Sanitar feldşer ixtisası üzrə nümunəvi test suallarının toplusu Epidemiologiya 1 Epidemiologiya elmi nəyi öyrənir?



Yüklə 1.32 Mb.
səhifə10/14
tarix26.11.2016
ölçüsü1.32 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   14

701) Bu xəstəliklərdən hansılarının baş verməsində radioaktiv şüaların rolu yoxdur?

A) Yoluxucu xəstəliklər

B) Dəri xəsətəlikləri

C) Sümük, əzələ sisteminin xəstəlikləri

D) Endokrin sistemin xəstəlikləri

E) Qan və qan yaradıcı üzvlərin xəstəlikləri


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.
702) Hansı işlərdə çalışanlar yüksək atmosfer təzyiqinin təsirinə məruz qalırlar?

A) Tikinti işçiləri, sürücülər

B) Təyyarəçilər, dağ bələdçiləri

C) Şaxtaçılar, metro qazanlar

D) Toxucular, dulusçular

E) Dənizçilər, geoloqlar


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.
703) Kesson xəsətliyi hansı təzyiqdə baş verir?

A) Normal təzyiqdən alçaq təzyiqə keçid

B) Yüksək təzyiqdən normal təzyiqə sürətli keçid

C) Normal təzyiqdən yüksək təzyiqə keçid

D) Yüksək təzyiqdən normal təzyiqə tədricən keçid

E) Alçaq təzyiqdən normal təzyiqə keçid


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

704) Kesson xəstəliyinin baş vermə mexanizmi nədir?

A) Qanda qaz halında olan azotun miqdarının artması

B) Qanda C O2 – nın miqdarının artması

C) Qanda zəhərli maddələrin miqdarının artması

D) Qanda O2 – nin miqdarının azalması

E) Azotun hemoqlabinlə birləşməsi


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.
705) Dekompessiya zamanı kessonda təzyiq necə dəyişir?

A) 10 m – dən bir 2 atmosfer

B) 2 m – dən bir 1 atmosfer

C) 5 m - dən bir 1 atmosfer

D) 10 m- dən bir 1 atmosfer

E) 20 m – dən bir 1 atmosfer


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности
706) Kesson xəstəliyinin profilaktikası nədən ibarətdir?

A) Şəxsi gigiyenik qaydalarına riayət etmək

B) Dekompressiya və ya şlüzləmə

C) Səs – küy və ya vibrasiyanın normallaşdırılması

D) Mikroiqlimin normalaşdırılması

E) Fərdi qoruyucu vasitələrdən istifadə edilməsi


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности..
707) Hündürlük və ya dağ xəstəliyinin səbəbi nədir?

A) Hiperqlikemiya

B) Anemiya

C) Tromboz

D) Hipoksiya

E) Avitaminoz


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович. Гигиена. 1991.
708) Hündürlük və ya dağ xəstəliyinin profilaktikası nədən ibarətdir?

A) Səmərəli qidalanmanın təşkili

B) Orqanizmin məşq etdirilməsi, germetikləşdirilmə

C) Ventilyasiyanın təşkili

D) Mukroiqlimin normallaşdırılması

E) Dərman preparatlarından istifadə edilməsi


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович. Гигиена. 1991.
709) Üzvi mənşəli tozlara hansı toz aiddir?

A) Un tozu

B) Dəmir tozu

C) Əhəng tozu

D) Sement tozu

E) Təbaşir tozu


Ədəbiyyat: A.A.Каспаров. Гигиена труда и промышленности.

Р.Д.Габович. Гигиена. 1991.
710) Qeyri – üzvi tozlara hansılar aiddir?

A) Əhəng tozu

B) Un tozu

C) Yun tozu

D) Bitki tozu

E) Şəkər tozu


Ədəbiyyat: A.A. Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович. Гигиена. 1991.
711) Ağciyər alveollarına hansı ölçüyədək olan tozlar daxil olur?

A) 10 mkm

B) 20 mkm

C) 5 mkm


D) 15 mkm

E) 25 mkm


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович. Гигиена. 1991.
712) Tozların təsirindən ağciyərlərdə baş verən xəsətliklər necə adlanır?

A) Ağciyərlərin emfizeması

B) Pnevmokonioz

C) Plevrit

D) Pnevmaniya

E) Pnevmotoraks


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович. Гигиена. 1991.
713) Pnevmokaniozlardan hansı daha ağır xəstəlik hesab olunur?

A) Silikatoz

B) Silikoz

C) Antrakoz

D) Sideroz

E) Bissinoz


Ədəbiyyat: A.A. Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович. Гигиена. 1991.
714) Kömür tozunun təsirindən ağ ciyərlərdə baş verən xəstəlik necə adlanır?

A) Silikoz

B) Pnevmotoraks

C) Sideroz

D) Pnevmaniya

E) Antrakoz


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович. Гигиена. 1991.
715) Bu xəstəliklərdən hansı tozun ağciyərlərdən qeyri üzvlərdə əmələ gətirdiyi xəstəliklərə aid deyil?

A) Hipertrofilyalı katar

B) Silikoz

C) Dermatit

D) Konyuktivit

E) Bronxit


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович. Гигиена. 1991.
716) Bu tədbirlərdən hansı toza qarşı mübarizədə effektli deyil?

A) Bioloji vasitələr

B) Mikroiqlimin normallaşdırılması

C) Texnoloji tədbirlər

D) Fərdi qoruyucu vasitələrdən istifadə edilməsi

E) Ventilyasiya


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович. Гигиена. 1991.

717) Havada tozların miqdarını təyin etmək üçün bu vasitələrdən hansı istifadə olunmur?

A) Süzgəclər

B) Analitik tərəzi

C) Aspirometr

D) Şüşə və mineral pambıq

E) Spirometr


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович. Гигиена. 1991.
718) 27° S temperaturda çəkisi 400 mq olan süzgəcdən 200 litr hava sorulduqdan sonra süzgəcin çəkisi 420mq oldu. 1m3 havadakı tozların çəkisi nə qədərdir?

A) 120 mq

B) 112 mq

C) 103 mq

D) 109 mq

E) 106 mq


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович. Гигиена. 1991.

719) İnsanın eşitmə üzvü hansı tezlikli rəqslərdən əmələ gələn səsi qəbul edir?

A) 10 – 18000 hs

B) 8 – 16000 hs

C) 6 – 10000 hs

D) 5 – 15000 hs

E) 16 – 20000 hs


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович. Гигиена. 1991.
720) Səs – küyün ümumi təsirinə hansı bənd aid deyil?

A) Mədə - bağırsaq sisteminə təsiri

B) Ürək – damar sisteminə təsiri

C) Eşitmə üzvünə təsiri

D) Endokrin sistemə təsiri

E) Sinir sisteminə təsiri


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович. Гигиена. 1991.
721) Səs – küyün ölçü vahidi nədir?

A) Kkal


B) Lüks

C) Hers


D) Coul

E) Desibel


Ədəbiyyat: A.A. Каспаров. Гигиена труда и промышленности.

Р.Д.Габович. Гигиена. 1991.
722) Şumomerin iş prinsipi nədən ibarətdir?

A) İşıq enerjisini mexaniki enerjiyə çevirir

B) Elektrik enerjisini istilik enerjisinə çevirir

C) Elektrik enerjisini mexaniki enerjiyə çevirir

D) Mexaniki enerjini istilik enerjisinə çevirir

E) Mexaniki enerjini elektrik enerjisinə çevirir


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович. Гигиена. 1991.
723) Vibrasiya xəstəliyi zamanı əl barmaqları hansı rəng alır?

A) Ağarır

B) Qızarır

C) Göyərir

D) Qaralır

E) Saralır


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.
724) Ultrasəs ilə uzun müddət işləyən tibb işçilərində hansı peşə xəstəliyi əmələ gəlir?

A) Kordinator nevroz

B) Peşə tendovaginiti

C) Osteoxondroz

D) Bilək və dirsəyin parezi

E) Peşə kataraktası


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.
725) Tibbi – sanitar hissənin yaradılması hansı faktordan asılıdır?

A) Müəssisənin sanitar gigiyenik vəziyyətindən

B) İş növbələrinin sayından

C) İşçilərin sayından

D) Sənaye müəssisəsinin gücündən

E) Texnoloji prossesin xarakterindən


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.
726) Hansı bənd tibbi sanitar hissənin vəzifəsinə aid deyil?

A) İşçilər arasında dövrü tibbi müayinələrin təşkili

B) Peşə xəstəlikləri və zəhərlənmələrinə qarşı mübarizə tədbirləri

C) Müəssisədə profilaktik və əksepidemik tədbirlərin aparılmasına nəzarət

D) Sənaye müəssisələrində çalışan işçilərə tibbi yardımın göstərilməsi

E) Sənaye müəssisələrində iş rejimini müəyyən etmək


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович.Гигиена. 1991.
727) İşçilərin sayı 500 və ümumi xəstəliklərin sayı 400 olarsa ekstensivlik göstəricisinin qiyməti neçə olmalıdır?

A) 80


B) 100

C) 160


D) 120

E) 140
Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.



Р.Д.Габович. Гигиена. 1991.
728) Ümumi xəstəliklərin sayı 400, ayrı – ayrı xəstəliklərin sayı 120 olarsa, intensivlik göstəricisi neçə faiz təşkil edir?

A) 40 %


B) 70 %

C) 60 %


D) 30 %

E) 50 %
Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.



Р.Д.Габович. Гигиена. 1991.
729) Ümumi xəstəliklərin sayı 500, əmək qabiliyyəti itirilən günlərin sayı 2800 olarsa, əmək qabiliyyətinin orta itirilmə müddəti neçə olmalı?

A) 4,8


B) 3,8

C) 5,6


D) 4,0

E) 5,2
Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.



Р.Д.Габович.Гигиена. 1991.
730) Güclü təsirə malik zəhərli maddələr saxlanılan ambar su mənbələrindən neçə metr aralı olmalıdır?

A) 100 – 150 m

B) 150 – 200 m

C) 200 – 300 m

D) 40 – 50 m

E) 50 – 100 m


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович.Гигиена. 1991.
731) Hansı maddələrə zəhər deyilir?

A) Yüksək dozada orqanizmə daxil olaraq sağlamlığı pozan maddələrə

B) Orqanizmin xəstələnməsinə səbəb olan maddələrə

C) Enerji balansının pozulmasına səbəb olan maddələrə

D) Əmək qabiliyyətini zəiflədən maddələrə

E) Az miqdarda orqanizmə daxil olarsa sağlamlığı pozan maddələrə


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович.Гигиена. 1991.


732) İstehsalat zəhərlərini öyrənən elm hansıdır?

A) Gigiyena

B) Parazitologiya

C) Epidemiologiya

D) Toksikologiya

E) Histologiya


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович.Гигиена. 1991.
733) İstehsalatda zəhərlər orqanizmə hansı yolla daxil olduqda daha təhlükəli sayılır?

A) Təmas vasitəsilə

B) Dəri və selikli qişalar vasitəsilə

C) Tənəffüs yolları ilə

D) Qan vasitəsilə

E) Mədə - bağırsaq traktı ilə


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович.Гигиена. 1991.
734) Zəhərli maddələr təhlükəlilik dərəcəsinə görə neçə qrupa bölünürlər?

A) 6


B) 3

C) 2


D) 5

E) 4
Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.



Р.Д.Габович.Гигиена. 1991.
735) Qurğuşunun İ H K-sı (icazə həddi konsentrasiyası) nə qədərdir?

A) 0,05 mq/ m³

B) 0,03 mq/ m³

C) 0,02 mq/ m³

D) 0,04 mq/ m³

E) 0,01 mq/ m³


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович. Гигиена. 1991.
736) Xlorun İHK–sı nə qədərdir?

A) 1 mq/ m3

B) 3 mq/ m3

C) 4 mq/ m3

D) 5 mq/ m3

E) 2 mq/ m3


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович. Гигиена. 1991.
737) Civə ilə zəhərlənmənin xarakter əlaməti hansıdır?

A) Ürək fəaliyyətinin pozulması

B) Yuxarı ətrafların tremoru və eretizm

C) Qara ciyər sindromu

D) Dəri örtüyünün sarımtıl boz rəngdə olması

E) Epilepsiya


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович. Гигиена. 1991.
738) Hansı bənd peşə xəstələnmələrinə və zəhərlənmələrinə qarşı mübarizədə effektli deyil?

A) Kimyəvi maddələrin gigiyenik standartlaşdırılması

B) Fərdi qoruyucu vasitələrdən istifadə

C) Sanitar – gigiyenik tədbirlər

D) Texnoloji prosseslərin dəyişdirilməsi

E) Zəhərin texnoloji prosesdən kənarlaşdırılması


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович. Гигиена. 1991.
739) Ağırlıq dərəcəsinə görə travmalar neçə cür olur?

A) 4


B) 6

C) 5


D) 2

E) 3
Ədəbiyyat: A.A. Каспаров. Гигиена труда и промышленности.



Р.Д.Габович. Гигиена. 1991.
740) “Kesson “ xəstəliyinin baş vermə səbəbi hansıdır?

A) Havanın çirklənməsi

B) Yüksək səs-küy

C) Yüksək atmosfer təzyiqi

D) Yüksək temperatur

E) Vibrasiya


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.
741) Termiki və kimyəvi travmalardan qorunmaq üçün başlıca mühafizə vasitəsi hansıdır?

A) Qoruyucu eynəklər

B) Əleyhqaz

C) Qoruyucu geyimlər

D) Respirator

E) Qoruyucu örtüyü olan alətlərdən istifadə etmək


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.
742) Hansı tezlikli cərəyan daha təhlükəli hesab olunur?

A) 80 hs


B) 90 hs

C) 70 hs


D) 60 hs

E) 50 hs
Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.


743) 500 işçisi olan müəssisədə 20 travma baş veribsə tezlik göstəricisinin qiyməti neçə olmalı?

A) 5


B) 40

C) 10


D) 30

E) 20
Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.


744) Bütün travmaların sayının 45, müəyyən müddətdə baş verən travmaların sayı 15 olduğunu bilərək əmək qabiliyyətinin orta itirilmə müddəti neçə olmalı?

A) 3


B) 6

C) 4


D) 7

E) 5
Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.


745) Tozun təsirindən ağciyərlərdə baş verən xəstəliklər necə adlanır?

A) Pnevmaniyalar

B) Ağciyərlərin absesi

C) Ağciyərlərin emfizeması

D) Plevritlər

E) Pnevmokaniozlar


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

746) Ultrasəsdən tibbdə hansı məqsədlə istifadə olunur?

A) Laborator analizlərin aparılmasında

B) Yanıqların müalicəsində

C) Göz xəstəliklərinin müalicəsində

D) Parenxiamatoz üzvlərin və qadın cinsiyyət üzvlərinin müayinəsində

E) Cərrahi əməliyyatların aparılmasında


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.
747) Hansı dalğa uzunluqlu elektromaqnit rəqsləri göz tərəfindən işıq kimi qəbul olunur?

A) 280 – 400 nm

B) 760 – 1400 nm

C) 400 – 760 nm

D) 300 – 500 nm

E) 400 – 500 nm


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.
748) İşıqlanma dərəcəsinin vahidi nədir?

A) Lüks


B) Bar

C) Desibel

D) Kandela

E) Hs
Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.


749) Flüoroz xəstəliyində hansı üzvlərdə dəyişiklik olur?

A) Böyrəklərdə

B) Qara ciyərdə

C) Mədədə

D) Ağciyərlərdə

E) Qalxanabənzər vəzidə


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.
750) İşıqlanma hansı cihazla ölçülür?

A) Hiqrometr

B) Psixrometr

C) Lüksmetr

D) Barometr

E) Anemometr


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович. Гигиена. 1991.
751) Pestisidlər nədir?

A) Bitkilərin inkişafına kömək edən maddələr

B) Dezinfeksiya məqsədi ilə işlədilən maddələr

C) Bitkilərin tələf olmasının qarşısını almaq üçün istifadə olunan maddələr

D) Gübrə kimi istifadə edilən maddələr

E) Kənd təsərrüfatında bitki zərərvericiləri və xəstəlikləri, alaq otları ilə mübarizə aparmaq üçün işlədilən kimyəvi maddələr


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович. Гигиена. 1991.


752) İnsektisidlər nədir?

A) Alaq bitkilərini tələf edən preparatlar

B) Gəmiriciləri tələf edən preparatlar

C) Gənələri tələf edən preparatlar

D) Həşaratları məhv edən preparatlar

E) Göbələk parazitləri məhv edən preparatlar


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович. Гигиена. 1991.
753) Fungisidlər nədir?

A) Gənələri qıran preparatlar

B) Alaq bitkiləri qıran preparatlar

C) Göbələk parazitlərini məhv edən preparatlar

D) Həşaratları qıran preparatlar

E) Gəmiriciləri qıran preparatlar


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович. Гигиена. 1991.
754) Herbisidlər nədir ?

A) Bitki xəstəliklərinin bakteriyalarını tələf edən preparatlar

B) Alaq bitkilərini tələf edən preparatlar

C) Həşaratları qıran preparatlar

D) Göbələk parazitlərini qıran preparatlar

E) Molyusk və ilbizləri tələf edən preparatlar


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович. Гигиена. 1991.
755) Limasidlər nədir ?

A) Göbələk parazitlərini tələf edən preparatlar

B) Gəmiriciləri tələf edən preparatlar

C) Məhsulu yığmamışdan əvvəl bitkilərin yarpaqlarını tökdürən preparatlar

D) Gənələri tələf edən preparatlar

E) Molyusk və ilbizləri tələf edən preparatlar


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович. Гигиена. 1991.
756) Peşə xəstəliklərinə hansı xəstəlik aiddir?

A) Silikoz

B) Ürək astması

C) Hepatit

D) Xolesistit

E) Pankreatit


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович. Гигиена. 1991.
757) Dövri tibbi müayinələr nəyə görə təşkil olunmuşdur?

A) Zəhərlənmələrin qarşısını almaq üçün

B) Peşə xəstəliklərinin qarşısını almaq üçün

C) Ümumi xəstəliklərin qarşısını almaq üçün

D) Travmatizmin sayını azaltmaq üçün

E) İşçilərlə sorğu aparmaq üçün


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович. Гигиена. 1991.

758) Qurğuşun hansı üsulla təyin olunur?

A) Nefelometrik üsulu

B) Kalorimetrik üsulu

C) Xronometraj

D) Adi üsulu

E) Polejayev üsulu


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович.Гигиена. 1991.
759) Qurğuşunla zəhərlənmənin simptomları nədir?

A) Qurğuşun haşiyəsi, qurğuşun koloriti

B) Porfirinuriya

C) Retikulositoz

D) Qanda bozofil dənələr eritrositlərin olması

E) Sadalananların hamısı


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович. Гигиена. 1991.
760) Civə ilə zəhərlənmələrin xarakter əlaməti hansıdır?

A) Qastrit və enterokolit əlamətləri

B) Stomatit, haşiyə, tremor, eretizm

C) Ürək fəaliyyətinin pozulması

D) Heç biri

E) Başağrısı və başgicəllənməsi


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович. Гигиена. 1991.
761) Hansı bənd xromun zəhərləyici təsirinə aid deyil?

A) Ateroskleroz

B) Pnevmoskleroz

C) Qastrit və 12 barmaq bağirsaq xorası

D) Xroniki bronxit, bronxial astma

E) Quş gözü yaralar


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович. Гигиена. 1991.

762) Anilinin yol verilən ən böyük konsentrasiyası nə qədərdir?

A) 5 mq/m³

B) 10 mq/m³

C) 20 mq/m³

D) 15 mq/m³

E) 3 mq/m³


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович. Гигиена. 1991.
763) T.İ.Ə hansı düsturla hesablanır?

A) Γ=/2Π


B) D=2Π · Γ

C) Q=V∙F·3600

D) S=1· P

E) e =Ed/Ex∙100%


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович.Гигиена. 1991.
764) T.İ.Ə nə ilə ifadə olunur?

A) m³/san-lə

B) mq/l-lə

C) m/san-lə

D) m²/san-lə

E) Faizlə


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович.Гигиена. 1991.

765) İstehsalatda təbii işıqlanmanın hansı növü böyük üstünlüyə malikdir?

A) Yuxarıdan düşən və kombinəedilmiş

B) Yandan düşən və kombinəedilmiş

C) Yandan düşən

D) Kombinəedilmiş

E) Yuxarıdan düşən


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович.Гигиена. 1991.
766) Sənaye müəssisələri sanitar-mühafizə zonasının ölçüsündən asılı olaraq neçə sinfə bölünür?

A) 4


B) 7

C) 11


D) 10

E) 5
Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.



Р.Д.Габович.Гигиена. 1991.
767) Sənaye müəssisələrində bir işçiyə düşən sahə nə qədər olmalıdır?

A) Kubatura 10m³, sahə-5m², hündürlük -3 m

B) Kubatura 5m³, sahə- 2 m², hündürlük-2m

C) Kubatura 15m³, sahə-4,5 m², hündürlük -3,2 m

D) Kubatura 25 m³, sahə-3,5 m², hündürlük - 4 m

E) Kubatura 20 m³, sahə-4 m², hündürlük -3,5 m


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович.Гигиена. 1991.
768) Heyvandarlıq binaları yaşayış binalarından neçə metr aralı yerləşməlidir?

A) 150 – 200 m

B) 250 – 300 m

C) 100-150 m

D) 350 – 400 m

E) 50 – 100 m


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович.Гигиена. 1991.
769) İş zonasında tozun yol verilən konsentrasiyası hansıdır?

A) 30 – 35 mq/m3

B) 2 – 10 mq/m3

C) 1 – 2,0 mq/m3

D) 15 – 20 mq/m3

E) 15 – 30 mq/m3


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности
770) Yeniyetmələr ücün iş vaxtı neçə saat olmalıdır?

A) 11 saat

B) 6 saat

C) 8 saat

D) 10 saat

E) 5 saat


Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности.

Р.Д.Габович.Гигиена. 1991.

Uşaq və yeniyetmə gigiyenası

771) Uşaq və yeniyetmələrin gün rejimini öyrənilməsində hansı metoddan istifadə olunur?

A) Laborator müayinə

B) Plantoqrafiya

C) İşləmə qabiliyyətinin müayinəsi

D) Xronometraj

E) Sanitar –gigiyenik təsviri


Ədəbiyyat: В.Н. Кардашенко. Руководство к лабораторным занятиям по гигиенe детей и подростков. Медицина. Москва. 1983

772) Orqanizmin əqli qabiliyyəti hansı metodla öyrənilir?

A) Xronorefleksometriya

B) Müşahidə

C) Xronometraj

D) Anket sorğusu

E) Vaxtla müəyyən edilmiş dozalara bölünmüş iş


Ədəbiyyat: В.Н. Кардашенко. Руководство к лабораторным занятиям по гигиенe детей и подростков. Медицина. Москва. 1983
1   ...   6   7   8   9   10   11   12   13   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə