Heyvanların qanı qidalanma, tibbi və texniki məqsəd ilə istifadə olunur.


Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.175
423) Hansı heyvanın əti trixinellyozun mənbəyi ola bilər?
A) Dovşan

B) İnək


C) Donuz

D) Qoyun


E) Quş
Donuz əti trixinellyozun mənbəyi ola bilər.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.169
424) Bişmiş kolbasalarda suyun miqdarı nə qədərdir?
A) 53 - 71%

B) 30% qədər

C) 25% qədər

D) 40% qədər

E) 25 - 49%
Bişmiş kolbasalarda 53 - 71% su var.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.179
425) Kolbasalar xarab olduqda nə baş verə bilməz?
A) Qaralma

B) Çürümə

C) Turş qıcqırma

D) Qaxsıma

E) Kif atma
Kolbasalar xarab olduqda turş qıcqırma, qaxsıma, kif atma, çürümə baş verir (spirtli qıcqırma olmur).
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.184
426) 40 sm² ətin sahəsində 2 ədəd finna tapılarsa nə etmək lazımdır?
A) Ticarət şəbəkəsinə göndərmək

B) İctimai iaşə müəssisələrinə göndərmək

C) Heyvanların yemi kimi istifadə etmək

D) Duzlama, dondurulma və bişirilmə üsulu ilə zərərsizləşdirmək

E) Ləğv etmək
40 sm2 ətin sahəsində 2 ədəd finna tapılarsa belə əti duzlama, dondurulma və bişirilmə üsulu ilə zərərsizləşdirmək lazımdır.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.168
427) Qızardılma kameralarında hansı kolbasalar qızarmır?
A) Hisli və yarım hisli

B) Yarım hisli

C) Çiy hisli

D) Bişmiş

E) Hisli
Qızardılma kameralarında çiy hisli kolbasalardan başqa bütün kolbasalar qızardılır (kolbasalar quruyur, qabığı möhkəmlənir, qiymənin dadı və iyi yaxşılaşır).
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.181
428) Yumurtaların təzəliyini hansı cihazla təyin etmək olar?
A) Ovoskop

B) Juravlyov aləti ilə

C) Mikroskop

D) Butirometr

E) Laktodensimetr
Yumurtaların təzəliyini ovoskopla təyin etmək olar.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.191
429) Yumurta sarısı hansı vitaminlərin mənbəyidir?
A) A, E, K, B2

B) A, D, B1, B6

C) A, D, E, K

D) A, D, C, PP

E) A, D, E, B6
Yumurta sarısı A, D, E, K vitaminlərinin mənbəyidir.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.188
430) Yumurtaların tərkibində hansı yüksək keyfiyyətli zülal daxildir?
A) İxtulin

B) Konalbumin

C) Miozin

D) Aktin


E) Miogen
Yumurtaların tərkibinə konalbumin, ovoalbumin, ovoqlobulin və s. zülallar daxildir.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.187
431) Yumurta melanjının saxlama müddətini uzatmaq üçün nə etmək lazımdır?
A) Dondurmaq

B) Duzlamaq

C) Sterilizasiya

D) Pasterizasiya

E) Dezinfeksiya
Yumurta melanjının saxlama müddətini uzatmaq üçün onu dondurmaq lazımdır - 18 - 210C 72 saat ərzində.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.191
432) Balığın tərkibində hansı spesifik zülal var?
A) Miozin

B) İxtulin

C) Miogen

D) Ovoglobulin

E) Aktin
Balığın zülalı ixtulin adlanır.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.193
433) Kimyəvi tərkibinə görə balıq yeyinti məhsullarının hansı qrupuna aiddir?
A) Zülallı - yağlı-karbohidratlı

B) Yağlı


C) Yağlı - zülallı

D) Zülallı

E) Yağlı - karbohidratlı

Balıq tam dəyərli zülal, tez mənimsənilən yağ mənbəyi olduğu üçün yağlı - zülallı qrupa aiddir.


Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.193
434) Hansı balıq növündə yağın miqdarı daha çoxdur?
A) Karp

B) Dəniz ulduzu

C) Navaqa

D) İlanbalıq

E) Tresqa
İlanbalığnda yağın miqdarı daha çoxdur.
Ədəbiyyat: A.И,Горшков, О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.194
435) Balıq zülalında hansı aminturşular daha çoxdur?
A) Triptofan, treonin, lizin

B) Lizin, treonin, arqinin

C) Metionin, leysin, izoleysin

D) Treonin, leysin, arginin

E) Metionin, lizin, triptofan
Balıq zülalında metionin, lizin, triptofan aminturşuların miqdarı daha çoxdur.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.194
436) Hansı balıq dəriyeyən böcəyin sürfələri ilə zədələnmir?
A) Qaxac edilmiş, hisli, qurudulmuş

B) Siyənək

C) Duzlu

D) Marinadlaşdırılmış

E) İlanbalığı
Marinadlaşmış balıq dəriyeyən böcəyin sürfələri ilə zədələnmir.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.198
437) Südün xüsusi çəkisi hansı cihazla təyin edilir?
A) Ovoskopla

B) Bitirometrlə

C) Laktodensimetrlə

D) Juravlyov aləti ilə

E) Mironenko aləti ilə
Südün xüsusi çəkisi laktodensimetrlə təyin edilir.
Ədəbiyyat: N.Bağırov “Qidalanma gigiyenasının praktiki məşğələlərinə rəhbərlik”. “Maarif” Bakı 1977 səh.90
438) Südün təzə olduğunu təyin etmək üçün hansı müayinələrdən istifadə edirlər?
A) Xüsusi çəkinin, NaCl təyini

B) Xüsusi çəkinin, quru qalığın, yağlılığın, turşuluğun təyini

C) Quru qalığın, NaCl təyini

D) Xüsusi çəkinin, uçucu yağ turşuların təyini

E) Quru qalığın, uçucu yağ turşuların təyini
Südün təzə olduğunu təyin etmək üçün südün xüsusi çəkisinin, quru qalığın, yağlılığın, turşuluğun göstəricilərindən istifadə edirlər.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.207
439) Süddə olan yağın miqdarı hansı cihazla təyin edilir?
A) Ovoskop

B) Butirometr

C) Laktodensimetr

D) Juravlyov aləti ilə

E) Mironenko aləti ilə
Süddə olan yağın miqdarını butirometr (yağölçən alət) vasitəsilə təyin edirlər.
Ədəbiyyat: N.Bağırov “Qidalanma gigiyenasının praktiki məşğələlərinə rəhbərlik”. “Maarif” Bakı 1977 səh.91
440) İctimai iaşə müəssisələrinin layihəsində hansı binalar qrupu nəzərdə tutulmur?
A) Texniki

B) İnzibati - məişət

C) İstehsalat otaqları

D) Anbar otaqları

E) Ticarət
İctimai iaşə müəssisələrinin layihəsində ticarət qrupu nəzərdə tutulmur.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.266
441) Yeyinti müəssisələri işçilərində olan irinli xəstəliklər nəyə səbəb ola bilər?
A) stafilokoklar məhsulları çirkləndirə bilər

B) salmonellalar məhsulları çirkləndirə bilər

C) diplokoklar məhsulları çirkləndirə bilər

D) enterokoklar məhsulları çirkləndirə bilər

E) streptokoklar məhsulları çirkləndirə bilər
İrində olan stafilokoklar məhsulları çirkləndirə bilər.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.264
442) Salmonellyoz əsasən (60%) hansı məhsullardan keçə bilər?
A) Qənnadı məmulatları

B) Balıq


C) Ət və ət məhsulları

D) Süd və süd məhsulları

E) Yumurta
Salmonellyoz əsasən (60%) ət və ət məhsulları keçə bilir.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.358
443) Xəstədə qastroenterokolit, qaraciyər zədələnməsi, poliartrit, dəri və boyun limfa vəzilərinin iltihabı müəyyən edilib.Yüksək hərarəti var. EÇS -80 mm/saat-dır.Toksikoinfeksiyaya hansı mikrob səbəb olub?
A) Cl.perfringens

B) Protey çöpləri

C) Yersinia

D) Enterokoklar

E) Bac.cereus
Toksikoinfeksiyaya səbəb Yersiniadır.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.355
444) Hansı tərəvəzin tərkibində Solanin var?
A) Kələm

B) Kartof

C) Çuğundur

D) Kök


E) Pomidor
Solanin kartofda olur.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.382
445) Çəyirdəkli meyvələrin ləpəsində hansı qlikozid var?
A) Musqarin

B) Fazin


C) Amiqdalin

D) Solanin

E) Musqaridin
Çəyirdəkli meyvələrin ləpəsində amiqdalin adlı qlikozid var.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.382
446) Hansı göbələyin tərkibində amanitin və falloidin adlı toksiki maddə var?
A) Quzuqulağı

B) Solğun əzvay

C) Xoruzgöbələyi

D) Asılqan göbələk

E) Şampinyon
Solğun əzvay göbələyində amanitin və falloidin deyilən toksiki maddə var.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.378
447) Hansı məhsullarda Bac.cereus inkişaf etmir?
A) Ət qiyməsi, tərəvəz salatları

B) Paştet, qaynanmış süd

C) Qaynanmış süd, tərəvəz salatları

D) Süd turşulu məhsullar

E) Ət qiyməsi, paştet
Süd turşulu məhsullarda Bac.cereus inkişaf etmir.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.351
448) İnsan orqanizmində yalnız toksinin təsirindən hansı xəstəliklər baş verir?
A) İnfeksiyalar

B) Nefritlər

C) İntoksikasiyalar

D) Mikozlar

E) Nevritlər
İnsan orqanizmində yalnız toksin təsirindən baş verən xəstəliklər intoksikasiya və ya qida toksikozu deyilir.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.338

Bölmə 3. Kommunal gigiyena

449) Gigiyena sözünün mənası nədir?
A) Orqanizmin möhkəmləndirilməsi

B) Sağlam həyat tərzi

C) Sağlamlıq gətirən

D) Təmizlik

E) Xəstəliyin qarşısını alan
Sağlamlıq gətirən“Gigiyena ” sozü yunanaca “Hygienos” sözündən götürülmüş və mənası sağlamlıq gətirən deməkdir.
Ədəbiyyat: Р.Д.Габович , С.С. Рознански «Гигиена» Маариф 1987 cтр 3
450) Sanitariya sözünün mənası nədir?
A) Ekoloji şərait

B) Sağlamlıq

C) Xəstəliyin qarşısını almaq

D) Xəstəliklərə davamlılıq

E) Təmizlik
Sağlamlıq
Ədəbiyyat: Р.Д.Габович , С.С. Рознански «Гигиена» Маариф 1987 стр 5
451) Havanın temperaturu və rütubəti hansı amillərə aiddir?
A) Ekoloji

B) Kimyəvi

C) Bioloji

D) İctimai

E) Fiziki
Fiziki

Havanın temperaturu rütubəti,hərəkəti,atmosfor təzyiqi,günəş radiasiyası, səs - küy,vibrasiya radisktiv şualanma və s. orqanizmə təsir göstərən xarici mühitin fiziki amillərinə aiddir.


Ədəbiyyat: Р.Д.Габович , С.С. Рознански «Гигиена» Маариф 1987 стр 5
452) Mikroorqanizmlər hansı amillərə aiddir?
A) Ekoloji

B) Fiziki

C) İctimai

D) Kimyəvi

E) Bioloji
Bioloji

Xarici mühitin bioloji amillərinə müxtəlif canlı varlıqlar aiddir . Bunlara patogen mikroorqanizmlər viruslar,helmintlər, göbələklər və s. aiidir.


Ədəbiyyat: Р.Д.Габович , С.С. Рознански «Гигиена» Маариф 1987 стр 5
453) Sanitar həkim köməkçisinin funksiyalarına aşağıdakılardan hansı aid deyil?
A) Müayinə üçün nümunələr götürmək

B) Tibbi müayinələrin keçirilməsi

C) Müayinə aktını tərtib etmək

D) Sanitar maarifi işi aparmaq

E) Sanitar müayinələr aparmaq
Tibbi müayinələrin keçirilməsi

Sanitar həkim köməkçisinin funksiyalarına aiddir. Sanitar müayinələr aparmaq müayinə nəticələrinə aktda qeyd etmək, Laborator müayinələr üçün nümunələr götürmək tibbi müayinələrkeçirilməsinə nəzarət etmək , sanitar maarif işi aparmaq və s.


Ədəbiyyat: А.И.Горшков,О.В.Липатова «Гигиена питания » Москва Медицина 1985
454) “Sanitariya epidemioloji salamatlıq haqqında”qanun nə vaxt qəbul edilib?
A) 10 noyabr 1992 - ci il

B) 22 oktyabr 1996 - cı il

C) 17 noyabr 1997 ci il

D) 7aprel 1994 - cü il

E) 11 iyun 1998 - ci il
10 noyabr 1992 - ci il

Sanitar iya epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasının qanunu 10 noyabr 1992 - ci ildə qəbul edilmişdir. Bu qanun 7 fəsil 41 maddədən ibarətdir.


Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Səhiyyə sahəsində Azərbaycan Respublikası qanunlar toplusu”.Bakı 2000 səh 71 - 98
455) Aşağıdakılardan hansı sanitar həkim köməkçisinin səlahiyyətlərinə aid deyil?
A) Nöqsanların aradan qaldırılması üçün göstərişlər vermək

B) İstənilən məhsullardan müayinə üçün nümunələr götürmək

C) Obyektin istehsalat göstəricilərinə nəzarət etmək

D) İstənilən vaxt xidməti vəsiqəsini təqdim etməklə obyektə daxil olmaq

E) Obyektin sanitar epidemioloji vəziyyətini aydınlaşdırmaq üçün müvafiq sənədləri tələb etmək
Obyektin istehsalat göstəricilərinə nəzarət etmək

Sanitar nəzarəti üzrə qanuna əsasən sanitar həkim köməkçisi aşağıdakı hüquqlara malikdir. Sutkanın istənilən vaxtındaxidmət vəsiqəsini təqdim etməklə obyektə maneəsiz daxil olmaq və sanitar pozğunluqların aradan qaldırılmasını tələb etmək, vəzifəli şəxslərdən lazım olan məlimatları və sənədləri tələb etmək məhsullardan laborator müayinə üçün nümunələr götürmək və s.


Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова.Гигиена питания .«Медицина» Москва. 1987 cтр 406
456) M 1:500 miqyaslı layihədə otağın uzunluğu 2sm göstərilibsə onun həqiqi uzunluğu nə qədər olmalıdır?
A) 10,0 m

B) 15,0 m

C) 12,0 m

D) 5,0 m


E) 7,5 m
10,0 m

Miqyas M1: 500 olarsa bu o deməkdir ki, layihədə göstərilən 1 sm ölçüyə 500 sm uyğun gəlir. Ona görə də layihədə 2 sm uzunluqda olan otağın uzunluğu 1000sm və ya 10 m - dir.


Ədəbiyyat: M.A.Kazımov. İ.H.Səmədov.Ümumi gigiyena.Bakı 1999 səh 240 - 242
457) Atmosfer havasında O2 - nin miqdarı nə qədərdir?
A) 17 - 18%

B) 78 - 79%

C) 32 - 33%

D) 20 - 21%

E) 10 - 12%
20 - 21%

Atmosfer havasının əsas tərkib hissəsi O2 N2 və CO2 qazlarından ibarətdir. Havada O2 - nin miqdarı 20 - 21% təşkil edir. Bu miqdar havanın çirklənməsi yer səthindən olan hündürlük,yaşıllıqların vəziyyəti və s. səbəblərdən dəyişə bilər.

Ədəbiyyat: Р.Д.Габович , С.С. Рознански «Гигиена» Маариф 1987 стр 40 - 41
458) Təbiətdə CO2 hansı proseslərdə əmələ gəlir?
A) Mikroiqlim şəraiti dəyişdikdə

B) Yaşayış yerlərinin abadlaşdırılmasında

C) Fotosintez prosesində

D) Tənəffüs,yanma,qıcqırma prosesində

E) Radioaktiv şüalanmada
Tənəffüs,yanma,qıcqırma prosesində

Oksigen (O2) iştirakı ilə gedən reaksiyalar oksidləşmə reaksiyalarına aiddir. Bu zaman müxtəlif oksidlər əmələ gəlir. Tərkibində karbon [C] olan maddələrin oksidləşməsi(yanması) CO2 - nin əmələ gəlməsi ilə müşaiyət olunur. Tənəffüs, yanma, qıcqırma, prosesləri CO2 –nin ayrılması ilə gedir., bu da təbiətdə CO2 - nin yaranma səbəblərindəndir.


Ədəbiyyat: Е.П.Вишневская.Т.А.Козлова.Г.И.Румянцев.Е.Ф.Черкасов.Общая гигиена.1987. cтр.90 - 93
459) Nəfəslə udulan havada CO2-nin miqdarı artdıqda orqanizmdə hansı proses baş verir?
A) İstilik mübadiləsini pozulur

B) Ürək fəaliyyəti zəifləyir

C) Maddələr mübadiləsini sürətlənir

D) Tənəffüs tezləşir

E) İmmun sistem güclənir
Tənəffüsü tezləşdirir

Karbon qazı (CO2) tənəffüsün tənzimləyicisidir.Qanda CO2 - nin miqdarı tənəffüs mərkəzini qıcıqlandırır. Yəni CO2 - nin miqdarı artdıqda tənəffüsü tezləşdirir


Ədəbiyyat: Р.Д.Габович , С.С. Рознански «Гигиена» Маариф 1987 стр 40 - 41
460) Aşağı atmosfer təzyiqinin orqanizmə təsiri hansı hündürlük səviyyəsində hiss olunmağa başlayır?
A) 2000 m

B) 1200 m

C) 3000 m

D) 1600 m

E) 1800 m
3000 m.

Yer səthindən hündürlüyə qalxdıqca havanın seyrəkləşməsi və qazların miqdarının azalması baş verir, onların parsial aşağı düşür, beləliklə atmosfer təzyiq aşağı düşür. Atmosfer təzyiqin azalması hipoksiya əlamətləri dəniz səviyyəsindən 3000 m hündürlükdə hiss olunmağa başlayır.

Ədəbiyyat: N.A.Kazımov. İ.H.Səmədov.Ümumi gigiyena.Bakı 1999 səh 36 - 40
461) Havanın rütubətinin artması orqanizmə nə cür təsir göstərir?
A) Maddələr mübadiləsini sürətləndirir

B) İstiliyin xaric olmasını sürətləndirir

C) Qan dövranını sürətləndirir

D) Maddələr mübadiləsini zəiflədir

E) İstiliyin xaric olmasını çətinləşdirir
İstiliyin xaric olmasını çətinləşdirir

Havanın rütubəti orqanizmin istilik mübadiləsinə təsir göstərir, belə ki, rütubət artdıqda buxarlanma zəifləyir və bədəndən itirilən istiliyin miqdarı azalır. Çünki buxarlanma soyuma ilə müşaiyət olunur.


Ədəbiyyat: Е.П.Вишневская.Т.А.Козлова.Г.И.Румянцев.Е.Ф.Черкасов.Общая гигиена.1973. стр 64 - 66
462) Havanın hərəkət sürətinin artması orqanizmənecə təsir göstərir?
A) Maddələr mübadiləsini sürətləndirir

B) Qan dövranını sürətləndirir

C) İstiliyin xaric olmasını sürətləndirir

D) Maddələr mübadiləsini zəiflədir

E) İstiliyin xaric olmasını zəiflədir
İstiliyin xaric olmasını sürətləndirir

Havanın hərəkəti bədən səthindən buxarlanmanı artırır. Bu isə soyumaya səbəb olur. Ona görə də havanın hərəkət surəti artdıqda istiliyin xaric olması surətlənir.

Ədəbiyyat: Е.П.Вишневская.Т.А.Козлова.Г.И.Румянцев.Е.Ф.Черкасов.Общая гигиена.1973. стр 66 - 67
463) Nisbi rütubət yüksək olduqda nə üçün orqanizmdən istilik xaric olması çətinləşir?
A) Maddələr mübadiləsi zəifləyir

B) Tənəffüs prosesi pozulur

C) Bədən səthindən buxarlanma sürətlənir

D) Bədən səthindən buxarlanma zəifləyir

E) Qan damarları genişlənir
Bədən səthindən buxarlanma zəifləyir

Nisbi rütubət yüksək olduqda bədən səthindən buxarlanma zəifləyir, bu da orqanizmdən istiliyin xaric olmasını zəiflədir.

Ədəbiyyat: Е.П.Вишневская.Т.А.Козлова.Г.И.Румянцев.Е.Ф.Черкасов.Общая гигиена.1973 стр 64 - 66
464) İnsanlar üçün əlverişli temperatur‚nisbi rütubət və havanın hərəkət sürətinin göstəriciləri hansılardır?
A) 18 - 22°C. 40 - 60%. 0,3 - 0,5 m/san

B) 26 - 28°C. 70 - 80%. 0,1 - 0,2 m/san

C) 23 - 25°C. 70 - 75%. 1,3 - 1,5 m/san

D) 12 - 15°C. 30 - 40%. 1,0 - 1,2 m/san

E) 15 - 17°C. 20 - 30%. 0,8 - 1,0 m/san
18 - 220S. 40 - 60%. 0,3 - 0,5m/san

Havanın temperaturu 18 - 220S , nisbi rütubət 40 - 60% havanın 0,3 - 0,5 m/san olduqda insan özünü daha yaxşı hiss edir.


Ədəbiyyat: N.A.Kazımov. İ.H.Səmədov.Ümumi gigiyena.Bakı 1999 səh 20 - 30
Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin