Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə59/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   55   56   57   58   59   60   61   62   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

dördüncü
beytindəki fikir də dünyagörmüş müd-
rik bir insanın nəsihəti kimi səslənir. Şair-tərcüməçinin fikrincə, 
bu dünya insana tikan kimi görünür, əslində isə o, tikan deyil, 
güldür. Mütərcim bu sözləri ilə oxucunu həyatın çətinliklərinə 
qatlaşmağa, dözümlü və səbirli olmağa çağırır. 
Beşinci
nümunədə işlənən 
“Turmaz günbəz üzrə atcaq 
qoz”
deyimi də hikmətli məzmun daşıyır. Qeyd edək ki, Şirazi 
bu deyimi, çox güman ki, böyük mütəfəkkir şair
 
Sədi Şirazinin 
bütün Yaxın və Orta Şərq ölkələrində geniş yayılmış “Gülüstan” 
əsərindəki aşağıdakı məşhur misrasından götürmüşdür: 
 
Tərbiyət-e naəhl ra çun gerdəkan bər qonbəd əst.
1

(Yaramaz adamı tərbiyə etmək günbəz üstünə qoz qoymaq 
kimidir.)
1
Са’ди.
Гулистан (составитель: Р.М.Алиев). М., 1959. с.43 


123 
Qeyd edək ki, bir sıra xalqların şifahi xalq ədəbiyyatında 
oxşar məzmunlu deyimlər, atalar sözləri vardır. Bu cür deyimlə-
rin qarşılıqlı ədəbi əlaqə nəticəsində bir xalqdan başqasına keç-
məsi də təbiidir. Bu məsələdə, sözsüz ki, tərcümə ədəbiyyatının 
xüsusi rolu olmuşdur. Onu da əlavə edək ki, Şirazinin bu beyti 
onun özünəməxsusdur, fars dilindən tərcümə deyil. 
Altıncı
nümunədə işlənən: 
“Könüldən bay olan dilənci ol-
maz”
deyimi də hikmətli məzmununa görə aforizm kimi səslənir 
və atalar sözünə yaxındır. Onu da qeyd etmək lazımdır ki, bu de-
yim-aforizm daha çox sufi dünyagörüşünü, sufi əhvali-ruhiyyə-
sini ifadə etsə də, ictimai məzmun daşıyır və hamıya aiddir. 
Tərcümədə Şirazinin tez-tez üz tutduğu 
frazeoloji birləş-
mələr,
ayrı-ayrı deyim və ifadələr də diqqəti cəlb edir. Maraqlı-
dır ki, onlardan çoxu azacıq fərqlərlə çağdaş ədəbi dilimizdə də 
işlənir. Lakin onlar içərisində elələri də vardır ki, ya çağdaş ədə-
bi dilimizdə ümumiyyətlə işlənmir, ya da onların müasir varian-
tından tərkibindəki bir sözlə fərqlənir. Əvvəlcə bu qəbildən olan 
bir neçə nümunəyə nəzər salaq: 
Yenə gündüz ilə gecə qarışdı, 
Bu yerdə kim od ilə su barışdı. 
 
Xilas eylər səni kəndüligindən
Görürsin anı kim, keçməz ögindən. 
 
Necə Həqdən bu aləm ayru düşdi, 
Fəna adın takındı, sayru düşdi. 
Birinci
nümunədə iki frazeoloji birləşmə işlənmişdir: 
“gün-
düz ilə gecə qarışdı”
və 
“od ilə su barışdı”.
Bu frazeologizmlər-
dən hər ikisi çağdaş ədəbi dilimizdə işlənmir. Onlardan birincisi 
“alatoranlığın düşməsi”,
ikincisi isə 
“mümkün olmayan bir işin 
baş tutması”
mənasında işlənmişdir. Qeyd edək ki, bu sabit söz 
birləşmələrinin heç birinə başqa türk yazılı abidələrində rast gəl-
məmişik. Buna görə güman etmək olar ki, hər iki ifadə Şirazinin 


124 
bədii yaradıcılıq təxəyyülünün məhsuludur. Onu da qeyd edək 
ki, Azərbaycanın görkəmli mütəfəkkir şairi Hüseyn Cavidin
 
(1882-1941)
 
“Azər” poemasında aşağıdakı parçada işlətdiyi 
“atəşlə su öpüşmək”
ifadəsi məzmunca Şirazinin bu beytindəki 
“od ilə su barışmaq”
frazeoloji birləşməsinə uyğun gəlir: 
 
Mən yetişdim atəşlə su 
Öpüşdüyü bir ölkədən. 
İzliyorkən sevgi yolu 
Acı duydum hər kölgədən. 
 
Göründüyü kimi, bu iki ifadə arasındakı fərq birinci və so-
nuncu sözdədir: Şirazidəki türkmənşəli 
“od”
sözü H.Caviddə 
onun farsca qarşılığı olan 
“atəş”
lə, kontekstə yaxın mənalarda 
işlənən 
“barışmaq”
isə 
“öpüşmək”
lə əvəzlənmişdir. Maraqlıdır 
ki, çağdaş türk dilində 
“od”
sözü əvəzinə onun sinonimi olan 
“atəş”
sözü işlənir. Bunu nəzərə aldıqda H.Cavidin bu ifadəni 
osmanlıcadan aldığını düşünmək olar. 
Şair-mütərcimin özünəməxsus olan yuxarıdakı ilk beyt yük-
sək bədiiliyi və axıcılığı ilə də seçilir. Bu nümunədə işlənən bü-
tün sözlərin türkmənşəli olması da beytin diqqəti çəkən cəhətlə-
rindən biridir. 
İkinci
nümunədə işlənmiş 
“ögindən keçmək”
frazeoloji bir-
ləşməsinin isə birinci tərəfi 
“ög”
(ağıl, huş) çağdaş ədəbi dili-
miz üçün arxaizm sayılır. Bu frazeoloji birləşmə hazırda dilimiz-
də 
“ağlından keçmək”, “ağlına gəlmək”
şəklində işlənir ki, on-
lar arasında əsas fərq birinci tərəfin - türkmənşəli 
“ög”
sözünün 
onun ərəbcə qarşılığı olan 
“ağıl”
sözü ilə əvəzlənməsidir. 
Üçüncü
nümunədəki 
“sayru düşdi”
frazeoloji birləşməsi-
nin də yalnız birinci tərəfi - 
“sayru”
(xəstə) sözü çağdaş ədəbi 
dilimiz üçün arxaizm sayılır. Hazırda bu frazeologizmin əvəzin-
də 
“xəstə düşmək”
sabit söz birləşməsi işlənir. Bu birləşmədə də 
türkmənşəli sözlə ifadə olunan birinci tərəf onun farsca qarşılığı 
olan 
“xəstə”
sözü ilə əvəz edilmişdir. Beytin ilk misrasındakı 
“ayru düşdi”
frazeoloji birləşməsi isə, çağdaş ədəbi dilimizdə 


125 
də olduğu kimi (səs dəyişməsi istisna olmaqla) işlənir. Nümunə-
nin ikinci misrasında daha bir frazeoloji birləşmə işlənmişdir: 
“ad takınmaq”.
Bu frazeologizm də çağdaş ədəbi dilimizdə iş-
lənmir. Onun əvəzində hazırda ədəbi dilimizdə 
“ad qazanmaq”
sabit söz birləşməsi işlənir. Şirazinin işlətdiyi frazeologizmin 
ikinci tərəfi – 
“takınmaq”
feli 
“takmaq”
(taxmaq) felinin qayı-
dış növdə işlənmiş formasıdır ki, bu da çağdaş ədəbi dilimiz üçün 
işlək deyil. Maraqlıdır ki, Şirazi 
“ad takınmaq”
frazeologizmi ilə 
yanaşı, 
“ad takmaq”
sabit söz birləşməsini də işlətmişdir: 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin