Sanitar feldşer ixtisası üzrə nümunəvi test suallarının toplusu Epidemiologiya 1 Epidemiologiya elmi nəyi öyrənir?


) Uzunmüddətli sıxılma sindromunda kompressiyanın müddətinə görə hansı növ ayırd edilmir?



Yüklə 1,32 Mb.
səhifə14/14
tarix26.11.2016
ölçüsü1,32 Mb.
#179
1   ...   6   7   8   9   10   11   12   13   14

980) Uzunmüddətli sıxılma sindromunda kompressiyanın müddətinə görə hansı növ ayırd edilmir?

A) Çox uzun müddətli sıxılma (7 saatdan çox)

B) Uzun müddətli sıxılma (4-7 saat)

C) Qısa müddətli sıxılma (2-3 saat)

D) Dərhal sıxılma zamanı

E) Orta müddətli sıxılma (4 saat)


Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко. «Медицина катастроф» Москва
981) Aşağıdakı xüsusiyyətlərdən hansı kimyəvi zəhərləyici maddələr üçün xarakterik deyil?

A) Kontagiozluq (xəstədən sağlam insana keçmə qabiliyyəti)

B) Xarici mühitdə asan yolla yayılması

C) Davamlı zədələyici təsirə malik olması

D) Zədələnmələrin klinikasının və inkişaf dinamikasının müxtəlifliyi

E) Mühafizə vasitələrindən istifadə etmək zəruriyyətinin yaratması


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı. 2008
982) Hansı üsül infeksion xəstəliklərin törədicilərinin məhv edilməsinə aid deyil?

A) Deratizasiya

B) Dezinfeksiya

C) Dezinseksiya

D) Observasiya

E) Dezoktikasiya


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı. 2008
983) İlan vurmada hansı təxirəsalınmaz yardım göstərilmir?

A) Yaranı kalium-permanqanatla yumaq

B) Alkoqol vermək

C) Zərdab vurmaq

D) Çoxlu maye vermək

E) İlan sancan yerdən yuxarı ətrafa jqut qoymaq


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı. 2008
984) Tektonik fəlakətlərə hansılar aid deyil?

A) Zəlzələ

B) Vulkan püskürməsi

C) Torpaq sürüşməsi

D) Tayfun

E) Sunami


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı. 2008
985) Elektrik vurmada hansı təxirəsalınmaz yardım göstərilmir?

A) Xəstəyə süni nəfəs vermək

B) Cərəyandan azad etmək

C) Ürəyin qapalı massajı

D) Elektrik vuranı torpağa basdırmaq

E) Tənəffüs yollarının təmizlənməsi


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı. 2008
986) Aşağıdakı maddələrdən hansı siniriflicedici təsirə malik zəhərli maddələrə aiddir?

A) Fosgen,difosgen

B) İprit, lyuzit

C) Xlorsian

D) Zarin, zoman

E) Xlorpikrin


Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко. «Медицина катастроф» Москва
987) Kimyəvi zədələnmə ocağında ilk tibi yardımın əsas tədbirlərinə nə aid deyil?

A) Xəsarət almışların zədə ocağından çıxarılması

B) Qanaxmanın daimi dayandırılması

C) Natamam sanitar təmizləmənin aparılması

D) Antidotların vurulması

E) Əleyhqazların geyindirilməsi


Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко. «Медицина катастроф» Москва
988) Dəm qazı ilə zəhərlənmələrdə yardımın hansı növü xarakterik deyil?

A) Mədənin zondla yuyulması

B) Tənəffüs mərkəzini oyadan dərman vermək

C) Ürəyin qapalı massajı

D) Süni tənəffüs vermək

E) Təmiz havaya çıxarıb naşatır spirti iylətmək


Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко. «Медицина катастроф» Москва
989) Fövqəladə hallarda zədələnmişlərin müalicə-evakuasiya tədbirlərinə hansılar daxildir?

A) Terapevtik yardım

B) Zədələnmişlərin həmin ərazidən evakuasiya olunması, ilk tibbi yardım və müalicəsinin göstərilməsi

C) Yaralıların çeşidlənməsi

D) Tibbi evakuasiya mərhələsində göstərilən yardım

E) İxtisaslaşmış yardım


Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко. «Медицина катастроф» Москва
990) Fövqəladə vəziyyətdə təxirə salınmaz tibbi yardım xidmətinin əsas vəzifəsi hansıdır?

A) Tibbi qurumların və müəssisələrin yaradılması

B) İradəetmə orqanlarının yaradılması

C) Tibbi qurumların şəxsi heyət tərkibinin sağlamlığının qorunması

D) Tibbi kadrların hazırlanması

E) Vaxtında və effektli tibbi yardımın göstərilməsi


Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко. «Медицина катастроф» Москва
991) Ekstremal vəziyyətlərdə mülki müdafiə tibb xidməti tərəfindən hansı tədbirlər həyata keçirilir?

A) Vaxtında təxirəsalınmaz yardım göstərilməsi və xəsarət almışların köçürülməsi

B) Sanitar itkilərin aradan qaldırılması

C) Ocağa ümumi mülki müdafiə qurumlarının yeridilməsi

D) Deqazasiyanın aparılması

E) Sanitar-gigiyenik tədbirlərin aparılması


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı. 2008
992) Əhalinin kütləvi qırğın silahlarından qorunma üsulları hansıdır?

A) Əhalinin şəhər ətrafı ərazilərə köçürülməsi

B) Əhaliyə xəbərdarlıq edilməsi

C) Tibbi yardımın göstərilməsi və müalicəsinin aparılması

D) Tibbi ləvazimatlardan istifadə edilməsi

E) Əhalinin həmin ərazidən çıxarılması və sığınacaqlarda yerləşdirilməsi


Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко. «Медицина катастроф» Москва
993) Ətrafın sıxılması zamanı ilk tibbi yardım necə göstərilir?

A) Nəqliyyat şinasından istifadə etmək

B) Standart şinalarla immobilizasiyanın aparılması

C) Periferiyadan mərkəzə doğru sıxıcı sarğının qoyulması və ağrıkəsicilərin yeridilməsi

D) Oksigen inqalyasiyası

E) Antihistamin və antibakterial terapiyanın aparılması


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı. 2008
994) Zədələnmə anından ilk həkim yardımı hansı optimal müddətdə aparılır?

A) 30 dəqiqə müddətində

B) 3-4 saat müddətində

C) İlk gün ərzində

D) İlk dəqiqələrdə

E) 10 saata qədər


Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко. «Медицина катастроф» Москва
995) Əlaltı vasitələrdən istifadə etməklə zədələnmə ocağında hansı növ yardım göstərilir?

A) Xüsusiləşdirilmiş yardım

B) İlk həkim yardımı

C) Həkiməqədər yardım

D) Təkmilləşmiş həkim yardımı

E) İlk tibbi yardım


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı. 2008
996) Respublika Fövqəladə Hallar Nazirliyi nəzdində tibb xidməti nə vaxt yaradılmışdır?

A) 1994-cü ildə

B) 2004-cü ildə

C) 2005-ci ildə

D) 2001-ci ildə

E) 1997-ci ildə


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı. 2008
997) Suda boğulma zamanı xəsarət almış şəxsə göstərilən ilk tibbi yardım hansıdır?

A) Ağ ciyərlərin süni ventilyasiyası

B) Bədənin isidilməsi

C) Dərman müalicəsi

D) Sudan çıxarmaq və ağız boşluğundan yad cisimləri xaric etmək

E) Ürəyin qapalı masajı


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı . 2008
998) Dəridə yara əmələ gətirən zəhərləyici maddələr hansıdır?

A) Sinil turşusu

B) Aolamsit

C) İprit, lyuzit

D) Vi-X qazlar, zoman

E) Fosgen, difosgen


Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко. «Медицина катастроф» Москва
999) Metereoloji fəlakətlərə nə aiddir?

A) Qasırğa və burulğan

B) Subasma

C) Yanğın

D) Torpaq sürüşməsi

E) Zəlzələ


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı. 2008
1000) Radiasiya ilə zədələnmələr zamanı ilkin zədələnən orqan hansıdır?

A) Limfa

B) Bağırsaq epiteli

C) Sümük iliyi

D) Dalaq

E) Qara ciyər


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili” Bakı.2008
Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin