ƏDƏBİYYAT
1. “Qloballaşan Azərbaycan” Bakı 2006
2. Qloballaşmaya doğru Bakı 2006
3. M.M.Mahmudovr, İ.M.Mahmudova Regionların sosial-iqtisadi inkişafının tənzimlənməsi Bakı-2011
4."2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı
təminatına dair Dövlət Proqramı"
5 .. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi
6. “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”
7. www. nakhchivan.az
8. www.azerbaijan
9.
www.serqqapisi.az
10. “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqr
ABSTRACT
Madina Allakhverdieva
Development of Agricultural belt in Nakchivan Autonomus Republic in circumstance of
globalisation.
Providing of good safness is a strategic mission and ensuring it with succes, not only
development of agricultural belt, but also it demands development of complex of agricultural industry.
Today continuous, enduring providing of economic development depends on development of
agricultural sector.
РЕЗОМЕ
Madina Аллахвердиева
Развития сельского хозяство в период глобализации в Нахичеванской АР
Обеспечение продовольсвенной безопасности является стратегическим фактором, и
чтобы с успехом внедрить это требуется не только сельское хозяйство но и развития аграрно-
промышленного комплекса. Сегодня для продолжительного экономического развития все
зависить от развития аграрного сектора.
NDU-nun Elmi Şurasının 30 mart 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 08)
Məqaləni çapa təqdim etdi: İqtisad üzrə elmlər doktoru N.Əhmədov
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 2 (67)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 2 (67)
- 215 -
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 2 (67)
CAVADXAN QASIMOV
AMEA Naxçıvan Bölməsi
E-mail: Cavadxan.yusifoglu@mail.ru
UOT: 332.01
AQRAR SİYASƏT NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA SAĞLAM
İQTİSADİYYATIN ƏSASIDIR
Açar sözlər: aqrar sektor, bazar iqtisadiyyatı, yeni iqtisadi şərait, milli iqtisadi inkişaf və s.
Keywords: the agricultural sector, market economy, new economy conditions, national
economic development.
Ключевые слова: аграрный сектор, рыночная экономика, новые экономические
условия, национальное экономическое развитие и т.д.
XX əsrin 90-cı illərinin əvvəllərində ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar
Respublikasının Ali Məclisinin Sədri kimi buradan başlatdığı uğurlu iqtisadi siyasət təbii ki, yeni
iqtisadi şəraitin yaradılması və inkişafına yönəlmişdi. Bu məqsədlə, 1992-ci il aprel ayının 6-da
Naxçıvan MR Ali Məclisi 2 mühüm qərar və təklifləri qəbul etdi. Bunlardan biri “Naxçıvan Muxtar
Respublikasında zərərlə işləyən kolxoz və sovxozların ləğv edilməsi və onların əsasında şəxsi
təsərrüfatların yaradılması haqqında” qərar və digəri “Rentabelsiz işləyən kolxoz və sovxozların
ictimai mal-qarasının özəlləşdirilməsini nəzərdə tutan təkliflər haqqında” idi.
Məlumdur ki, aqrar islahatlar ümumilikdə ölkəmizin yeni iqtisadi münasibətlərinin
formalaşması və inkişafında xüsusi önəm daşımışdır. Məhz bu mənada da Naxçıvan Muxtar
Respublikası ölkəmizin milli iqtisadi inkişafında aqrar islahatların beşiyi kimi tarixə düşmüşdür.
Qeyd olunan proseslər nəticəsində Naxçıvan MR bazar münasibətlərinin inkişaf etdiyi region
kimi ölkə miqyasında öncül sıralarda dayanırdı. Mənbələr göstərir ki, MR-də mövcud olan 139
təsərrüfatın 119-u və ya 86%-i, 208 kəndin 158-i və 76%-i torpaq islahatının beşiyinə çevrilmişdir
(2, s. 63).
Mənbələrə diqqət edəndə görürük ki, 2001-ci ilin uğurlu aqrar islahatları nəticəsində Naxçıvan
Muxtar Respublikasında 201 kənddə torpaq islahatı başa çatmışdır. Artıq 1 yanvar 2002-ci il tarixə
olan statistik rəqəmlərə əsasən Naxçıvan Muxtar Respublikası üzrə: Şərur rayonunda 23 min 971,
Babək rayonunda 10 min 860, Culfa rayonunda 7 min 854, Ordubad rayonunda 4 min 575, Şahbuz
rayonunda 4 min 118 və Naxçıvan şəhərində 31 ailə olmaqla, ümumilikdə Naxçıvan MR
miqyasında 51 min 409 ailə üçün «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamələr
paylanılmışdır (1, s. 98).
İkinci dəfə siyasi hakimiyyətə qayıdan milli lider 1995-ci il 18 fevral tarixdə “Aqrar
islahatların əsasları haqqında” və “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan
Respublikasının qanunlarını, həmin ilin oktyabr ayında isə Dövlət Mülkiyyətinin Özəlləşdirilməsini
nəzərdə tutan eyni adlı Dövlət Proqramını qəbul etdi.
Həmin hüquqi və praktik sənədlər və təcrübələrin ardınca aqrar sektoru daha da təkmil olaraq
inkişaf etdirmək üçün qanun, qərar, məcəllə və digər hüquqi sənədlər qəbul edildi ki, bunlardan da
bir neçəsini bu cür göstərmək olar: “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul
1996-cı il tarixli Qanunu, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu
haqqında” Azərbaycan Respublikasının 22 dekabr 1998-ci il tarixli Qanunu, “Torpaq icarəsi
haqqında” Azərbaycan Respublikasının 12 mart 1999-cu il tarixli Qanunu, Azərbaycan
Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Torpaq Məcəlləsi”, “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının 7 may 1999-cu il tarixli
Qanunu və s (4).
Göründüyü kimi, Heydər Əliyevin siyasi çevikliyi, onun qətiyyətli idarəetmə bacarığı
nəticəsində Culfa rayonunun Şurut və Gal kəndlərində başlatdığı torpaq islahatlarının bütünlükdə
- 216 -
ölkəmiz miqyasında gerçək davamı və reallığı idi. Təbii ki, bu, MDB məkanına daxil olan ölkələrin
hər biri üçün böyük nümunə idi.
Qeyd edək ki, təkcə 1994-cü ildə kənd təsərrüfatı problemlərinin həllinə və aqrar bölmədə
islahatlara dair səkkiz müşavirə keçirilmişdir. Göstərilən ilin dekabr ayının 9 və 10-da Azərbaycan
Respublikasının Ali Sovetində Türkiyə, Çin, İsrail, İran, Rusiya və digər ölkələrin nümayəndə
heyətlərinin iştirakı ilə “Aqrar islahat: problemlər və onların həlli yolları” mövzusunda keçirilən
beynəlxalq konfransda elə aqrar sahədəki islahatların effektivliyini təmin etmək və bu sahədə
beynəlxalq təcrübədən yararlanmaq məqsədi nəzərdə tutulurdu. 1994-cü ildə böyük Heydər
Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın Zaqatala və Xızı rayonlarında eksperimentlər
aparıldı və istənilən nəticəyə nail olundu. Burda onu qeyd etmək istərdik ki, milli liderin siyasi
fəaliyyətinin Naxçıvan MR dövründə bu təcrübə Culfa Rayonunun “Azərbaycan” adına sovxozunda
uğurla gerçəkləşdirilmişdir.
Təbii
ki,
bütün
bunlar
aqrar
sahədə
məhsul
istehsalçılarının
fəaliyyətlərinin
stimullaşdırılmasına xidmət etməkdədir. Aqrar sahədə istehsalçılara lazım olan zəruri dövlət
dəstəyinin davamlılığını təmin etmək üçün ölkə başçısı cənab İlham Əliyevin böyük xidmətləri
vardır. İstifadəçilərə kənd təsərrüfatı texnikalarının verilməsi, onların maliyyə-kredit təşkilatları ilə
faydalı və səmərəli əməkdaşlığının yaradılması, digər iqtisadi və texniki təchizatlarla təmin
olunması özünün düşünülmüş həllini çoxdan tapmışdır. Bu tədbirlər özünün hüquqi, eyni zamanda
iqtisadi əsaslarını ölkə başçısının: 11 fevral 2004-cü il tarixdə təsdiq etdiyi “Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, 23 oktyabr 2004-cü il tarixdə
imzaladığı “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında”, 23
yanvar 2007-ci il tarixdə imzaladığı “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi
haqqında”, 21 avqust 2008-ci il tarixdə imzaladığı “Kənd təsərrüfatı məhsulları istehsalçılarının
toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” və bütün
bu kimi hüquqi tənzimləmələrlə birlikdə, 20 noyabr 2014-cü il tarixdə “kənd təsərrüfatı məhsulları
istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına və heyvandarlığın inkişafına əlavə dəstək
haqqında” sərəncamından götürür.
Sərəncama əsasən Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan
Azərbaycan Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə kənd
təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikasına ehtiyacını ödəmək üçün 8 milyon
manat və xaricdən damazlıq heyvanların idxalının və heyvandarlıqla məşğul olan təsərrüfatlara 50
faiz güzəştlə lizinq yolu ilə satılmasının həyata keçirilməsi üçün 10 milyon manat vəsaitin ayrılması
nəzərdə tutulmuşdur (4).
Məhz milli liderin müəyyən etdiyi müdrik aqrar siyasət hazırda da Naxçıvan Muxtar
Respublikasında Ali Məclisimizin Sədri cənab Vasif Talıbov tərəfindən daha da təkmil şəkildə
davam etdirilməkdədir. İstənilən qanun, qərar, Fərman, Sərəncam, Dövlət Proqramı Naxçıvan
muxtar respublikasının ictimai-siyasi, sosial-iqtisadi həyatında özünün münbit şərait yaratması ilə
daha da önəm qazanmaqdadır.
Naxçıvan MR Ali Məclisi Sədrinin 28 yanvar 2005-ci il tarixdə imzaladığı “Naxçıvan Muxtar
Respublikasında aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında”
sərəncamına uyğun olaraq keçən müddət ərzində muxtar respublikaya 1500-ə yaxın
müxtəliftəyinatlı kənd təsərrüfatı texnikası gətirilmişdir (3).
Yüksək qayğı və diqqət üçün münbit zəminə çevrilən bu tədbirlər nəticəsində muxtar
republikada cari ilin yanvar-noyabr aylarında 303 milyon 855 min manatlıq kənd təsərrüfatı
məhsulları istehsal olunmuşdur.
Bütün bu kimi tədbirlər makroiqtisadi siyasətin müvəffəqiyyəti üçün real təsdiqə çevrilmiş və
özünü Ümum Daxili Məhsulun strukturunda artım vəziyyəti ilə göstərmişdir. Qeyd edək ki, 2014-
cü ilin yanvar-noyabr aylarının sosial-iqtisadi inkişaf göstəricilərinə diqqət edərkən ÜDM-nin
istehsal həcminin 2 milyard 81 milyon 307 min 500 manat təşkil etdiyini görürük ki, bu da 2013-cü
ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur (3).
ƏDƏBİYYAT
- 217 -
1. Əhmədov N. H. Naxçıvan iqtisadiyyatının prioritetləri: iqtisadi artım, dinamik inkişaf.
Bakı: Sabah, 2008, 452 s.
2. Nadirov A. A., Nuriyev Ə. X., Muradov Ş. M. Naxçıvan iqtisadiyyatı XX əsrdə. Bakı: Elm,
2000, 100 s.
3.
http://www.statistika.nmr.az/
4.
http://www.e-qanun.az
ABSTRACT
Gavadkhan Gasimov
THE AGRICULTURAL POLICY OF THE BASIS OF HEALTHY ECONOMY OF
NAKHCHIVAN AUTONOMOUS REPUBLIC
The article discusses the role of the agricultural sector in social-economic development of
Nakhchivan Autonomous Republic. It is shown that the agricultural sector plays a crucial role in the
formation and development of the economic structure of the territory. Also emphasizes that the
agricultural sector experienced a period of thorough organization in the all periods of the board of
the National leader Haydar Aliyev, thanks to sophisticated political activity.
РЕЗЮМЕ
Джавадхан Гасымов
АГРАРНАЯ ПОЛИТИКА – ОСНОВА ЗДОРОВОЙ ЭКОНОМИКИ
НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКИ
В статье говорится о роли аграрного сектора в социально-экономическом развитии
Нахчыванской Автономной Республики. Показано, что аграрный сектор играет решающую
роль в формировании и развитии экономической структуры данной территории. Также
подчеркивается, что во все периоды правления Национального лидера Гейдара Алиева,
благодаря продуманной политической деятельности, аграрный сектор переживал период
основательной организации.
NDU-nun Elmi Şurasının 30 mart 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 08)
Məqaləni çapa təqdim etdi: İqtisad üzrə elmlər doktoru T.Abbasov
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 2 (67)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 2 (67)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 2 (67)
- 218 -
BƏHRAM HƏSƏNOV
Naxçıvan Dövlət Universiteti
UOT: 336.01
LİBERAL İQTİSADİYYATIN TƏŞVİQİ VƏ AQRAR SAHİBKARLIQDA
İNNOVASİYALARIN TƏTBİQİ
Azərbaycanda iqtisadi inkişafın qeyri – neft sektorunun prioritetliyinə əsaslanan yolu
seçdiyindən aqrar sektorun inkişafı iqtisadi siyasətin önəmli istiqamətidir. Bu baxımdan aqrar
sahibkarlığın inkişaf etdirilməsi innovasiyaların tətbiqini zərurətə çevirir.
Açar sözlər: aqrar elm, yararlı torpaq, innovasiyaların tətbiqi, sahibkarlıq fəaliyyəti,
bitkiçilik, heyvandarlıq.
Key words: agricultural science, useful lands, applying of innovations, owners act,
growing, cattle-breeding.
Ключевые слова: аграрная наука, пригодная почва, внедрение инновций,
предпринимательская деятельность, растениеводство, животноводство.
Müstəqil Azərbaycan sosial-iqtisadi inkişafının elə həlledici mərhələsindədir ki, hazırda
milli maraqlar baxımından bütün elm sahələri eyni məsafədə dayanır: hər birinin müstəsnalığı,
əhəmiyyəti birmənalı qəbul olunur. Hesab edirik ki, respublikanın milli iqtisadi inkişaf modelinin
nəzəri-praktik əsaslandırılması baxımından aqrar sektorda həyata keçirilmiş islahatlara, mövcud
problemlərə də nəzər salmaq, aqrar elmin qarşısında duran vəzifələri müəyyənləşdirmək zəruridir.
Bu zərurəti şərtləndirən həm də odur ki, Azərbaycan qeyri-neft sektorunun prioritetliyinə əsaslanan
inkişaf yolu seçməklə yanaşı, tarixən aqrar-sənaye respublikası kimi tanınmış və ixtisaslaşmışdır.
Respublikada bazar təsərrüfatçılıq sisteminə transformasiya prosesi də məhz aqrar sahədən
başlamışdır. Ulu öndər Heydər Əliyevin xalqın təkidli istəyi ilə 1993-cü ilin iyununda hakimiyyətə
gəlişindən sonra bir çox sahələr kimi kənd təsərrüfatında da 90-cı illərin əvvəllərindən özünü kəskin
büruzə verən tənəzzül meyilləri aradan qaldırılmış, səmərəli islahatların əsası qoyulmuşdur. Hər bir
vətəndaşın mənafeyi əsas tutulmaqla gerçəkləşdirilən aqrar islahatlar ölkə iqtisadiyyatında bazar
münasibətlərinin qurulmasına, torpaq və əmlakın səmərəli istifadə edilməsinə, aqrar bölmənin sahə
strukturunun təkmilləşdirilməsinə, sahibkarlığın formalaşması və inkişafı bütünlükdə bazar
mexanizminin qanunauyğunluqları və prinsiplərinə tabe etdirilmiş, bu sahədə çoxsaylı normativ-
hüquqi aktlar qəbul edilmiş, məhsulun satışı, gəlirlərin bölüşdürülməsi və digər texnoloji
proseslərdə mülkiyyət mənsubiyyətindən asılı olmayaraq, kənd təsərrüfatı əmtəə istehsalçılarının
təsərrüfat-iqtisadi müstəqilliyi təmin edilmişdir.
Bu kursu keyfiyyətcə yeni mərhələdə uğurla davam etdirən Azərbaycan Prezidenti cənab
İlham Əliyevin çevik və işlək mexanizmlər əsasında gerçəkləşdirdiyi islahatlar nəticəsində
respublika aqrar-sənaye kompleksini inkişaf etdirmək, ərzaq təminatını yaxşılaşdırmaq üçün ilk
növbədə qanunvericilik bazası təkmilləşdirilmiş, fermerlərə yanacağın, motor yağının, gübrənin
alınmasına çəkilən xərclərin 50 faizinin dövlət tərəfindən ödənilməsi, taxıl əkinlərinə görə
subsidiyaların verilməsi təmin edilmiş, texniki təminatın yaxşılaşdırılması üçün istehsalçılara lizinq
yolu ilə güzəştli şərtlər əsasında texnikanın və gübrələrin verilməsinə başlanılmışdır. Bütün bunların
nəticəsi kimi, hazırda kənd təsərrüfatı məhsulları istehsalında özəl bölmənin xüsusi çəkisi 99,7 faizə
yüksəlmişdir.
Aqrar sahə SSRİ dövründə olduğu kimi, bu gün də respublika iqtisadiyyatının prioritet
inkişaf istiqamətlərindən biridir. Respublikanın ümumi daxili məhsulunun təxminən 8,3 faizi kənd
təsərrüfatının payına düşür. İqtisadi fəal 3,8 milyon əhalinin 1,5 milyonundan çoxu, yaxud 39 faizi
aqrar sahədə çalışır. Əhalinin təxminən yarısının gəlirləri məhz aqrar sahədə formalaşdığından,
qeyri-neft sektorunda bu sahə xüsusi yer tutur. Azərbaycanın zəngin və əlverişli torpaq-iqlim şəraiti,
nisbətən ucuz işçi qüvvəsi və ekoloji cəhətdən təmiz məhsul istehsal etmək imkanları dünya
- 219 -
bazarında yüksək rəqabət qabiliyyətinə malik olub keyfiyyətli ərzaq məhsulları istehsalı üçün
əlverişli şərait yaradır. Kənd təsərrüfatının dinamik inkişaf etdirilməsi yolu ilə əhalinin keyfiyyətli
ərzaq məhsulları ilə təminatının gerçəkləşdirilməsi təkcə iqtisadi deyil, həm də milli təhlükəsizliklə
bağlı strateji məsələdir. Bütün bunlar isə aqrar elmin müasir dövrün tələblərinə uyğun
müasirləşdirilməsini, aqrar-sənaye sahəsində elmi-tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsini,
elmi-təcrübi yeniliklərin istehsalata tətbiqini, bir sözlə, innovasiya yönümlü inkişafın təmin
edilməsi vacibliyini ön plana çıxarır.
Beynəlxalq təşkilatlar tərəfinddən aparılan hesablamaya görə, 2030-cu ilə qədər dünyada
420 milyon hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi əhalinin, sənaye müəssisələrinin,
infrastruktur sistemlərinin yerləşməsi və deqradasiya prosesi ilə əlaqədar aqrar dövriyyədən
çıxarılacaq. Bu müddətdə insanların kənd təsərrüfatı üçün yararlı torpaqlara ehtiyacı isə əksinə
artacaq. Dünya əhalisinin sayı 8 milyardı ötəcək və insanların indikindən daha çox kənd təsərrüfatı
məhsuluna, xüsusilə də yeyinti məhsullarına ehtiyacı olacaq.
Oxşar proses Azərbaycanda da gedir. Rəsmi məlumatlara əsasən, ölkəmizdə kənd
təsərrüfatı üçün yararlı torpaq sahəsi 4,768 milyon hektar, əkin yeri 1,843 milyon hektardır. 1970-cı
ildə 1,128 milyon hektar sahədə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi kifayət edirdisə 2014-
cü ildə bu göstərici 1,421 milyon hektara yüksəlib. O cümlədən, birillik əkin yerləri 863,5 min
hektardan 1,2 milyon hektara qədər artıb. 1970-ci ildə Azərbaycan əhalisinin sayı 5,227 miyon
nəfər idi. O zaman adambaşına düşən yararlı torpaq sahəsi 0,81 hektar təşkil edirdi. 2014-cü ildə
ölkə əhalisinin sayı 9,535 milyon nəfər, adambaşına düşən yararlı torpaq sahəsi 0,51 hektar oldu.
Əkin yerlərində də 1970-cı ildən bəri ciddi artımın olmasına baxmayaraq adambaşına düşən sahə
0,26 hektardan 2014-cü ildəki 0,19 hektara qədər geriləyib.
2014-cü ilin məlumatına görə, dünyada adambaşına düşən əkin sahəsi 0,25 hektardır. Yəni,
Azərbaycandan daha çoxdur. İllər ötdükcə ölkəmizdə adambaşına düşən əkin yerləri, kənd
təsərrüfatında yararlı sahə azalmaqda davam edəcək. Bunun bir səbəbi əhalinin sayının
artmasıdırsa, digər səbəbi torpaqlardan kənd təsərrüfatı məqsədi üçün düzgün istifadə edilməməsi
ilə əlaqədar torpaqların münbitliyini itirməsidir.
Bu proses ondan xəbər verir ki, Azərbaycanda gələcəkdə yararlı torpaqların sahəsi bir qədər
də azalacaq. Belə vəziyyətdə yeganə çıxış yolu kənd təsərrüfatı sahəsi üzrə çalışan sahibkarlara
kiçik sahədə daha çox məhsul əldə etmək qabiliyyətinin aşılanmasıdır. Torpaqdan daha səmərəli,
daha peşəkar istifadə olmalıdır. Əks təqdirdə onsuz da az olan torpaqların bir hissəsi də sahibarların
səhv münsaibəti nəticəsində yararsız vəziyyətə düşəcək. O zaman ölkəmiz üçün ərzaq təhlükəsizliyi
daha ağır problemə çevriləcək.
Torpaqdan səmərəli istifadə edilmənin isə bir yolu var. Müəxəssislərin fikrincə, yeganə
çıxış yolu kənd təsərrüfatında innovasiyaların tədbiqidir. Hesab edilir ki, Azərbaycanda indi
innovasiyalara ən çox ehtiyac duyan sahə məhz kənd təsərrüfatıdır. Mütəxəssislər qəti əmindir ki,
aqrar sahənin bütün sektorlarında innovasiyaların tətbiqi həm torpaqların yararlılığını qoruyar, həm
də aqrar sahədə sahibkarlıq fəaliyyətinin əlverişliliyi artırar ki, bununla da ölkə əhalisinin kənd
təsərrüfatı məhsulları ilə yerli istehsal hesabına təminatı tam həllinin tapar.
İnnovasiya yenilikdir. Lakin hər yenilik innovasiya sayıla bilməz. İnnovasiya elə bir
yenilikdir ki, o tədbiq edildiyi sahədə müsbət dəyişikliklərə səbəb olur, səmərəliliyi artırır. Konkret
olaraq aqrar sahədən söhbət gedirsə, innovasiya torpağın şumlanmasından başlayaraq, məhsulun
əkilməsindən,
ona
qulluq
edilməsindən,
suvarılmasından,
becərilməsindən,
məhsulun
saxlanılmasında qədər bütün mərhələləri əhatə etməsi zəruridir.
Hazırda dünyada torpağın şumlanmasının elə bir yeni forması var ki, o torpağın hums
qatının (bitkinin yetişməsi üçün mineral maddələrlə zəngin olan torpaq təbəqəsi) qorunmasına
xidmət edir və sonradan torpağa daha çox gübrənin verilməsinə ehtiyac qalmır. Azərbaycanda
tədbiq edilən şumlama üsulu isə köhnə üsuldur və bu üsulla aparılan şumlama torpağın hums qatını
ciddi dərəcədə dağıdır. Buna görə də, bitkinin yetişməsi üçün torpağa böyük miqdarda gübrələrin
verilməsi şərtdir.
Əkilən bitkilərin suvarılması məsələsinə də xüsusi diqqət ayrılır. Qabaqcıl təcrübədə əkin
sahələrinin damcı və yağış yağdırma üsulu ilə suvarılmasına üstünlük verilir. Ölkəmizdə isə daha
- 220 -
geniş yayılan selləmə usuludur. Selləmə üsulu sudan 10 dəfə artır istifadəyə səbəb olmaqla bərabər
əkin sahələrinin şoranlaşması ilə də nəticələnir.
Eyni fikri heyvandarlıq haqqında da demək olar. Azərbaycanda 1,6 milyon baş sağılan iri
buynuzlu heyvanın olduğu bildirilir. Bu heyvanlardan il ərzində 1,6 milyon ton süd sağılır.
Müqayisə üçün deyək ki, İspaniyada 800 min baş sağılan heyvan var və onlardan bir ildə 6 milyon
ton süd alınır.
Bu fakt onu göstərir ki, ölkəmizdə məhsul istehsalının artırılmasının yeganə yolunu
sahibkarlar daha çox heyvan saxlamaqda, yaxud kəmiyyəti artırmaqda görür. Halbuki, sahibkarlar
yeni innovasiyaları tətbiq etməklə (burada yeni innovasiya daha məhsuldar cinslərin saxlanılması,
saxlanma şəraitinin və yemləmənin yüksək standartlara cavab verməsidir) daha az sayda heyvandan
daha çox məhsul və həm də daha çox gəlir qazana bilər.
Azərbaycanda son 23 ilin təcrübəsi göstərir ki, yeni innovasiyaların tətbiqini sahibkarların
seçiminə buraxmaq olmaz. Vaxt gedir, ötən müddət daha böyük torpaq sahəsinin yararsız hala
düşməsinə, əhalinin ərzaq təminatının çətinləşməsinə səbəb ola bilər. Buna görə də mütəxəssislər
kooperativ təsərrüfatların yaradılmasına dövlət dəstəyinin göstərilməsini vacib hesab edir. Onların
fikrincə, kənd təsərrüfatı üzrə fəaliyyət göstərən fərdi sahibkarlar da dövlət dəstəyinin və kənd
təsərrüfatı məhsullarına dövlət sifarişinin olmasını zəruri sayır.
Eyni zamanda dövlət sahibkarlara verdiyi maliyyə dəstəyinin meyarlarında dəyişiklik
etməlidir. Hazırkı şərtlərdə dövlət əkilən hər torpaq sahəsinə görə sahibkara 40 manat subsidiya
ayırır. Buğda əkinində bu məbləğ 80 manatdır. Amma təcrübə göstərir ki, bu cür subsidiyalaşma
siyasəti sahibkarları innovasiyaların tətbiqinə stimullaşdırmır. Mütəxəssislər subsidiya ayrılan
zaman üstün texnologiyalardan istifadəyə xüsusi diqqət ayrılmasını tövsiyə edir. Məsələn,
Türkiyədə əkin sahəsini damçı və ya yağış yağdırma üsulu ilə suvarmayan sahibkar subsidiya ala
bilmir. Dövlət orada qabaqcıl texnologiyalardan istifadə məqsədilə sahibkara dəstək də verir. Eyni
təcrübədən Azərbaycanın da istifadə etməsi tövsiyə edilir.
Aqrar sahədə innovasiya problemləri ilə bağlı hər bir ölkədə aqrar sektorda həyata keçirilən
innovasiya siyasəti - elmi-texniki istiqamətlərin düzgün seçilməsi, zəruri iqtisadi şəraitin, o
cümlədən kənd təsərrüfatına maliyyə dəstəyinin mövcud olması ilə şərtlənir. Belə ki, aqrar sektorda
innovasiya sistemi maddi-texniki resursların mövcudluğu və elmi-texniki potensialla müəyyənləşir.
İnnovasiya siyasətinin məqsədi məhsulun rentabelli istehsalı, makrosəviyyədə isə innovasiya
fəallığının
artırılması üçün şəraitin yaradılması, elmi mexanizmlərin formalaşdırılma-sından
ibarətdir. Məhz həmin mexanizmlərin köməyi ilə istehsalın təşkilati, iqtisadi, texniki və texnoloji
yeniləşdirilməsi prosesi həyata keçirilir.
İnnovasiya
fəaliyyətinin
səviyyəsi
kadrların
təhsilindən,
texniki-texnoloji
hazırlıq
səviyyəsindən, baza ixtisasının mövcud olub - olmamasından asılıdır. Bu amil innovasiyanın
qavranılmasını
və
istehsalatda
onun
istifadəsindən
gözlənilən
səmərənin
əvvəlcədən
qiymətləndirilməsini təmin edir. Bazar iqtisadiyyatı şəraitində çoxukladlı kənd təsərrüfatının
səmərəliliyi mütəxəssislərin hazırlıq səviyyəsindən və işgüzar keyfiyyətlərindən asılıdır. İstehsalın
təkmilləşdirilməsi, sahibkarlıq, menecment, marketinq və qiymətyaratma, vergitutma və maliyyə-
kredit təminatı, xarici iqtisadi fəaliyyətin əsasları, habelə hüquq məsələlərinə dair biliklərin
mənimsənilməsi praktik mütəxəssis və rəhbər işçi üçün zəruri keyfiyyətlərdir. Kadr ehtiyatlarının
zəruri keyfiyyət dəyişiklikləri aqrar sahə mütəxəssislərinin hazırlanmasını, əmək bazarında
vəziyyətin dəyişməsi ilə əlaqədar təkrar hazırlıq və ixtisas səviyyəsinin artırılması sisteminin
təkmilləşdirilməsini nəzərdə tutur. Bu sistem işçinin bazar konyunkturunun dəyişməsi şəraitində
peşəkarlıq baxımından səriştəli və mobil, lazım gəldikdə qısa müddətdə başqa peşə öyrənməyə
hazır, informasiya axınından baş çıxara bilən, innovasiyaları qavramağı, daim öz ixtisas səviyyəsini
artırmağı bacaran vəziyyətdə olmasına imkan verən biliklər həcmində fundamental baza təhsili
almaq konsepsiyasını əsas götürməlidir.
Fikrimizcə, araşdırma və təhlillər göstərir ki, kənddə azad sahibkarlığı inkişaf etdirmək,
istehsal vasitələri və torpaq üzərində sahibkarlıq hissini yaratmaq, sərbəst mütərəqqi təsərrüfatçılıq
üsullarına keçmək, yeni mülkiyyət münasibətlərini formalaşdırmaq, torpaqdan, texnikadan, sudan
və sair maddi ehtiyatlarından səmərəli istifadə etmək yolu ilə məhsul istehsalını artırmaq
- 221 -
mümkündür. Bütün bu məqsədlərin uğurla gerçəkləşdirilməsində isə, ilk növbədə aqrar elm öz
sözünü deməlidir. Eyni zamanda, bu sahənin mütəxəssisləri Azərbaycan vətəndaşlarının gələcəkdə
ərzaq məhsullarına tələbatının elmi proqnozlarını irəli sürməli, istehsal prosesinin effektivliyini
artırmağa xidmət edən, təcrübədə özünü doğruldan yeni metodlar üzərində işləməlidirlər. Bir sözlə,
aqrar sahədə effektiv və əsaslandırılmış elmi proqnozların irəli sürülməsi Azərbaycanın ərzaq
təhlükəsizliyinin etibarlı təminatı baxımından son dərəcə vacib və aktual məsələdir.
Hər bir ölkənin innovasiya inkişafının səmərəliliyi aqrar sektorda həyata keçirilən
innovasiya siyasəti – elmi-texniki istiqamətlərin düzgün seçilməsi, zəruri iqtisadi şəraitin, o
cümlədən kənd təsərrüfatına maliyyə dəstəyinin mövcud olması ilə şərtlənir. Dünya iqtisadiyyatının
qloballaşması şəraitində Azərbaycanda aqrar bölmənin sabitliyi və dünya kənd təsərrüfatı bazarına
inteqrasiyası, ərzaq təhlükəsizliyinin təmini, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, ilk növbədə,
səmərəli elmi nailiyyətlərdən istifadə yolu ilə gerçəkləşə bilər.
Aqrar sektorda innovasiya sistemi maddi-texniki resursların mövcudluğu və elmi-texniki
potensialla
müəyyənləşir.
İnnovasiya
siyasətinin
məqsədi
məhsulun
rentabelli
istehsalı,
makrosəviyyədə isə innovasiya fəallığının artırılması üçün şəraitin yaradılması, elmi mexanizmlərin
formalaşdırılmasından ibarətdir. Məhz həmin mexanizmlərin köməyi ilə istehsalın təşkilati, iqtisadi,
texniki
və
texnoloji
yeniləşdirilməsi
prosesi
həyata
keçirilir.
İnnovasiya
siyasətinin
formalaşdırılmasında bir sıra mühüm amillərin nəzərə alınması vacibdir:
- innovasiya bazarında, iqtisadiyyatda, məhsulların və texnologiyaların çeşidində strateji
dəyişikliklərin qabaqcadan proqnozlaşdırılması;
- innovasiya qərarlarına müvafiq münasibət bildirilməsi və onların dəstəklənməsi üçün zəruri
tədbirlərin hazırlanması;
- innovasiya dinamikasının ilkin şəraitinin aşkar edilməsi.
İnnovasiya
fəaliyyətinin
səviyyəsi
kadrların
təhsilindən,
texniki-texnoloji
hazırlıq
səviyyəsindən, baza ixtisasının mövcud olub-olmamasından asılıdır. Bu amil innovasiyanın
qavranılmasını
və
istehsalatda
onun
istifadəsindən
gözlənilən
səmərənin
əvvəlcədən
qiymətləndirilməsini təmin edir. Bazar iqtisadiyyatı şəraitində çoxukladlı kənd təsərrüfatının
səmərəliliyi mütəxəssislərin hazırlıq səviyyəsindən və işgüzar keyfiyyətlərindən asılıdır. İstehsalın
təkmilləşdirilməsi, sahibkarlıq, menecment, marketinq və qiymətyaratma, vergitutma və maliyyə-
kredit təminatı, xarici iqtisadi fəaliyyətin əsasları, habelə hüquq məsələlərinə dair biliklərin
mənimsənilməsi praktik mütəxəssis və rəhbər işçi üçün zəruri keyfiyyətlərdir. Kadr ehtiyatlarının
zəruri keyfiyyət dəyişiklikləri aqrar sahə mütəxəssislərinin hazırlanmasını, əmək bazarında
vəziyyətin dəyişməsi ilə əlaqədar təkrar hazırlıq və ixtisas səviyyəsinin artırılması sisteminin
təkmilləşdirilməsini nəzərdə tutur. Bu sistem işçinin bazar konyunkturunun dəyişməsi şəraitində
peşəkarlıq baxımından səriştəli və mobil, lazım gəldikdə qısa müddətdə başqa peşə öyrənməyə
hazır, informasiya axınından baş çıxara bilən, innovasiyaları qavramağı, daim öz ixtisas səviyyəsini
artırmağı bacaran vəziyyətdə olmasına imkan verən biliklər həcmində fundamental baza təhsili
almaq konsepsiyasını əsas götürməlidir.
Dostları ilə paylaş: |