I t ə b ə q ə. Fərdi kompyuterin standart yığımları – bura, əsasən, təyin edilmiş standart aparat yığımları və proqram təminatı daxildir. Standart yığıma fərdi kompyuterdə həll ediləcək müxtəlif məsələlər üçün zəruri olan vasitələr kompleksi daxildir. Məsələn, IBM firmsı tərəfindən yaradılan müxtəlif əməliyyat sistemləri və həmin əməliyyat sistemləri ilə optimal işləyə bilən tətbiqi proqram paketləri, eləcə də digər proqram məmulatları standart yığıma daxildir.
II t ə b ə q ə. Kommunikasiya qurğuları – bu təbəqəyə kabellər, təkrarlayıcılar, körpülər, marşrutlaşdırıcılar, kommutatorlar və s. daxildir. Bu təbəqədə mürəkkəb kommunikasiya qurğuları və istifadə edilən başqa qurğular administrator tərəfindən optimal təşkil edilir. Kommunikasiya qurğularının iş prinsipi mikroprosessorlar sistemi ilə siqnalların ötürülməsinə, lokal və qlobal şəbəkələrdə şəbəkə protokollarının tətbiqinə əsaslanır.
III t ə b ə q ə. Əməliyyat sistemi. Kompyuter şəbəkəsinin fəaliyyətinin səmərəli təşkil edilməsi, şəbəkədə istifadə edilən əməliyyat sistemi və şəbəkə resurslarının səmərəli istifadəsi ilə təmin edilir. Lokal şəbəkədə (serverdə) istismar edilən əməliyyat sisteminin fərdi kompyuterdə istifadə edilən əməliyyat sistemindən əsas fərqi, şəbəkədəki müştərilərin sayı və şəbəkənin genişləndirilməsi ilə əlaqədar istifadə edilən proqram təminatlarının və əməliyyat resurslarının mövcud olmasından ibarətdir. Təcrübədə müştəri ilə əlaqədar tətbiq edilən əməliyyat sistemlərindən əksər hallarda FK işini təşkil etmək üçün istifadə edilir. Belə kömpyuterlər çox vaxt işçi stansiya adlanır. Bir ranqlı şəbəkələrdə şəbəkəyə daxil olan hər bir işçi stansiya fayl serverin bir neçə funksiyasını yerinə yetirə bilir. Avtonom (əlahiddə) istifadə edilən fərdi kompyuterlərin işçi stansiyalardan fərqi aşağıdakılardır:
* Əməliyyat sistemi yükləndikdən sonra mütləq şəbəkənin adı və parolu daxil edilməlidir;
* Şəbəkəyə qoşulduqdan sonra istifadəçi üçün əlavə disk və şəbəkə resurslarına müraciət təşkil olunmalıdır. Şəbəkədə server üçün Nowell NetWave, Unix, Linux, Windows, Windows NT və digər əməliyyat sistemlərinin müxtəlif versiyalarıdan istifadə edilir.
IV t ə b ə q ə. Şəbəkə əlavələri – buraya, əsasən, verilənlər bazası, poçt sistemləri, verilənlərin arxivləşdirilməsi üçün vasitələr, resurslardan avtomatlaşdırılmış kollektiv istifadəni həyata keçirən proqram təminatı və s. daxildir. Burada vacib amillərdən biri şəbəkəyə daxil edilən əlavələrin digər şəbəkələrdə istifadə edilə bilməsidir.