Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə64/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   60   61   62   63   64   65   66   67   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

 
Anca
- belə, beləcə, bu cür, bu qədər, o qədər: 
Giyah idü ŋ gül ilə bilə bitdü ŋ , 
Çəmən bülbülləriylə 
anca
 ötdü ŋ .
Bu söz qədim türk mətnlərində , Qütbün “Xosrov və Şirin” 
tərcüməsində , Nəsimi “Divan”ında işlənmişdir. 
Anca 
Mustafa 
Zəririn “Yusif və Züleyxa” əsərində də işlənmiş, lakin əsərdəki 
əski türk sözləri lüğətinə daxil edilməmişdir. V.Radlovun lüğə-
tində bu leksem “ança” şəklində qeydə alınmışdır . 
 
 Assı
- fayda, qazanc, mənfəət: 
Gücü ŋ sənü ŋ orada heç yetməz
Bunı bildügü ŋ anda 
assı
 etməz… 
Anadantoğma gözsüz olsa bədhal, 
Nə assı
 eylər a ŋ a kəhli-kəhhal.
Bu sözün daha əski variantı 
“asığ”
dır. Qədim türk mətnlə-
rində bu leksem məhz 
“asığ”
şəklində işlənmişdir . Eyni kökdən 
düzəlmiş 
“asığsız”, “asığlığ”, “asığlamaq”
sözləri də ayrı-ayrı 
mənbələrdə qeydə alınmışdır. 
“Alu”
və 
“assı”
sözlərinin daha 
əski variantı göstərir ki, bir sıra qədim türk sözlərinin sonundakı 
ğ
samiti zaman keçdikcə düşmüşdür. Azərbaycan yazılı abidələ-
rində isə bu söz 
“assı”
şəklində işlənmişdir . 
 
Aşlamaq
- bərkitmək, yapışdırmaq, calaq etmək:
Söz açalımü sözə başlayalum
Gül ağacına sünbül 
aşlayalum.


131 
Bu söz Mahmud Kaşğarinin məşhur əsərində də eyni məna-
da işlənmişdir. Çağdaş ədəbi dilimizdə işlənən 
“aşılamaq”
(də-
rini aşılamaq) felində bu sözün əski mənası ilə müəyyən bağlılıq 
özünü göstərsə də, lakin hazırda onun mənası bir qədər daral-
mışdır. Onu da qeyd edək ki, bu felin kökündə 
“calaq”
məna-
sında işlənən qədim türk sözü 
“aş”
ismi durur . “Gülşəni-raz” 
tərcüməsindən verilən bu nümunədə də 
“aşlamaq”
daha çox 
“calaq etmək”
mənasına uyğun gəlir.

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin