201
Maraqlıdır ki, "Tarama sözlüyü"ndə "canğı" isminin yalnız bircə
qaynaqda "canqu" şəklində "söyləşmə" mənasında
işlənməsi
qeydə alınmışdır. Deməli, "canğı"
ismi orta çağ Azərbaycan-
türk mətnləri üçün daha səciyyəvi və işlək olmuşdur. Həsən Zə-
rinəzadə bu sözün Səfəvilər dövründə fars dilində də eyni məna-
da işləndiyini göstərir.
Alimin fikrincə, "canğı" leksemi "səs"
mənasını verən "cınğır" sözü ilə bağlıdır
1
.
Çav
- şan, şöhrət, ad-san; səs
:
Həm səniŋ
çavıŋı
dəxi çıxdı qəvi,
Dedilər ki, çıxdı şahi-mənəvi.
Qədim türk sözlərindən olan "çav" eyni
mənada Orxon- Ye-
nisey abidələrində "çab"
şəklində, “Kutadğu bilig”də və "Diva-
nü lüğat-it-türk"də ("çav" şəklində) işlənmişdir. "Çav"sözü XIII-
XV əsrlərə aid Azərbaycan yazılı abidələrindən "Dastani-Əh-
məd Hərami"də, Yusif Məddahın "Vərqa və Gülşah", Suli Fəqih
və Mustafa Zəririn "Yusif və Züleyxa" məsnəvilərində, eləcə də
Əhmədinin "Əsrarnamə" tərcüməsində qeydə alınmışdır
2
.
Dostları ilə paylaş: