ƏDƏBİYYAT
1. Azərbaycan Respublikasının Konstitusiyası, 1995
2.Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi. Dərslik. Bakı-2011
3.V.Niftullayev. Sahibkarlığın əsasları. Bakı, 2008
4. “Azərbaycanın statistik göstəriciləri”. Azərbaycan Dövlət Statistika Komitəsi. Bakı 2014.
ABSTRACT
Hasanov B.H
Development of Literal economy and applying of the agricultural innovations.
- 222 -
As Azerbaijan selected non-oil sector as the main way, development of agricultural sector is the
main way of economical policy. From this side developing agricultural possessor made the applying
of innovations necessity.
РЕЗЮМЕ
Гасанов Б.Г
Поощрение либеральной эканомики и внедрение инновации в аграрном
предпринимательстве
Так-как Азербайджаном выбран путь экономического развития, основанной на
приоритетах развития не нефтяного сектора , развитие аграрного сектора является
важнейшим направлением экономческой политики. С этой точки зрения развитие аграрного
предпринимательства превращает в необхдимость вндрения инноваций.
NDU-nun Elmi Şurasının 30 mart 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 08)
Məqaləni çapa təqdim etdi: Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent N.Rəhimov
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 2 (67)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 2 (67)
- 223 -
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 2 (67)
CEYHUN MAHMUDOV
Naxçıvan Dövlət Universiteti
TÜKAZBAN HACIYEVA
UOT: 658
AZƏRBAYCAN RESPUBLİKASINDA NAĞDSIZ HESABLAŞMALARIN MÜASİR
İNKİŞAF PROSESİ
Açar sözlər: nağdsız hesablaşmalar, nağdsız ödəniş sistemi, plastik kartlar, POS-terminal,
Hökumət Ödəniş Portalı (HÖP)
Key words: the non-cash settlements, the payment system of non-cash, the plastic cards,
POS-terminal, the payment portal of government.
Ключевые слова: безналичные расчеты, безналичная система оплаты, пластиковые
карты, РОS-терминал, Правительственный Платежный Портал (ППП).
Ölkə iqtisadiyyatını gücləndirmək və inkişaf etdirmək üçün ilk növbədə pul dövriyyəsini
yaxşılaşdırmaq lazımdır. Bu da təbii haldır, ona görə ki, bazar iqtisadiyyatı – pul iqtisadiyyatıdır, pul
sferasını nizamlamadan sabit iqtisadi artıma nail olmaq mümkün deyil. Maddi nemətlərin əldə
edilməsi və xidmət göstərilməsi ilə bağlı bütün sazişlər pul hesablaşmaları ilə nəticələnir. Pul
hesablaşmaları – nağd və nağdsız formada pulun öz funksiyalarını yerinə yetirərkən əmtəələrin
reallaşmasına xidmət edən, həmçinin qeyri-əmtəə məhsullarının və təsərrüfatda hesablaşmaların
hərəkəti formasıdır. Nağd və nağdsız hesablaşmaların köməyi ilə əmtəələrin dövriyyəsi prosesi,
həmçinin aktivlərin və borc kapitalının hərəkəti həyata keçirilir. Bankların çoxsahəli şəbəkəsi nağdsız
hesablaşmaların geniş tətbiqinə, eləcə də dövlət səviyyəsində onların inkişafının makroiqtisadi
proseslərin tənzimləyicisi kimi iştirak etməsinə imkan yaradır.
Respublikamızda bu gün həyata keçirilən sosial-iqtisadi strategiyanın ən əsas prinsiplərindən
biri nağdsız hesablaşmaların müasir inkişafını təmin etməkdir. Bunun başlıca səbəbi nağdsız pul
hesablaşmaları vasitəsi ilə tədavül xərclərinə əhəmiyyətli dərəcədə qənaət edilməsi, dövriyyə
vəsaitlərinin dövriyyəsinin sürətlənməsi, dövriyyədə nağd pulun həcminin azalması, nağd pulun çap
edilməsindəki və çatdırılmasındakı gecikmələrin məhdudlaşdırılması və s. kimi üstün xarakterik
cəhətlərin olmasıdır.
Azərbaycanda siyasi-iqtisadi
müstəqilliyin
möhkəmləndirilməsi, büdcə siyasətinin uğurla
həyata keçirilməsi, beynəlxalq aləmdə mövqeyinin güclənməsi çoxmilyardlı xarici investisiyaların
axınına, iqtisadi əlaqələrin inkişafına səbəb olmaqla yanaşı, nağdsız pul dövriyyəsini genişləndirir.
Belə ki, statistik məlumatlara əsasən 2014-cü ildə Azərbaycanda ümumi daxili məhsulda nağdsız
dövriyyənin həcmi 2%-dən 7%-ə yüksəlmişdir. Eyni zamanda, 2005-2014-ci illərdə ümumi pul
dövriyyəsində nağdsız dövriyyənin həcmi 13,5%-dən 27,6%-ə yüksəlmişdir. Lakin hazırkı artım
göstəricisini yetərli hesab etmək mümkün deyil.
Ölkədə nağdsız hesablaşmaların inkişafı banklar və kart sahibləri tərəfindən paralel şəkildə
həyata keçirilməlidir. Dövlət bu istiqamətdə müəyyən çağırışlar edir və addımlar atır. Lakin əgər
müştəri rolunda çıxış edən insanlar ticarət şəbəkələrində kartlar ilə hesablaşma aparmasa,
bankomatlar vasitəsilə pulu nağdlaşdırmağa davam etsələr belə təşəbbüslərin dəyəri heçə enə bilər.
Başqa sözlə desək, vətəndaşlar özləri nağdsız hesablaşmalarda maraqlı olmalıdırlar.
Qeyd edək ki, ölkəmizdə müasir milli ödəniş sisteminin yaradılması məqsədilə elektron
hesablaşma mexanizmi yaradılmışdır. Bank sistemində istifadə edilən elektron hesablaşmaların fəa-
liyyət mexanizmi plastik kartların istifadəsinə əsaslanır. Bu isə öz növbəsində ödənişlərin real vaxt
rejimində elektron qaydada və plastik kartlar vasitəsilə şəffaf, təhlükəsiz, səmərəli reallaşdırılmasına
geniş imkanlar açır. Plastik kartlar özündə bankomatlar vasitəsi ilə həyata keçirilən əhalinin ticarət və
kütləvi iaşə təşkilatları ilə hesablaşmalarının elektron sistemini və müştərilərlə iş yerlərində aparılan
bank hesablaşmaları sistemini birləşdirir. Son dövrlərdə əhalinin mütləq əksəriyyətinin plastik
kartlarla təmin edilməsi nağdsız pul hesablaşmalarının kütləviliyi üçün əlverişli şərait yaratmışdır.
- 224 -
Məsələn, hazırda plastik kartlar vasitəsilə bütün dünya üzrə 24 saat ərzində 30 milyondan artıq ticarət
və xidmət məntəqəsində alış-veriş etmək, xidmətlərdən faydalanmaq mümkündür.
Fikrimizcə, cəmiyyətimizdə plastik kartlardan istifadə səviyyəsini yüksəltmək üçün ilk
növbədə insanların məlumatlandırılması, plastik kartlardan istifadənin üstünlükləri və onlar üçün
əhəmiyyətinin təbliğ edilməsi zəruridir. Hər hansı bir konkret məbləğin (vəsaitin) ödənilməsində
istifadə edilən müasir texniki imkan – “elektron pul” hansı xüsusiyyətlərinə görə üstünlüyə malikdir.
Plastik kartlardan istifadənin üstünlükllərindən bəhs etməzdən əvvəl bir parantez açmaq istərdim.
Qeyd edək ki, muxtar respublikada plaştik kart istifadəçilərinin sayı ilbəil artır. Belə ki, 2008-ci ildə
bu rəqəm 80123 olmuşdursa, 2014-cü ilin 8 ayının yekununa görə bu rəqəm 155504 olmuşdur. Başqa
sözlə desək, müqayisə edilən bu dövrlər ərzində plastik kart istifadəçilərinin sayı 1,9 dəfə artmışdır.
Lakin plastik kartların çoxsaylı imkanlarının olmasına baxmayaraq muxtar respublikada plastik
kartlardan əksər hallarda hesabda olan vəsaitin bankomat vasitəsilə nağdlaşdırılması üçün istifadə
olunur.
Halbuki, plastik kartlar bir sıra unikal üstünlüklərə malikdir:
Plastik kartdan istifadənin rahat olması (rahatlıq)
1.
ölkə xaricində və daxilində hər cür alış-veriş əməliyyatları aparmaq imkanının olması, məhsul
və xidmətlərin dəyərinin ödənilməsi;
2.
konvertasiya əməliyyatı zamanı əməliyyatların istənilən valyutada həyata keçirilməsi;
3.
səyahət zamanı nağd pulla bağlı ehtiyacların ödənilməsi. xüsusən xarici səfərlərə gedərkən
nağd pul apamağa ehtiyacın olmaması və pulu yerli valyutaya dəyişərkən saxta əskinazları almaq
təhlükəsinin olmaması;
4.
xarici səfərlərə gedərkən gömrükdən keçirilən pul vəsaitlərinin bəyan edilməsinə ehtiyacın
olmaması.
5.
müştərinin istəyinə uyğun olaraq eyni kart hesabına bir neçə kart bağlana bilər. Bu yolla eyni
ailənin bir neçə üzvü əlavə kart hesabı açmadan öz şəxsi kartı hesabına bu vəsaitlərdən istifadə edə
bilər.
Təhlükəsizlik - ödəniş kartının itməsi və ya oğurlanması zamanı bankı vaxtında məlumatlan-
dırmaqla pul vəsaitlərindən istifadənin qarşısının alınması;
Vaxta qənaət
1.
fərqli ödənişlərin eyni vaxta evdən və ya iş yerindən ayrılmadan yerinə yetirilməsi;
2.
vergi və rüsumların, kommunal xərclərin internet vasitəsilə ödənilməsi;
3.
mehmanxana nömrələrinin, restoranda stol qeydiyyatının öncədən sifariş edilməsi;
4.
avia biletlərinin, mal və xidmətlərin internet vasitəsi ilə alışı.
Şəxsi büdcənin səmərəli planlaşdırılması
1.
pul vəsaitlərinin daxil olması və xərclənməsi barədə hesabatın əldə edilməsi;
2.
hesabda olan vəsaitlərə depozit faizlərin hesablanması;
3.
ödəniş kartı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə bonusların əldə edilməsi və ya
xərclənən məbləğin müəyyən hissəsinin həyata keçirilən kampaniya çərçivəsində hədiyyə şəklində
geri əldə etmək imkanının olması.
İnsanların nəzərinə plastik kartlardan istifadənin yuxarıda vurğuladığımız üstünlüklərinin
çatdırılması, fikrimizcə, nağdsız dövriyyənin həcminə əhəmiyyətli təsir göstərə bilər.
Azərbaycanda plastik kartlar hər cür nağdsız ödənişlərə imkan yaradır. Azərbaycanda «Ata
Bank» ASC «Visa» beynəlxalq ödəniş sisteminin üzvü olaraq «Visa Electron», «Visa Classic», «Visa
Gold», «Visa Business» və «Visa Platinum» kartlarını emissiya edir. 2012-ci ildən bank, həmçinin,
«Maestro», «Master Card Standard», «Master Card Gold» və «Master Card Platinum» kartlarını
dövriyyəyə buraxmışdır ki, bu da nağdsız hesablaşmaların əhatə dairəsinin genişləndirilməsinə
xidmət edir.
Respublikamızda nağd hesablaşmaların məhdudlaşdırılması və alğı-satqı əməliyyatlarının
əsasən nağdsız ödəmələr vasitəsilə aparılması işinə təxminən 8 il əvvəl start verilmişdir. Azərbaycan
Respublikası prezidenti İ.H.Əliyevin sərəncamı ilə 2004-cü ilin dekabrında “Azərbaycan
Respublikasında Milli Ödəniş Sisteminin inkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı”nın
təsdiq edilməsi nağdsız hesablaşmaların tətbiqi prosesini gücləndirmişdir. İstənilən prosesdə şəffaflıq
- 225 -
yaratmaqla yanaşı, nağd hesablaşmaların məhdudlaşdırılması anti-inflyasiya tədbirlərindən biri kimi
də həyata keçirilir ki, bu prosesin tərkib hissəsi POS-terminalların tətbiqidir.
Dövlət Proqramının icrasına başlanılan ötən dövr ərzində Milli Ödəniş Sistemində iştirak
edən bankların sayı 44-ə, onların filial və şöbələrinin sayı isə 827-yə çatmışdır. Bütövlükdə həmin
banklar tərəfindən quraşdırılmış bankomatların sayı 2006-cı ilə nisbətən 2,7 dəfə artaraq 2168-ə,
POS-terminalların sayı isə 21 dəfədən çox artaraq 33.568-ə çatmışdır. POS-terminalların 32 mindən
çoxu obyektlərdə, 1000-ə yaxını taksilərdə quraşdirilmışdır. Ümumilikdə 4 kart sistemi - «Azəri
Kart», «Milli Kart», «Kapital Kart» vasitəsilə dövriyyəyə 4,58 milyon kart buraxılmışdır. Bunlardan
2,55 milyonu sosial ödəniş kartı, 1,33 milyonu maaş kartı, 0,18 milyonu kredit kartı, 0,55 milyonu
digər təyinatlı kartlardır.
Respublikamızda nağdsız hesablaşmaların stimullaşdırılması məqsədilə müəyyən dövr üçün
bonus sistemlərinin tətbiq edilməsi məqsədəuyğundur. Bu zaman plastik kartlardan istifadə edərək
alğı-satqı edənlərin ödədiyi vəsaitin bir qismi (məsələn, 3 faizi) sonradan həmin şəxsin hesabına
qaytarıla bilər. Bu, vətəndaşları nağdsız hesablaşmalardan istifadəyə təşviq edər. Bununla da,
vətəndaşlarda plastik kartlardan istifadə ənənəsi formalaşar ki, bu da uzunmüddətli dövr üçün nağdsız
hesablaşmalardan istifadə üçün daha çox zəmin yaradacaqdır.
2011-ci ildə www.apus.az Hökumət Ödəniş Portalının (HÖP) yaradılması nağdsız ödənişlərin
həcminin artırılması sahəsində həyata keçirilmiş mühüm layihələrdən biri kimi qiymətləndirilir ki,
ötən il ərzində həmin sistem vasitəsilə həyata keçirilmiş orta günlük ödənişlərin sayı 64 min, həcmi
1,05 milyon manat olmuşdur. HÖP vasitəsilə vergi və gömrük rüsumlarını, icarə haqlarını, inzibati
cərimələri və digər ödənişləri real vaxt rejimində elektron formada ödəmək mümkündür.
Azərbaycanda nağdsız ödəniş sisteminin tətbiqi ilə bağlı digər ölkələrin təcrübəsinə də istinad
olunmalıdır. Xüsusən də nağd ödənişlər üçün müəyyən məhdudlaşdırıcı həddin müəyyənləşdirilməsi
zamanı xarici təcrübənin öyrənilməsi vacibdir. Lakin bununla yanaşı, əhali arasında maarifləndirmə
tədbirlərinin genişləndirilməsi də zəruri məsələlərdən biridir. Fikrimizcə, bu prosesdə dövlət
qurumları, biznes strukturları ilə yanaşı, medya və vətəndaş cəmiyyəti institutlarının da fəal
iştirakının təmin olunması vacibdir.
Qeyd edək ki, mütəxəssislər əmindir ki, nağdsız hesablaşmaların zaman ötdükcə nağd
hesablaşmaları tədavül sferasından sıxışdırıb çıxaracağı labüddür. Çünki bu, dünya tendensiyasının
tələbidir. Onların fikirlərinə əsasən onu söyləmək olar ki, nağdsız hesablaşmaların səviyyəsi ölkə
iqtisadiyyatının inkişafını müəyyən edən əsas meyarlardan biridir. Yəni iqtisadi tərəqqi nə qədər
yüksək olarsa, dövriyyədə bir o qədər az nağd pul olar. Nağd pulun azlığı həm korrupsiyaya, həm
vergidən yayınmaya, həm də qara bazara vurulan ciddi zərbədir. Bir sözlə, bütün bunlar əhalinin
həyat və yaşam səviyyəsinin yüksəldilməsinə xidmət edən amillərdən biridir.
Nağdsız hesablaşmalar inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycan üçün də hər cəhətdən
səmərəlidir. Müasir dünyada yüksək mədəniyyət göstəricisi kimi qəbul olunan nağdsız ödənişlərin
korrupsiya, rüşvətxorluq və vergidən yayınma hallarına qarşı səmərəli mübarizə vasitəsi olduğundan
dövlət biznes strukturlarını bu sahədə həyata keçirdiyi tədbirlərə dəstək verməyə çağırmışdır. Nağd
hesablaşmalardan fərqli olaraq nağdsız hesablaşmaların üstün cəhəti pul vəsaitlərini nəzarətdən və
vergiyə cəlb olunmaqdan gizlətməyin mümkünsüzlüyü, pulun hərəkəti üzərində şəffaflığın təmin
olunmasıdır. Nağdsız hesablaşmaların üstünlüklərindən biri də məmur vətəndaş münasibətlərinin
tənzimlənməsinə və korrupsiya üçün şəraitin məhdudlaşdırılmasına zəmin yaratmasıdır. Başqa sözlə
desək, nağdsız hesablaşmalar korrupsiyaya qarşı dünyada sınaqdan keçmiş metodlardan biri hesab
olunur.
Son olaraq qeyd edək ki, Azərbaycan hökuməti ölkədə nağdsız hesablaşmaların dairəsini
genişləndirmək məqsədilə əhəmiyyətli addımlar atır. Elə onun nəticəsidir ki, həm nağdsız
hesablaşmaların səviyyəsində, həm də bu sahədə insanların biliklərinin artmasında nəzərə çarpacaq
inkişaf müşaiyət olunur. Başqa sözlə desək, biz bu gün kağız pullardan tam azad olmağa çalışaraq,
daha intellektual bir məsələnin həllinə istiqamətlənmiş texnologiyalardan istifadə edərək, nağdsız
hesablaşmaların inkişafını yaxşılaşdırmaq istəyindəyik.
ƏDƏBİYYAT
- 226 -
1.
Prof. E.M.Sadıqov. "Bank əməliyyatları", Dərslik. 2010.
2.
Azərbaycan Dövlət Statistika Komitəsi “Azərbaycanın statistik göstəriciləri” Bakı-2014.
3.
İ.Ə.Abdullayev, R.V. Əsgərova “Bank işi” Bakı , 2009.
4.
F.Kaşiyeva. "Azərbaycan banklarının investisiya fəaliyyətinin prioritet istiqamətləri". Bakı,
2013.
5.
Azərbaycan Respublikasında “Nağdsız hesablaşmalar və pul köçürmələri” haqqında Təlimat
(19 sentyabr 2002-ci il).
ABSTRACT
Ceyhun Mahmudov
Tukazban Haciyeva
The modern process of development of non-cash settlements
in the Republic of Azerbaijan
In this article investigated process of development of non-cash settlements, was emphasized
the importance of non-cash settlements, revised the actions which was implemented in this
direction, and given ideas as recommendations which is possible in our Republic.
REЗЮМЕ
Джейхун Махмудов
Tukazban Гаджиева
Процесс современного развития безналичных расчетов
в Азербайджанской Республике
В статье расследован процесс развития безналичных расчетов в Азербайджанской
Республике, подчеркнуто важность безналичных расчетов, рассмотрены меры принятие в
этом направлении, даны более возможные рекомендации.
NDU-nun Elmi Şurasının 30 mart 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 08)
Məqaləni çapa təqdim etdi: İqtisad üzrə elmlər doktoru N.Əhmədov
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 2 (67)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 2 (67)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 2 (67)
- 227 -
FAMİL HƏSƏNOV
Naxçıvan Dövlət Universiteti
UOT: 658
İQTİSADİ TƏHLÜKƏSİZLİYİN QORUNMASINDA İNVESTİSİYA SİYASƏTİNİN
ƏHƏMİYYƏTİ VƏ VERGİ TUTMANIN SƏMƏRƏLİLİYİ
Açar sözlər: iqtisadi təhlükəsizlik, investisiya siyasəti, vergitutma, maliyyə.
Dünya iqtisadiyyatının qloballaşması şəraitində cəmiyyətin inkişaf etdirilməsi və onun
üzvlərinin rifahının təmin edilməsi mühüm dərəcədə onların fəaliyyətinin təhlükəsizliyindən, bu
təhlükəsizliyin həyata keçirilməsindən asılıdır. Bu təhlükəsizliyin vacib tərkib hissəsi kimi
İnvestisiya təhlükəsizliyi və iqtisadi təhlükəsizlik çıxış edir. İnvestisiya təhlükəsizliyi isə təsərrüfat
obyektlərinin fəaliyyətinin iqtisadi səmərəliliyi ilə, iqtisadi müstəqillik, sabitlik və cəmiyyətin
təhlükəsizliyi
ilə
ayrılmaz şəkildə bağlıdır.Milli iqtisadiyyatın istənilən tərkib hissəsinin, o
cümlədən investisiya imkanlarının zəifləməsi özünü bilavasitə iqtisadi təhlükəsizlikdə biruzə verir.
Bununla əlaqədar olaraq, iqtisadi artım üzrə dövlət vəzifələri realizə olunduğu zaman investisiya
məsələlərinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan iqtisadiyyatının təsərrüfat subyektlərinin,
xüsusən milli sahibkarlığın fəallığının inkişaf etdirilməsinin maliyyə-vergi üsullarının müəyyən
olunması iqtisadi təhlükəsizliyin təmin edilməsində ən optimal yollardan biri kimi çıxış edir.
Təhlükəsizlik anlayışının daha konkret sferasında ciddi tədqiqatlar aparmış rus alimi S.V.Stepaşinə
görə iqtisadi təhlükəsizlik-iqtisadiyyatın elə durumudur ki, bu zaman uzun müddətə şəxsiyyətin
həyatı və harmonik inkişafı, cəmiyyətin və dövlətin sosial-iqtisadi, siyasi, mənəvi-psixoloji sabitliyi
üçün layiqli şərait, bütün növ resursların optimal məsrəfləri ilə təbii amillərin tükənməyə yol
açmayan istifadəsi daxili və xarici təhlükələrin təsirinə qarşı tab gətirmək qabliyyəti təmin edilir.
Hazırda ölkə iqtisadiyyatına qoyulan investisiyaların məbləğinin ildən-ilə artması onu tələb
edir ki, müxtəlif mənbələrdən olan investisiyalardan səmərəli istifadə etmək lazımdır. Belə ki, ölkə
iqtisadiyyatına investisiya axınınn cəlb edilməsi çox mühüm əhəmiyyət kəsb edir. Xarici
investisiyaların Azərbaycan iqtisadiyyatına yönəldilməsində beynəlxalq və regional iqtisadi
təşkilatlarla yanaşı respublikada fəaliyyət göstərən xarici investisiyalı təşkilatlar, firmalar, onların
nümayəndəlikləri və s. qurumlar da mühüm rol oynayırlar. Təkcə 2012-ci ildə ÜDM-in həcmi
3,4%, sənaye məhsulunun artımı isə 5,1% artmışdır.Bütün bunlar ÜDM-in həcminin artırılmasında
investisiyaların rolu böyük olmasını göstərir və bu istiqamətdə daha çox kapital axınının
stimullaşdırılmasını şərtləndirir.
Bir çox iqtisadi ədəbiyyatlarda investisiyalarla bağlı çoxlu elmi interperatasiyalara rast
gəlinir. Burada ümumi olan odur ki, “investisiya dedikdə, mənfəət və ya sosial effekt əldə edilməsi
məqsədilə sahibkarlıq obyektləri və digər növ fəaliyyətlərə qoyulmuş maliyyə vəsaiti, eləsə də,
maddi və intellektual qiymətlər nəzərdə tutulur. İnvestisiya mühiti və onun idarə edilməsində
başlıca vasitə olan investisiya siyasəti dövlətin iqtisadi siyasətinin mühüm atributudur. İnvestisiya
prosesləri
əsas
kapitalın
artırılması
və
yeniləşdirilməsi,
innovasiyalı
inkişafın,
struktur
təkmilləşmələrin həyata keçirilməsinə və istehsalın səmərəliliyini yüksəldən bu kimi vəzifələrin
icrasına yönəldilir. Həmin vəzifələrin müqabilində investorların öhdəlikləri ölkənin iqtisadi
təhlükəsizliyinə mühüm təsir göstərir.
Qeyd
olunmalıdır
ki,
investisiya
fəallığının
aşağı
düşməsi,elmi-texniki potensialın
dağılmasının əsas səbəbi tikinti məhsullarının həcminin azalması, alt sahələr arasındakı iqtisadi
əlaqələrin pozulması, investisiya sferasında strateji istiqamətlərin düzgün müəyyənləşdirilməməsi
və eləcə də investisiya fəallığının aşağı düşməsinə istehsal potensialının köhnəlməsinin də güclü
təsiri ola bilər. Belə ki, istehsalın texniki səviyyəsinin yüksəldilməsi investisiya, o cümlədən xüsusi
investisiya qoyuluşlarının həcmindən birbaşa asılıdır. Bu qeyd olunan göstəricilər respublikanın
iqtisadi təhlükəsizliyinə də təsir göstərir. Həmin vəziyyətdən çıxış kimi, vergi mexanizmlərindən
səmərəli istifadəni və xarici investisiyaların kompleks şəkildə cəlb olunmasını göstərmək olar.
- 228 -
Xarici investorların maliyyə vəsaitlərinin xarici və daxili təhlükədən qorunması üçün dövlət
səviyyəsində tədbirlər görülməlidir. Özəl investisiyalar üçün təhlükə yarada biləcək amilləri
aşağıdakı kimi qruplaşdırmaq olar.
-Bank sisteminin qeyri-sabitliyi,
-Fond bazarının fəaliyyətindəki qeyri sabitlik,
-Fiziki şəxslərin və kommersiya banklarının vəsaitlərinin sığortalanmaması,
-Qiymətli kağızlar bazarının fəaliyyətinin beynəlxalq standartlara müvafiq olmaması,
Vergiqoyma sistemi investisiyalaşdırma ilə bağlı qərara, xüsusilə də birbaşa xarici
investisiyalara mühüm təsir edici amillərdən biridir. Bütövlükdə investisiya cəlbediciliyi barədə
qərarların qəbul olunmasına həm vergi, həm də qeyri vergi amillər təsir göstərir. Həmin amillərin
köməyi ilə investisiyalardan potensial gəlirin və riskin müqayisəsi aparılır.
İnvestisiyaların cəlb edilməsinə həm də gəlirlə bağlı olmayan vergilər təsir göstərir. Bazar
iqtisadiyyatı ölkələrin əksəriyətində islahatların ilkin mərhələsində vergilər firma gəlir əldə
etmədiyi halda da ödənilməli idi. Bu adətən investisiyalaşdırmanın ilkin mərhələsində mövud olan
yüksək risklərlə və ya şirkətin operativ xərclərinin artması ilə bağlı əsas məsrəflərin çoxalmasına
gətirib çıxarırdı.
Qeyd etmək lazımdır ki, investorun davranışına mühüm dərəcədə vergi sistemi təsir
göstərir.Bu tədqiqat işində biz yalnız respublika büdcəsində vergi daxilolmaların mühüm hissəsini
təşkil edən gəlirlərlə bağlı vergiqoymanın səmərəliliyi nəzərdə tuturuq.
Vergitutmanın səmərəliliyi dedikdə, sözün geniş mənasında vergilərin üzərinə qoyulmuş
sosial-iqtisadi funksiyaların yerinə yetirilməsi başa düşülür. Səmərəli sayılması üçün vergi sistemi
ən azı aşağıdakı tələblərə cavab verməlidir:
-dövlətin sosial-iqtisadi və ictimai-siyasi funksiyalarının lazımi səviyyədə yerinə
yetirilməsi üçün tələb olunan maliyyə vəsaitləri vergi daxilolmaları hesabına təmin edilmiş olsun;
-istehsal sahələrində yenidənqurma proseslərinin geniş şəkildə baş verməsi üçün tələb
olunan maliyyə imkanları təmin edilsin (bu tələb onu göstərir ki, istehsal subyektləri tərəfindən
vergilər ödənildikdən sonra onların sərəncamında qalan vəsaitlər iqtisadiyyatın real sektorunda
istehsal proseslərinin davam etdirilməsi və inkişafı üçün kifayət etsin);
-dövlətin sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulan tapşırıqların icrasını təmin
edən normalar vergi qanunvericiliyində müəyyən edilmiş olsun.
Mövcud vergitutmanın dar mənada səmərəliliyi dedikdə isə, vergi funksiyalarının yerinə
yetirilməsi üçün tələb olunan potensial imkanları özündə təsbit edən sistemdaxili optimal
xüsusiyyətlər başa düşülür.
Ümumiyyətlə, hər bir cəmiyyətdə dövlət öz vergisistemini ümumi dövlət maraqlarına əsasən
müəyyən edir. İlk növbədə dövlət büdcəsinin, büdcədənkənar fondların və dövlət məqsədləri üçün
yaradılmış digər xüsusi fondların gəlirlərinin təmin edilməsi ilə bağlı məsələlər həll edilir, ikinci
növbədə isə vergi sistemi vasitəsilə iqtisadiyyata təsir göstərilərək iqtisadi inkişafı, investisiyaları,
dotasiyaları və sosial təminatları müəyyən edən bu və ya digər siyasət həyata keçirilir. Bununla da
vergi sistemindən sosial-iqtisadi məsələlərin dövlət tənzimlənməsi, iqtisadiyyatın idarə olunması
alət kimi istifadə olunur.
Qeyd etmək lazımdır ki, sosial-iqtisadi proseslərin tənzimlənməsində vergilərin böyük rol
oynadığına baxmayaraq, dünya təcrübəsində sübut edilmişdir ki, bütün problemləri heç də həmişə
vergi sistemi vasitəsilə həll etmək mümkün olmur. Çünki vergilərin tətbiqinin öz təsir sferası vardır,
iqtisadi tənzimləmələrdə vergi alətlərindən yalnız onun çərçivəsində istifadə etmək olur. Bu
sərhədlərin süni şəkildə genişləndirilməsinə yönəldilən cəhdlər ən yaxşı halda nəticəsiz qala, pis
halda isə yeni problemlərin yaranmasına gətirib çıxara bilər. Misal üçün, müasir dövrdə ən
mürəkkəb problemlərdən biri iqtisadiyyatın real sektorunda maliyyə potensialının bərpası ilə
bağlıdır. Bu problemin həllinə təkcə vergi mexanizmi vasitəsilə nail olmaq qeyri-mümkündür. Bu
sahədə maliyyə, kredit, xidmət və valyuta siyasəti, razılaşdırılmış tədbirlər kompleksi və dövlətin
əlində olan vasitə və metotlardan istifadə olunmalıdır.
Ümumiyyətlə, təsərrüfat subyektlərinin fəaliyyəti bir çox faktorların təsiri nəticəsində
formalaşır. Adətən, vergilər belə faktorların ən başlıcası kimi qəbul edilir. Bununla belə, yüksək
- 229 -
rentabelli sahələrin (neft-qaz, alkoqollu içkilər, tütün məmulatları və s.) misalında görmək olar ki,
onların vergi yükünün yüksək olmasına baxmayaraq, həmin sahələr istənilən iqtisadi sistemdə daimi
inkişafda olan fəaliyyət göstərməklə investorlar üçün daha cəlbedici olur. Digər tərəfdən, başqa
sahələrlə müqayisədə daha çox vergi güzəştləri nəzərdə tutulsa da, aşağı rentabelli (obyektiv
səbəblərə görə) sahələr investorlar üçün nisbətən az maraq doğurur (kənd təsərrüfatı, infrastruktur
və bir çox hasilat sahələri).
Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, müəyyən hallarda vergi mexanizminin
təsiri
kifayət
qədər
zəifləyə
və
ya tam bağlanıla bilər. Vergi sisteminin düzgün
qiymətləndirilməməsi və həmçinin onun imkanlarından tam istifadə olunmaması səmərəliliyi aşağı
salır və optimal kriteriyaların müəyyən olunmasına maneələr yaradır. Vergi sisteminin imkan və
funksiyalarına real olmayan şəkildə qiymətləndirilməsi maliyyə və iqtisadi problemləri həll etmək
qabiliyyətini aşağı salmaqla iqtisadi böhranın aradan qaldırılmasına imkan vermir və onun üzərinə
düşən problemlər həll edilməmiş qalır. Müasir dövrdə əsas diqqət vergi siyasətinin səmərəliliyinə
yönəldilməklə yanaşı, bir sıra digər iqtisadi alətlərdən də (qiymət, pul, kredit və s.) geniş şəkildə
istifadə olunur.
Qeyd etdiyimiz kimi, Azərbaycanın iqtisadi təhlükəsizliyinin təmin edilməsində ARDNF-in
rolu olduqca böyükdür. Belə ki, Xarici investisiyaların cəlb olunması prosesi, əsasən, 1994-cü
ildən başlanmışdır. Bunun da başlıca səbəbi ölkəmizdə yaranan sabirliyin, təbii sərvətlərin istifadəsi
üçün şəraitin təşəkkül tapmasının, hüquqi bazanın formalaşmasında lazımi səviyyənin əldə
olunmasının nəticəsi idi. Hər bir investor bu və ya digər ölkəyə sərmayə qoymaq istəyərkən öz
strateji maraqlarından çıxış edərək, həmin ölkədəki investisiya mühitinin əlverişliliyi ilə
maraqlanırlar. İnvestisiya mühitinin əlverişliliyi isə ölkədəki resurs potensialının səviyyəsindən,
investisiya qoyuluşunun risk dərəcəsinin minimum olması və qanunvericiliyin təkmil olunması kimi
amillərdən asılıdır.
Azərbaycan Respublikasının Ümümmilli Lideri Heydər Əliyevin 29 dekabr 1999-cu il
tarixdə qəbul edilmiş və 29 dekabr 2000-ci il tarixli qərarı ilə təsdiq edilərək Neft Fondunun
yaradılması, ilk növbədə 1994-cü ildən başlayaraq, həyata keçirilən neft strategiyası hesabına
mümkün olmuşdur.
ARDNF-in xərcləri dövlət büdcəsinin tərkib hissəsidir və dövlət büdcəsi ilə birlikdə Milli
Məclisdə müzakirə edildikdən sonra təsdiq edilir.ARDNF-in dövlət büdcəsinə etdiyi transferlər
investisiya
layihələrinin və sosial proqramların maliyyələşdirilməsinə yönəldilir və beləliklə,
respublikamızın iqtisadi təhlükəsizliyini təmin etmiş olur.
Yekunda qeyd etməliyik ki, istər xarici və istərsə də daxili investisiyalar milli iqtisadiyyatın
inkişaf strukturuna və tempinə, texnoloji proseslərin intensivləşməsinin iqtisadi-ekoloji xarakterinə,
resurslardan
istifadənin
səmərəliliyinə,
gəlirlərin
bölüşdürülməsi, bir sözlə, ölkənin iqtisadi
təhlükəsizliyinə
həlledici
təsir
göstərməklə, maksimum mənfəət əldə edilməsinə yönəldilir.
İnvestorların inkişaf strategiyası baxımından hərtərəfli qiymətləndirilməli və milli maraqlara
üstünlük verilməlidir. Ölkəmizin iqtisadiyyatına investisiya axınının gücləndirilməsi yolu ilə onun
təsərrüfat subyektlərinin fəallığının artırılması müvafiq maliyyə-vergi üsullarının geniş tətbiqi ilə
nail olmaq mümkündür. Eyni zamanda, dövlətin bütün investorlar üçün yaratdığı fəaliyyət mühiti
beynəlxalq standartlara daima uyğunlaşdırılmalıdır. Bu prosesdə ARDNŞ-nin imkanları böyükdür.
Bu şirkərin maliyyə imkanlarından istifadə etməklə respublikamızda bir sıra irihəcmli investisiya
layihələrini həyata keçirmək mümkündür. Bu proses özü-özlüyündə həm də ölkənin iqtisadi
təhlükəsizliyinin təmin olunmasının mühüm amillərindən biri kimi çıxış edir.
Dostları ilə paylaş: |