179
Bu məsələ ilə bağlı Ə.Nəcibin fıkrini daha ağlabatan say-
maq olar. Birincisi, bu söz ən qədim qaynaqlarda (məsələn, elə
Nizami Gəncəvinin dilində və ya “Kutadğu bilig”də)
“qulavuz”
şəklindədir. İkincisi isə,
qulaqağuz- qulağuz
fonetik dəyişikliyi
daha inandırıcıdır (təkrar olunan
aq-ağ
hissəciklərindən biri düş-
müşdür). Və nəhayət, üçüncüsü, bu iki sözün ayrı-ayrılıqdakı
mənaları arasında da müəyyən qədər oxşarlıq və uyğunluq var-
dır. Məlum olduğu kimi, əski çağlarda “bələdçi” qabaqda gedə-
rək qulağı ilə eşitdiyini ağzı (dili) ilə çatdırırmış. Qeyd edək ki,
“qulaq”
sözü vaxtilə
“göz”
sözü ilə də birlikdə mürəkkəb söz
kimi
(qulaqgöz -
nəzarət) işlənmişdir.
“Qılavuz”
sözü dilimizin
qərb qrupu şivələrində
“qılvız”, “alağuz”
şəklində öz varlığını
qoruyub saxlamışdır. Maraqlıdır ki, bu söz çağdaş fars dilində
də
“qəlağuz”, “qəlavoz”
şəklində “bələdçi” mənasında işlənir.
Dostları ilə paylaş: