Sanitar-feldşer ixtisası üzrə nümunəvi test sualları Bölmə Epidemiologiya


) Fiziometrik ( funksional ) göstəricilər hansılardır?



Yüklə 2,12 Mb.
səhifə14/23
tarix26.11.2016
ölçüsü2,12 Mb.
#177
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

675) Fiziometrik ( funksional ) göstəricilər hansılardır?
A) Ağciyərlərin həyat tutumu, bədən kütləsi

B) Əzələ gücü, ağciyərlərinin həyat tutumu, ürək döyüntüləri, nəfəs almanın təkrarlanması

C) Boy, bədən kütləsi, dairələr, çevrələr

D) Əzələlərin, sümüklərin, piylənmənin vəziyyəti, yetişkənlik dərəcəsi

E) Əzələ gücü, boy, bədən kütləsi, dairələr
Əzələ gücü, ağciyərlərinin həyat tutumu, ürək döyüntüləri, nəfəs almanın təkrarlanması

Əzələ gücü, ağciyərlərin həyat tutumu, ürək döyüntüləri, nəfəs almanın təkrarlanması fiziometrik göstəricilərdir.


Ədəbiyyat: В.Н.Кардашенко. Руководство к лабораторным занятиям по гигиене детей и подростков. «Медицина» Москва 1983 стр.24
676) Uşaq müəssisələrində otaqları yaş üsulla yığışdırmaq üçün aşağıdakılardan hansı istifadə edilir?
A) Sabun və 2% soda məhlulu tətbiq edilmiş isti su

B) Xloraminli isti su

C) KMnO4 qatılmış isti su

D) Əhəng məhlulu əlavə edilmiş su

E) Soyuq sabunlu su
- Sabunla ya 2% soda məhlulu tətbiq edilmiş isti su

Uşaq müəssisələrində otaqları yaş üsulla yığışdırmada sabunla ya 2% soda məhlulu tədbiq edilmiş isti su işlənir.


Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. «Медицина» Москва 1989 стр.241
677) Uşaqlar yatmazdan neçə saat əvvəl qidalanmalıdır?
A) 3

B) 1


C) 2,5

D) 0,5


E) 2
– 2

Uşaqlar yatmamışdan 2 saat əvvəl qidalanmalıdırlar.


Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. «Медицина» Москва 1989 стр.176
678) Uşaq müəssisələrində neçə günlük menyu bölgüsü tərtib edilir?
A) 3 günlük

B) Gündəlik

C) 2 aylıq

D) 1 aylıq

E) 2 həftəlik
– 2 həftəlik

Uşaq müəssisələrində 2 həftəlik menyu bölgüsünü tərtib etmək lazımdır.


Ədəbiyyat: V.Ə.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı 1995 səh.180
679) Bir yaşdan böyük uşaqlar gündə ən azı neçə dəfə qidalanmalıdır?
A) 7

B) 3


C) 4

D) 5


E) 6
– 4

Bir yaşdan böyük olan uşaqlar gündə ən azı 4 dəfə qidalanmalıdırla


Ədəbiyyat: V.Ə.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı 1995 səh.175
680) Hansı nəqliyyatla ərzaq məhsullarının uşaq müəssisələrinə daşınmasına icazə verilir?
A) Xüsusi maşınlarla

B) Sanitar pasportu olan maşınlarla

C) Avtobuslala

D) Taksi ilə

E) Müxtəlif yük maşınları ilə
Sanitar pasportu olan maşınlarla

Uşaq müəssisələrinə ərzaq məhsullarının daşınmasına sanitar pasportu olan maşınlara icazə verilir.


Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. «Медицина» Москва 1989 стр.192
681) Gün ərzində 3–6 yaşlı uşaqların gündəlik rasionu necə bölünməlidir?
A) Səhər yeməyi - 10%, nahar - 45% - 20%, axşam – 25%

B) Səhər yeməyi - 15%, nahar - 60% - 15%, axşam – 10%

C) Səhər yeməyi - 30%, nahar - 30% - 30% axşam – 10%

D) Səhər yeməyi - 15%, nahar - 30% - 35%, axşam – 20%

E) Səhər yeməyi - 25%, nahar - 45% - 15%, axşam – 25%
- Səhər yeməyi - 25%, nahar - 45% - 15%, axşam – 25%

Gün ərzində 3 - 6 yaşlı uşaqların gündəlik rasionu belə bölməlidir:

səhər yeməyi - 25% , nahar - 45% , ikinci yeməyi - 15%, axşam - 25%.
Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. «Медицина» Москва 1989 стр.177
682) Uşaq müəssisələrində daha çox hansı parazitar uşaq xəstəlikləri yayılır?
A) Protozoozlar

B) Toksikozlar

C) Pnevmokoniozlar

D) Sistomatozlar

E) Helmintozlar
- Helmintozlar

Uşaq müəssisələrində daha çox parazitar xəstəliklərdən helmintozlar yayılır.


Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. «Медицина» Москва 1989 стр.198
683) Böyümə və inkişaf sürətinin qeyri–bərabərliyinin əsasında aşağıdakılardan hansı formalaşdırılır?
A) Profilaktik tədbirlər

B) Cinsi prinsip üzrə gigiyenik normativlər

C) Yaş dövriyələşdirilməsinin prinsipləri

D) Müxtəlif fəaliyyət növlərinə funksional hazırlıq

E) Qidalanma normativləri
Müxtəlif fəaliyyət növlərinə funksional hazırlığı

Böyümə və inkişaf sürətinin geyri - bərabərliyi müxtəlif fəaliyyət növlərinə hazırlığı təyin edir.


Ədəbiyyat: V.Ə.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı 1995 səh.12
684) Uşağın bədəninin uzunluğu həyatının neçənci ilində daha intensiv artır?
A) Dördüncü

B) Onuncu

C) Altıncı

D) Birinci

E) İkinci
Birinci

Uşaq bədəninin uzunluğu həyatın birinci ilində daha intensiv artır.


Ədəbiyyat: V.Ə.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı 1995 səh.32
685) Hansı əhali qrupunun fiziki inkişaf göstəricilərinin öyrənilməsi daha vacibdir?
A) İdmançılar

B) Əmək qabiliyyətli əhali təbəqəsi

C) Fiziki əməklə məşğul olan əhali

D) Ailələr

E) Uşaq və yeniyetmələr
- Uşaq və yeniyetmələr

Fiziki inkişaf sağlamlıq göstəricisi kimi uşaq və yeniyetmələr ücün daha vacibdir.


Ədəbiyyat: V.Ə.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı 1995 səh.23
686) Məktəbəqədər uşaq müəssisələrində uşaqlar əsasən hansı fəaliyyət növü ilə məşğul olur?
A) Məcburi məşğələlər

B) Musiqi dərsləri

C) Gəzintilər

D) Özünə xidmət

E) Oyunlar
- Oyunlar

Məktəbəqədər uşaq müəssisələrində uşaqların əsas fəaliyyət növü oyunlardır.


Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. «Медицина» Москва 1989 стр.75
687) Möhkəmləndirmə prosedurları hansı ardıcıllıqla aparılmalıdır?
A) Hava vannaları - üstünə su tökmək – bədəni yaş dəsmalla sürtmək

B) Bədəni yaş dəsmalls sürtmək – günəş vannaları - hava vannaları

C) Hava vannaları – bədəni yaş dəsmalla sürtmək - üstünə su tökmək

D) Bədəni yaş dəsmalla sürtmək – üstünə su tökmək – hava vannaları

E) Üstünə su tökmək – bədəni yaş dəsmalla sürtmək – hava vannaları
– Hava vannaları – bədəni yaş dəsmalla sürtmək - üstünə su tökmək

Orqanizmin möhkəmləndirmə proseduralarından istifadə ardıcılığının düzgün variantı - hava vannaları, bədəni yaş dəsmalla sürtmək, üstünə su tökməkdir.


Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. «Медицина» Москва 1989 стр.126
688) Uşaq müəssisələrinin əsas otaqlarında aerasiya əmsalı nə qədər olmalıdır?
A) 1 : 20

B) 1 : 60

C) 1 : 50

D) 1 : 30

E) 1 : 70
1 : 50

Uşaq müəssisılırinin əsas otaqlarında aerasiya əmsalı 1:50 olmalıdır.


Ədəbiyyat: V.Ə.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı 1995 səh.214
689) Uzunluğu – 10 m, eni – 5m, pəncərələrin sahəsi – 12kv.m, nəfəsliklərin sahəsi 1 kv.m olan otaqda aerasiya əmsalı nə qədər olmalıdır?
A) 1 : 4

B) 1 : 8


C) 1 : 12

D) 1 : 50

E) 1 : 60
1 : 50

Otağın uzunluğu – 10 m, eni - 5 m, pəncərələrin sahəsi - 12 kv.m nəfəsliklərin sahəsi 1 kv.m olarsa aerasiya əmsalı 1:50 - dir.


Ədəbiyyat: V.Ə.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı 1995 səh.214
690) Xroniki xəstəliklərdən əziyyət çəkməyən, nadir hallardada xəstələnən, yaşa müvafiq sinir - ruhi inkişafa malik olan sağlam uşaq və yeniyetmələr hansı sağlamlıq qrupuna daxildir?
A) 5

B) 4


C) 2

D) 1


E) 3
1

Xroniki xəstəliklərdən əzab çəkməyən, nadir halda xəstələnən, yaşa müvafiq sinir - ruhi inkişafa malik olan sağlam uşaq və yeniyetmələr 1 sağlamlıq qrupuna aid edilirlər.


Ədəbiyyat: V.Ə.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı 1995 səh.44
691) Xroniki xəstəliklərdən əziyyət çəkməyən, bəzi funksional dəyişikliklər, həmçinin tez–tez (ildə 4 dəfə və çox) xəstələnən, sağlam uşaq və yeniyetmələr hansı sağlamlıq qrupuna daxildir?
A) 5

B) 4


C) 2

D) 1


E) 3
– 2

Xroniki xəstəliklərdən əzab çəkməyən, bəzi funksional dəyişikliklər, həmçinin tez - tez (ildə 4 dəfə və çox) xəstələnmələr qeyd olunan, sağlam uşaq və yeniyetmələr 2 sağlamlıq qrupuna aid edilirlər.


Ədəbiyyat: V.Ə.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı 1995 səh.44
692) Uşaqlarda iş qabiliyyətinin ən aşağı səviyyəsi həftənin hansı günlərində olur?
A) Cümə

B) Bazar ertəsi

C) Cümə axşamı

D) Çərşənbə axşamı

E) Çərşənbə
– Bazar ertəsi

Uşaqlarda iş qabiliyyətinin ən aşağı səviyyəsi bazar ertəsi günlərində olur


Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. «Медицина» Москва 1989 стр.93
693) Kompyuter zallarında ventilyasiya sistemlərinin hansı növü təşkil olunur?
A) Təbii

B) Sorucu şkaf

C) Mexaniki gətirici

D) Gətirici–sorucu

E) Mexaniki sorucu
– Gətirici–sorucu

Kompüter zallarında gətirici - sorucu ventilyasiya sistemi təşkil olunur.


Ədəbiyyat: M.S.Kasımov, İ.P.Əhmədov. Azərbaycanda orta ümumi təhsilin yeniləşdirilməsi və maarifləndirmə texnologiyasının tibbi - gigiyenik cəhətləri, metodik tövsiyələr. Bakı, Qismət 2007 səh.20
694) Uşaq bağçalarının məktəbəhazırlıq qrupunda məcburi məşğələlərin davametmə müddəti nə qədər olmalıdır?
A) 25 – 30 dəq

B) 10 – 15 dəq

C) 20 – 25 dəq

D) 30 – 35 dəq

E) 15 – 20 dəq
- 25 – 30 dəq.

Uşaq bağçalarının məktəbəhazırlıq qrupunda məcburi məşğələlərin davametmə müddəti 25 - 30 dəq olmalıdır.


Ədəbiyyat: V.Ə.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı 1995 səh.74
695) Məktəbəqədər müəssisələrdə səhər gimnastikasının davametmə müddəti nə qədər olmalıdır?
A) 5 – 10 dəqiqə

B) 15 – 20 dəqiqə

C) 30 – 35 dəqiqə

D) 20 – 30 dəqiqə

E) 40 – 45 dəqiqə
- 5 - 10 dəq

Məktəbəqədər müəssisələrdə səhər gimnastikasının davametmə müddəti 5 - 10 dəqiqə olmalıdır.


Ədəbiyyat: V.Ə.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı 1995 səh.107
696) Tədris – tərbiyə müəssisələrinin əsas otaqlarında hansı tipdə işıqlanma tətbiq edilir?
A) Səpələnmiş işıqlanma

B) Kombinə edilmiş işıqlanma

C) Əks olunan işıqlanma

D) Yerli işıqlanma

E) Düz düşən işıqlanma
Səpələnmiş işıqlanma

Tədris - tərbiyə müəssisələrinin əsas otaqlarında səpələnmiş işıqlanma istifadə olunur.


Ədəbiyyat: V.Ə.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı 1995 səh.215
697) Məktəbin hansı otağında sorucu şkaf quraşdırılmalıdır?
A) Biologiya kabinetində

B) Direktorun kabinetində

C) Kimya kabinetində

D) Müəllimlər otağında

E) Əmək kabinetində
- Kimya kabinetində

Sorucu şkaf məktəbin kimya kabinetində quraşdırılmalıdır.


Ədəbiyyat: V.Ə.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı 1995 səh.201
698) Uşaqların nəfəs yolları böyüklərin nəfəs yolları ilə müqayisədə hansı fərli xüsusiyyətlərə malikdir?
A) Qısa və genişdir

B) Eynidir

C) Qısa və dardır

D) Uzun və genişdir

E) Uzun və dardır

- Qısa və dar

Uşaqların nəfəs yolları qısa və dardır.
Ədəbiyyat: M.B.Антропова. Гигиена детей и подростков. Медицина. Москва 1982 стр.58
699) Hansı sistemin vəziyyəti xronorefleksometriya üsulu ilə qiymətləndirilir?
A) Endokrin sistemin

B) Tənəffüs sisteminin

C) Mədə - bağırsaq sisteminin

D) Ürək - damar sisteminin

E) Mərkəzi sinir sisteminin
- Mərkəzi sinir sisteminin

Xronorefleksometriya üsulu ilə mərkəzi sinir sisteminin vəziyyəti qiymətləndirilir.


Ədəbiyyat: В.Н.Кардашенко. Руководство к лабораторным занятиям по гигиене детей и подростков. Медицина. Москва 1983 стр.68
700) Məktəbəqədər müəssisələrin xüsusi qruplarında sağlamlıq vəziyyətində dəyişikliklər olan uşaqların sayı nə qədər olmalıdır?
A) 12 uşaq

B) 16 uşaq

C) 20 uşaq

D) 10 uşaq

E) 8 uşaq
12 uşaq

Xüsusi məktəbəqədər müəssisələrin qruplarında sağlamlıq vəziyətində dəyişiklikləri olan uşaqların sayı 12 uşaq olmalıdır.


Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. Медицина. Москва 1989 стр.23
701) Məktəbəqədər müəssisələrin qruplarında uşaqların sayı nə qədər olmalıdır?
A) 25 nəfər

B) 20 nəfər

C) 15 nəfər

D) 30 nəfər

E) 10 nəfər
25 nəfər

Məktəbəqədər müəssisələrin qruplarında uşaqların sayı 25 nəfər olmalıdır


Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. Медицина. Москва 1989 стр.22
702) Dərsarası tənəffüslərin davametmə müddəti neçə dəqiqə olmalıdır?
A) 25 dəqiqə

B) 20 dəqiqə

C) 5 dəqiqə

D) 10 dəqiqə

E) 15 dəqiqə
10 dəqiqə

Dərsarası tənəffüzlərin davametmə müddəti təqribən 10 dəqiqə olmalıdır.


Ədəbiyyat: V.Ə.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı 1995 səh.96
703) Uşaq kollektivlərində hansı məhsulu istifadə etmək olmaz?
A) Yumurta

B) Makaron

C) Paştet

D) Ət


E) Süd
– Paştet

Uşaq kollektivlərində paştet istifadəsi qadağandır.


Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. Медицина. Москва 1989 стр.191
704) Uşaq kollektivlərində hansı məhsulu istifadə etmək olmaz?
A) Yumurta

B) Ətli blinçik

C) Pendir

D) Kəsmik

E) Balıq
Uşaq kollektivlərində ətli blinçikləri istifadə etmək olmaz

Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. Медицина. Москва. 1989 стр.191


705) Uşaq kollektivlərində hansı ərzaq məhsulunu istifadə etmək olmaz?
A) Balıq

B) Kəsmik

C) Pendir

D) Şirniyyat

E) Göbələk
– Göbələk

Uşaq kollektivlərində göbələk istifadəsi qadağandır.


Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. Медицина. Москва 1989 стр.191
706) Şəhərkənarı yay düşərgələrində neçə dəfə qidalanma olmalıdır?
A) 5

B) 3


C) 4

D) 6


E) 2
– 5

Şəhərkənarı yay düşərgələrində 5 dəfə qidalanma olmalıdır.


Ədəbiyyat: V.Ə.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı 1995 səh.242
707) Orta və böyük yaşlı şagirdlərdə daha çətin fənnlər hansı dərsdə keçirilməlidir?
A) 1–2-ci dərslərdə

B) Yalnız axırıncı dərsdə

C) 2–3– 4 -cü dərslərdə

D) 5–6 -cı dərslərdə

E) Yalnız ilk dərsdə
– 2–3 dərslərdə

Kiçik yaşlı məktəblilər əsas fənnlər 2 - 3cü dərsdə keçirilməlidir.


Ədəbiyyat: V.Ə.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı 1995 səh.89
708) Uşaq bağçasının orta qrupunda məşğələlərin davam etmə müddəti nə qədər olmalıdır?
A) 20 dəqiqə

B) 15 dəqiqə

C) 10 dəqiqə

D) 25 dəqiqə

E) 30 dəqiqə
– 20 dəqiqə

Uşaq bağçasının orta qrupunda məşgələlərin davam etmə müddəti 20 dəqiqədir.


Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. Медицина. Москва 1989 стр.74
709) Bağırsaq xəstəliklərinin qarşısının alınmasında hansı tədbirin görülməsinə ehtiyac yoxdur?
A) Sanitar – texniki avadanlığın zərərsizləşdirilməsi

B) Oyuncaqların zərərsizləşdirilməsi

C) Otaqların havasının dəyişdirilməsi

D) Qab və masaların zərərsizləşdirilməsi

E) Yeməkdən əvvəl əllərinin yuyulması
Otaqların havasını dəyişmək

Bagırsaq xəstəliklərinin qarşısının alınmasında otaqların havasını dəyişməsinə ehtiyac yoxdur.


Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. Медицина. Москва 1989 стр.201
710) Uşaq bağçasında kiçik yaşlı qruplarda dərs məşğələlərinin davam etmə müddəti nə qədərdir?
A) 25 dəqiqə

B) 15 dəqiqə

C) 30 dəqiqə

D) 20 dəqiqə

E) 35 dəqiqə
Uşaq bağçasında kiçik yaşlı qruplarda dərs məşğələlərin davam etmə müddəti 15 dəqiqədir.
Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. Медицина. Москва 1989 стр.74
711) Hansı uşaqlar tez –tez xəstələnən uşaqlar sayılır?
A) İldə 1 dəfə xəstələnənlər

B) İldə 3 dəfə xəstələnənlər

C) İldə 2 dəfə xəstələnənlər

D) İldə 4 dəfə və daha artıq xəstələnənlər

E) Xroniki xəstəlikləri olanlar
- İldə 4 dəfə və daha artıq xəstələnənlər

İldə 4 dəfə və artıq xəstələnlər tez - tez xəstələnən uşaqlar sayılır.


Ədəbiyyat: V.Ə.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı 1995 səh.44
712) Uşaq müəssisələrində luminisent lampalar ilə suni işıqlanma səviyyəsi neçə lyuks olmalıdır?
A) 300

B) 150


C) 200

D) 400


E) 500
300

Uşaq müəssisələrində luminisent lampalarla işıqlanma zamanı işiqlanma səviyyəsi 300 lk olmalıdır.


Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. Медицина. Москва 1989 стр.230
713) Uşağın belində cüzi əyriliyi var ,fiziki və psixoloji inkişafı yaşına uyğundur, müayinədən 1 il əvvəl 4 dəfə yuxarı tənəffüs yollarının xəstəlikləri ilə xəstələnmişdir.Uşaq hansı sağlamlıq qrupuna daxildir?
A) 5

B) 1


C) 4

D) 3


E) 2
– 2

Əgər həkim müayinəsi zamanı uşağın fiziki və psixoloji inkişafının yaşına uyğun olduğu,qamətin pozğunluğu və müayinədən 1 il əvvəl 4 dəfə yuxarı tənəffüs yollarının xəstəliyi ilə xəstələnməsi aşkar olunubsa,uşaq 2 sağlamlıq qrupuna aid edilməlidir.


Ədəbiyyat: V.Ə.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı 1995 səh.44.
714) Ətraf mühitin hansı əsas amilləri uşaq və yeniyetmələrin sağlamlığına təsir edir?
A) Qidalanma, rejim, əmək

B) Möhkəmləndirmə,rejim,qidalanma

C) Hərəkət, əmək, möhkəmləndirmə

D) Hərəkət, qidalanma ,əmək

E) Hərəkət, möhkəmləndirmə, qidalanma
Hərəkət, qidalanma, əmək

Uşaq və yeniyetmələrin sağlamlığına təsir edən ətraf mühitin 3 əsas amili hərəkət, qidalanma,əməkdir.


Ədəbiyyat: V.Ə.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı 1995 səh.55
715) Uşaq müəssisələrində uşaqlar bağırsaq infeksiyalarna daha çox hansı yolla yoluxurlar?
A) Su vasitəsi ilə

B) Transmissiv yolla

C) Qida vasitəsi ilə

D) Təmas–məişət yolu ilə

E) Aerogen yolla
– Qida

Uşaq müəssisələrində bağırsaq infeksiyalarının ən çox yoluxma yolları qidadır.


Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. Медицина. Москва 1989 стр.196
716) Uşaq müəssisələrində göbələk xəstəliklərinin yayılma yolları hansıdır?
A) Xəstə insanla təmas, qida məhsulları

B) Su


C) Qida məhsullar

D) Danışıq, öskürmə və asqırma

E) Xəstə insan və heyvanla təmas
- Xəstə insan və heyvanla təmasda olduqda

Uşaq müəssisələrində göbələk xəstəliklərinin yayılma yolları xəstə insan və heyvanla təmasda olduqdadır.


Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. Медицина. Москва 1989 стр.196
717) Uşaq müəssisələrində enterebiozun ən çox təsadüf edilən yoluxma yolu hansıdır?
A) Təmas

B) Hava damcı

C) Döl yanı maye ilə

D) Transmissiv

E) Aerogen
– Təmas

Uşaq müəssisələrində enterobiozun ən çox təsadüf edilən yoluxma yolu təmasdır.


Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. Медицина. Москва 1989 стр.198
718) Orqanizmin müqavimətinin yüksəldilməsinə təsir edən qeyri spesifik üsullara hansı aiddir?
A) Spesifik seroloji profilaktika

B) Bədən tərbiyəsi ilə məşğul olma

C) İmmunonpofilaktika

D) Orqanizmin möhkəmləndirilməsi

E) Vaksinoprofilaktika
- Orqanizmin möhkəmləndirilməsi

Orqanizmin müqavimətinin qaldırılmasına təsir edən qeyri - spesifik üsullar orqanizmin möhkəmləndirilməsidir.


Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. Медицина. Москва 1989 стр.125
719) Yoluxucu xəstəliklərinin profilaktikasında hansı üsullar spesifik hesab edilir?
A) Səmərəli qidalanma

B) Orqanizmin möhkəmləndirilməsi

C) Vaksin və zərdabların qəbulu

D) Optimal hərəkət rejimi

E) Bədən tərbiyəsi ilə məşğul olma
Vaksin və zərdabların qəbulu

Yoluxucu xəstəliklərinin profilaktikasında vaksin və zərdabların qəbulu spesifik üsul hesab edilir.


Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. Медицина. Москва 1989 стр.197
720) Otaqlarda kompyüterlərin yerləşdirilməsinin optimal variantı hansı hesab edilir?
A) Mərkəzi yerləşdirmə

B) 3 sıra üzrə yerləşdirmə

C) Sıra üzrə yerləşdirmə

D) Perimetr üzrə yerləşdirmə

E) Dairə üzrə yerləşdirmə
Perimetr üzrə yerləşdirmə

Kompüterlərlə təchiz edilmiş otağın masaları perimetr üzrə yerləşdirmə variantı optimal sayılır.


Ədəbiyyat: M.S.Kasımov, İ.P.Əhmədov. Azərbaycanda orta ümumi təhsilin yeniləşdirilməsi və maarifləndirmə texnologiyasının tibbi - gigiyenik cəhətləri, metodik tövsiyələr. Bakı. Qismət 2007 səh.25
721) 6–12 yaşında olan uşaqların bioloji yaşını təsdiq edən əsas göstəricisi hansıdır?
A) Daimi dişlərin sayı

B) Bədən uzunluğu

C) Bədən çəkisi

D) İkincili cinsi əlamətlərin inkişafı

E) Döş qəfəsinin dairəsi
Daimi dişlərin sayı

6 - 12 yaşında olan uşaqların bioloji yaşının təsdiq edən əsas göstərici daimi dişlərin sayıdır.


Ədəbiyyat: V.Ə.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı 1995 səh.40
722) Qida blokunun işçilərinin irinli xəstəliklərə müayinəsini kim aparmalıdır?
A) GEM–in işçiləri

B) Aşbaz


C) Müəssisənin rəhbəri

D) Növbətçi müəllim

E) Müəssisənin tibb bacısı
- Müəssisənin tibb bacısı

Qida blokunun işçilərinin irin xəstəliklərinə müayinəsini müəssisənin tibb bacısı aparmalıdır.


Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. Медицина. Москва 1989 стр.195
723) Hava–damcı yolu ilə ötürülən xəstəliklərin yayılmasının qarşısının alınmasında hansı tədbirin aparılmasına ehtiyac yoxdur?
A) Yeməkdən əvvəl əllərin yuyulması

B) Qabların zərərsizləşdirilməsi

C) Otaqlarda havanın tez - tez dəyişdirilməsi

D) Oyuncaqların zərərsizləşdirilməsi

E) Yığışdırma zamanı tozun silinməsi
- Yeməkdən qabaq əllərin yuyulması

Hava - damcı xəstəliklərinin yayılmasının qarşısının alınmasında yeməkdən qabaq əllərin yuyulmasına ehtiyac yoxdur.


Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. Медицина. Москва 1989 стр.193
724) Qrup otaqlarında havanın temperaturu neçə dərəcə olmalıdır?
A) 1 - 20

B) 13 - 14

C) 20 - 22

D) 15 - 16

E) 20 – 25
20 - 22

Qrup otaqlarında havanın temperaturu 20 - 22 dərəcə olmalıdır.


Ədəbiyyat: V.Ə.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı 1995 səh.207
725) Qida blokunun otaq və avadanlıqlarının dezinfeksiyasının aparılma tezliyi hansıdır?
A) Ildə 1 dəfə

B) Gündə 2 dəfə

C) Ayda 1 dəfə

D) Hər gün

E) Həftədə 1 dəfə
Ayda 1 dəfə

Qida blokunun otaq və avadanlıqların dezinfeksiyası ayda 1 dəfə aparılır.


Ədəbiyyat: V.Ə.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı 1995 səh.184
726) Qidalanma üzərində sanitar nəzarətinin məqsədi nədədir?
A) Uşaqların səmərəli qidalanmasının təşkili

B) Uşaq müəssisələrinə daxil olan ərzaq məhsullarının keyfiyyətinin yoxlanması

C) Uşaqların vaxtı - vaxtında qidalanmasının təşkili

D) Uşaq rasionların kaloriliyini hesablamaq

E) Uşaqların əldə olan ərzaqlarla vaxtında qidalanmasının təşkili
Uşaqların səmərəli qidalanmasının təşkili

Qidalanma üzərində sanitar nəzarətinin məqsədi uşaqların səmərəli qidalanmasının təşkilindən ibarətdir.


Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. Медицина. Москва 1989 стр.169

Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin