Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə115/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   111   112   113   114   115   116   117   118   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

 
Düş 
- yuxu

 
Dedi Mənsur ibn Əmmar ol gecə,
Düşdə
 gördüm ol cəvanı gör necə. 
Türk dillərinin qədim lüğət vahidi sayılan "düş" əski türk 
yazılı abidələrindən tutmuş orta əsrlərə aid türkdilli mətnlərdə, 
eləcə də Azərbaycan yazılı abidələrində bol-bol işlənmişdir. Mi-
nayə Cavadova bu sözün Q.Zakirin əsərlərində də işləndiyini 
qeyd edir. "Düş" sözü dilimizin qərb qrupu şivələrində "tuş", 
"tüş" fonetik variantlarında eyni mənada işlənir. Bu söz müasir 
türk və türkmən ədəbi dilində öz işləkliyini qoruyub saxlamışdır. 
 
Evmek/əvmək/ivmək
 - tələsmək

 
Mən dedüm ki, sən məni apar əvə,
Qəbrə boşlarsən məni 
evə-evə

1
Nağısoylu M. Şirazinin "Gülşəni-raz" tərcüməsi. Bakı, 2004, səh.113


206 
Türk dillərinin əski qatlarını əks etdirən bu söz Mahmud 
Kaşğaridə, "Kutadğu bilig"də, Əbu Həyyanda, Qütb Xarəzmidə 
eyni mənada işlənmişdir. Azərbaycan yazılı abidələrindən "Das-
tani-Əhməd Hərami"də və "Əs-Sihah"da da bu feilə rast gəlirik. 
Maraqlıdır ki, Həzini tərcümədə başqa bir yerdə "evmək" feilini 
"əvərmək" şəklində də işlətmişdir: 
 
Oldı müştaq ol rəsuli görməgə,
Ta 
əvərdi
 xidmətinə irməgə. 
Onu da qeyd edək ki, bir sıra qaynaqlarda "evmək" feilin-
dən düzəlmiş "ivək"/"evək" sözləri də "tələsik", "tələsən" məna-
larında işlənmişdir. 
 
Əbsəm/əpsəm
 - lal, sakit, dinməz

 
Bir neçə hayxırdı, 
əpsəm
 oldı bəs,
Gəlmədi heç dəxi andan sonra səs. 
Bu söz türkdilli yazılı abidələrdən Qütbün "Xosrov və Şi- 
rin" əsərində "əbsəm", "əbsəm turmaq", "əbsəm qalmaq" (sus- 
maq), "əbsəm tutmaq" (özünü saxlamaq) və "Ət-töhfə" də "əb- 
səm bolmaq" (susmaq) şəklində işlənmişdir C.Qəhrəmanov bu 
sözün Nəsimi “Divan”ında, "Əsrarnamə"də işləndiyini göstərir 
"Əbsəm" sözü "Dastani-Əhməd Hərami"də "əbsəmcək oturdı", 
"Şühədanamə"də isə "əpsəm ol" şəklində işlənmişdir. "Əpsəm 
olmaq” "Əs-Sihah"da da iki yerdə qeydə alınmışdır. XIV-XVl 
əsrlərə aid türkdilli yazılı abidələrdə "əbsəm" zərfi və "əpsəm 
durmaq", "əpsəm eyləmək”, "əpsəm qalmaq", "əpsəm olmaq" 
mürəkkəb feilləri bol-bol işlənmişdir
1


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin