Konsentratorlar. Konsentrator (XAB) - adından göründüyü kimi, şəbəkədə bir neçə düyün nöqtələrini birləşdirən qurğudur. Konsentratorun əsas funksiyası lokal şəbəkələrdə eyni adlı əlaqə kanallarında maneələrin aradan qaldırılması, siqnalların göndərilməsi, siqnalların çevrilməsi və gücləndirilməsini yerinə yetirməkdir. Konsentrator həm də müxtəlif şəbəkə texnologiyalarında müxtəlif naqilli kabellər yığımından istifadə edilə bilməsini təmin etmək üçün tətbiq edilir. Konsentratorlar müxtəlif qurğulardan istifadə edilməklə çoxsaylı müraciətlərin həyata keçirilməsinə, kabellərin ayrı-ayrı fiziki parçalarını bir nöqtədə birləşdirməyə, nəticə etibarilə, verilənlərin ötürülməsi üçün ümumi ötürmə mühiti təşkil etməyə və ya seqmentlər yaratmağa imkan verir. Yuxarıda qeyd edilənləri bir sözlə ifadə etsək, konsentratorlar, şəbəkə seqmentlərinin yaradılması və fiziki cəhətdən strukturlaşdırılması üçün istifadə edilir. Konsentrator “ulduz” topologiyasının əsas mərkəzi komponentlərindən biridir. Konsentratorlar müxtəlifliyinə görə iki növə ayrılır:
* passiv konsentratorlar;
* aktiv konsentratorlar.
Xarici qidalandırmaya malik olan konsentratorlara aktiv konsentratotlar, xarici qidalandırmaya malik olamayan konsentratorlara isə passiv konsentratorlar deyilir.
Çox giriş-çıxışlı konsentratorlar passiv konsentratorlar qrupuna daxildir. Bunlar da bir-birilə müxtəlif növlü kabel və naqillərlə birləşdirilə bilər.
Aktiv konsentratorlar eyni strukturda olur və təkrarlayıcıların funksiyalarını yerinə yetirir. Belə konsentratorların təkrarlayıcıdan üstünlüyü ondadır ki, bir neçə düyün nöqtələrini bir yerdə birləşdirməklə şəbəkənin quruluşunu sadələşdirir. Bu da səhvlərin aşkarlanmasını və şəbəkənin işinə nəzarəti asanlaşdırır.
Şəbəkəni əlavə konsentratorlar qoşmaqla genişləndirmək olar. Konsentratorlar budaqlanmanı təşkil edir və adətən, hər bir konsentratorun 8- dən 30-a qədər çıxışı olur ki, bunlara kompyuterlər və digər konsentratorlar qoşula bilər.
Konsentratorun hər bir portuna xüsusi siqnal lampaları qoyulur ki, bunların köməyi ilə portda olan problemlər aşkarlanır. Konsentratorların növlərinin çox olması onların yerinə yetirdiyi funksiyadan daha çox onlara birləşən kabellərin növləri ilə bağlıdır.
* Qeyd olunmayan portların avtomatik dövrədən ayrılması. Bu funksiya şəbəkənin düyün nöqtələrində əmələ gələn problemlərdən qorunmanın təmin edilməsinə səbəb olur;
* Ehtiyatların əlaqələndirilməsinin təşkili. Əlaqələndirmə çox vaxt administrator tərəfindən müəyyən edilir. Adminstrator özünə məxsus ehtiyat portlardan istifadə edir. Hər hansı bir səbəbə görə portlardan biri sıradan çıxarsa konsentrator ehtiyat portlardan birini sıradan çıxan portun əvəzinə əlaqələndirərək işçi vəziyyətə salır;
* İcazəsiz müraciətdən qorunma və ya informasiyanın ötürülməsi ilə əlaqədar ayrılmış sahəyə qoşulmaların qarşısının alınması. Məsələn, administrator konsentratorun portları ilə əlaqədar FK üçün MAC ünvanlar təyin etmişdir. İstənilən vaxt təyin edilmiş ünvanlara administratorun icazəsi ilə qoşulmaq olar.
Konsentratorun funksiyalarından biri də şəbəkələrdə istənilən vaxt informasiyaların icazəsiz ötürülməsinə nəzarət edə bilməsidir. Bunu həyata keçirmək üçün konsentratorun boş portuna qoşulub onu disketə yazmaq lazımdır. Sonra, kompyuterdə olan müvafiq proqram vasitəsilə yazılmış informasiyanı təhlil etmək mümkün olur.
Konsentratorlar öz strukturuna görə aşağıdakı növlərə bölünür:
portlarının sayı əvvəlcədən sabit olmaqla hazırlanan konsentratorlar;
modul kensentratorları;
stek konsentratorları;
modul - stek konsentratorları.
Portlarının sayı əvvəlcədən sabit olmaqla hazırlanan konsentratorlar ayrıca gövdə üzərində yığılmış portlardan, işıqlandırıcı bloklardan, idarə blokundan və qida mənbəyindən ibarət olur.
Bu, konsentratorun hazırlanmasının ən sadə növüdür. Belə konsentratorlarda portların sayı 4, 8, 24-ə qədər ola bilər. Burada bir port başqa konsentratorları birləşdirmək üçün istifadə edilə bilər. Ayrılmış portları ayırıcılardan istifadə etməklə fərdi kompyuterlərə birləşdirmək mümkündür. Bundan başqa, konsentratorlarda xüsusi ayırıcı elementlər (razyomlar) da var ki, onların vasitəsilə konsentrator müxtəlif kabel və naqillərlə başqa konsentratorlara qoşula bilər.
Modul konsentratoru portlarının sayı əvvəlcədən məlum olan ayrıayrı modullardan hazırlanaraq bir gövdə üzərinə yığılır. Modullar birbirilə daxili şinlər vasitəsilə birləşdirilir.
Stek konsentratoru bir-birinin yanında ayrı-ayrı gövdələrdən və əvvəlcədən sayları məlum olan portlardan hazırlanır. Stek konsentratorlarında gövdələrin sayı 8-dən çox olmur.