Şəbəkənin əsas xarakteristikaları



Yüklə 29,95 Kb.
səhifə6/8
tarix02.06.2023
ölçüsü29,95 Kb.
#122781
1   2   3   4   5   6   7   8
Komputer sebekelerinin aparat ve proqram teminati

Marşrutlaşdırıcılar. Marşrutlaşdırıcının əsas təyinatı konsentratorlardan, körpülərdən, kommutatorlardan təşkil olunmuş lokal şəbəkələri birləşdirməkdir. Marşrutlaşdırıcı şəbəkədə istifadə olunan körpü və kommutatorun tətbiqindən fərqli olaraq şəbəkənin ayrı-ayrı hissələrində verilənlər paketini alqoritm əsasında trafiklərə ayırır.
Marşrutlaşdırıcı şəbəkənin müxtəlif seqmentləri arasında verilənlər paketini ötürən, şəbəkə topologiyası barədə informasiyaya və admnistrator (inzibatçı) tərəfindən müəyyən olunan qaydalara əsaslanmaqla qərar qəbul edən şəbəkə qurğusudur. Marşrutlaşdırıcılar aparat və proqram marşrutlaşdırıcılar olmaqla iki yerə bölünür. Marşrutlaşdırıcı funksiyasını həm xüsusi qurğular(aparatlar), həm də adi kompüter yerinə yetirə bilər. Bir sıra proqram təminatı paketləri (Linux və BSD kimi əməliyyat sistemləri üçün hazırlanmış) mövcuddur ki, onların köməyi ilə fərdi kompüteri yüksək məhsuldarlıqlı və çoxfunksiyalı marşrutlaşdırıcıya çevirmək olur. Marşrutlaşdırıcı seqmentlərin məntiqi ünvanlaşdırılması ilə əlaqədar olaraq çox böyük səmərə və etibarlılığı təmin edir. Bu da seqmentlərin rəqəmli ünvanlaşmasına əsaslanır. Ünvanlaşma sahəsində ünvandan asılı olaraq MAC ünvanlaşması və alt şəbəkələrin ünvanları dəyişdirilir. Bu səbəbdən ağacvarı şəbəkələrdən istifadə çox da sərfəli olmur. Çünki, bu növ şəbəkələrdə kommutatora çox yük düşür, bu səbəbdən də istifadəçilər şəbəkə resurslarından daha çox istifadə edirlər. Buna görə də, şəbəkələrin qurulması mərkəzləşdirilmiş şəkildə olan quruluşda daha yaxşı olar. Belə hallarda istənilən vaxt iki kompyuter arasında olan marşrutlaşdırıcıya əlavə marşrutlaşdırıcı qoşmaq mümkün olur. Bu növ marşrutların cədvəllərinin yadda saxlanılması, paketlərin qısa yolla göndərilməsi marşrutlaşdırıcı tərəfindən yerinə yetirilir.

Şlüzlər. Şlüz – müxtəlif lokal və qlobal protokollardan istifadə edən kompyuter şəbəkələrini əlaqələndirmək (birləşdirmək) məqsədilə tətbiq edilən aparat (məsələn, marşrutlaşdırıcı) və ya proqram təminatıdır.
Kompyuter texnologiyalarında şlüzlər tətbiq sahəsindən asılı olaraq bir cox funksiyaları yerinə yetirir.
Kompyuter şəbəkələrində istifadə edilən şlüz bir qurğu kimi müxtəlif OSİ protokollarını müxtəlif səviyyələrdə istifadə etməklə şəbəkələri birləşdirir. Protokolların istifadəsində müxtəlif protokol cevirmələrini təşkil edir.
Şlüz həm də marşrutlaşdırma funksiyasından başqa informasiya paketlərində formatlaşdırma və kodlaşdırmanı (əksinə də) yerinə yetirir. Belə əməliyyatların eyni xassəli olmayan şəbəkələrin birləşməsində əhəmiyyəti daha çox olur.
Şlüzdən İnternet-telefon əlaqələrində də istifadə edilir. Bu bəzən “telefon serveri” də adlandırılır.
Telefon şəbəkəsindən qələn idarəedici informasiyanı (siqnalları) və verilənləri İnternet şəbəkəsi paketlərinə cevirir (və yaxud əksinə). Qeyd olunan əməliyyatlar həqiqi vaxt rejimində yerinə yetirilir. Daha çox istifadə edilən şlüzlərdən Vocul Tech Gatenay-ı göstərə bilərik. Bu sistemdə şlüzun funksiyası telefon danışıqları zamanı dupleks rejimində abonentin danışıqlarını (siqnalları) paket rejimində yüksək səviyyədə rəqəmsal siqnallarla ötürülməsini təşkil etməkdir.
Şlüz, kompyuter terminalları arasında da istifadə edilir. Bu halda siqnalların daha keyfiyyətli ötürülməsi təmin edilir.
Şlüz çox funksiyalı marşrutlaşdırıcı və ixtisaslaşdırılmış FK-in proqram təminatının tərkibində bir proqram kimi də ola bilər. Bu da şəbəkədə müxtəlif sistem və tətbiqi proqram təminatlarını birləşdirir.
Başqa sözlə, şlüz şəbəkələrdə müxtəlif növlü marşrutlaşdırıcılar və şəbəkə interfeysləri arasında informasiyanın ötürülməsini (hərəkətini) təmin edir.

Yüklə 29,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin