Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə112/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   108   109   110   111   112   113   114   115   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

 
Çələb
-Allah, Tanrı

 
Dedi, qurutsun əliŋi ol 
Çələb
,
Dünyada olsun saŋa Həqdən qəzəb. 
Qədim türk leksemlərindən sayılan "çələb" sözü istər qə- 
dim türk mətnlərində, istərsə də orta əsrlərə aid Azərbaycan və 
türk yazılı abidələrində bol-bol işlənmişdir. Bu sözə "Şühədana-
mə"də yalnız bir şeir parçasında təsadüf etdik: 
Utanuŋız xəlayiqdən dəxi həm
Çələbdən
 qorxuŋız, qılmıŋ bu sitəm

1
Zərinəzadə H. Fars dilində Azərbaycan sözləri. Bakı, 1962, səh.249 
2
Nağısoylu M. Əhmədinin "Əsrarnamə" tərcüməsi. Bakı, 2005, səh.92 


202 
Çizginmək
 – dönmək, fırlanmaq, dolaşmaq

 
Göndərübdür oğrılar muni əyan,
Anıŋ içün
 çizginür
 munda həman. 
“Çizginmək” feili Şirazinin "Gülşəni-raz" və Əhmədi Təb-
rizinin "Əsrarnamə" tərcümə əsərlərində işlənmişdir
1

 
Damu
 – cəhənnəm

 
Ol zəman kim, ədlü mizan qurıla,
Damu
ya kim, asi qullar sürilə. 
"Damu" sözü "damu"/"tamu" fonetik variantlarında istər əs-
ki türk mətnlərində, istərsə də ortaçağ Azərbaycan yazılı abidə-
lərində eyni mənada işlənmişdir. 
 
Daŋ 
– sübh tezdən, səhər

 
Lütf ilən ol Xudayi-dadgər,
Daŋ 
- axşam yerlərə eylər nəzər. 
Bu söz “tan” şəklində istər əski türk mətnlərində, istərsə də 
orta əsrlər türkdilli yazılı abidələrdə qeydə alınmışdır.
 
Daŋla
 – sabah

 
Var ümüdim 
daŋla
 verə ol xocə, 
Yatdılar pəs ac, məhzun ol gecə. 
“Daŋla” sözü əski türk run yazılarından tutmuş XVI əsrdə 
köçürülmüş yazılara qədər bir dövrü əhatə edən müxtəlif türkdil-
li yazılı abidələrdə "tanla" şəklində işlənmişdir. Nəsimi “Divan”ı 
və “Şühədanamə"də isə bu söz "danla" şəklindədir. 
1
Nağısoylu M. Əhmədinin "Əsrarnamə" tərcüməsi. Bakı, 2005, səh.236 


203 
Derilmək
- toplanmaq, toplaşmaq, gəlmək yığılmaq: 
 
Cümə güni dedi çün bang verilə,
Məscidə ol dəm cəmaət 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin