189
zaman keçdikcə unudulmuş və yavaş-yavaş ədəbi dildə işləklik
xüsusiyyətini itirmişdir. Bu sözlərdən bəziləri isə zaman keçdik-
cə istər şəkilcə, istərsə də mənaca müəyyən dəyişiklərə uğradıq-
ları üçün həmin sözlərin müasir ədəbi dilimizdəki şəkillərindən
müəyyən qədər fərqlənirlər. Bu qəbildən olan sözlər dilçilik ədə-
biyyatında "arxaizmlər" adı altında öyrənilsə də, unutmaq olmaz
ki, "müasir dil üçün arxaik sayılan bir söz əvvəlki dövrlər üçün
aktiv lüğət vahidi hesab edilir"
1
. Bundan əlavə, dilin inkişafının
müəyyən dövrlərində unudulan ayrı-ayrı sözlər sonralar yenidən
dilə qayıdaraq vətəndaşlıq hüququ qazanır. Hazırda mətbuatda,
radio və televiziyada işlənən “altun”, “gizir”, “çavuş”, “tapın-
maq”, “suçlamaq”, “ismarlamaq” və s. kimi sözlər buna misal
ola bilər.
Tərcümədə işlənmiş və hazırda ədəbi dilimiz üçün arxaik
səciyyə daşıyan
türkmənşəli sözlərin
çoxuna orta yüzilliklərə aid
digər Azərbaycan yazılı abidələrində də rast gəlirik. Lakin bu
qəbildən olan leksik vahidlər içərisində elələri də vardır ki, onla-
ra yazılı abidələrimizdə ya ümumiyyətlə təsadüf olunmur, ya da
nadir hallarda rast gəlinir. Öncə həmin sözləri nəzərdən keçirək:
Dostları ilə paylaş: