948) Teniarinxozlu xəstə tibb məntəqəsinə müraciət edibsə, feldşer diaqnoz məqsədilə hansı üsuldan istifadə edilməlidir?
A) Sulman
B) İsupov və Broxorov
C) Qoryaçev
D) Berman
E) Sorğu üsulundan
Teniarinxozlu xəstə həm sərbəst olaraq, həm də defekasiya aktı zamanı öküz teniyasının buğumlarının çıxdığını görür. Buna görə də məntəqəyə müraciət edən xəstədən ilk növbədə qurdun yetkin buğumlarının sərbəst olaraq çıxması haqqında soruşur və xəstənin dediklərinə əsasən ilk diaqnozu qoyur.
Ədəbiyyat: Медицинская паразитология. Москва « Медицина» 1991 Səh: 83
949) Profilaktik tədbir olaraq hansı helmintoz zamanı otun, yem sahələrinin nəcisi ilə çirklənməsinin qarşısı alınmalıdır?
A) Opistorxoz
B) Klonorxoz
C) Paroqonimoz
D) Fassialyoz
E) Teniazinxoz
Teniarinxozlu insan yaxşı bişməmiş mal ətini yedikdə yoluxduğuna görə, mal qaranın otlaq yerlərinin xəstə insanların nəcisi ilə çirklənməsinin qarşısı alınmalıdır. Bu məqsədlə yerlərdə qapalı ayaqyolular tikilməli və əhali arasında sanitar maarifi işi gücləndirilməlidir.
Ədəbiyyat: Медицинская паразитология. Москва « Медицина» 1991 Səh: 84
950) 7 nəfərlik ailədə 4 uşaqda bizquyruq aşkar edilibsə tibb işçisinin vəzifəsi nə olmalıdır?
A) Xəstə uşaqları ailədən ayırmaq
B) Xəstə uşaqları müalicə etmək
C) Digər 3 nəfəri müayinə etmək
D) Xəstə uşaqların paltarlarını dezinfeksiya etmek
E) Ailəsinin bütün üzvlərini müalicəyə cəlb etmək
Enterobioz kontakt yolu ilə keçdiyinə görə ailədə 1 nəfərdə olarsa, digər ailə üzvləri də yoluxa bilir. Odur ki, bu halda ailənin bütün üzvləri müalicə olunmalıdır. Sağaldıqdan sonra kontrol analizlər aparılmalıdır.
Ədəbiyyat: Медицинская паразитология. Москва « Медицина» 1991 Səh: 98
951) Bronxial selik, bəlğəm hansı ibtidai paraziti aşkar etmək üçün müayinə edilir?
A) Plazmodium
B) Leyşmaniya
C) Agız triximonadı
D) Balantidiya
E) Lyambliya
Trixomonadın bir növü də ağızda parazitlik edir. bunu aşkar etmək üçün bronxial selik və bəlğəm müayinə edilir.
Ədəbiyyat: Медицинская паразитология. Москва « Медицина» 1991 Səh: 38
952) Öskürmə, sinədə ağrılar, təngənəfəslik və s. hansı helmintoz zamanı müşahidə edilir?
A) Enterobioz
B) Exinokokkoz
C) Trixenelloz
D) Trixosefalyoz
E) Humenolepidoz
Exinokokk müxtəlif daxili orqanları, həmçinin ağ ciyərləri də zədələyir. Plevra və ağ ciyərdə qovuqcuqlar əmələ gələrsə xəstədə öskürmə, döş qəfəsində ağrılar, təngənəfəslik halları müşahidə edilir.
Ədəbiyyat: Медицинская паразитология. Москва « Медицина» 1991 Səh: 91
953) Hansı helmintozun diaqnozu zamanı anal ətrafı müayinə tətbiq edilir?
A) Askaridoz
B) Stronqiloidoz
C) Ankilostomoz
D) Trixinelloz
E) Teniarinxoz
Teniarinxoz zamanı qurdun yumurta ilə dolu olan yetkin buğumları günaşırı düz bağırsaqdan çıxır. Çünki onlar aktiv - hərəkətlidir. Çıxan buğumların əvəzinə böyümə zonasında yeni buğumlar əmələ gəlir.
Ədəbiyyat: Медицинская паразитология. Москва « Медицина» 1991 Səh: 28
954) Qarında ağrılar, qaraciyərin böyüməsi və ağrılar, dəridə səpgilər, yüksək bədən temperaturu hansı helmintoza aiddir?
A) Teniarinxoz
B) Paraqonimoz
C) Ankilostomoz
D) Fassialyoz
E) Enterobioz
Fassialyoz xəstəliyi zamanı qara ciyər böyüyür, dəri üzərində səpgilər əmələ gəlir. belə xəstəliklərdə boğulma halları və temperaturun yüksəlməsi baş verir.
Ədəbiyyat: Медицинская паразитология. Москва « Медицина» 1991 Səh: 69
955) Hansı helmintoz zamanı xəstənin və ya meyidin əzələsi, həmçinin ət qalıqları tədqiq edilir?
A) Ankilostomoz
B) Enterobioz
C) Trixinelloz
D) Difellobotrioz
E) Askaridoz
Trixinella sürfələri əzələ daxilində spiral formasında burularaq ətrafında birləşdirici toxuma kapsulası əmələ gətirir və uzun illər ərzində orqanizmdə qalır.
Ədəbiyyat: Медицинская паразитология. Москва « Медицина» 1991 Səh: 117
Bölmə 9. Yoluxucu xəstəliklər
956) Peyvəndlər hansı preparatlar ilə aparılır?
A) Vaksinlər,nitrofuran törəmələri
B) Antibiotiklər,bakteriofaqlar
C) Zərdablar,vaksinlər,antibiotiklər
D) Vaksinlər,anatoksinlər
E) Anatoksin,interferon, ,vaksinlər
Vaksinlər,anatoksinlər,
Peyvənd preparatlarına vaksinlər,anatoksinlər aid olduğundan antibiotiklər, sulfanilamidlər,bakteriofaqlardan istifadə olunmur.
Ədəbiyyat: Э.П.Шувалова «Инфекционные болезни» 1999 стр. 33 - 35
957) Süni passiv immunitet necə əmələ gəlir?
A) Nəsildən - nəsilə irsi yolla ötürrülmə zamanı
B) Anticism tərkibli qan zərdabı və qamma - qlobulinlərin yeridilməsi zamanı
C) Anatoksinlərin yeridilməsi zamanı
D) İnterferon yeridilməsi zamanı
E) Vaksinləin r yeridilməsi zamanı
Anticism tərkibli qan zərdabı və qamma - qlobulinlərin yeridilməsi zamanı
Anticism tərkibli qan zərdabı və qamma - qlobulinlərin yeritməklə davamsız süni passiv immunitet yaratmaq olar?
Ədəbiyyat: И.Г.Булкин. В.И.Покровский «Инфекционные болезни с основами эпидемиологи» 1979
958) Residiv nədir?
A) Xəstəliyin sağalma dövrü
B) Əlamətlərin geriyə qayıtması
C) Bir neçə əlamətin birlikdə təzahür etməsi
D) Törədicinin yenidən yoluxdurulması
E) Prosesin Simptomsuz, subklinik formada cərəyan etməsi
- Əlamətlərin geriyə qayıtması
Residif latın dilindən tərcümədə - qayıdış deməkdir.
Ədəbiyyat: Э.П.Шувалова «Инфекционные болезни» 1999 стр. 9 - 12
959) Botuluzmin infeksiya mənbəyi hansıdır?
A) Ağcaqanadlar
B) Bakteriya gəzdirənlər
C) Gəmiricilər, həşaratlar
D) İstiqanlı və bəzən soyuqqanlı heyvanlar
E) Xəstə insane
- İstiqanlı və bəzən soyuqqanlı heyvanlar
Təbiətdə botulizmin mənbəyi istiqanlı və bəzi soyuqqanlı heyvanlar hesab olunur.
Ədəbiyyat: N.Əliyev “Yolixucu xəstəliklər” 1993,səh 203
960) Polimelitin törədicisi hansıdır?
A) Viruslar
B) Bakteriyalar
C) İbtidailər
D) Göbələklər
E) Spiroxetlər
– Viruslar
Qəbul edilmiş mülahizələrə görə poliomielitin törədicisi viruslardır
Ədəbiyyat: Э.П.Шувалова «Инфекционные болезни» 1999 стр. 510
961) Quduzluğa qarşı tədbirlər nə vaxt aparılmalıdır?
A) Quduz olması güman edilən heyvanla təmasdan dərhal sonra
B) Dişlənəndən 20 gün sonra
C) Dişlənən gündən 16 - gün sonra
D) Dişlənəndən 40 gün sonra
E) Xəstəliyin ilk günlərində
- Quduz olması güman edilən heyvanla təmasdan dərhal sonra
Quduz olması güman edilən heyvanla təmasdan sonra yara təcili surətdə müvafiq qaydada işlənməli və dərhal quduzluq əleyhinə peyvəndin ilk dozası vurulmalıdır. Xəstəliyin inkubasion dövrü 10 - 90 gündür. Yalnız obyektiv səbəblər olduqda dişlənən gündən başlayaraq 14 - cü sutkayadək peyvənd etməyə icazə verilir.
Ədəbiyyat: Э.П.Шувалова «Инфекционные болезни» 1999 стр.565 - 566
962) Evdə yoluxucu xəstə aşkar edildikdə tibb işçisinin vəzifəsi aşağıdakılardan hansı olmalıdır?
A) Xəstəlik tarixi yazmaq
B) Xəstəxanaya göndəriş vərəqəsi yazmaq
C) Evdə xəstəyə müalicə təyin etmək
D) Dezinfeksiya işini təşkil etmək
E) Təmasda olanların müşahidə etmək, peyvənd işlərini aparmaq
Təmasda olanların müşahidə etmək, peyvənd işlərini aparmaq
Evdə yoluxucu xəstə aşkar etdikdə tibb bacısının vəzifəsi profilaktika məqsədilə təmasda olanların hərarətinin ölçülməsindən və peyvənd işini aparmaqdan ibarətdir
Ədəbiyyat: N.İ.Belova «Tibb bacısının məlumat kitabı», 1990 səh. 566
963) Spesifik profilaktik tədbirlərdə tibb işçisinin əsas vəzifəsi aşağıdaklardan hansı ola bilər?
A) Xəstəni müayinəyə göndərmək
B) GEM - ə dezstansiyaya xəbərdarlıq etmək
C) İmmunizasiya aparmaq, müalicə təyin etmək
D) Təcili tibbi xəbərdarlıq vərəqəsi doldurmaq
E) Kontaktda olanların müşahidəsi
- Xəstəni müayinəyə göndərmək
Spesifik profilaktik tədbirlərdə tibb bacısının vəzifəsi xəstəni müayinəyə göndərməkdən ibarətdir.
Ədəbiyyat: N.İ.Belova «Tibb bacısının məlumat kitabı», 1990 səh. 566
964) Dezinfeksiyaedici məhlullar hansılardır?
A) Lizol, xloramin, albumin, reopoliqlükin, B - propiolakton
B) Xloramin, lizol, hemodez, poliqlükin
C) Xlor, süleymani məhlulu, fenol, hemodez
D) Regidron, lizol, xlorlu əhəng, fenol
E) Xloramin, lizol, xlorlu əhəng, hidrogen - peroksid, fenol B – propiolakton
Xloramin, lizol, xlorlu əhəng, hidrogen - perokisd, fenol B - propiolakton.
Hemodez, rejpoliqlükin, regidron, orqanizmdə su - duz və maddələr mubadiləsi pozğunluqlari zamani normal balansı bərpa etmek uçun istifadə olunan məhlullardır
Ədəbiyyat: И.Г. Булкин. В.И. Покровский «Инфекционные болезни с основами» эпидемиологи 1979 seh 25
965) İnfeksion xəstəliklərin izolyasiyasi dedikdə nə nəzərdə tutulur?
A) Xəstələrin xəstəxanadan çixdiqdan sonra tibbi nəzarətə götürülməsi
B) Xəstələrin ətraf mühitdən təcrid edilməsi
C) Xəstələrin vaxtaşırı müayinədən keçirilməsi
D) Xəstələrin xəstəxanaya yerləşdirilməsi
E) Xəstələrin peyvənd edilməsi
. Xəstələrin ətraf mühitdən təcrid edilməsi
Xəstələrin xəstəxanaya yerləşdirilməsi - hospitalizasiya, Xəstələrin vaxtaşırı müayinədən keçirilməsi - ambulator müayinə, Xəstələrin peyvənd edilməsi - vaksinasiya, Xəstələrin xəstəxanadan çixdiqdan sonra tibbi nəzarətə götürülməsi - dispanserizasiya adlanir.
Ədəbiyyat: И.Г. Булкин. В.И. Покровский «Инфекционные болезни с основами эпидемиологи» 1979 cтр 24
966) Hansı xəstəliklər antraponoz xəstəliklər adlanır?
A) Müəyyən ocaqda təsadüf olunan xəstəliklər
B) Ancaq insanlar arasında təsadüf olunan xəstəliklər
C) Fəsli xarakter daşıyan xəstəliklər
D) Heyvanlardan insanlara keçən xəstəliklər
E) Ancaq heyvanlar arasında təsadüf olunan xəstəliklər
– Ancaq heyvanlar arasında təsadüf olunan xəstəliklər zoonoz, heyvanlardan insanlara keçən xəstəliklə sapozoonoz, keçiricinin artıb –çoxalması zamanına müfaviq olaraq daha çox müəyyən fəsildə təsadüf olunan xəstəliklər fəsli xarakter daşıyan xəstəliklər müəyyən ərazidə daha coxtəsadüf olunan xəstəliklər ocaqlılığa malik xəstəliklər adlanır.
Ədəbiyyat: И.Г. Булкин. В.И. Покровский «Инфекционные болезни с основами эпидемиологи »1979 cтр 53
967) Brüsellyozun spesifik profilaktikasına nə aiddir?
A) Baytar – sanitariya tədbirləri
B) Karantin tədbirləri
C) Heyvanların yun və güzəmlərinin zərərsizləşdirilməsi
D) Vaksinasiyanın aparılması
E) Südün zərərsizləşdirilməsi
Vaksinasiyanın aparılması
Baytar – sanitar tədbirləri südün zərərsizləşdirilməsi, heyvanların yun və güzəmlərinin zərərsizləşdirilməsi, karantin tədbirlər spesifik profilaktika sayılmır.
Ədəbiyyat: И.Г. Булкин. В.И. Покровский «Инфекционные болезни с основами эпидемиологи »1979 cтр 53
Bölmə 10. Qarışıq suallar
968) Epidemik ocaq dedikdə nə başa düşülür?
A) Törədicinin yayılması mümkün olan bütün ərazi
B) Mənzil
C) Xəstə olan palata
D) Uşaq müəssisəsinə gedən xəstə uşağın sağlamlıq qrupu
E) Süd kombinatında işləyən xəstə
Epidemik ocaq dedikdə infeksiya mənbəyinin olduğu yer və törədicinin yayılması mümkün olan bütün ərazi başa düşülür.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 56
969) Viruslu hepatit ilə xəstələnmiş şəxs donor ola bilərmi?
A) Müalicədən sonra olar
B) 6 aydan sonra olar
C) Dispanser müşahidəsindən çıxdıqdan sonra olar
D) Olmaz
E) Olar
Viruslu hepatit ilə xəstələnmiş şəxslərin qanında virusun antigeni qaldığına görə onlar donor ola bilməzlər.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 202
970) Brusellalar necə yoluxur?
A) Parenteral
B) Hava - damcı
C) Təmas
D) Alimentar
E) Transmissiv
Brusellalar alimentar yolla yoluxur.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 230
971) Yoluxmuş orqanizmdən leptospirlər hansı yolla ifraz olunur?
A) Bəlğəm
B) Sidik
C) Öd, tər
D) Tənəffüs
E) Qan
Yoluxmuş orqanizmdən leptospirlər sidik yolu ilə ifraz olunur
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 260
972) Ölkə ərazisinin sanitar mühafizəsi dedikdə nə başa düşülür?
A) Kompleks inzibati tədbirlər
B) Xaricdən xüsusi təhlükəli infeksiyaların gətirilməsi və ölkə ərazisində yayılmasının qarşısının alınması
C) Sanitar - maarifi işi
D) Kompleks baytar tədbirləri
E) Kompleks profilaktik tədbirlər
Ölkə ərazisinin sanitar mühafizəsi dedikdə xaricdən xüsusi təhlükəli infeksiyaların gətirilməsi və ölkə ərazisində yayılmasının qarşısının alınması başa düşülür.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 329
973) Kampilobakterioz xəstəliyində aşağıda sadalananlardan hansı törədicilər üçün infeksiya mənbəyi ola bilməz?
A) Gəmiricilər
B) Ev heyvanları (pişik, it)
C) Kənd təsərrüfatı heyvanları
D) Toyuq yumurtası
E) Ev və vəhşi quşlar
Kampilobakterioz xəstəliyində toyuq yumurtası törədicilər üçün infeksiya mənbəyi ola bilməz.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 500
974) Brill necə xəstəlikdir?
A) Səpkili yatalağın residividir
B) Səpkili yatalağın atipik keçən forması
C) Səpkili yatalağın xroniki keçən forması
D) Somatik xəstəlikdir
E) Yeni xəstəlikdir
Brill xəstəliyi səpkili yatalağın residividir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 209
975) Taun üzrə kompleks tədbirlərə nə daxildir?
A) Gənələrlə mübarizə
B) Bitlərlə mübarizə
C) Milçəklərlə mübarizə
D) Xəstəliyin xaricdən gətirilməsinə qarşı xəbərdarlıq
E) Ağcaqanadlarla mübarizə
Taun xəstəliyi əleyhinə kompleks tədbirlərə xəstəliyin xaricdən gətirilməsinə qarşı xəbərdarlıq tədbirləri daxildir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 241
976) Təcili tibbi yardım göstərilməsi zamanı İ İ V infeksiyasına yoluxma ehtimalı necədir ?
A) Xəstə ilə salamlaşanda
B) Arterial qanaxmanı dayandıran zaman
C) Rezin əlcəkdən istifadə etdikdə
D) Xəstə ilə danışan zaman
E) Zərər çəkənin danışması zamanı
Arterial qanaxmanı dayandıran zaman xəstəyə təcili tibbi yardım göstərildikdə İ İ V infeksiyasına yoluxmaq olar.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 224
977) Hazırda insektisidlərin hansı forması istifadə edilmir?
A) Losyon (məs: nittifor)
B) Məhlul
C) Sabun, şampun, məlhəm
D) Toz, dust
E) Karandaş
Hal - hazırda insektisidlərin məhlul forması işlənmir
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 105
978) Toz halında olan kimyəvi maddələr hansı cihazlarda istifadə edilir?
A) Dezinfal
B) Hidropult
C) PR – 1
D) Avtomaks
E) Hamısından
Toz halında olan kimyəvi maddələr PR - 1 cihazında istifadə edilir.
Ədəbiyyat: Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 100
979) Xəstələrin ifrazatlarının dezinfeksiyası necə aparılır?
A) Dezinfeksiya edilmir
B) Xlorlu əhəng tökməklə
C) Dezinfeksiya məhlulunda saxlamaqla
D) Hidrogen peroksid tökməklə
E) Kamerada dezinfeksiya etməklə
Xəstələrin ifrazatlarına xlorlu əhəng tökməklə dezinfeksiyası aparılır?
Ədəbiyyat: Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 101
980) Sanitar təmizliyi neçə hissəyə bölünür?
A) Periodik və daimi
B) Natamam
C) Sistematik
D) Hissəvi
E) Tam və hissəvi
Sanitar təmizliyi iki hissəyə bölünür: tam və hissəvi.
Ədəbiyyat: Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 120
981) Dizenteriya ocağında cari dezinfeksiyanın keyfiyyətinə nəzarət etmək üçün yaxma üsulu ilə nə aşkar edilir?
A) Streptokokk
B) Protey
C) Stafilokokk
D) Bağırsaq çöpləri
E) Hemofil çöpləri
Dizenteriya ocağında cari dezinfeksiyanın keyfiyyətinə nəzarət etmək üçün yaxma üsulu ilə bağırsaq çöpləri aşkar edilir.
Ədəbiyyat: Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 59
982) Zülalların əsas tərkib hissəsini nə təşkil edir?
A) Nuklein turşuları
B) Əvəz olunan aminturşular
C) Aminturşular
D) Aminlər
E) Əvəz olunmayan aminturşular
Zülalların əsas tərkib hissələri aminturşulardır.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова. Гигиена питания. «Медицина» Москва. 1987 səh.30
983) Buğda unundan bişirilmiş çörəyin keyfiyyəti unun tərkibində olan hansı maddələrin miqdar və keyfiyyətindən asılıdır ?
A) Karbohidratların
B) Zülal və karbohidratların
C) Yağların
D) Zülal və yağların
E) Zülalların
Buğda unundan bişirilmiş çörəyin keyfiyyəti unun tərkibindəki zülalların miqdar və keyfiyyətindən asılıdır.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.146
984) İçməli suyun şəffaflığının yuxarı həddi nə qədər olmalıdır?
A) 15 sm
B) 5 sm
C) 30 sm
D) 8 sm
E) 20 sm
Suyun şəffaflığı onda asılı halda olan və həll olmayan hissəciklərin miqdarında asılıdır. 30 sm və daha artıq qatın altında müəyyən ölçüyə malik standart şrifləri oxumağa imkan verən su kifayət dərəcədə şəffar hesab edilə bilər.
Ədəbiyyat: M. A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 127
985) Bu helmintozlardan hansıları su vasitəsilə yayıla bilər?
A) Tenioz, opistorxoz
B) Askaridoz, enterebioz, trixosefalyoz
C) Metaqonimoz, paraqonimoz
D) Trixinellyoz, teniarinxoz
E) Difillobatrioz, exnikokkoz
Çirklənmiş su ilə insan orqanizminə patogen mikroblardan başqa helmint yumur - taları da daxil ola bilər. Su vasitəsilə keçən helmintozlardan ən çox askaridoz trixosefalyoz,enterobioz və s göstərmək olar.
Ədəbiyyat: Н. Ф. Измеров . Общая и коммунальная гигиена. Москва Медицина 1985стр 55
986) Suyun pH - ı nəyi göstərir?
A) Oksidləşmə dərəcəsini
B) Codluğunu
C) Suyun reaksiyasını
D) Mikroelementlərin miqdarını
E) Şəffaflığını
Suyun pH - ı onun reaksiyasını yəni qələviliyini və ya turşuluğunu göstərir. Su uzun müddət düzgün vəziyyətdə qaldıqda qələviliyi artır. Suya üzvü maddələr qarışdıq - da, sənaye və kənd təsərrüfatı müəssisələrinin bərk və maye tullantıları, xüsusən kimya sənayesi müəssisələrinin tullantıları qarışdıqda suyun PH-ı dəyişir.
Ədəbiyyat: M.A. Kazımov. Ümumi gigiyena. Bakı 1999
987) Hansı şəraitdə insan daha tez tərləyir?
A) T – 24° S nisbi rütubət 50 %
B) T - 22 ° S nisbi rütubət 70 %
C) T - 21° S nisbi rütubət 80 %
D) T - 20° S nisbi rütubət 90 %
E) T - 23° S nisbi rütubət 60 %
Temperatur 20° S nisbi rütubət 90 % olduqda insan tez tərləyir.
Ədəbiyyat: Ədəbiyyat: A.A.Каспаров «Гигиена труда и промышленности» Стp. 54 - 57
988) 150 nəfərlik məktəbəqədər uşaq müəssisəsində tibb otağının sahəsi neçə kv.m. olmalıdır?
A) 5
B) 8
C) 6
D) 4
E) 3
Məktəbəqədər uşaq müəssisəsində tibb otağının sahəsi 8 kv.m. olmalıdır.
Ədəbiyyat: V.Ə Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı 1995 səh.196
989) Məktəbyaşlı uşaqların boy qrupları intervalları neçə sm müəyyən edilir?
A) 25
B) 5
C) 15
D) 20
E) 10
Məktəbyaşlı uşaqların boy qrup intervalları 15 sm müəyyən edilir.
Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. «Медицина» Москва 1989 стр.250
990) Bərk tullantılar hansı yolla kənar edilir?
A) Planlı həyətyani
B) İndividual
C) Axıdılır
D) Yeraltı
E) Kütləvi
Tullantılar 2 qrupa bölünür: maye və bərk. Bərk tullantılar 2 üsulla kənar edilir: planlı həyətyanı və mənzildən daşınıb aparılması.
Ədəbiyyat: M.A.Kazımov. “Ümümi gigiyena” Bakı 1999 səh 207 R.D.Qaboviç 1990 “Gigiyena” 1990 səh 107
991) Kolititr nəyə deyilir?
A) 1 litr suda olan bağırsaq çöpünün miqdarı
B) Suyun üzvi maddələrlə çirklənməsi
C) 1 ml suda olan bakteriyaların miqdarı
D) Suyun qeyri - üzvi maddələrlə çirklənməsi
E) Müayinə olunan suyun elə ən az miqdarıdır ki, burada bağırsaq çöpü tapmaq olur.
Koli - titr suyun epidemioloji göstəricisidir. Müayinə olunan suyun elə ən az miqdarıdır ki, burada bağırsaq çöpü tapmaq olur.
Ədəbiyyat: M.A.Kazımov. “Ümümi gigiyena” Bakı 1999 səh 170 R.D.Qaboviç 1990 “Gigiyena” 1990 səh 63
992) Yerli isidici sistemin mənfi xüsusiyyətlərinə aşağıdakılardan hansı aid deyil?
A) Havanı çirkləndirir
B) Istifadə üçün səmərəsizdir
C) Yanğın təhlükəsi yaradır
D) Havanı qurudur
E) Bərabər bölüşdürülür
Mənzilin süni mikroiqlimi insan orqanizminin normal fəaliyyəti və istilik tənzimi üçün şərait yaratmalıdır. İsidici sistem 2 cür olur: yerli və mərkəzləşdirilmiş.Bərabər bölüşdürülmə yerli isidici sistemin mənfi xüsusiyyəyinə aid deyil.
Ədəbiyyat: R.D.Qaboviç 1990 “Gigiyena” 1990 səh 159
993) Uşaq və yeniyetmələrin fiziki inkişafını öyrənərkən hansı üsuldan istifadə edilmir?
A) Fiziometrik
B) Boyun ölçülməsi
C) Kliniki - laborator
D) Antropometrik
E) Terapevtik
Uşaqların fiziki inkişafı kompleks halda öyrənilir, fiziki inkişafı və sağlamlığına nəzarət etmək üçün hər il uşaq və yeniyetmələri tibbi müayinədən keçirmək lazımdır.Bu halda klinik-laborator müayinələr fiziki inkişafın öyrənilməsində əhəmiyyət kəsb etmir.
Ədəbiyyat: R.D.Qaboviç 1990 “Gigiyena” 1990 səh 343
994) Pasterizasiya hansı temperaturda necə müddətə aparılır?
A) 56 – 580 C - də; 1 gün
B) 65 - 70 0 C - də; 1 saat
C) 600 C-də; 5 dəqiqə
D) 300 C - də; 20 dəqiqə
E) 100 - 0C-də ; 60 dəqiqə
Pasterizasiya qismən sterilizasiyadır. Pasterizasiya zamanı mikrobların vegetativ formaları ölür, spor formaları isə diri qalır. Belə sterilizasiya növünü ilk dəfə Paster təklif etmişdir. Bu yol ilə müxtəlif qida məhsullarını (süd, meyvə, tərəvəz məhsulları), müxtəlif meyvə şirələrini və s. “sterilizasiya” edirlər. - 65 - 700 C - də; 1 saat müddətində pasterizasiya aparılır.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 56
995) Streptokok infeksiyası zamanı müayinə üçün nə götürülür?
A) Qan
B) Bəlğəm
C) Burundan ifrazat
D) Mədənin yuyuntu suyu
E) Onurğa beyni mayesi
Streptokok infeksiyası zamanı müayinə üçün qan götürülür, şəkərli bulyona əkilir.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 176
Dostları ilə paylaş: |