Şəbəkənin əsas xarakteristikaları


Kompüter şəbəkələrinin proqram təminatı



Yüklə 29,95 Kb.
səhifə7/8
tarix02.06.2023
ölçüsü29,95 Kb.
#122781
1   2   3   4   5   6   7   8
Komputer sebekelerinin aparat ve proqram teminati

Kompüter şəbəkələrinin proqram təminatı

Kompüter digər qurğulardan fərqli olaraq onun üçün əvvəlcədən hazırlanmış proqrama uyğun işləyən vəona daxil olan informasiyanın təhlilinə aid istənilən əməliyyatları yerinə yetirən qurğudur. Odur ki,kompüter üçün onun başa düşəcəyi dildə və ətraflı əməllər ardıcıllığı, yəni proqram tərtib olunmalıdır.
Proqram-maşının addım-addım yerinə yetirəcəyi təlimatlar və yaxud əmrlər siyahısıdır. Kompüterdənistifadə etmək və onun tətbiq sahəsini genişləndirmək üçün onlar proqram təminatına malik olmalıdır. Yeni informasiya texnologiyasının sürətli inkişafı və onun tətbiq sahəsinin genişlənməsi kompüterin proqram təminatının intensiv inkişafı nəticəsində baş verir.
 
Kompüterin proqram təminatı dedikdəinformasiya emalının təşkili və idarə edilməsi üçün istifadə olunan proqramlar kompleksi başa düşülür.
 
 İş üsuluna görə  proqram təminatına daxil olan proqramlar üç kateqoriyaya bölünür:
1. Sistem proqramları. Belə proqramlar həmişə işə hazır vəziyyətdə olub yaddaşda saxlanılırlar. Onların əsas vəzifəsi kompüterin qurğuları və aparat hissəsi ilə iş prosesində istifadə edilən digər proqramlar arasında əlaqə yaratmaqdır. Belə proqramlara BİOS proqramını göstərmək olar;2.qeyri resident proqramlar (adi)
. Ən geniş yayılmış kateqoriyalı proqramlardır. Bu proqramlar vasitəsilə 
istənilən növ məsələni kompüterdə həll etmək mümkündür. Bu proqramlar işlərini bitirdikdən sonra əməliyaddaş boşaldılaraq idarəetmə digər proqramlara verilir.
3 resident proqramlar.
Belə proqramlar adi proqramlardan fərqli olaraq idarəetməni digər proqramlara
ötürdükdə əməli yaddaşdan silinmirlər və onlar proqramların icrası qurtardıqdan sonra idarəetməni özüzərinə götürürlər.


 
Proqram təminatı funksional təyinatına görə üç qrupa bölünür:
1.sistem proqram təminatı
.2.tətbiqi proqram təminatı
.3. proqramlaşdırma sistemləri və ya instrumental sistemlər.
 
Sistem proqramları kompüteri və ona qoşulan qurğuları idarə etmək üçündür. Məsələn, istifadə olunaninformasiyanın surətinin çıxarılması, kompüterdə qurğunun işçi vəziyyətdə olmasının yoxlanması və s
.SPT-na aşağıdakılar daxildir:
 1.əməliyyat sistemləri
2.servis proqramları
 3. proqramlaşdırma sistemləri
 4.texniki xidmət proqramları
 Əməliyyat sistemləri.
 
Əməliyyat sistemləri (ƏS) – informasiya emalının idarə olunması vəaparat vasitələri ilə istifadəçinin qarşılıqlı əlaqəsini təmin edir. ƏS-nin əsas funksiyalarından biri informasiyanın daxiletmə-xaricetmə prosesinin avtomatlaşdırılması, istifadəçi tərəfindən yerinə yetiriləntətbiqi proqramın idarə edilməsidir. ƏS lazım olan proqramı kompüterin yaddaşına yükləyir və onun yerinəyetirilməsinə nəzarət edir.

Yüklə 29,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin