152) AGDT vaksinini hansı nahiyyəyə vururlar?
A) Per os
B) Dəri üstü
C) Əzələ daxilinə
D) Vena daxilinə
E) Dəri içi
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006
153) Meninqokokk infeksiyası ilə yoluxma təhlükəsi necə müəyyən edilir?
A) Xəstəliyin ağırlığı ilə
B) İnfeksiya mənbəyindən məsafə ilə, infeksiya mənbəyilə uzunmüddətli təmas ilə
C) Ətraf mühitin temperaturu ilə
D) Cins ilə
E) Yaş ilə
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006
154) Meninqokokk infeksiya ocağında təmasda olanların təcili spesifik profilaktikası nə ilə aparılır?
A) İmmunoqlobulin, vaksin
B) Bakteriofaq
C) İnterferon
D) Anatoksin
E) Antibiotik
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006
155) Meninqokokk infeksiyasında kimlər infeksiya mənbəyi sayılır?
A) Xəstə heyvanlar
B) Xəstə quşlar
C) Gəmiricilər
D) Xəstə insanlar
E) Həşəratlar
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006
156) Vərəm xəstəliyində infeksiya mənbəyi kimdir?
A) Həşəratlar
B) Hava
C) Xəstə heyvan, gəmiricilər
D) Bəlğəm
E) Xəstə insan, heyvan
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006
157) Vərəmin yayılmasında hansı amillər iştirak edir?
A) Selik hissəcikləri, toz
B) Öd
C) Həşəratlar
D) Qan
E) İnyeksiya alətləri
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006
158) Vərəm xəstəliyinə kimlər daha çox tutulur?
A) Xidmət sahəsində işləyənlər
B) Yaşlı şəxslər
C) Zərərli adəti olanlar, ağ ciyərin xroniki xəstəliyi olan xəstələr
D) Sağlam həyat tərzi keçirənlər
E) Uşaqlar
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006
Dostları ilə paylaş: |