Sanitar-feldşer ixtisası üzrə nümunəvi test sualları Bölmə Epidemiologiya



Yüklə 2,12 Mb.
səhifə10/23
tarix26.11.2016
ölçüsü2,12 Mb.
#177
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

508) Koli–indeks nəyə deyilir?
A) 1,0 l suda olan bağırsaq çöplərinin miqdarına

B) 1 bağırsaq çöpü tapılan suyun ən az miqdarına

C) 1,0 l suda olan bakteriyaların miqdarına

D) 1,0 l suda olan üzvi maddələrin miqdarına

E) 1,0 l suda həll olmuş oksigenin miqdarına
1,0 l suda olan bağırsaq çöplərinin miqdarına

Suyun bakterial göstəricilərindn biri də koli - indeksdir.Koli - indeks 1 l suda olan bağırsaq çöplərinin miqdarına deyilir.


Ədəbiyyat: M. A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 173 - 174
509) Koli–titr hansı mikroorqanizmlərə aid göstəricidir?
A) Bağırsaq çöpləri

B) Vərəm çöpləri

C) Brüsellyoz törədiciləri

D) Poliomielit virusları

E) Vəba vibrionları
Bağırsaq çöpləri

Bağırsaq qrupundan olan mikroorqanizmlər koli bakteriyalar adlanır.Koli-titr bağırsaq çöplərinin miqdarının göstəricisidir.


Ədəbiyyat: Н.Ф.Измеров“Общая и коммунальная гигиена”Москва.Медицина.1985
510) İçməli suyun Koli - indeksi nə qədər olmalıdır?
A) 7<

B) <3


C) 4>

D) 5>


E) 6>
< 3

Koli – indeks 1l suda bağırsaq çöplərinin miqdarına deyilir. Bu göstərici nə qədər aşağı olsa su epidemioloji cəhətdən bir o qədər təhlükəsiz hesab olunur. DS - na görə suyun koli­-indeksi 3-dən artıq olmamalıdır


Ədəbiyyat: M. A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 174
511) 3,0 litr suda 20 bağırsaq çöpü tapılıbsa, bu suyun Koli–indeksi neçədir?
A) 5

B) 10


C) 7

D) 3


E) 8
7

Koli - indeks 1 l suda olan bağırsaq çöplərinin miqdarını göstərir. 3 l suda 20 bağırsaq çöpü olduqda l L suda 7 bağırsaq çöpü olar, yəni bu suyun koli - indeksi 7 - dir.


Ədəbiyyat: M. A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 174
512) 0,5 litr suda 10 bağırsaq çöpü tapılıbsa, bu suyunKoli-titri nə qədərdir?

A) 50 ml


B) 200 ml

C) 500 ml

D) 100 ml

E) 300 ml


50 ml

Koli - titr 1 bağırsaq çöpü tapılan suyun ən az miqdarını göstərir. 0,5 l(500ml) suda 10 bağırsaq çöpü olarsa‚onda 50ml suda 1 bağırsaq çöpü olar, yəni bu suyun koli - titri 50 ml - dir.


Ədəbiyyat: M. A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 173 - 174
513) Koli–titr göstəricilərinə görə hansı su daha keyfiyyətlidir?
A) 200 ml

B) 300 ml

C) 500 ml

D) 400 ml

E) 100ml
500 ml

Koli titr nə qədər çox olarsa‚su bir o qədər keyfiyyətli və təhlükəsiz hesab olunur.

Cavab variantlarında ən yüksək miqdar 500 ml olduğu üçün həmin su digərlərindən daha keyfiyyətlidir.
Ədəbiyyat: M. A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 174
514) Koli–indeksi 5 olan suyun Koli - titri nə qədərdir?
A) 500 ml

B) 200 ml

C) 300 ml

D) 400 ml

E) 100 ml
200 ml

Koli indeks 5 - dirsə deməli 1 l suda 5 bağırsaq çöpü var. Onda 1 bağırsaq çöpü 02L (200 ml) suda olar. Deməli koli - indeksi 5 olan suyun koli titri 200 ml - dir.


Ədəbiyyat: M. A. Kazımov. Ümumi gigiyena. Bakı 1999
515) Aşağıdakı yoluxucu xəstəliklərdən hansıları su vasitəsilə yayılır?
A) Malyariya, vərəm

B) Botulizm, tetanus, difteriya

C) Səpgili yatalaq, qara yara

D) Hepatit, dizenteriya, qarın yatalağı

E) Brüsellyoz, taun
- Hepatit, dizenteriya, qarın yatalağı

Suyun çirkab suları və tullantılarlarla çirklənməsi bir çox xəstəlik törədicilərinin suya keçməsinə səbəb olur. Ən çox bağırsaq xəstəlikləri hepatit A,helmintozlar və s. xəstəliklər çirklənmiş sudan istifadə etdikdə baş verir.


Ədəbiyyat: Н. Ф. Измеров .Общая и коммунальная гигиена. Москва. Медицина. 1985стр. 67
516) Geokimyəvi endemiyaların baş vermə səbəbi nədir?
A) Suda və torpaqda mikroelementlərin miqdarının az və ya çox olması

B) Suda və torpaqda üzvi maddələrin miqdarının az olması

C) Suda və torpaqda mineral maddələrin miqdarının az olması

D) Suyun və torpağın bakterial çirklənməsi

E) Suda və torpaqda üzvi maddələrin miqdarının çox olması
Suda və torpaqda mikroelementlərin miqdarının az və ya çox olması

Geokimyəvi endemiyalar müəyyən bir ərazi üçün xas olub, həmin ərazidə suda və torpaqda mikroelementlərin miqdarının az və ya çox olması ilə əlaqədar baş verir


Ədəbiyyat: Н. Ф. Измеров. Общая и коммунальная гигиена. Москва Медицина 1985 стр 69
517) Aşağıdakılardan hansı endemik xəstəliklərə aid deyil?
A) Flüoroz

B) Molibdenoz

C) Methemoqlobinemiya

D) Endemik ur

E) Silikoz
Silikoz

Endemik zob suda yod az olduqda, flüoroz xəstəliyi flüor çox olduqda methemoq - lobinemiya suda azot duzlarının - nitritlərin miqdarının çox olması molibdenoz isə suda molibdenin miqdarının çox olması ilə əlaqədardır.Silikoz isə əsasən tənəffüs yolları vasitəsilə orqanizmə silisium dörd oksid tozunun daxil olması nəticəsində baş verir.


Ədəbiyyat: Н. Ф. Измеров. Общая и коммунальная гигиена. Москва Медицина 1985 стр 69 - 71
518) Endemik ur xəstəliyinin əsas baş vermə səbəbi nədir?
A) Suda flüorun miqdarının çox olması

B) Suda flüorun miqdarının az olması

C) Suda radioaktiv maddələrin miqdarının çox olması

D) Suda yodun miqdarının çox olması

E) Suda yodun miqdarının azlığı

Suda yodun miqdarının çatmamazlığı

Orqanizm üçün tələb olunan mikroelementlərdən biri də yoddur. Orqanizmin yoda olan sutkalıq tələbatı 100 - 200 mkd - dir. Ərazidə əhalinin istifadə etdiyi suyun tərki - bində yodun miqdarının az olması birbaşa və dolayı yolla orqanizmə daxil olan yodun miqdarının azalmasına yod çatmamazlığına və nəticədə endemik zob xəstəliyinin yaranmasına səbəb olur.
Ədəbiyyat: Н. Ф. Измеров .Общая и коммунальная гигиена. Москва Медицина 1985стр 69 - 70
519) İnsanın yoda olan sutkalıq tələbatı nə qədərdir?
A) 50 – 60mkq

B) 100 – 200 mkq

C) 70 – 80mkq

D) 80 – 90mkq

E) 60 – 70mkq
100 - 200 mkq

Endemik zob xəstəliyinin baş verməməsi, qalxanabəz vəzinin normal vəziyyəti və funksiyası üçün insan orqanizminə sutkada 100 - 200 mkq yod daxil olmalıdır.


Ədəbiyyat: Н. Ф. Измеров. Общая и коммунальная гигиена. Москва Медицина 1985 стр 69
520) Endemik ur xəstəliyinin profilaktikasında hansı tədbir daha effektlidir?
A) Qalxanabənzər vəzidə əməliyyat aparılması

B) İçməli suyun yodlaşdırılması

C) Dərman maddələrindən istifadə edilməsi

D) İstifadə olunan xörək duzuna yod qatılması

E) Tərkibində yod olan qidaların qəbulu
- İstifadə olunan xörək duzuna yod qatılması

Müəyyən bir ərazidə torpaqda suda yodun miqdarı az olduqda həm də yerli kənd təsərrüfatı məhsullarında da onun miqdarında az olmasına səbəb olur. Ona görə də yod defisitinı aradan qaldırmaq üçün ən effektli üsul xörək duzunun yodlaşdırılma - sıdır.


Ədəbiyyat: Н. Ф. Измеров. Общая и коммунальная гигиена. Москва Медицина 1985 стр 69 - 71
521) Flüoraz xəstəliyi zamanı əsas dəyişiklik hansı üzvlərdə baş verir?
A) Qalxanabənzər vəzidə

B) Böyrəklərdə

C) Sümüklərdə, dişlərdə

D) Qaraciyərdə

E) Mədə - bağırsaqda
Bəzi sümüklərdə, dişlərdə

Flüoroz xəstəliyi zamanı flüorun normadan artıq orqanizmə daxil olması nəticə - sində əsas dəyişiklik dişlərdə baş verir, belə ki, dişin emal hissəsində qara rəngli ləkələr əmələ gəlir. Ağır hallarda sümük - oynaq sistemidə zədələnir


Ədəbiyyat: Н. Ф. Измеров. Общая и коммунальная гигиена. Москва Медицина 1985стр 70 - 71
522) Hansı üsul suyu zərərsizləşdirmək üçün istifadə edilmir?
A) Xlorlaşdırma

B) Gümüş və mis ionları

C) Yodlaşdırma

D) Qaynatmaq və ozonlaşdırma

E) Ultrabənövşəyi şüala və yüksək tezlikli cərəyan
Yodlaşdırma

Ultrabənövşəyi şüaların və yüksək tezlikli cərəyanın təsirindən‚qaynadıldıqda və ozonlaşdırdıqda, xlorlaşdırdıqda‚gümüş və mis tonlarının təsirindən suda olan mikroorqanizmlər məhv olur. Suyu yodlaşdırdıqda isə mikroorqanizmlər məhv olmur vəsuyu zərərsizləşdirmək üçün əlverişli deyil


Ədəbiyyat: Р.Д.Габович , С.С. Рознански «Гигиена» Маариф 1987 cтр 75 - 83
523) Suyu xlorlaşdırmaq üçün hansı maddələr istifadə edilir?
A) Xloramin, kalsium hipoxlorid, xlorlu əhəng

B) Xlorid turşusu, formalin, xlor etil

C) Metil xlorid, xlor benzol, xlorofos

D) Kalium xlorid, natrium xlorid, mis xlorid

E) Kalsium xlorid, maqnezium xlorid, alüminium xlorid
Xloramin, kalsium hipoxlorid, xlorlu əhəng

Suyu zərərsizləşdirmək üçün ən çox xlorlaşdırma tətbiq olunur Bunun üçün xlor preparatlarından və xlordan (xloramin kalsium,hipoxlorid xlorlu əhəng və s.) istifadə edilir.


Ədəbiyyat: Н. Ф. Измеров .Общая и коммунальная гигиена. Москва Медицина 1985 стр 100
524) Suyu xlorlaşdırmaq üçün istifadə olunan preparatda aktiv xlorun miqdarı neçə faiz olmalıdır?
A) 35

B) 25


C) 15

D) 30


E) 20
35

Preparatın düzgün saxlanılmaması, köhnəlməsi onun tərkibindəki xlorun miq - darının azalmasına və beləliklə bakteriosid təsirinin zəifləməsinə səbəb olur,Odur ki, xlorlaşdırmaq üçün istifadə olunan preparatda aktiv xlorun miqdarı 35% - dən az olmamalıdır.


Ədəbiyyat: Н. Ф. Измеров. Общая и коммунальная гигиена. Москва Медицина 1985 стр
525) Suyu xlorlaşdırıdıqdan sonra qalıq xlorun miqdarı nə qədər olmalıdır?
A) 1,0-1,5 mq/l

B) 1,5 –2,5 mq/l

C) 0,1 – 0,2mq/l

D) 0,3 – 0,5 mq/l

E) 0,7 – 1,0 mq/l
0,3 – 0,5 mq/l

Suyu xlorlaşdırdan sonra suyun tamamilə zərərsizləşməsinə əmin olmaq üçün suda 0,3 - 0,5mq/l miqdarında qalıq xlor qalmalıdır. Bu miqdar qalıq xlor orqanizm üçün təhlükəsizdir və yol veriləndir.


Ədəbiyyat: Р.Д.Габович , С.С. Рознански «Гигиена» Маариф 1987 cтр 79
526) Suyu xlor artığından təmizləmək üçün hansı maddələr istifadə edilir?
A) Kalium - permanqanat, natrium - hidroksid

B) Natrium karbonat, kalsium karbonat

C) Bertole duzu, barium xlorid

D) Natrium –hiposulfid, aktivləşdirilmiş kömür

E) Gümüş nitrat, natrium nitrat
Natrium –hiposulfid, aktivləşdirilmiş kömür

Suda qalıq xlorun miqdarı çox olduqda orqanoletik xassələri pisləşir və istifadə üçün yararsızdır. Ona görə də suyu artıq xlordan təmizləmək lazım gəlir.


Ədəbiyyat: Р.Д.Габович , С.С. Рознански «Гигиена» Маариф 1987 cтр
527) Əhalinin su təchizatı hansı formada aparılır?
A) Süni

B) Yerli və mərkəzləşdirilmiş

C) Ümumi

D) Fərdi


E) Təbii
Yerli və mərkəzləşdirilmiş

Əhalinin su ilə təchiz olunması 2 yolla həyata keçirilir:yerli və mərkəzləşdirilmiş.Yerli su təchizatında suyu bilavasitə su mənbələrindən məs:quyu,bulaq, çay və s yerlərdən götürüb müxtəlif taralarla, səhəng, vedrə, plastik qablar avtosistern və s ilə gətirirlər. Mərkəzləşdirilmiş su təchizatında isə su bir mərkəzdə məs: su anbarında toplanır,oradan isə boru kəmərləri ilə əhaliyə çatdırılır


Ədəbiyyat: Р.Д.Габович , С.С. Рознански «Гигиена» Маариф 1987 cтр
528) Aşağıdakılardan hansı mərkəzləşdirilmiş su təchizatı sisteminə aid deyil?
A) Təmizləyici qurğular

B) Su anbarı

C) Paylayıcı şəbəkə

D) Su daşıyan nəqliyyat vasitələri

E) Nasos stansiyaları
Su daşıyan nəqliyyat vasitələri

Mərkəzləşdirilmiş su təchizatında suyu əhaliyə boru kəmərləri ilə gətirirlər. Mərkəzləşdirilmiş su təchizatı sisteminə su anbarı təmizləyici qurğular, nasos stansiyaları, paylayıcı şəbəkə və s aiddir. Su daşıyan nəqliyyat vasitələri yerli su təchizatında istifadə olunur.


Ədəbiyyat: Р.Д.Габович , С.С. Рознански «Гигиена» Маариф 1987 cтр 85 - 89
529) Suyun yüksək dozalarla xlorlaşdırılması nə zaman tətbiq olunur?
A) Səhra və çöl şəraitində

B) Məişətdə

C) İstehsalatda

D) Yerli su təchizatında

E) Mərkəzləşdirilmiş su təchizatında
- Səhra və çöl şəraitində

Suyun yüksək dozalarla xlorlaşdırılması ekspedisiyalar‚müharibə zamanı, səhra şəraitində və s. yerlərdə suyu zərərsizləşdirmək üçün qurğular olmadıqda tətbiq olunur. Bu zaman suya böyük dozada xlor qatırlar və hər cür sular etibarlı surətdə zərərsizləşir. Sonra artıq xloru aktivləşdirilmiş kömür və natrium – hipo - sulfitlə aradan qaldırırlar.


Ədəbiyyat: Р.Д.Габович , С.С. Рознански «Гигиена» Маариф 1987 cтр 80
530) Məişət və sənaye çirkab suları bir - birindən nə ilə fərqlənir?
A) Həcminə görə

B) Əmələ gəlmə müddətinə görə

C) Bakterial göstəricilərinə görə

D) Mineral tərkibinə görə

E) Orqanoleptik xassələrinə görə
Bakterial göstəricilərinə görə

Bu və ya digər məqsədlərlə istifadə edildikdən sonra tərkibi dəyişilmiş və müxtəlif qarışıqlarla çirklənmiş sulara çirkab suları deyilir. Çirkab suları 2 cür olur. Məişət və sənaye suları.Məişər çirkab suları mətbəxt ayaqyolu duş, hamam, camaşirxana, yeməkxana,xəstəxana digər ictimai binalardan əmələ gəldiyi üçün patogen mikrob - lar və helmint yumurtaları ilə zəngin olur.Sənaye çirkab suları isə istehsalat müəsi - sələrində əmələ gəldiyi üçün kimyəvi maddələrlə zəngin olur.


Ədəbiyyat: Н. Ф. Измеров Общая и коммунальная гигиена. Москва. Медицина 1985 стр 159 - 160
531) Çirkab suların su hövzələrinə buraxılması üçün aşağıdakı tələblərdən hansı vacib deyil?
A) Tərkibində yüksək konsentrasiyalarda toksiki və radioaktiv maddələr olmamalıdır

B) Suda patogen mikroblar olmamalıdır

C) Suyun öz - özünə təmizləmə prosesinə təsir göstərməməlidir

D) Suyun orqanolertik xassələrini pozmamalıdır

E) Tərkibində mineral maddələr və mikroelementlər olmamalıdır
Tərkibində mineral maddələr və mikroelementlər olmamalıdır

Su hövzələrinə buraxılan çirkab suların tərkibində mineral maddələr və mikroelementlərin olması suyun keyfiyyətinə mənfi təsir göstərmir.Suları təmizlədikdən sonra su hövzələrinə buraxılmalıdır ki, orqanoleptik xassələrinə təsir göstərməsin‚patogen mikroblar daxil olmasın. Tərkibində toksiki və radioaktiv maddələr olmasın və suyun öz - özünə təmizləmə prosesinə təsir göstərməsin.


Ədəbiyyat: Н. Ф. Измеров .Общая и коммунальная гигиена. Москва. Медицина 1985стр 161 - 164
532) Açıq su hövzələrində suyun təmizlik göstəricisi hansıdır?
A) Suda həll olmuş xlorun miqdarı

B) Suyun tərkibindəki dəmirin miqdarı

C) Suyun tərkibində sulfatların miqdarı

D) Suda həll olmuş oksigenin miqdarı

E) Suda üzvi maddələrin miqdarı
Suda həll olmuş oksigenin miqdarı

Açıq su hövzlərində üzvü maddələrin oksidləşməsi prosesinə O2 sərf olunduğu üçün suda həll olmuş O2 - nin miqdarı suyun təmizlik göstəricidir. Bu göstərici normada 4 mq/l - dən çox olmamalıdır.


Ədəbiyyat: Н. Ф. Измеров . Общая и коммунальная гигиена. Москва. Медицина 1985 стр 164 - 165
533) Suyun oksidləşmə dərəcəsi nədir?
A) 1,0 l suda olan qeyri - üzvi maddələrin miqdarı

B) 1,0 l suda olan üzvi maddələrin miqdarı

C) 1,0 l suda həll olmuş oksigenin miqdarı

D) 1,0 l suda olan üzvi maddələrin oksidləşməsinə sərf olunan oksigenin miqdarı

E) 1, 0 l suda olan oksigenli birləşmələrin miqdarı
1,0 l suda olan üzvi maddələrin oksidləşməsinə sərf olunan oksigenin miqdarına

Suyun oksidləşmə dərəcəsi 1l suda olan üzvü maddələrin oksidləşməsinə sərf olunan O2 - nin miqdarına deyilir.Suyun çirklənmə dərəcəsi yüksək olduqca bu suyun oksidləşmə dəərəcəsi də yüksək olur.


Ədəbiyyat: Н. Ф. Измеров .Общая и коммунальная гигиена. Москва. Медицина 1985 стр 165
534) Biokimyəvi oksigen tələbatı ( BOT) nədir?
A) 1,0 l suda oaln üzvi maddələrin miqdarı

B) 1,0 l suda olan oksigenli birləşmələrin miqdarı

C) 1,0 l suda olan üzvi maddələrin öz - özünə oksidləşməsi üçün sərf olunan oksigenin miqdarı

D) 1,0 l suda olan qeyri - üzvi maddələrin miqdarı

E) 1,0 l suda həll olmuş oksigenin miqdarı
- 1,0 l suda olan üzvi maddələrin öz - özünə oksidləşməsi üçün sərf olunan oksigenin miqdarına Suyun üzvü maddələrlə çirklənməsinin və öz-özünü təmizləmə proseslərinin intensivliyinin qiymətli gösyəricisi biokimyəvi oksigen tələbatıdır(BOT).
Ədəbiyyat: Н. Ф. Измеров .Общая и коммунальная гигиена. Москва. Медицина 1985
535) Biokimyəvi oksigen tələbatı ( BOT5) dördə bərabərdirsə, BOT 20 neçə olar?
A) 5

B) 7


C) 6

D) 4


E) 8
– 6

Suda öz - özünə təmizləmə prosesi 20 sutkaya başa çatır.Lakin bu uzun vaxt apardığı üçün 5 gündən sonra sərf olunmuş 02 - nin miqdarını (BOT5) təyin edib onu 1,5 - ə vurmaq lazımdırf. BOT5 - 4 olarsa BOT20 4x1,5=6 olar


Ədəbiyyat: Н. Ф. Измеров и др. Общая и коммунальная гигиена. Москва Медицина 1985 cтр 194
536) Suyun öz özünə təmizlənməsi prosesi nədən ibarətdir?
A) Suyun qeyri - üzvi maddələrdən təmizlənməsi

B) Suyun çökdürülməsi və filtrasiyası

C) Suyun çirkab suları ilə çirklənməsi

D) Suda olan maddələrin çökməsi və üzvü maddələrin parçalanması

E) Suda olan mikroorqanizmlərin məhv edilməsi
Suda olan maddələrin çökməsi və üzvi maddələrin parçalanması

Su hövzələrinə kənardan müxtəlif tullantılar düşdükdə oarada fiziki kimyəvi və bioloji proseslər nəticəsində su öz - özünə təmizlənir.Belə ki, asılı halda olan mineral və üzvi hissəciklər‚helmint yumurtaları və mikroorqanizmlər qismən suyun dibinə çökür, su durulur və şəffaflaşır. Suya düşmüş həll olmuş üzvi hissəciklər isə mikroorqanizmlərin fəaliyyəti nəticəsində parçalanır və daha sadə birləşmələr nitratlar, karbonatlar, sulfatlar və s əmələ gəlir.


Ədəbiyyat: Р.Д.Габович , С.С. Рознански «Гигиена» Маариф 1987 cтр 70 - 71
537) Suyun tərkibində ammonyak və nitratların eyni zamanda olması nəyi göstərir?
A) Suyun çirklənməsini

B) Suyun təzə çirklənməsini

C) Suyun çoxdan çirklənməsini

D) Suyun çoxdan çirkləndiyini və hal - hazırda da çirklənmənin davam etdiyini

E) Öz - özünə təmizlənmə prosesinin zəif getdiyini

- Suyun çoxdan çirklənib hal - hazırda da çirklənmənin davam etdiyini

Suda azotli üzvi maddələrin parçalanması zamanı əvvəlcə NH3 və ammonium duzları əmələ gəlir. Sonra onlar nitrirlərə, axırda isə nitrat duzlarına çevrilir.Əgər suda həm NH3,ammonium duzları və nitratlar varsa deməli su çoxdan çirklənmiş və hal - hazırda çirklənmə davam edir.
Ədəbiyyat: Р.Д.Габович , С.С. Рознански «Гигиена» Маариф 1987 cтр 62
538) Suda təkcə ammonium birləşmələrinin olması nəyi göstərir?
A) Öz - özünə təmizlənmə prosesinin zəif getdiyini

B) Suyun çirklənməsini

C) Suyun çoxdan çirklənib hal - hazirda da çirklənmənin davam etdiyini

D) Suyun çoxdan çirklənməsini

E) Suyun təzəlikcə çirklənməsini
Suyun təzə çirklənməsini

Azotlu üvzu maddələrin parçalanmasının ilk məhsulu ammonium birləşmələri olduğu üçün suda təkcə amonium birləçmələrinin olması suyun təzə çirklənməsini göstərir

Ədəbiyyat: Р.Д.Габович , С.С. Рознански «Гигиена» Маариф 1987 cтр 62
539) Gigiyenik cəhətdən hansı torpaqlar daha yaxşıdır?
A) Gilli

B) İri dənəli

C) Qumlu

D) Xirda dənəli

E) Bakterioloji cəhətdən təmiz
İri dənəli

Torpağın gigiyenik əhəmiyyəti torpağı təşkil edən hissəciklərin olçüsündən daha doğrusu hava keçirmə, su keçirmə və rütubət tutumundan asılıdır. İri dənəli torpaq - ların havanı yaxşı keçirməsi, aerob mikroorqanizmlərin yaşaması və torpağın öz - özünü təmizləməsi üçün əlverişli şərait yaradır.


Ədəbiyyat: Р.Д.Габович , С.С. Рознански «Гигиена» Маариф 1987 cтр 97 - 98
540) Torpağın mexaniki quruluşu nəyi göstərir ?
A) Torpağın bakterial göstəricilərini

B) Torpağın rəngini

C) Torpaq hissəciklərinin ölçüsünü

D) Torpağın kimyəvi tərkibini

E) Torpaqdakı bərk tullantıların miqdarını
Torpaq hissəciklərinin ölçüsünü

Torpağın mexaniki quruluşu onu əmələ gətirən hissəciklərin ölçüsünü göstərir. Mexaniki quruluşuna görə torpaqlar iri dənəli və xirda dənəli olur.


Ədəbiyyat: Р.Д.Габович , С.С. Рознански «Гигиена» Маариф 1987 cтр 97
541) Torpağın kimyəvi tərkibi ilə əlaqədar baş verən xəstəliklər necə adlanır?
A) Endokrin

B) Epidemik

C) Endemik

D) Allergik

E) Genetik
Endemik

Endemik xəstəliklər müəyyən bir ərazi üçün xarakterik sayılır və ən çox bu ərazilərdə müşahidə olunur.Torpağın tərkibində bəzi kimyəvi maddələrin az və ya çox miqdarda olması həmin ərazidəki suda, bitki və heyvanat aləminin tərkibində də miqdarının dəyişməsinə səbəb olur.Bu isə orqanizmə daxil olan maddələrin miqdarının az və ya çox olması ilə nəticələnir ki, bu da maddələr mübadiləsi pozğunluğuna gətirib çıxarır. Məs: torpaqda yodun miqdarı az olduqda insanlar tərəfindən istifadə olunan məhsullarda yodun az olması yoda olan tələbatının ödənilməsinə problem yaradır, bu da zob xəstəliyinin əmələ gəlməsinə səbəb olur


Ədəbiyyat: Р.Д.Габович , С.С. Рознански «Гигиена» Маариф 1987 cтр 99 - 101
542) Hansı xəstəliklər torpaq vasitəsi ilə yayılır?
A) Vəba, difteriya

B) Taun, poliomelit

C) Helmintozlar ,tetanus

D) Brüsellyoz, malyariya

E) Hepatitlər, qarın yatalağı
Helmintozlar ,tetanus

Müxtəlif tullantılarla çirkab suları ilə torpağa küllü miqdarda patogen mikroblar düşdüyünə baxmayaraq əlverişsiz şəraitdən çoxları bir müddət sonra məhv olur. Lakin bəziləri uzun müddət sağ olaraq müxtəlif yollarla orqanizmə daxil olaraq xəstəliklərə səbəb olur. Bu şür xəstəliklərdən ən çox spor əmələ gətirən törədici - lərin əmələ gətirdiyi xəstəliklər (xüsusən tetanus ) və helmintozları göstərmək olar


Ədəbiyyat: Р.Д.Габович , С.С. Рознански «Гигиена» Маариф 1987 cтр 102
543) Nə üçün uzun müddət gilli torpaq altında qalan tullantılar heç bir dəyişikliyə uğramır?
A) Hava və su daxil ola bilmir

B) Temperatur aşağı olur

C) Kimyəvi birləşmələr az olur

D) Gildə mikroorqanizmlər olmur

E) Gil bakterisid təsir göstərir
- Hava və su daxil ola bilmir

Torpaqda da suda olduğu kimi öz - özünü təmizləmə prosesi gedir.Belə ki, torpağa düşmüş tullantılar fiziki - kimyəvi və bioloji proseslər nəticəsində sadə birləşmələrə çevrilir və bitkilər tərəfindən istifadə olunur. Bu proseslərin getməsi üçün aerob şərait tələb olunur. Ona görə də torpağa hava, su daxil olmadıqda oraya düşmüş tullantıların parçalanmasında iştirak edən mikroorqanizmlərin fəaliyyəti zəifləyir.


Ədəbiyyat: Р.Д.Габович , С.С. Рознански «Гигиена» Маариф 1987 cтр 104 - 105
544) Nə üçün torpaq işləri ilə məşğul olanlara tetanus əleyhinə vaksin vurulur?
A) Tetanus törədici zədələnmiş dəridən orqanizmə keçə bilir

B) tetanusla ancaq torpaq işləri ilə məşğul olanlar yoluxur

C) Tetanus yoluxucu xəstəlikdir

D) tetanus törədiciləri xarici təsirlərə davamlıdır

E) Tetanus törədicisi ancaq torpaqda olur
Tetanus törədici zədələnmiş dəridən orqanizmə keçə bilir

Torpağa tullantılar çirkab suları canlıların ifrazatı və s yollarla külli miqdarda patogen mikroblar daxil olur. Onlar şəraitdən asılı olaraq müəyyən müddət sağ qalırlar. Lakin spor əmələ gətirən mikroblar xarici təsirlərə çox davamlı olduqları üçün uzun illər, hətta 10,20 il və daha çox sağ qalırlar və bəziləri hətta zədələnmiş dəridən orqanizmə keçə bilirlər. Ona görə də torpaq işləri ilə məşğul olanlara, yan - ğın söndürənlərə əvvəlcədən tetanus əleyhinə zərdab vururlar.


Ədəbiyyat: Р.Д.Габович , С.С. Рознански «Гигиена» Маариф 1987 cтр 101 - 103
545) Bakterioloji müayinə üçün torpaq nümunəsi hansı dərinlikdən götürülür?
A) 10 – 15 sm

B) 15 – 20 sm

C) Torpağın üst səthindən

D) 20 – 25 sm

E) 1 – 10 sm

– 1 - 10 sm

Torpaq həm saprofit, həm də patogen mikrobların əsas hissəsi onun 1 sm - dən 10sm - ə qədər dərinliyində olur. Ona görə də bakterioloji müayinə üçün torpaq nümunəsi bu dərinlikdə götürülür
Ədəbiyyat: M.A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 219


Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin