Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə62/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   58   59   60   61   62   63   64   65   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

1
 
Aбдуллаев T.
 
Tюpкоязычный памятник XVI века “Кавамил ат- табир”. 
Kaнд. Дис., Баку, 1991. с.57
 


128 
tərkibində 
“ağ”
ismi olan heç bir düzəltmə söz qeydə alınmamış-
dır. Maraqlıdır ki, 
“ağ”
sözünün 
“tor”
mənasını göstərən V.Rad-
lov bu leksemin Osmanlı və Azərbaycan türkcəsində işləndiyini 
qeyd edir. Bununla belə, 
“ağ”
sözünün bu mənası çağdaş ədəbi 
dilimizdə unudulmuşdur, türk dilində isə o, eynilə işlənir
1

 
Ağıllanmaq
- halələnmək, ayın işıqlı dairə ilə dövrəyə 
alınması: 
Ay 
ağıllandıvü
 həm oldı yeldüz, 
Günəş kibi göründi cümlə yılduz.
Bu sözə türk dillərinin əski qatlarını əks etdirən məşhur 
mənbələrdən yalnız üçündə - “Kitab əl-idrak”da, “Əs-sihah”da 
və V. Radlovun lüğətində rast gəldik. Əbu Həyyan “Kitab əl-id-
rak”da “ağıl” maddəsində yazır: 
“Ağıl - qoyun sürüsünün bir 
yerdə durduğu vaxt ətrafına çəkilən çəpər. Qoyun ağılı
(
qoyun 
peyini - M.N
.

da işlənir. Həm də 
ay ağıllandı
(
seçdirmə bizim-
dir - M.N
.

deyilir, yəni: ayın ətrafında xəfif və nazik bir çəmbər 
hasil oldu: ay halələndi”
1
. Göründüyü kimi, Əbu Həyyan bura-
da “ağıl” sözünün daşıdığı məna çalarları arasında elə bir köklü 
fərq görmür. Buradakı “ağıl” və “ağıllandı” sözləri bir növ oxşar 
anlayışları bildirir: 
“sürünün çəpərə - dövrəyə alınması”
və 
“ayın halqa ilə dövrəyə alınması”.
Hinduşah Naxçivani bu lek-
semi 
“ay ağılı”
birləşməsi şəklində qeydə almışdır
2
. V.Radlov 
isə onu 
“ağıllanmaq”
kimi qeydə alaraq, bu sözün ayla bağlı 
yuxarıda qeyd olunan mənasını göstərir. “Ağıllanmaq” sözü ey-
ni mənada “Oğuznamə”də də işlənmişdir: 
Ayun ağıllansa, ağı-
lun böyüt, gün ağıllansa quyun böyüt
. Qeyd edək ki, bu atalar 
sözündəki 
“quyun”
sözü 
“qoyun”
(ev heyvanı) olmalıdır, çünki 
burada bilavasitə qoyunla bağlı 
“ağıl”
(çəpər) sözü də işlənmiş-
1
Турецко-русский словарь. М., 1980. с.27 
1
Əsirəddin Əbu Həyyatı əl-Əndəlusi. Kitab əl-idrak li- lisan əl-ətrak (ərəbcə-
dən tərcümə edəni: akad. Z.Bünyadov). Bakı, 1992. səh.18 
2
Hinduşah Naxçivani. Əs-Sihah əl-əcəmiyyə (tərtibçilər: T.Ələsgərova, 
C.Sadıqova). Bakı, 1993. səh.155 


129 
dir. Atalar sözünün çağdaş mənası belədir: 
“Ay halələnsə, ağılı-
nı bərkit, gün halələnsə, qoyununu böyüt”.
“Gülşəni-raz” tərcü-
məsində 
“ağıllanmaq”
feili ilə yanaşı, 
“ay ağılı”
birləşməsi də 
(ay halqası, ay dövrəsi, ay haləsi) işlənmişdir: 
Bu xət içində olan yanağü yüz, 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin