su,
Çevirübdür a
ŋ a vəchini hər
su.
Onu da qeyd edək ki, birinci misradakı
“su”
“sad” hərfi ilə,
ikinci misradakı
“tərəf”
mənasında işlənmiş
“su”
sözü isə “sin”
hərfi ilə yazılmışdır.
Şirazi bəzən hər ikisi ərəb və ya fars mənşəli sözləri də ci-
nas qafiyə yerində işlətmişdir. Məsələn, aşağıdakı beytdəki ərəb
mənşəli
“hərirə”
(halva) və
“hərir”
(hörümçək toru) sözləri ci-
nas qafiyədir:
Qara süddür saŋa, yaxud
hərirə,
Tolaşmışsın kirm bigi
hərirə.
Beytin birinci misrasında işlənmiş
“hərirə”
sözü
“düyü,
badam içi və şəkərdən hazırlanmış halva”
mənasını daşıyır .
İkinci misrada yönlük halda işlənmiş
“hərir”
ismi isə
“ipək”
və
“hörümçək toru”
mənasını bildirir. Qeyd edək ki, bu sözün ikin-
119
ci mənası nadir hallarda işlənir. Burada o, birinci mənada (
ipək
)
işlənmişdir.
Tərcümədə sıx-sıx işlənmiş
atalar sözləri, frazeoloji bir-
ləşmələr
də diqqəti cəlb edir. Maraqlıdır ki, şifahi xalq ədəbiy-
yatına tez-tez müraciət edən Şirazinin işlətdiyi atalar sözlərinin
çoxu kiçik dəyişikliklə çağdaş ədəbi dilimizdə də işlənir. Nümu-
nə olaraq onların bir neçəsini nəzərdən keçirək:
Ağız tatlumı olur bal deməkdən?
Məgər ləzzət gələ anı yeməkdən...
Key a ŋ lagil qolayın hər bir işün
Ki, yokış eyni olmışdur enişün...
Kilimü ŋ cə uzatğıl ayağu ŋ ı,
Ayağu ŋ dan sıyırmağıl bağuŋı...
İkindüyə demədi kimsə öylə,
Dedilər əgri otur, doğru söylə...
Dilərsə küfrü fisq əhli ŋ keçürür
Ki, bir əl taşı bi ŋ quzğun uçurur...
Ba ŋ
a bu pərdədən bir raz söylə,
Eyü söyləvü uzü az söylə.
Birinci nümunənin ilk misrasında işlənmiş:
“Ağız tatlumı
olur bal deməkdən”
deyimi
“Halva-halva deməklə ağız şirin ol-
maz”
atalar sözünün azacıq fərqli variantıdır. Maraqlıdır ki, Şi-
razi bu atalar sözünü tərcümənin başqa bir yerində də bu şəkildə
işlətmişdir:
Həqiqətdə məcazi hal olmaz,
Ki, bal deyənü ŋ ağzı bal olmaz.
120
İkinci nümunədəki
“yokış eyni olmışdur enişün”
deyimi isə
çağdaş ədəbi dilimizdə atalar sözü kimi belə işlənir:
“Hər enişin
bir yokuşu, hər yoxuşun bir enişi var”
. Bu atalar sözünü Şirazi
ilə eyni əsrdə yaşamış görkəmli Azərbaycan şairi Kişvəri isə bir
beytində belə işlətmişdir:
Şami-hicran sonrası sübhi-vüsal irür bəli,
Hər enişə bir yoxuşdur, hər yoxuşa bir eniş.
Üçüncü nümunədə işlənmiş
“kilimüncə uzatğıl ayağunı”
ifadəsi çağdaş ədəbi dilimizdəki:
“Yorğanına görə ayağını uzat”
atalar sözünün azacıq fərqli variantıdır. Onlar arasındakı fərq
“yorğan”
əvəzinə
“kilim”
sözünün işlənməsidir.
Dördüncü nümunədəki:
“Əgri otur, doğru söylə”
atalar sö-
zü isə çağdaş ədəbi dilimizdə yenə də kiçicik fərqlə:
“Əyri otur,
düz danış”
şəklində işlənir. Qeyd edək ki, Şirazinin işlətdiyi
“Əgri otur, doğru söylə”
atalar sözü professor Samət Əlizadə-
nin nəşrə hazırladığı “Oğuznamə”də də eynilə işlənmişdir
1
.
Beşinci nümunədə işlənmiş
“bir əl taşı bin quzğun uçurur”
deyimi əski atalar sözüdür, çağdaş ədəbi dilimizdə işlənmir. Ma-
raqlıdır ki, bu atalar sözünü görkəmli Azərbaycan şairi Qazı
Bürhanəddin (1344-1398) də aşağıdakı bir tuyuğunda azacıq
fərqlə işlətmişdir:
Konül alan dünyada dilbər, dilbər,
Ki, oxuruz hüsnünü əzbər, əzbər.
Aləmdə bin qarğaya bir sapan bəs,
Dünyada sərvər gərək, sərvər, sərvər.
Göründüyü kimi, Qazı Bürhanəddində bu atalar sözündə
“quzğun”
sözü əvəzinə
“qarğa”,
“
taş”
(daş) sözü əvəzinə isə
“sapan”
işlənmişdir: Bununla belə, atalar sözünün hər iki varia-
ntı mahiyyətcə eyni məzmun daşıyır.
1
Oğuznamə (tərtibçi S.Əlizadə). Bakı, 1987. səh. 33
121
Altıncı nümunədə işlənmiş
“uzü az söylə”
deyimi də əski
atalar sözüdür. O, “Oğuznamə”də bu şəkildə işlənmişdir:
“Az
söylə, uz söylə”
1
. Göründüyü kimi, atalar sözünün bu variantın-
da
“uz”
və
“az”
sözlərinin yerləri dəyişdirilmiş və
“söylə”
sözü
iki dəfə işlənmişdir. Qeyd edək ki, bu atalar sözündəki
“uz”
sö-
zü qədim türk sözüdür və orta yüzilliklərə aid bir sıra yazılı abi-
dələrdə, o sıradan “Kitabi-Dədə Qorqud”da
“yaxşı”, “müna-
sib”, “ustaca”
mənalarında işlənmişdir . Atalar sözünün çağdaş
variantında artıq arxaizmə çevrilmiş
“uz”
sözü onun sinonimi
olan
“yaxşı”
sözü ilə əvəzlənmişdir:
“Az danış, yaxşı danış”
.
Onu da əlavə edək ki, nağıllarımızda tez-tez işlənən
“Az getdi,
uz geytdi”
ifadəsindəki
“uz”
sözü də eyni mənanı daşıyır:
Az
getdi, yaxşı getdi.
Şirazinin aşağıdakı beytlərdə işlətdiyi ayrı-ayrı deyim və
ifadələri isə atalar sözü olmasa da, hikmətli, nəsihətli məzmunu
ilə seçilir və aforizm səciyyəsi daşıyır:
Əməlsiz elm ağçadur səmərsiz,
Günəş kibidür, amma qəmərsiz...
Tavuq yumurdasından toğmaz ördək,
Nə diksən, anı bitürür çəgirdək...
Kişi tutmaz sözini yad kişinü ŋ ,
Tutar sözün həmişə bilişinü ŋ ...
Cahan bu gördügün kimi dögüldür,
Dikən kibi görünür, leyk güldür...
Bu düzgünivü bu düzənləri boz
Ki, turmaz günbəz üzrə atcaq qoz...
Vəli gerçək olur, yalancı olmaz,
Kö ŋ üldən bay olan dilənci olmaz.
1
Oğuznamə (tərtibçi S.Əlizadə). Bakı, 1987. səh. 29
122
Birinci
beytdə Şirazinin işlətdiyi
“əməlsiz elm səmərəsiz
(faydasız) ağçadır (puldur)”
cümləsində ifadə olunan fikir hik-
mətli məzmunu ilə seçilir və bu baxımdan atalar sözünü xatırla-
dır. Şirazi bu fikrinin davamını ikinci misrada da müqayisə şək-
lində verərək, bu cür elmi aysız günəşə bənzədir. Məlum olduğu
kimi, klassik ədəbiyyatda, eləcə də şifahi xalq ədəbiyyatında gü-
nəşlə ayın adı çox vaxt qoşa çəkilir (“Günəş və Ay” əfsanəsini
yada salmaq kifayətdir).
İkinci
nümunədəki:
“Tavuq yumurdasından toğmaz ördək”
cümləsində də müdrik bir fikir ifadə olunmuşdur. Bu beytdəki
fikrin davamı kimi verilən:
“Nə diksən anı bitürür çəgirdək”
misrası da aşağıdakı məşhur atalar sözünü xatırladır:
“Nə əkər-
sən, onu biçərsən”.
Şirazinin bu beytində işlətdiyi bütün sözlə-
rin türkmənşəli olması da diqqəti çəkir. Eyni sözləri
üçüncü
beytə də aid etmək olar. Şirazinin bu beyti də istər nəsihətamiz
məzmunu ilə, istərsə də yalnız türkmənşəli sözlərdən ibarət ol-
ması ilə diqqəti cəlb edir. Şair-tərcüməçiyə görə, insan yad ada-
mın yox, tanıdığı adamın sözünü danışmalıdır.
Şirazinin
Dostları ilə paylaş: |