Bayıq - açıq, açıq-aşkar, gerçək, həqiqi:
Bu rəsmə tamuda, uçmağda bayıq, Bədən olur məqaminə müvafiq. Öncə qeyd edək ki, beytin birinci misrasında işlənmiş
“ta- mu” (
cəhənnəm ),
“uçmaq”/”uçmağ” (
cənnət ) sözləri də qədim
türk sözləridir və hazırda arxaizmlər sayılır.
“Bayıq” sözünə gəl-
dikdə isə bu leksem eyni mənada “Dastani-Əhməd Hərami”də,
Suli Fəqihin “Yusif və Züleyxa”, Əlinin “Qisseyi-Yusif” və Mus-
tafa Zəririn “Yusif və Züleyxa” məsnəvilərində işlənmişdir.
Çəq - düz, tam, lap, kimi:
Həqqü ŋ çün nuri-əksi düşdi canə, Düşürdi qülqülə çəq asimanə. Bu leksem Mahmud Kaşğarinin lüğətində və “Altun yaruğ”
adlı qədim türk mətnlərində işlənmişdir .
V.Radlov da onu lüğətində qeydə almışdır
1
.
Çoqramaq - qaynamaq, coşmaq, hoqquldamaq:
Sipərlər, şölələr ura günəşdə, Ki, adəm beynisi çoqraya başda. “Çoqramaq” feili eyni mənada Kaşğaridə və XIV-XV yüzil-
liklərə aid türk yazılı abidələrində işlənmişdir. Bu feildən düzəl-
miş
“çoqratmaq” (coşdurmaq) və
“çoqraşmaq” (qaynamaq, coş-
maq) sözləri də Kaşğaridə işlənmişdir. Azərbaycan yazılı abidələ-
rindən isə heç birində “çoqramaq” feilinə rast gəlməmişik.
1
Радлов В.В. Опыт словаря тюркских наречии. 1-IV,СПб., 1888-1891.
с.183
133
Dəgmə - təsadüfi, hər, hər hansı:
Müxalif yellər əsməzsə ovadə, Xətər bulunmazsa dəgmə bir həvadə. Bu söz “Kutadğu bilig”də
“təqmə” , “Ət-töhfə”də
“dəqmə” ,
“Kitab əl-idrak”da isə
“təymə” və
“dəgmə” kimi qeydə alınmış-
dır. XIV-XV əsrlərə aid Azərbaycan-türk yazılı abidələrində də
“dəgmə” sözü işlənmişdir .