Sanitar-feldşer ixtisası üzrə nümunəvi test sualları Bölmə Epidemiologiya


) Üzgüçülük hovuzlarında suyun şəffaflığı nə qədər olmalıdır ?



Yüklə 2,12 Mb.
səhifə12/23
tarix26.11.2016
ölçüsü2,12 Mb.
#177
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

586) Üzgüçülük hovuzlarında suyun şəffaflığı nə qədər olmalıdır ?
A) Dərinliyi qədər

B) 20 sm


C) 25 sm

D) 15 sm


E) 30 sm
Dərinliyi qədər

Üzgüçülük hovuzlarında istifadə edilən su içməli sularla eyni gigiyenik tələblərə cavab verməlidir. Suyun şəffaflığı hovuzun dərinliyi qədər olmalıdır.


Ədəbiyyat: Н.Ф.Измеров. Общая и коммуналъная гигиена.Москва . «Медицина» 1985 стр 293
587) Üzgüçülük hovuzunda suyun koli - titrinin minimal göstəricisi nə qədərdir ?
A) 100 ml

B) 200 ml

C) 50 ml

D) 150 ml

E) 10 ml
- 100 ml

Üzgüçülük hovuzlarında istifadə olunan suyun keyfiyyəti içməli suyun keyfiy - yətinə yaxın olmalıdır. Koli - titr 100 ml səviyyəsində olmalıdır.


Ədəbiyyat: R. D. Qaboviç. Gigiyena. Maarif 1987. стр 173
588) Üzgüçülük hovuzunun suyunun iyi və dadı neçə baldan artıq olmamlıdır ?
A) 2

B) 6


C) 5

D) 4


E) 3
– 3

Üzgüçülük hovuzuna verilən suyun keyfiyyəti içməli suyun keyfiyyətinə yaxın olmalıdır. Üzgüçülük hovuzlarında suyun iyi və dadı 3 baldan artıq olmamalıdır.


Ədəbiyyat: Н.Ф.Измеров. Общая и коммуналъная гигиена.Москва . «Медицина» 1985 стр 293
589) Üzgüçülük hovuzuna verilən suda qalıq xlorun miqdarı nə qədər omalıdır ?
A) 1,2 – 1,5 mq /l

B) 0,3 – 0,5 mq / l

C) 0,5 – 0, 7mq / l

D) 0,9 – 1,2 mq / l

E) 0,7 – 0,9 mq / l
- 0,5 – 0, 7mq / l

Üzgücülük hovuzuna verilən suyun bakterioloji cəhətdən təmiz olması üçün xlorlaşdırma aparılır. Bu zaman suda qalıq xlorun miqdarı 0,5 - 0,7 mq/l olmalıdır.


Ədəbiyyat: Н.Ф.Измеров. Общая и коммуналъная гигиена.Москва . «Медицина» 1985 стр 293
590) Aşağıdakı tədbirlıərdən hansı mənzillərdə səs - küyün azalamsına təsir göstərmir ?
A) Mənzilin düzgün planlaşdırılması

B) Binanın texniki qurğularının normal fəaliyyəti

C) Sanitar qoruyucu zonanın olması

D) Mənzil sahəsinin normativlərə uyğun olması

E) Mənzildə səs uducu materiallardan istifadə edilməsi, nəqliyyatda bəzi qadağalar
- Mənzil sahəsinin normalara uyğun olması

Mənzillərdə səs - küyə qarşı mübarizə tədbirləri 3 istiqamətdə aparılır.

1)səs - küyün səbəbinin aradan qaldırılması

2) səs - küyün təcrid olunması‚izolyasiya

3) səs - küyü udan materiallardan istifadə edilməsi

4) mənzillərin səs - küy mənbələrindən aralı yerləşdirilməsi.

Mənzil sahəsinin səs - küyün azalmasına təsiri yoxdur.
Ədəbiyyat: Н.Ф.Измеров. Общая и коммуналъная гигиена.Москва . «Медицина» 1985 стр 275
591) Mənzildə səs - küyün səviyyəsi nə qədər olmalıdır ?
A) 60 – 70 d/b

B) 70 – 80 d/b

C) 80 – 90 d/b

D) 30 – 40 d/b

E) 50 – 60 d/b
- 30 – 40 d/b

İnsanlar vaxtının çox hissəsini mənzildə keçirməsi,yatması və dincəlməsi üçün mənzillərdə səs - küyün səviyyəsi gündüzlər 40 dbgücələr isə 30 db - dən artıq olmamalıdır.

Ədəbiyyat: Н.Ф.Измеров. Общая и коммуналъная гигиена.Москва . «Медицина» 1985 стр 275
592) Sanitar qoruyucu zona nədir ?
A) Yaşayış binaları arasında qalan məsafə

B) Yaşayış binaları iıə su hövzələri arasında olan məsafə

C) Yaşayış binaları ilə müalicə - profilaktika müəssisələri arasında olan məsafə

D) İki sənaye müəssisəsi arasındakı məsafə

E) Yaşayış binalrı ilə sənaye müəssisələi arasında saxlanılan məsafə
- Yaşayış binaları ilə sənaye müəssisələi arasında saxlanılan məsafə

Sənaye müəsisələri ilə yaşayış binaları arasında saxlanılan sərbəst zona sanitar –qoruyucu zona adlanır. Sanitar qoruyucu zona yaşayış yerlərinin havasında atmos - fer tullantılarının miqdarının azalmasına səbəb olur. Sənaye müəssisələrinin gücündən, tullantıların xarakterindən texnoloji proseslərdən asılı olaraq sanitar qoruyucu zonanın uzunluğu 50m - dən 1000 m - ə qədər olmalıdır. Bu zonada heç bir ictimai və yaşayış binasının tikilməsinə icazə verilmir,yaşıllıqlar salınır, ambar, qaral, depo və s. məqsədlərlə istifadə oluna bilər.


Ədəbiyyat: Н.Ф.Измеров. Общая и коммуналъная гигиена.Москва . «Медицина» 1985 стр 30 - 31
593) Aşağıdakılardan hansı yaşıllıqların gigiyenik əhəmiyyətinə aid deyil?
A) Havada tozların miqdarını azaltma

B) Oksigen yaratma

C) Mikroiqlimi yaxşılaşdırma

D) Səs - küyün səviyyəsinin azaltma

E) Radioaktiv şüalanmanın səvyyəsini azaltma
- Radioaktiv şüalanmanın səvyyəsini azaldır

Yaşıllıqlar insanların sağlamlığında mühüm rol oynayır, Yaşıl bitkilər, ağaclar havanı O2 - lə zənginləşdirir, səs - küyün səviyyəsini azaldır. Havada tozların miqdarını azaldır. Mikroiqlimi yaxşılaşdırır, sinir sisteminə müsbət təsir göstərir.


Ədəbiyyat: Н.Ф.Измеров. Общая и коммуналъная гигиена.Москва . «Медицина» 1985 стр 345 - 346
594) Sanitar qoruyucu zonada hansı obyektləri yerləşdirmək olar?
A) Uşaq müəssisələri

B) Yaşayış binaları

C) Qida müəssisələri

D) Müalicə - profilaktika müəssisələri

E) Qaraj, ambar, depo
- Qaraj, ambar, depo

Sanitar – qoruyucu zonada heç bir ictimai və yaşayış binalarının yerləşdirilməsinə icazə verilmir. Bu zonada yalnız qaraj, ambar depo və s. məqsədilə istifadə etmək olar və yaşıllıqlar salınmalıdır.


Ədəbiyyat: Н.Ф.Измеров. Общая и коммуналъная гигиена.Москва . «Медицина» 1985 стр 30
595) İqlimə uyğunlaşma necə adlanır?
A) Akromeqaliya

B) Akklimatizasiya

C) Akselerasiya

D) Akkomodasiya

E) Aerasiya
Akklimatizasiya

İqliməuyğunlaşma orqanizmin adət etmədiyi, iqlim şəraitinə uyğunlaşmasına deyilir.


Ədəbiyyat: Н.Ф.Измеров. Общая и коммуналъная гигиена.Москва . «Медицина» 1985 стр 372
596) Fitonsidlər nədir?
A) Fotosintezdə iştirak edən maddələr

B) Bitkilərin tərkibində olan bakteriosid maddələr

C) Bitkilərin tərkibində olan mikroelementlər

D) Bitkilərdə əmələ gələn üzvi maddələr

E) Bitkilərin tərkibində olan vitaminlər
- Bitkilərdə olan bakteriosid maddələr

Bəzi bitkilərin tərkibində mikroorqanizmlərə məhv edici təsir göstərən maddələr olur. Bunlara fitonsidlər deyilir. Fitonsidlər ən çox soğan, sarımsaq və s. bitkilərin tərkibində olur.


Ədəbiyyat: R. D. Qaboviç. Gigiyena. Maarif 1987. səh 227
597) Orqanizmin möhkəmləndirilməsi üçün hansı amillərdən istifadə olunur?
A) Hava, su, günəş vannalarından istifadə

B) Yüksək kalorili qidalar qəbul etmək

C) Əlverişli mikroiqlim təsirlərindən qorunmaq

D) Yuxu müddətini artırmaq

E) Fiziki əməklə az məşğul olmaq
- Hava, su, günəş vannalarından istifadə

Xarici mühitin müxtəlif mənfi amillərinə qarşı orqanizmin müqavimətini artıran tədbirlər sisteminə bədənin möhkəmləndirməsi deyilir. Bədəni möhkəmlətmək üçün hava, su günəş radiasiyası kimi təbii amillərdən istifadə edilir.


Ədəbiyyat: R. D. Qaboviç. Gigiyena. Maarif 1987. səh 174
598) Aşağıdakılardan hansı paltarlar üçün gigiyenik tələblərə aid deyil?
A) Bədənin istilik komfortunu təmin etməlidir

B) Bakteriosid təsir göstərməlidir

C) Çəkisi bədən çəkisinin 10 % - dən artıq olmamalıdır

D) Qan dövranı və tənəffüsü çətinləşdirməməlidir

E) Bədəni sıxmamalı, sərbəst hərəkətini təmin etməlidir
- Bakteriosid təsir göstərməlidir

Paltar bədəni xarici mühitin metoeroloji şərtaitin əlverişsiz təsirindən qorumaqla orqanizmə heç bir mənfi təsir göstərməməlidir.Paltara dair gigiyenik tələblər bunlardır: bədəni sıxmamalı, qan dövranı və tənəffüsü çətinləşdirməməli‚bədənin istilik komfortunu təmin etməli‚çəkisi bədən çəkisinin 10% - dən artıq olmamalıdır.


Ədəbiyyat: R. D. Qaboviç. Gigiyena. Maarif 1987 səh 179 - 181
599) Hansı parçalar istiliyi az keçirir?
A) Sıx toxunmuş nazik parçalar

B) Trikataj və ipək parçalar

C) Seyrək toxunmuş qalın parçalar

D) Sintetik parçalar

E) Sıx toxunmuş qalın parçalar
- Seyrək toxunmuş qalın parçalar

Parçanın istilikkeçirmə qabiliyyəti parçanın qalınlığı və liflər arasındakı məsafələr - dən asılıdır.Seyrək toxunmuş qalın tüklü parçalar istiliyi az keçirir. Sıx toxunmuş hamar və nazik parçalar isə istiliyi daha çox keçirir və istilik qoruma xassəsi zəifdir.


Ədəbiyyat: R. D. Qaboviç. Gigiyena. Maarif 1987. səh 180
600) Kişilər üçün ayaqqabının hündürlüyü nə qədər omaıdir?
A) 4 - 5 sm

B) 1 - 2 sm

C) 3 - 4 sm

D) 3.5 - 4.5 sm

E) 2 - 3 sm
- 2 - 3 sm

Ayaqqabının dabanı həddindən artıq hündür olduqda bədənin ağırlıq mərkəzi qabağa gedir. Ayağın bağları və baldır əzələləri həddindən artıq gərginləşir, diz qatlanır, addımlar kiçik olur. Adamın yerişi nizamsız olur‚səndələyir. Bütün bunlar, tez yorulmaya hətta travmalara səbəb ola bilər. Kişilər üçün ayaqqabının dabanının hündürlüyü 2 - 3sm olmalıdır.


Ədəbiyyat: Н.Ф.Измеров. Общая и коммуналъная гигиена.Москва . «Медицина» 1985 стр 185
601) Qadınlar üçün ayaqqabının dabanının hündürlüyü nə qədər olmalıdır?
A) 4.5 - 5 sm

B) 5 - 6 sm

C) 2 - 4 sm

D) 1 - 2 sm

E) 1.5 - 2 sm
2-4 sm

Hündürdaban, xüsusən “mil daban” ayaqqabı qızlar və cavan qadınlar üçün çox zərərlidir, çünki bu onurğanın əyriliyinə və çanağın normal şəklinin dəyişməsinə səbəb olub gələcəkdə doğuşu çətinləşdirə bilər. Qadınlar üçün ayaqqabının dabanının hündürlüyü 2 - 4 sm olmalıdır.


Ədəbiyyat: Н.Ф.Измеров. Общая и коммуналъная гигиена.Москва . «Медицина» 1985 стр 185
602) Böyüklər ücün sutkalıq yuxu müddəti nə qədərdir?
A) 10 - 12 saat

B) 6 - 8 saat

C) 5 - 6 saat

D) 8 - 10 saat

E) 4 - 5 saat
- 6 - 8s

İnsan gün ərzində baş verən yorğunluğu aradan qaldırmaq‚üzv və sistemlərin funksiyasını bərpa etmək‚beyin hüceyrələrinin fəaliyyətini davam etdirmək üçün mütləq sutkada müəyyən müddət yatmalıdır. Yuxu müddəti sutkada 7 yaşlı uşaqlar üçün 12 saat, 10 yaşlılar - 10 saat, 16 - 17 yaşlı yeniyetmələr üçün 8 saat‚böyüklər üçün isə 6 - 8 saatdan az olmamalıdır.


Ədəbiyyat: Р.Д.Габович. Гигиена.Москва 1982 стр 199
603) Aşağıdakı tədbirlərdən hansı yuxunun gigiyena qaydalarına aid deyil?
A) Axşam yeməyini yatmazdan 2 – 3 sat əvvəl qəbul etmək

B) Gün rejiminə əməl etmək

C) Yatmazdan əvvəl tünd içkilər ( çay, kofe ) qəbul etməmək və açıq havada gəzmək

D) Yuxu gətirici preparatlardan istifadə etmək

E) Yataq otağının havasını dəyişmək
Yuxu gətirici preparatlardan istifadə etmək

Rahat yatmaq, vaxtında yuxuya gedib vaxtında oyanmaq üçün bir sıra gigiyenik qaydalara riayət olunmalıdır. Hər gün eyni vaxtda yatmaq və durmaq axşam yemə - yini yatmazdan əvvəl tünd içkilər; çay, kofe və s qəbul etməmək açıq havada gəz - mək, otağın havasını dəyişmək və s. Yuxugətirici preparatlardan istifadə etmək hesabına yatmaq zərərlidir.


Ədəbiyyat: Р.Д.Габович. Гигиена.Москва 1982 стр 199
604) Aşağıdakılardan hansı sağlam həyat tərzinə aid deyil?
A) Gün rejiminə əməl etmək

B) Hipodinamiya

C) Orqanizmin möhkəmləndirilməsi

D) Zərəli vərdişlərdən imtina etmək

E) Səmərəli qidalanma
- Hipodinamiya

Xəstəliklərin profilaktikası üçün sağlam həyat tərzinin son dərəcə böyük əhəmiyyəti vardır. Orqanizmin möhkəmləndirilməsi, zərərli vərdişlərdən istifadə etməmək, səmərəli qidalanma‚ şəxsi gigiyena qaydalarına riayət etmək, fiziki iş və bədən tərbiyəsi ilə məşğul olmaq sağlam həyat tərzinə aid tədbirlərdəndir. Az hərəkətlilik (hipodinamiya) sağlam həyat tərzinə ziddir.


Ədəbiyyat: Н.Ф.Измеров. Общая и коммуналъная гигиена.Москва . «Медицина» 1985 стр 357 - 362
605) Dərinin temperatur dəyişməsinə qarşı ən həssas nöqtələri hansılardır?
A) Bazu, ayağın üst və alt səthi

B) Daban, bud, əlin iç səthi

C) Boyun, üz,baldır

D) Kürək, qarın, said

E) Alın, döş, əlin bayır səthi
Alın, döş, əlin bayır səthi

Bədən dərisi temperatur dəyişməsinə daha həssasdır.Bədənin müxtəlif nahiyyələri –alın‚döş və əllərin bayır səthi daha həssadır.


Ədəbiyyat: M. A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 43
606) Havada olan yüklü hissəciklər necə adlanır?
A) Fotooksidantlar

B) Aerozollar

C) Aeroionlar

D) Atom və molekullar

E) Aerotenklər
- Aeroionlar

Havada‚torpaqda və s mühitlərdə olan radioaktiv maddələrin şüalanması nəticəsində atmosferin aşağı qatlarında qazların ionlaşması baş verir, bu da yüklü hissəciklərin əmələ gəlməsinə səbəb olur. Havada olan yüklü hissəciklərə mənfi və müsbət yüklü ionlar aiddir.Bunlara aeroionlar deyilir.


Ədəbiyyat: Р.Д.Габович. Гигиена.Москва 1982 стр 32 - 33
607) Radioaktiv şüalar hansılardır?
A) Elektromaqanit şüaları, ultrasəs dalğaları

B) Lazer şüaları, işıq şüaları

C) İnfoqırmızı və ultrabənövşəyi şüalar

D) Alfa, betta, qamma, rentgen şüaları

E) Maqnit seli, yüksəktezlikli cərəyan
- Alfa, betta, qamma, rentgen şüaları

Radioaktivlik müəyyən elementin atom nüvələrinin öz - özünə ionlaçdırıcı şüalar buraxmaqla digərinə çevrilməsi hadisəsinə deyilir. Bu cür şüalara alfa,betta,qamma və roentgen şüaları deyilir.


Ədəbiyyat: M. A. Kazımov Ümumi gigiyena. Bakı 1999 səh 492
608) Dozimetriya nə deməkdir?
A) Radioaktiv şüalanmanın orqanizmə təsirini öyrənmək

B) Şüalnmanın qarşısının alınması

C) Şüalanmanın bərabər paylanması

D) Radioaktiv maddlərdən tibbdə istifadə edilməsi

E) Radioaktiv şüalanmasının səviyyəsinin təyin edilməsi
- Radioaktiv şüalanmasının səviyyəsinin təyin edilməsi dozimetriya adlanır.

Təbiətdə radioktiv maddələrin parçalanması ilə əlaqədar havada, suda, torpaqda, yeyinti məhsullarında və s. mühitlərdə radioaktiv şüalanma baş verir. Şüalanma səviyyəsinin yüksək olması insanların sağlamlığı üçün təhlükəli olduğundan həmin mühitlərdə şüalanma səviyyəsi təyin edilir.


Ədəbiyyat: M. A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 508 - 509
609) Fotari nədir?
A) Spektral müayinə cihazı

B) Fotoelektrik sayma qurğusu

C) Tibbi müayinə aparatı

D) Süni ultrabənövşəyi şüalarla şüalandırma qurğusu

E) Kimyəvi müayinə cihazı
- Süni ultrabənövşəyi şüalarla şüalandırma qurğusu

Fotari süni ultrabənövşəyi şüalarla şüalandırma qurğusudur. Bu cihaz ultrabənöv - şəyi şüaların təsirinə az məruz qalan bəzi yerlərdə (məs; kömür mədənlərində) adamları adamları ultrabənövşəyi şüalarla şülandırmaq üçün istifadə olunur.


Ədəbiyyat: Р.Д.Габович. Гигиена.Москва 1982 стр 32

Bölmə 4. Əmək gigiyenası

610) Aşağıdakı xəstəliklərdən hansı peşə xəstəliyidir?
A) Enterebioz

B) Flüoroz

C) Silikoz

D) Vərəm


E) Atereskleroz
Silikoz

İstehsalat mühitinin işçilərin sağlamlığına və əmək qabiliyyətinə zərərli təsir göstərən amillərinə istehsalatın zərərli faktorları deyilir. Bu faktorların təsirindən baş verən xəstəliklərə peşə xəstəlikləri deyilir.


Ədəbiyyat: A.A.Каспаров «Гигиена труда и промышленности» Стp. 4 - 10
611) Xəbərdaredici sanitar nəzarəti nədir?
A) Tikintinin layihələşdirilməsi üzərində nəzarət

B) Tibbi müayinələrin təşkili üzərində sanitar nəzarət

C) İş qabiliyyətinin saxlanılması üzərində nəzarət

D) Texnoloji proseslərin gedişinə nəzarət

E) Gündəlik sanitariya nəzarəti
– Tikintinin layihələşdirilməsi üzərində nəzarət

Tikilməkdə olan, lahiyələşdirilən, istismara verilən obyektlər üzərində aparılan nəzarət xəbərdaredici sanitariya nəzarəti adlanır.


Ədəbiyyat: Р.Д.Габович.Гигиена. 1991. Стp. 242 - 247
612) Cari sanitar nəzarəti nədir?
A) Ərazinin seçilməsi üzərində nəzarət

B) Planlı surətdə aparılan nəzarət

C) Yeni tikilən obyektlər üzərində nəzarət

D) İlin sonunda aparılan nəzarət

E) Texnoloji proseslərin gedişinə nəzarət
– Planlı surətdə aparılan nəzarət

Fəaliyyətdə olan obyekt üzərində planlı şəkildə aparılan nəzarət cari sanitar nəzarət adlanır.


Ədəbiyyat: Р.Д.Габович.Гигиена. 1991. Стp. 242 - 244
613) İşin ağırlıq dərəcəsi aşağıdakılardan hansı ilə xarakterizə olunur?
A) Məhsulun keyfiyyəti

B) İşə sərf olunan vaxtın müddəti

C) İşə sərf olunan enerjinin miqdarı

D) Mühit şəraiti ilə

E) Əmək şəraitinin düzgün bölüşdürülməməsi
– İşə sərf olunan enerjinin miqdarı

Fiziki və əzəli işi zamanı orqanizm çoxlu miqdarda enerji sərf edir. Ağırlığına görə iş yüngül, orta və ağır olur. Yüngül – 2300 - 3000 kkal, dəqiqədə 0.5l - dən az oksigen, orta – 3100 - 3900kkal, dəqiqədə 0.5 – 1l oksigen, ağır – 4000 - 4500 kkal, dəqiqədə 1l - dən çox oksigen.


Ədəbiyyat: A.A.Каспаров «Гигиена труда и промышленности» Стp. 21 - 22
614) Aşağıdakı tədbirlərdən hansı yorulmanın qarşısının alınmasında effektli deyil?
A) Şəxsi gigiyena qaydalarına əməl etmək

B) Əmək və istirahət rejiminin təşkili

C) Fiziki hərəkət və məşq etmək

D) İstehsalat proseslərinin avtomatlaşdırılması

E) İş gününün qısaldılması
Şəxsi gigiyena qaydalarına əməl etmək

Yorulmanın profilaktikasında fiziki hərəkətlər və məşq mühim yer tutur. Bundan başqa iş gününün qısaldılması, əmək prosesinin mexanikləşdirilməsi vacibdir.


Ədəbiyyat: A.A.Каспаров «Гигиена труда и промышленности» Стp. 34 - 42
615) Xronometraj nədir?
A) Məhsulun keyfiyyətinin qiymətləndirilməsi

B) Texnoloji prosesin mərhələləri

C) İşin davam etmə müddəti

D) İş prosesinin ayrı – ayrı elementlərinə sərf olunan vaxtın ölçülməsi

E) İş müddətinin qısaldılması
– İş prosesinin ayrı – ayrı elementlərinə sərf olunan vaxtın ölçülməsi

Xronometraj – növbə ərzində və ya onun müəyyən hissələrində iş əməliyyatlarının və onun müəyyən elementlərinin davam etmə müddətinin ölçülməsidir.


Ədəbiyyat: A.A.Каспаров «Гигиена труда и промышленности» Стp. 42 - 44
616) Mikroiqlim nədir?
A) Hakim küləklərin istiqaməti

B) Havanın tozlarla çirklənməsi

C) Havanın zəhərli qazlarla çirklənməsi

D) Atmosfer yağıntılarının miqdarı

E) Məhdud ərazidə və ya qapalı otaqlarda hava rejimi
Məhdud ərazidə və ya qapalı otaqlarda hava rejimi

Yer səthinin yerə yaxın qatlarının və qapalı binaların iqliminə mikroiqlim deyilir.


Ədəbiyyat: A.A.Каспаров «Гигиена труда и промышленности» Стp. 49 - 50
617) Mikroiqlimə aid olan faktorlar hansılardır?
A) Nisbi rütubət, radioaktiv şüalanma, havanın hərəkət sürəti, ventilyasiya

B) Havaının temperaturu, nisbi rütubəti, hərəkət sürəti, istilik şüalanmasının intensivliyi,səthlərin temperaturu

C) Atmosfer təzyiqi, şüa istiliyi, səs – küy, işıqlanma

D) Atmosfer təzyiqi, havanın hərəkət sürəti, ventilyasiya, nisbi rütubət

E) Temperatur, işıqlanma, səs – küy, vibrasiya
Havaının temperaturu, nisbi rütubəti, hərəkət sürəti, istilik şüalanmasının intensivliyi,səthlərin temperaturu

Mikroiqlimə aid olan faktorlar bunlardır; havainin temperaturu, nisbi rütubəti, hərəkət sürəti, atmosfer təzyiqi.


Ədəbiyyat: A.A.Каспаров «Гигиена труда и промышленности» Стp. 50 - 54
618) Havanın nisbi rütubəti hansı cihazlarla ölçülür?
A) Barometr, baroqraf, sumomer

B) Termometr, termoqraf, anemometr

C) Psixrometr, hiqrometr, hiqroqraf

D) Radiometr, kalorimetr, dozimetr

E) Aspirator, katotermometr, spirometr
– Psixrometr, hiqrometr, hiqroqraf

Nisbi rütubəti ölçmək üçün psixrometr, hiqrometr, hiqroqraf istifadə olunur.


Ədəbiyyat: A.A.Каспаров «Гигиена труда и промышленности» Стp. 69 - 73
619) Havanın hərəkət sürəti hansı cihazlarla ölçülür?
A) Radiometr, aspirator, kalorimetr

B) Barometr, baroqraf, şumomer

C) Anemometr, katatermometr, elektrotermoanemometr

D) Psixrometr, hiqrometr, hiqroqraf

E) Termometr, termoqraf, aneroid
Anemometr, katatermometr, elektrotermoanemometr

Havanın hərəkət sürətini ölçmək üçün anemometr, katatermometr, elektrotermoanemometrdən istifadə olunur.


Ədəbiyyat: A.A.Каспаров «Гигиена труда и промышленности» Стp. 69 - 73
620) Havanın hərəkət sürəti orqanizmə necə təsir göstərir?
A) Su – duz mübadiləsinin pozulmasına səbəb olur

B) Maddələr mübadilsəini sürətləndirir

C) İstiliyin xaric olmasını sürətləndirir

D) İstiliyin xaric olmasını çətinləşdirir

E) Maddələr mübadiləsini zəiflədir
– İstiliyin xaric olmasını sürətləndirir

Havanın hərək sürəti normadan az və ya cox olduqda orqanizmin istilik mübadiləsinə təsir edir.


Ədəbiyyat: A.A.Каспаров «Гигиена труда и промышленности» Стp. 53 - 54
621) Nə üçün isti sexlərdə işləyən fəhlələrə 0,5% - li Na Cl məhlulu qatılmış qazlı su verilir?
A) Zəhərli maddələri zərərsizləşdirmək üçün

B) Karbohidrat mübadiləsini bərpa etmək üçün

C) Zülal mübadiləsini bərpa etmək üçün

D) Yağ mübadiləsini bərpa etmək üçün

E) Su – duz mübadiləsini bərpa etmək üçün
Su – duz mübadiləsini bərpa etmək üçün

İsti sexlərdə işləyən fəhlələr cox tərlədiyi üçün onlarda su - duz mübadiləsi pozulur. Bunun qarşısını almaq üçün fəhlələrə 0.5% - li NaCl məhlulu qatılmış qazlı su verilir.


Ədəbiyyat: A.A.Каспаров «Гигиена труда и промышленности» Стp. 65 - 69
622) Aşağıda göstərilənlərdən hansı ultrabənövşəyi şüaların təsirinə aid deyil?
A) İltihab əleyhinə

B) İstilik

C) Bakterisid

D) Antiraxitik

E) Fotosintez
– İstilik

Ultrabənövşəyi şüalar aşaği dozalarda orqanizmə müsbət təsir göstərir; bakterisid, iltihab əleyhinə, antiraxitlik və s.


Ədəbiyyat: A.A.Каспаров «Гигиена труда и промышленности» Стp. 78 - 79
623) Aşağıdakı elementlərdən hansılar radioaktivdir?
A) Alüminium, qurğuşun

B) Manqan, kükürd

C) Dəmir, mis

D) Gümüş, xrom

E) Uran, radium
Uran, radium

Radioaktiv elementlərin nüvələri təbii yolla parçalanır. Uran, radium, torium radioaktiv elementlərdir.


Ədəbiyyat: A.A.Каспаров «Гигиена труда и промышленности»
624) Aşağıdakı sahələrin hansında lazer şüaları tətbiq olunmur?
A) Oftolmologiya

B) Əczaçılıq

C) Hərbi sənaye

D) Stomatologiya

E) Cərrahiyyə
Əczaçılıq

Lazer şüaları tibbdə, sənayedə, kosmik və hərbi texnikada tətbiq edilir.


Ədəbiyyat: A.A.Каспаров «Гигиена труда и промышленности» Стp. 79 - 81
625) Hansı tədbir elektromaqnit şüalanmanın təsirindən qorunmaq üçün effektli deyil?
A) İş yerinin sanitar – gigiyenik tələblərə cavab verməsi

B) Qoruyucu ekrandan istifadə etmək

C) Qoruyucu geyimlərdən istifadə etmək

D) Radiasiya əleyhinə arakəsmələrdən istifadə etmək

E) Elektrik təhlükəsizliyi qaydalarına əməl etmək
- İş yerinin sanitar – gigiyenik tələblərə cavab verməsi

Işçilərin elektromaqnit şüaların təsirindən qorumaq üçün şüa mənbəyinin qabağına 0.5 mm dəmir qoymaq, enerji uduculardan, fərdi qoruyucu vasitələrdən istifadə etmək, elektrik təhlükəsizliyi qaydalarına əməl etmək lazımdır.


Ədəbiyyat: A.A.Каспаров «Гигиена труда и промышленности» Стp.76 - 78
626) Hansı xəstəliklərin baş verməsində radiaktiv şüalanmanın rolu yoxdur?
A) Yoluxucu xəstəliklər

B) Sümük, əzələ sistemi xəstəlikləri

C) Endokrin sistemin xəstəlikləri

D) Qan və qan yaradıcı üzvlərin xəstəlikləri

E) Dəri xəsətəlikləri
- Yoluxucu xəstəliklər

Radioaktiv şüaların təsirindən dəri xəstəlikləri sümük və əzələ sistemi xəstəlikləri, endokrin sistem xəstəlikləri, qan və qan yaradıcı üzvlərin xəstəlikləri baş verir.


Ədəbiyyat: A.A.Каспаров «Гигиена труда и промышленности» Стp.73 - 88
627) Hansı işlərdə çalışanlar yüksək atmosfer təzyiqinin təsirinə məruz qalırlar?
A) Toxucular, dulusçular

B) Dənizçilər, geoloqlar

C) Şaxtaçılar, metro qazanlar

D) Tikinti işçiləri, sürücülər

E) Təyyarəçilər, dağ bələdçiləri
Şaxtaçılar, metro qazanlar

Dəniz səviyyəsindən aşağı düşdükcə atmosfer təzyiqi yüksəlir. Normal atmosfer təzyiqi dəniz səviyyəsində 0ºtemperaturda . 45º en dairəsində 760 mm civə sütununu tarazlaşdıra biləcək təzyiq nəzərdə tutulur. Şaxtaçılar, dəniz dibində mirvari axtaranlar, metro qazanlar və s. Işlərdə çalışanlar yüksək atmosfer təzyiqinin təsirinə məruz qalırlar.


Ədəbiyyat: A.A.Каспаров «Гигиена труда и промышленности» Стp.88 - 96
Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin