Şəbəkənin əsas xarakteristikaları


KŞ-də istifadə ediən qurğular



Yüklə 29,95 Kb.
səhifə3/8
tarix02.06.2023
ölçüsü29,95 Kb.
#122781
1   2   3   4   5   6   7   8
Komputer sebekelerinin aparat ve proqram teminati

KŞ-də istifadə ediən qurğular

Şəbəkələr arasında interfeys əlaqələri yaratmaqla onların bir-biri ilə əlaqələndirilməsinin təmin edilməsi, eləcə də şəbəkələrin ayrı-ayrı elementləri arasında yerləşən məsafənin artırılmasını təmin edə bilmək üçün bir sıra qurğulardan istifadə edilir. Bunlara misal olaraq aşağıdakıları ğöstərmək olar:


* təkrarlayıcı (repeater )
* körpü (most –Bridge)
* konsentrator (HUB)
* şəbəkə kartı
* kommutator (Switch)
* marşrutlaşdırıcı (Router)
* şlüz
Təkrarlayıcı (Repeater). Kompyuterlər arasında verilənlər 1 və ya 0-dan ibarət olan siqnallar formasında kabellər vasitəsilə ötürülür. Siqnalların ötürülməsi zamanı onların amplitudaları (ölcüləri) müxtəlif kənar təsirlər nəticəsində təhrifə uğrayır. Belə qüsurları aradan qaldırmaq ücün, əvvəla şəbəkədəki kompyuterlərin birləşdirilməsi üçün istifadə edilən kabellərin texniki xarakteristikaları nəzərə alınmalıdır.
İkincisi də şəbəkə kompyuterləri və yaxud şəbəkə düyün nöqtələri arasında yerləşən məsafələri artırmaq və ötürülən siqnalları təhrif olunmuş vəziyyətdən ilkin formasına qətirmək üçün təkrarlayıcı qurğusundan istifadə edilməlidir. Təkrarlayıcı şəbəkənin onunla əlaqəsi olan seqmentindən ona ötürülən siqnalları qəbul edir, siqnallarda baş verən təhrifləri aradan qaldırmaqla onların ilkin vəziyyətini bərpa edir və bərpa olunmuş siqnalları növbəti seqmentə ötürür. Təkrarlayıcı öz funksiyasını OSİ modelinin fiziki səfiyyəsində yerinə yetirir. Seqmentlər arasında əlaqə eyni paketlərdən və protokollardan istifadə ilə yaradılır. İstənilən formada istifadə edilən təkrarlayıcı hec bir emal prosesi ilə məşqul olmur.
Körpü (Bridge). Böyük şəbəkələrdə mövcud olan önəmli problemlərdən biri trafiklərin ötürülməsində alınan gərginliklərdir. Bu problem şəbəkədə xəbərlər seli ilə əlaqədardır. Korpü ünvanı əvvəlcədən müəyyənolunmuş məhdudiyyətləri ödəyən siqnallar (xəbərlər) üçün təkrarlayıcı funksiyasini yerinə yetirən qurğudur. Şəbəkə trafiklərinin gərginlik problemini körpülərin tətbiqi ilə həll edərkən aşağıdakı üsuldan istifadə edilir. Kompyuter şəbəkəsi seqmentlərə görə bölünür. Xəbərlərin seqmentdən seqmentə ötürülməsi ancaq məqsədyönlü şəkildə (yəni, bir seqmentin abonenti digər seqmentin abonentinə xəbər ötürəndə) həyata keçirilir. Körpü, əslində şəbəkə üzrə hərəkəti məhdudlaşdıran qurğudur. Yəni, xəbərlərin bir şəbəkədən digər şəbəkəyə ötürülmə hüququ təsdiq edilmədən xəbərin ötürülməsinə imkan vermir. Körpü lokal şəbəkələrdə seqmentləri ayırır, onların trafiklərə görə lokallaşdırılmasını təmin edir. Belə hallarda şəbəkədə verilənləri qəbul edən FK-in ünvanı məlum olur. Ümumi halda körpünün funksiyasına verilənlərin mübadiləsi prosesini prosessorun məntiqi işinə uyğunlaşdırmaq da daxildir. Lokal şəbəkələrin son düyün nöqtələrinin məhsuldarlığı artırılanda istifadəcilərin istifadə etdikləri əlaqə xəttinin buraxıcılıq zolağı daralır. Nəticədə verilənlərin ötürülmə sürəti aşağı düşür.

Yüklə 29,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin