187) Su çiçəyinin törədiciləri başqa hansı xəstəliyi törədir?
A) Skarlatinanı
B) Trixosefalyozu
C) Kəmərləyici dəmrovu
D) Raxiti
E) Anemiyanı
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006
188) 10 nəfərin difteriyaya görə müayinəsi zamanı material götürmək üçün neçə ədəd tampon sifariş etmək lazımdır?
A) 15 ədəd
B) 10 ədəd
C) 25 ədəd
D) 20 ədəd
E) 30 ədəd
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006
189) Oktyabrın 20-də üzündə səpki əmələ gələn uşağa qızılca diaqnozu qoyulmuşdu. İnfeksiya mənbəyi kimi o nə vaxtdan təhlükəli sayılır?
A) Prodromal dövrdən, yəni 18 oktyabrdan
B) Səpki keçdikdən sonra
C) Səpki əmələ gələn gündən, yəni 20 oktyabrdan
D) Oktyabrın 10-dan, yəni inkubasiya dövrünün sonuncu günündən
E) Prodromal və inkubasiya dövrünün sonuncu günündə yoluxucu olduğunu nəzərə alsaq oktyabr ayının 15-dən
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006
190) Qan infeksiyalarının keçmə amilləri nədir?
A) Paltar və yataq ağları
B) Torpaq
C) İnyeksiya alətləri
D) Baş örtüyü
E) Su
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006
191) Qan infeksiyasının keçmə mexanizmi hansıdır?
A) Fekal-oral
B) Təmas-məişət
C) Məişət əşyaları
D) Aerogen
E) Parenteral, transmissiv
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006
192) Səpkili yatalağa tutulmuş xəstənin infeksiya mənbəyi kimi təhlükəli dövrü nə vaxtdır?
A) İnkubasiya dövrünün ortasında
B) Temperaturun normalaşdırılmasından 3 gün sonra
C) Rekonvalessent dövründə
D) Bütün qızdırma dövrü
E) İnkubasiya dövrü
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006
Dostları ilə paylaş: |