Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə104/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   100   101   102   103   104   105   106   107   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

 
Ergürmək
 - yetirmək, çatdırmaq

 
Saŋa dapşursın apargil cənnətə,
Anı 
ergür
 cənnət içrə nemətə

Qeyd edək ki, "ergürmək" sözü yalnız Bursa nüsxəsində təkcə 
bu beytdə işlənmişdir. Qədim türk sözlərindən olan "ergürmək" 
Mahmud Kaşğarinin lüğətində qeydə alınmışdır. Bu sözə Azərbay-
can yazılı abidəiərindən Suli Fəqihin "Yusif və Züleyxa" məsnəvi-
sində də rast gəlirik. Qeyd edək ki, məsnəvinin Bakı nəşrində bu 
söz "irkürmək" və”irkürən” kimi verilmiş və kitabdakı türk sözləri 
lüğətinə daxil edilməmişdir. "Ergürmək" feili, fikrimizcə, "er-
mək”/”irmək” (çatmaq, yetişmək) feilindən düzəlmişdir. 
 
Gəzləmək
- oxu yaya qoymaq: 
 
Birisi oxın yaya 
gəzlədi
,
Bağladı xoş, uz atuban gizlədi. 
Bu feilin kökündə dayanan "gəz" ismi (oxun kiriş girəcək 
yeri) Şirazinin "Gülşəni-raz" tərcüməsi"ndə də işlənmişdir:
 
 
Giricək ok 
gəzi
 zeh ortasinə, 
Düşər ok dəmrəni qəbzə içinə
1
"Gəzləmək" feilinə isə bizə məlum qaynaqlarda rast gəlmirik. 
 
 
1
Nağısoylu M. Şirazinin “Gülşəni-raz” tərcüməsi. Bakı, 2004. səh.111 


192 
Imızqanmaq
 - yuxulamaq, mürgüləmək, azacıq uyumaq

 
Var idi Tövrat içində yazılu,
Taŋrı uyumaz, həm
 ımızqanmaz
 deyü.
Qədim türk mətnlərində rast gəlmədiyimiz bu feil orta çağ-
lar türkdili yazılı abidələrindən Qütbün "Xosrov və Şirin" tərcü-
məsində və XIV-XVIII əsrlərə aid Osmanlı ədəbiyyatında işlən-
mişdir. Professor Əmir Nəcib bu felin Rəbğuzinin "Qisəsül-ən-
biya" əsərində "ımızğa bolmaq" şəklində işləndiyini və onun 
"ımız" (mürgü) ismindən əmələ gəldiyini qeyd edir. Maraqlıdır 
ki, bu feil çağdaş türk dillərinin heç birində işlənmir.

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin