127
İlk öncə qeyd edək ki, Şirazinin bu beytlərinin hər ikisində
bütün sözlərin türkmənşəli olması diqqəti cəlb edir. Qədim türk
sözü olan
“ağ”
eyni mənada ilkin olaraq Yusif Balasaqunlunun
“Kutadğu bilig” məsnəvisində qeydə alınmışdır . Görkəmli tür-
koloq alim Əmir Nəcib bu sözün XIII-XIV əsrlərə aid məşhur
türk yazılı abidələrindən İbn Mühənna lüğətində, Rəbğuzinin
“Qisəsül-ənbiya” əsərində, Qütbün “Xosrov və Şirin” tərcümə-
sində, Seyf Sərainin “Gülüstan” tərcüməsində işləndiyini qeyd
edir. XIV yüzilliyə aid “Ət-töhfə əz-zəkiyyə fi-l-luğa ət-türkiy-
yə” (bundan sonra qısaca: “Ət-töhfə”) adlı mənbədə, eləcə də
Əbu Həyyanın (1256-1344) “Kitab əl-idrak li-lisan əl-ətrak”
(bundan sonra qısaca: “Kitab əl-idrak”) əsərində Hinduşah Nax-
çivaninin (XIV əsr) “Əs-sihah əl-əcəmiyyə” adlı farsca-türkcə
lüğətində də (bundan sonra qısaca: “Əs-sihah”)
“ağ”
sözünün
yuxarıdakı mənası göstərilir. Bununla belə, “ağ” sözünün XVI
əsr yazılı abidəsi “Kəvamilüt-təbir” də işləndiyini qeyd edən To-
fiq Abdullayev yazır ki, bu leksemə başqa Azərbaycan yazılı
abidələrində rast gəlinmir
1
. Qütbün “Xosrov və Şirin” tərcümə-
sində
“av”
sözünün də
“tor”
mənasında işləndiyini qeyd edən
Ə.Nəcib
“ağ”
və
“av”
sözləri arasında məna əlaqəsi olduğunu
göstərərək, ikinci sözü birincinin variantı adlandırır.
“Ağ”
və
“av”
sözlərinin semantikasında, həqiqətən də, müəyyən yaxınlıq
və bağlılıq olmasına baxmayaraq, fikrimizcə, onları tamamilə
eyniləşdirmək olmaz.
“Av”
sözü orta yüzilliklərə aid türk mətn-
lərində (eləcə də çağdaş türk dillərində) ümumiyyətlə, heyvan
ovlamaqla bağlı geniş bir anlayışı (o cümlədən, torla heyvan ov-
lamağı) əhatə etdiyi halda,
“ağ”
leksemi ona nisbətən dar məna-
da işlənmiş, daha doğrusu,
“ov”
məfhumunu deyil,
“ov”
aləti-
nin adını bildirmişdir. Bunu elə prof. Əmir Nəcibin ətraflı araş-
dırdığı Qütbün “Xosrov və Şirin” tərcüməsinin nümunəsində də
görmək olar. Sözügedən mənbədə
“av”
sözündən düzəlmiş
“av-
çı”, “avlağu”
(ov yeri) və
“avlamaq”
sözləri də işləndiyi halda,
Dostları ilə paylaş: