205
Nümunəndən göründüyü kimi, Həzini bu beytdə "düriş-
mək" feli ilə yanaşı, onun sinonimi olan "cəhd etmək" tərkibi fe-
lini də işlətmişdir. Maraqlıdır ki, Həzininin sələfi Şirazi də "Gül-
şəni-raz" tərcüməsində "dürişmək" feili ilə yanaşı, onun sinoni-
mi olan "səy etmək" feilini
qoşa işlətmişdir
1
:
Verür varınü səy eylər,
dürişür
,
Ol əvvəl qopduği yerə irişür
Onu da qeyd edək ki, bu xüsusiyyət - sinonim sözlərin qoşa
işlədilməsi bir sıra yazılı abidələrimiz üçün də səciyyəvi haldır .
"Dürişmək" feli Mahmud Kaşğarinin lüğətində "çəkişmək",
"çarpışmaq", “qarşı-qarşıya gəlmək" mənalarında işlənmişdir .
"Kitabi-Dədə Qorqud" eposunda , Mustafa Zəririn "Yusif və Zü-
leyxa" məsnəvisində isə "dürişmək" sözü Həzininin tərcüməsin-
də olduğu kimi "çalışmaq" mənasını daşıyır.
Dostları ilə paylaş: